22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi nikahın bağlanması, doğumun və ölümün qeydiyyatının düzgün aparılması ilə bağlı seminarların keçirilməsini davam etdirir. Növbəti belə tədbir Şərur rayonunda keçirilmişdir.
Tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov açaraq bildirmişdir ki, bölgədə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər üçün müasir standartlara uyğun iş şəraiti yaradılmışdır. Yaradılan şəraitin müqabilində hər bir icra nümayəndəsi işinə məsuliyyətlə yanaşmalı, ona verilən səlahiyyətlərdən qanunun verdiyi imkanlar daxilində istifadə etməlidir.

Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Suliddin Əliyev məruzə ilə çıxış edərək vurğulamışdır ki, Şərur rayonunda doğum, nikah və ölümün qeydiyyatı 53 icra nümayəndəliyi tərəfindən rəsmiləşdirilir. 2009-2013-cü illər ərzində Şərur rayonundakı inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən doğum, nikah və ölümün qeydiyyatı ilə bağlı 9736 əməliyyat aparılmışdır. Onlardan 1894 əməliyyat 2013-cü ilin payına düşmüşdür. Hüquqi maarifləndirmə məqsədilə 2009-2013-cü illər ərzində Şərur rayonunda icra nümayəndələri üçün 14 dəfə seminar keçirilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vəziyyətinin öyrənilməsi məqsədilə 2009-2013-cü illər ərzində rayon İcra Hakimiyyəti ilə birlikdə 10 dəfə yoxlama aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması üçün icra nümayəndələrinə metodik köməkliklər göstərilmişdir. Lakin bütün maarifləndirmə tədbirlərinə və yoxlamalara baxmayaraq, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsindəki fəaliyyətlərində hələ də bəzi nöqsanlar qalmaqdadır. Belə ki, Qışlaqabbas, Kosacan, Mahmudkənd və Ələkli kəndlərinin icra nümayəndəlikləri göstərilən metodik köməklik və keçirilən seminarlara baxmayaraq, kargüzarlıq sahəsində fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun təşkil etməmiş, nəticədə, nöqsanlara yol verilmişdir. Çatışmazlıqların aradan qaldırılması və bir daha təkrar olunmaması üçün Qeydiyyat Şöbəsinin rəisi icra nümayəndələri ilə bağlı işini qanunvericiliyin tələbləri səviyyəsində təşkil etməlidir. Bu sahədə Yuxarı Aralıq, Aşağı Aralıq, Yuxarı Yaycı, Düdəngə, Maxta və Çərçiboğan kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin kargüzarlıq fəaliyyəti qənaətbəxş sayıla bilər. Hər bir icra nümayəndəsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin, kargüzarlıq qaydalarını müəyyən edən təlimatın tələblərinə əməl etməli və vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına görə dövlət rüsumu ödənildikdən sonra müvafiq əməliyyatı rəsmiləşdirməlidir. Xüsusilə nikah qeydiyyatı zamanı müraciət etmiş şəxslərin iştirakı təmin olunmalıdır. Gələcəkdə qanun pozuntusuna yol vermiş icra nümayəndələri haqqında müvafiq cəza tədbirləri görüləcəkdir.
Seminara Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov yekun vurmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR