22 Dekabr 2024, Bazar

Konfransı Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəm­ov açıb.     
Yeni Azərbaycan Partiyası universitet şəhərciyi ərazi ilk təşkilatının sədr müavini, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədovun məruzəsi dinlənilib.
Qeyd olunub ki, Naxçıvanın muxtariyyəti Azərbaycanın XX əsrdə əldə etdiyi böyük tarixi nailiyyətdir. Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil edib. Naxçıvanın muxtariyyət statusunun qorunması və möhkəmləndirilməsi ümummilli liderimiz Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində həmişə mühüm yer tutub. Onun siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində naxçıvanlılar bunu həmişə hiss ediblər.

Bildirilib ki, Naxçıvan diyarının tarixi taleyində Moskva və Qars beynəlxalq müqavilələrinin böyük rolu olub. Azərbaycanın tərkibində Naxçıvana muxtariyyət statusunun verilməsi diyarın tarixi taleyində – ərazisinin qorunub saxlanılması və təhlükəsizliyinin təmin edilməsində çox böyük rol oynayıb. Muxtariyyət statusunun muxtar respublikaya çevrilməsi prosesi də asan olmayıb. Naxçıvan Moskva müqaviləsindən sonra Naxçıvan Sovet Sosialist Respublikası adlandırılsa da, Zaqafqaziya Sovetlər Qurultayı (1922, dekabr) Naxçıvanın muxtar respublika kimi Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan edib. 1923-cü il iyunun 16-da Naxçıvanın hüquqi statusu azaldılaraq o, muxtar diyara çevrilib. 1923-cü il dekabrın 31-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan muxtar diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında qərar qəbul edib. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi bu qərarı 1924-cü ilin yanvarında təsdiqləyib. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi, öz növbəsində, 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan muxtar diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsini qanuniləşdirib.     
YAP universitet şəhərciyi ərazi ilk təşkilatının Gənclər Birliyinin sədri Aytən İsmayılova birliyin muxtar respublikanın 90 illik yubileyi ilə bağlı həyata keçirdiyi tədbirlər haqda məlumat verib.
Sonra Yeni Azərbaycan Partiyası universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Kamal Camalovun və YAP Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərlinin çıxışları olub.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına üzv qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR