22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Şəhər Polis İdarəsində Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayev çıxış edərək bildirmişdir ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir. Tariximizə ən dəhşətli faciə kimi daxil olan Xocalı faciəsi haqqında ümummilli lider Heydər Əliyev demişdir: “Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağılasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
Təəssüf ki, 1993-cü ilə qədər Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Eyni zamanda Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Bildirilmişdir ki, bu gün Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində görülən işlər ardıcıl xarakter daşıyır.
Sonda tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş kitab, qəzet və jurnalların nümayiş etdirildiyi sərgiyə baxmışlar.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR