22 Dekabr 2024, Bazar

Dünən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında bayram tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində istedadlı qadınların əl işlərindən ibarət sərgiyə baxmışlar.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmməd­ov,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova çıxış edərək ölkəmizdə, eləcə də muxtar respublikamızda qadınlara göstərilən diqqət və qayğıdan danışmışlar.
Qeyd olunmuşdur ki, Azərbaycan qadınları yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün də uğurla həyata keçirilən dövlət qadın siyasəti ictimai-siyasi həyatda qadınlarımızın rolunu daha da artırmışdır. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada qadınların iştirakı təmin olunmasın. Məhz həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün muxtar respublikamızda qadınlarımız müxtəlif dövlət orqanlarında çalışırlar.
Bayram tədbirində “Rəşadətli əməyə görə” nişanı ilə təltif haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 mart 2014-cü il tarixli Sərəncamı ilə mükafatlandırılan qadınlara “Rəşadətli əməyə görə” nişanları təqdim edilmişdir.
Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə öz minnətdarlıqlarını bildirmişlər.
Sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif nominasiyalar üzrə səmərəli fəaliyyətlərinə görə fərqlənən qadınlara diplomlar və hədiyyələr verilmişdir.
Sonda Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında İslam Səfərlinin “Göz həkimi” tamaşasının nümayişi olmuşdur.  
Qeyd edək ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə muxtar respublikamızın bütün rayonlarında tədbirlər keçirilmiş, qadınlara hədiyyələr verilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR