22 Dekabr 2024, Bazar

AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın 60-cı məşğələsi “Heydər Əliyev və Azərbaycan” mövzusuna həsr olunmuşdu.
Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyib ki, Azərbaycanın müasir tarixinin böyük bir epoxası məhz ümummilli liderin adı ilə bağlıdır və bu epoxada baş verən proseslər o qədər taleyüklü olmuşdur ki, ümummilli liderin adı ilə Azərbaycanın adı sinonimləşmişdir. Təsadüfi deyildir ki, hələ sovetlər dönəmində keçmiş ittifaqın istənilən nöqtəsində Azərbaycan deyəndə “Heydər Əliyevin vətəni” ifadəsi təyinedici ifadə rolunu oynayırdı. Eləcə də müasir dövrdə bütün dünya Azərbaycanı məhz ulu öndər Heydər Əliyevin böyük adı ilə tanıyır. Çünki Azərbaycanın sovetlər dönəmində müttəfiq respublikalar içərisində ön mövqeyə çıxması da, yenidən müstəqil dövlət kimi dünyanın geosiyasi xəritəsinə çıxması da məhz bu fenomenal şəxsiyyətin adı ilə bağlıdır.

Ardını oxu...

Azərbaycan tarixinin qırx beş illik bir müddəti əhatə edən son dövrü bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu mərhələdəki bütün uğurlarımızın, siyasi, iqtisadi, sosial-mədəni tərəqqimizin təminatçısı Heydər Əliyev siyasətidir. “Mən həyatım, bütün əmək fəaliyyətim dövründə ancaq xalq üçün, insanlar üçün düşünmüşəm, xalq üçün yaşamışam, insanlar üçün yaşamışam... Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən müdrik rəhbər gənclik illərindən vətənpərvərliyi, qeyri-adi istedadı, geniş erudisiyası, zəngin və hərtərəfli biliyi, dərin analitik təfəkkürü ilə hamıdan seçilmiş, daim canı, qanı qədər sevdiyi doğma Azərbaycanımızın hərtərəfli yüksəlişi üçün fəda­kar­lıqla çalışmış, yaşı min illərlə ölçülən ulu tariximizin ən qüdrətli və misilsiz dahisi, ən parlaq şəxsiyyəti kimi şöhrətlənmişdir. 

Ardını oxu...

İyunun 9-da Naxçıvan Qarnizonunun Zabitlər Evində “Qoşunlarda şəxsi heyətin mənəvi-psixoloji hazırlıq işinin təşkili” mövzusunda tədbir keçirilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin təşkilatçılığı ilə keçirilən tədbiri idarənin rəisi, polkovnik Rüfət Əmirov açıb.

Tədbirdə adıçəkilən idarənin zabitləri – polkovnik İslam Gəncəliyev, polkovnik-leytenant Nağı Eyvazov, polkovnik-leytenant Habil Talıbov, Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik-leytenant Mirqiyas Rüstəmov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, ölkəmizin bütün sahələr üzrə inkişafı silahlı qüvvələrimizdən də yan keçməyib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər, ordumuzun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atdığı addımlar silahlı qüvvələrimizi regionun ən güclü ordusu edibdir. Bildirilib ki, həyata keçirilən tədbirlərin bir hissəsi də qoşun birləşmələrində şəxsi heyətin mənəvi-psixoloji hazır­lığının yüksək səviyyədə təmin olunmasıdır.

Ardını oxu...

Dünən bu mövzuda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində seminar-müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ədliyyə Nazirliyi ilə birlikdə təşkil etdiyi tədbiri nazirliyin Qeydiyyat və notariat bölməsinin baş məsləhətçisi, kiçik ədliyyə müşaviri Səyyub Kərimov açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Abil Orucəliyev “Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti institutları kimi” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, müasir dövrümüzdə vətəndaş cəmiyyətinin inkişafı və dəstəklənməsi, ictimai həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətdə sabit inkişafın təmini hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biridir.

Ardını oxu...

Babək Rayon Mərkəzi Xəstəxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Babək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəlil Cəfərəliyev açaraq 15 İyun – Milli Qurtuluş Gününün tarixindən söhbət açmışdır. Vurğulamışdır ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə vətəndaş müharibəsinə son qoyulmuş, separatçı qüvvələr zərərsizləşdirilmiş, demokratik dövlət quruculuğu prosesinə başlanmışdır.
Sonra çıxış edən Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əbdülhüseyn Zamanov qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizdə müstəqillik, Azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlərə söykənən milli ideologiya formalaşdırılmış və bu, dövlət quruculuğu prosesinin əsas siyasi xəttinə çevrilmişdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin dünən “Heydər Əliyev və Azərbaycan” mövzusuna həsr olunmuş növbəti məşğələsi keçirilib.
Milli Qurtuluş Günü ərəfəsində keçirilən məşğələni giriş sözü ilə universitetin rektoru, professor Saleh Məhərrəmov açaraq ümummilli liderimiz Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, siyasi fəaliyyətindən, Azərbaycan üçün göstərdiyi misilsiz xidmətlərdən söz açıb. Rektor qeyd edib ki, ulu öndər Heydər Əliyevin ölkədə ali hakimiyyətə qayıdışı günü tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olub. Milli Məclisin 1997-ci il 27 iyun tarixli qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı günü rəsmi olaraq Milli Qurtuluş Günü elan edilib. Azərbaycanın işıqlı gələcəyinin təməlinin qoyulduğu 15 iyun tarixi əsl qurtuluş günü, xalqımızın fəlakətlərdən xilas olub qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gün kimi müasir tariximizə qızıl hərflərlə yazılıb.

Ardını oxu...

Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdışı Azərbaycanın qurtuluşunun başlanğıc günüdür

Xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir. Milli dövlətə mənsubluq hər bir millətin nəyə qadir olduğunu, keçdiyi şərəfli mübarizə yolunu və dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirir. Vahid təsərrüfat sisteminə, dilə, dinə, adət-ənənə və dəyərlər sisteminə xas insanlar qrupu tarixən konkret ərazi hüdudlarında milli dövlətlərini yaratmaq idealı ilə yaşamış, fəqət bu, heç də hamıya nəsib olmamışdır.

70 il imperiya əsarətində qalmış Azərbaycan xalqı daim müstəqilliyini bərpa etmək arzusu ilə yaşasa da, obyektiv səbəblərdən bu niyyətini yalnız ötən əsrin sonlarına doğru gerçəkləşdirmək şansı qazandı. Keçmiş ittifaqın süqutu zəminində cərəyan edən müəyyən proseslər xalqın öz hüquqları uğrunda fəal mücadiləyə qalxmasına və nəticədə, 1991-ci ilin 18 ok­tyabrında müstəqilliyini bərpa etməsinə imkan yaratdı.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr edilmiş “Beynəlxalq münasibətlərdə Naxçıvan və müasir dövrdə inkişaf prosesləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirmişdir.
Bu münasibətlə AMEA-nın Mərkəzi Elmi Kitabxanası geniş ədəbiyyat sərgisi təşkil etmişdir.
Kitabxanadan AzərTAc-a bildirmişlər ki, sərgidə Azərbaycan və xarici dillərdə 1200-dən çox ədəbiyyat nümayiş olunmuşdur.
Sərginin müvafiq bölmələrində Naxçıvanın tarixi, ədəbiyyatı, iqtisadiyyatı, mədəniyyəti, elmi, maarifi və digər sahələr yer almışdır. “Azərbaycan elminin inkişafında Naxçıvan” adlı bölmədə Naxçıvanda yaşayıb-yaradan alimlərin əsərləri konfrans iştirakçılarına təqdim olunmuşdur. Həmçinin Naxçıvana aid ədəbiyyatların virtual görüntüləri, fotoşəkillər və muxtar respublika haqqında sənədli film də nümayiş etdirilmişdir.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş “Beynəlxalq münasibətlərdə Naxçıvan və müasir dövrdə inkişaf prosesləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
AMEA-dan AzərTAc-a bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə foyedə akademiyanın Mərkəzi Elmi Kitabxanası tərəfindən təşkil edilmiş kitab sərgisi ilə tanış olmuş və bu qədim diyarın müxtəlif tarixi mərhələlərini əks etdirən videogörüntüləri seyr etmişlər.
Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Naxçıvan Muxtar Respublikasının tarixi, mədəniyyəti, elmi və müasir inkişafı haqqında ətraflı məlumat vermişdir. Akademik bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2014-cü il 14 yanvar tarixli Sərəncamına əsasən, ölkəmizdə keçirilən yubiley tədbirləri geniş mənada Azərbaycanda milli dövlətçilik təfəkkürünün, ərazi bütövlüyü düşüncəsinin daha da dərinləşməsinə və möhkəmləndirilməsinə uğurla xidmət edən mükəmməl bir dövlət siyasətini özündə cəmləşdirir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzində muxtar respublikanın yaradılmasının 90 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə mərkəzin direktoru Sevinc Mirzəyeva açaraq Azərbaycanın ən yeni tarixində Naxçıvanın yeri və rolu haqqında danışmışdır.
Sonra mərkəzin müəllimlərindən Lalə Qəmbərovanın, Məmləkət Bağır­ovanın məruzələri dinlənilmişdir. Məruzələrdə qeyd olunmuşdur ki, Naxçıvanın əlverişli təbii-coğrafi mövqeyi, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun üzərində yerləşməsi onu fatehlərin, böyük dövlətlərin geosiyasi maraqlarının kəsişdiyi regiona çevirmişdir. Ərazisi dəfələrlə müharibə meydanına çevrilsə də, Naxçıvan heç zaman əyilməmiş, xalqımıza məxsus mədəniyyəti, adət-ənənələri, ən vacibi isə tarixi ərazisini qoruyub saxlamışdır.

Ardını oxu...

İyunun 5-də Naxçıvan Müəllimlər İnstitutunda “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilmişdir. Məşğələni giriş sözü ilə ali təhsil müəssisəsinin rektoru, professor Oruc Həsənli açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs etmişdir.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərli “Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzə ilə çıxış etmişdir. Alim bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyinin hər iki dövründə ölkəmizin hərtərəfli inkişafında misilsiz xidmətlər göstərmiş, bütün bilik və bacarığını Vətənimizin müstəqilliyinə, insanların xoşbəxt yaşamasına sərf etmişdir. Bu dahi şəxsiyyətin ideyaları hələ sağlığında ikən öyrənilməyə başlanılmışdır.
“Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin olunanadək ölkəmiz keçmiş SSRİ məkanında ən geridə qalmış aqrar respublikalardan biri idi”, – deyən alim qeyd etmişdir ki, dahi rəhbərin həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuş, nəticədə, aqrar ölkədən aqrar-sənaye respublikasına çevrilmişdir.

Ardını oxu...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə nəzər salarkən aydın olur ki, ulu öndərin genişmiqyaslı fəaliyyətində müxtəlif xarakterli  xilaskarlıq missiyası xüsusi mərhələ təşkil edir. Hələ keçən yüzilliyin 60-cı illərində Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini və sədri kimi açıqfikirli Azərbaycan ziyalılarının incidilməsinə, təqib və həbs edilməsinə mane olan, onları qoruyan xalqımızın böyük oğlu Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra SSRİ-yə daxil olan 15 müttəfiq respublika sırasında axırıncı, 14-15-ci yerlərdən birini tutan ölkəmizi durğunluqdan, ətalətdən, gerilikdən xilas etmiş, respublikamızı əsl inkişaf yoluna çıxarmışdır.

Dahi şəxsiyyət həm də o zaman ölkədə başlanılan milli oyanışın öndəri kimi bu sahədə xidmətləri olan ziyalıları himayə etmiş, təqiblərdən, həbslərdən qorumuşdur. Ulu öndərimiz xilaskarlıq missiyasını o zamanlar müxtəlif xalqlara mənsub 300 milyona yaxın əhalinin vətəni sayılan SSRİ adlanan super dövlətin rəhbər elitasında çalışdığı 5 il ərzində də müxtəlif sahələrdə davam etdirmişdir.

Ardını oxu...

İyunun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Arxiv İdarəsində çalışan dövlət qulluqçuları üçün “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar keçirilmişdir. 

Tədbiri giriş sözü ilə komissiyanın sektor müdiri Arzuman İman­ov açaraq dövlət qulluğuna qəbulun əsas prinsipləri və komissiyanın fəaliyyəti haqqında seminar iştirakçılarına məlumat vermişdir.
Komissiyanın şöbə müdiri Rafiq Nəcəfov çıxış edərək qeyd etmişdir ki, 31 may 2007-ci il tarixdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanun dövlət qulluqçuları üçün etik davranış qayda və prinsiplərini, həmçinin onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qanunun birinci maddəsində qeyd olunur ki, etik davranış qaydaları dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur.

Ardını oxu...

Birinci Dünya müharibəsinin başlanmasından 100 il ötür. Tarixi sənədləri vərəqləyib Birinci Dünya müharibəsində həmyerlilərimizin də cəsurluqları, hünərləri haqqında oxuduqca sevinməyə bilmirsən. Çünki əsl döyüşçü mükafat üçün yox, doğulduğu və yaşadığı ana torpaq uğrunda döyüşəndir. Onun özünün xəbəri olmadan verilən təltiflər və mükafatlar isə heç nəyin diqqətdən kənarda qalmadığını təsdiqləyir. Belə cəsur, qorxmaz süvari döyüşçülərdən biri də cəmi 26 il ömür sürmüş III Ehsan xan Cəfərqulu xan oğlu Naxçıvanski­-Kəngərlidir. O, 1894-cü il aprelin 1-də Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini ailə mühitində alan III Ehsan xan XX yüzilliyin əvvəllərində Sankt-Peterburqdakı Paj korpusunda oxumağa getmişdir. Babalarının və atasının Rusiya imperiyasında hərbi xidmətlərini nəzərə alaraq ona əlahəzrətin Paj korpusunda oxumağa rəsmən icazə verilmişdir.

1913-cü ildə III Ehsan xan Paj korpusunu birinci dərəcəli diplomla bitirmiş və saray (leyb) qvardiyasının korneti (kiçik zabiti) hərbi rütbəsini almışdır. Həmin ilin 6 avqustunda Rusiya çarının Varşava şəhərində (Polşa) yerləşən Ulan (nizəli süvari əsgərlər) polkuna hərbi xidmətə göndərilmişdir. III Ehsan xan Varşavadakı Ulan polkunun tərkibində olan 6-cı eskadronda (piyada qoşununda bölüyə bərabər süvari qoşun hissəsi) kiçik zabit rütbəsi ilə qeydə alınmışdır.

Ardını oxu...

İyunun 4-də Naxçıvan Tibb Kollecində Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyev lektoriyası”nın “Heydər Əliyev və Azərbaycan” mövzusunda növbəti məşğələsi keçilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Tibb  Kollecinin direktoru, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva açaraq ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs etmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev “Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Heydər Əliyev idarəçilik fəlsəfəsinin əsas ideya-siyasi istiqamətini xalqın tarixi yaddaşının bərpası, sürətli inkişaf strategiyasının gerçəkləşməsi kimi mühüm amillər təşkil edir. Ulu öndərimiz hələ ötən əsrin 70-ci illərindən başlayaraq dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks layihələrin həyata keçirilməsinə nail olmuşdur.

Ardını oxu...

Vətənimiz üçün kifayət qədər mürəkkəb və ağır bir dönəmdə xalqına arxa olan ulu öndər Heydər Əliyev Azərbaycanın çağdaş tarixində silinməz izlər qoymuşdur. Onun möhtəşəm ideya və əməlləri nəticəsində Azərbaycan dünya arenasında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilmişdir. Ulu öndərimiz Heydər Əliyev bəşər tarixində siyasət olimpinə yüksələn nəhəng dövlət xadimlərindən biridir və onun həyat yolu doğma Vətənə sədaqət nümunəsidir. Dünyanın ən tanınmış siyasətçiləri belə, bu böyük zəka sahibinin misilsiz fəaliyyətini, dəyərli irsini artıq çoxdan nəsillərə örnək kimi dəyərləndirmişlər.

Bu böyük insan haqqında deyilən sözlər, söylənilən fikirlər Heydər Əliyev şəxsiyyətinin dahiliyini müxtəlif tərəflərdən ifadə edir. Onun böyüklüyünü hər birimiz illər keçdikcə daha dərindən dərk edirik. O, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın rəmzi səviyyəsinə yüksəlmişdir.

Ardını oxu...

2014-cü ilin iyun ayına kimi Heydər Əliyev Muzeyini 9048 nəfər ziyarət etmişdir ki, bunların da 371 nəfəri 27 xarici ölkədən gələn qonaqlardır. Yerli ziyarətçilərin sayı isə 8677 nəfər olmuşdur.
Ötən dövr ərzində muzeydə müxtəlif mövzularda 61 açıq dərs keçilmişdir. Dərslərdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas məktəb­lərinin tələbələri, orta məktəb şagirdləri, dövlət müəssisə və təş­kilatlarının əməkdaşları iştirak etmişlər.
Açıq dərslərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, gələcək inkişafının təmin olunması, dövlətimizin dünyada tanıdılması istiqamətində gördüyü mühüm işlər barədə dinləyicilərə geniş məlumatlar verilmişdir.
Naxçıvan Muxtar Respublikasında yaradılan muzeylər içərisində Heydər Əliyev Muzeyi xüsusi əhəmiyyət kəsb edir.

Ardını oxu...

Dünən Babək Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Cəhri kəndində ətraf mühitin mühafizəsi, həmçinin təbii qaz və elektrik enerjisindən düzgün istifadə qaydalarına həsr olunmuş tədbir keçirilmişdir.
Cəhri kənd sakinlərinin iştirak etdiyi tədbirdə Babək rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Kənan Seyidov “Təbii qazın, elektrik və istilik enerjisinin talanması inzibati və cinayət məsuliyyəti yaradır” mövzusunda məruzə etmişdir. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizin enerji təminatının yaxşılaşdırılması, bu sahədə yol verilən qanunsuzluqların və özbaşınalığın aradan qaldırılması üçün mühüm işlər görülmüşdür. Hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi xətt ölkəmizi çox qısa bir zamanda enerji təhlükəsizliyinin təmin edildiyi bir dövlət kimi tanıtmışdır.
Bildirilmişdir ki, enerji potensialından düzgün və qənaətlə istifadə olunması hər birimizin vətəndaşlıq borcudur. Fiziki və hüquqi şəxslər tərəfindən məişətdə və müxtəlif istehsal sahələrində istifadə edilən təbii qazın, elektrik və istilik enerjisinin talanmasına qarşı mübarizənin hüquqi əsasları qanunvericilikdə nəzərdə tutulmuş müvafiq normativ-hüquqi aktlarla tənzimlənir.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Ordubad rayonunun Əndəmic kəndindəki Dayaq məntəqəsində seminar-müşavirə keçirmişdir.
Müşavirəni giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açmış, bölgədə meyvəçiliyin inkişafı istiqamətində görülmüş işlərdən danışmışdır.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və bu pro­qramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi” mövzusunda çıxış etmişdir.
Nazirliyin mütəxəssisləri Həsən İsmayılov və Sabir Səfərov meyvə bağlarında aparılacaq aqrotexniki xidmət, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri haqqında məlumat vermişlər.
Sonda verilən suallar cavablandırılmış, sahibkarlara buklet-informasiya kitabçaları paylanmışdır.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda mövcud su ehtiyatlarından səmərəli istifadə etməyə, su təminatının yüksəldilməsinə böyük əhəmiyyət verilir. Suya olan tələbatı ödəmədən xalq təsərrüfatı sahələrinin inkişafını təmin etmək mümkün deyildir. Naxçıvan Muxtar Respublikası Dövlət  Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivinə bu vəzifələri yerinə yetirmək üçün hərtərəfli şərait yaradılıb. Bu şəraitdən səmərəli istifadə etməyə səy göstərən su təsərrüfatı  və meliorasiya işçiləri 2013-cü ili bir sıra nailiyyətlərlə başa vuraraq 2014-cü təsərrüfat ilinə uğurla başlayıblar.

Görülən işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məlumat almaq məqsədilə komitənin şöbə müdiri Səttar Nəsirovla həmsöhbət olduq. Müsahibim bildirdi ki, komitənin qarşısında qoyulan başlıca məsələ muxtar respublikanın su ilə təminatına nail olmaqdır.

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli qərarına əsasən, hər il iyunun 5-i “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” kimi qeyd olunur.
Azərbaycanda ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər ötən əsrin 70-ci illərindən etibarən daha intensiv xarakter almışdır. Ümummilli liderimizin rəhbərliyi ilə bu dövrdə ekoloji problemlərin həlli sahəsində mühüm qərarlar qəbul edilmiş, ictimaiyyətin diqqəti ətraf mühitin mühafizəsinə yönəldilmiş, geniş yaşıllaşdırma tədbirləri aparılmışdır.
Müstəqilliyin ilk illərində Azərbaycanda ekoloji problemlərin həlli diqqətdən kənarda qalmışdı. Lakin ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində ardıcıl tədbirlər görülmüş, bu sahədə dövlət siyasətini tənzimləyən zəngin qanunvericilik bazası yaradılmışdır. Dahi şəxsiyyətin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasında təbii ehtiyatlardan səmərəli istifadə, hər kəsin sağlam ətraf mühitdə yaşamaq və ətraf mühiti qorumaq hüquqları öz əksini tapmışdır.

Ardını oxu...

İyunun 3-də Naxçıvan Dövlət Texniki Kollecində Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyev lektoriyası”nın “Heydər Əliyev və Azərbaycan” mövzusunda növbəti məşğələsi keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru Məhəmməd Qəribov açaraq xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafındakı xidmətlərindən bəhs etmişdir.
Naxçıvan Özəl Universitetinin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru İbrahim Kazımbəyli “Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, 1990-1993-cü illərdə respublikaya rəhbərlik edənlərin səriştəsizliyi ucbatından ölkəmizdə özbaşınalıq yaranmış, daxili sabitlik pozulmuş, vətəndaş müharibəsinə rəvac verilmişdir. Torpaqlarımızın 20 faizinin işğal edildiyi, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi bir zamanda xalqın böyük bir liderə – əsl xilaskara ehtiyacı vardı. Belə bir vəziyyətdə ölkəni, dövlətçiliyimizi və müstəqilliyimizi təhlükədən yalnız Heydər Əliyev dühası qurtara bilərdi. Buna görə də xalqımız böyük və müdrik şəxsiyyət Heydər Əliyevə üz tutdu. Xalqın çağırışlarını nəzərə alan ümummilli lider Heydər Əliyev 1993-cü ilin 15 iyun tarixində yenidən siyasi hakimiyyətə qayıtdı.
Qeyd olunmuşdur ki, dahi rəhbərin yenidən siyasi hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz qorunmuş, torpaqlarımızın işğalına son qoyulmuş, ölkədə əmin-amanlıq, siyasi sabitlik bərqərar edilmişdir. Milli Qurtuluş Günündən başlanan inkişaf Azərbaycanı dünyada söz sahibinə, regionun lider dövlətinə çevirmişdir.
Sonda ümummilli lider Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən slaydlar nümayiş etdirilmişdir.

Xəbərlər şöbəsi

Ümummilli lider Heydər Əliyevin çıxış və məruzələrində vurğuladığı kimi, “tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət edən” Naxçıvan bölgəsi muxtariyyətin yaranması ərəfəsində tarixinin ağır günlərini yaşayırdı. Keçən yüzilliyin əvvəllərində dünyada baş verən sosial-siyasi hadisələr, xüsusilə I Dünya müharibəsində Rusiyanın uğursuzluqları imperiyanın mərkəzində olduğu kimi, ucqarlarında da vəziyyəti xeyli ağırlaşdırmış, dövlətin dağılması ilə nəticələnmişdi. İmperiyanın tərkib hissəsi kimi bu zaman Azərbaycanda, o cümlədən Naxçıvanda da vəziyyət son dərəcə pisləşmişdi. Yaranmış vəziyyətdən istifadə edərək ermənilər “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün Azərbaycanın bu qədim diyarına yiyələnmək uğrunda işə başlamışdılar. Daşnak ermənilərin buraya hücumları, həmçinin XIX yüzillikdə Naxçıvana köçürülən ermənilərin və Andranik Ozanyanın quldur dəstəsinin ərazidə müsəlman-türk əhaliyə qarşı törətdiyi vəhşiliklər vəziyyəti daha da mürəkkəbləşdirirdi.

Ardını oxu...

“Naxçıvanın gözəlliyi və sürətli inkişafı valehedicidir. Bura hər baxımdan çox gözəl bir məkandır. Mən Naxçıvana dördüncü dəfədir səfər edirəm və hər dəfə bura gələndə yenilik görürəm. Bu, məni çox sevindirir və bir dost kimi Azərbaycana uğurlar arzulayıram”.
Bu sözləri Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə rus dili və ədəbiyyatı üzrə keçirilən olimpiadanın açılış mərasimindən sonra kütləvi informasiya vasitələrinə müsahibəsində demişdir.
Səfir qeyd etmişdir ki, Rusiya Federasiyası hər zaman xarici ölkə­lərdə rus dilinin tədrisini dəstəkləyir: “Bizdə rus dilinin dəstəklənməsi fərqli formada təşkil olunur. Məsələn, biz bu il orta məktəblərdə rus dili olimpiadasını 7-8-ci sinif şagirdləri arasında keçiririk. Olimpiada rus dili üzrə bilikləri və bu il anadan olmasının 200 illiyi qeyd olunan Lermontovun yaradıcılığını əhatə edir. Biz artıq Azərbaycanın ayrı-ayrı bölgələrində 12 belə olimpiada keçirmişik. Naxçıvanda keçirilən olimpiada isə sonuncudur”.

Ardını oxu...

Müasir dünyada ölkələr arasında qarşılıqlı iqtisadi-siyasi münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsi, sosial-mədəni həyatın beynəlmiləlləşməsi, eyni zamanda milli, irqi, regional münaqişələrin, fövqəladə vəziyyətlərin və təbii fəlakətlərin doğurduğu problemlər əhalinin kütləvi miqrasiyası ilə müşayiət olunur. Miqrasiya prosesləri ayrı-ayrı qitələrin, dövlətlərin və regionların iqtisadi inkişaf səviyyəsi ilə sıx surətdə bağlıdır. Öz ölkələrində normal yaşayış səviyyələrini təmin edə bilməyən insanlar yüksək gəlirli iş əldə etmək üçün qanuni, yaxud da qanunsuz yollarla inkişaf etmiş dövlətlərdə məskunlaşmağa çalışırlar.

Dinamik iqtisadi inkişaf yolunda olan, Şərqlə Qərbi birləşdirən geostrateji ərazidə yerləşən, qlobal enerji layihələrinin həyata keçirildiyi, milli-etnik və dini dözümlülüyün yüksək səviyyəsinə görə fərqli sivilizasiyaları, müxtəlif mədəniyyətləri bir araya gətirən Azərbaycanda miqrasiya proseslərinin dövlət nəzarətində saxlanması, ilk növbədə, milli təhlükəsizliyin hərtərəfli təmini baxımından vacib aktuallıq kəsb edir. Bu aktuallıq bir tərəfdən respublikamızın zəngin təbii ehtiyatlara, inkişaf potensialına malik olması, əlverişli coğrafi mövqedə yerləşməsi, digər tərəfdən beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistanın təcavüzü ilə üzləşməsi, ağır müharibə şəraitində yaşaması ilə şərtlənir.

Ardını oxu...

Bu mövzuda maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Babək Rayon İcra Hakimyyəti ilə birlikdə ot-taxıl yığımı kampaniyasının başlanması və biçin dövrü ərzində taxıl zəmilərinin və meşələrin yanğından qorunması məqsədilə maarifləndirici tədbir keçirib. Tədbirdə kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, sahibkarlar, torpaq mülkiyyətçiləri və mexanizatorlar iştirak ediblər.

Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Əliyev iştirakçılara tədbirin məqsəd və mahiyyəti barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi, daxili xidmət kapitanı Mirtaleh Seyidovun “Muxtar respublika ərazisində ot-taxil biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, taxıl zəmilərində yanğın hadisələrinin baş verməsinin əvvəlcədən qarşısının alınması məqsədilə kənd təsərrüfatı texnikalarına yanğına qarşı texniki baxışların keçirilməsi”, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Babək Rayon Şöbəsinin rəisi, daxili xidmət mayoru Yaşar Mustafayevin “Babək rayonu ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülmüş işlər və qarşıda duran vəzifələr”, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Zərrab Əfəndiyevin “Biçin kampaniyası dövründə işləyəcək kənd təsərrüfatı texnikalarının və aqreqatların hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı görülmüş tədbirlər” və aqronom Tofiq Abutalıbovun “Taxıl biçini dövründə sahibkarların və torpaq mülkiyyətçilərinin qarşısında duran vəzifələr” mövzularında çıxışları olub. Çıxışlarda bildirilib ki, taxıl və ot yığımına başlamazdan öncə biçində iştirak edən hər bir mexanizator, sürücü kənd təsərrüfatı texnikalarını yanğına qarşı hazırlamalı, onları yanğına qarşı texniki müayinədən keçirməli, ilkin odsöndürücü vasitələrlə təmin etməlidir.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, taxıl biçinində iştirak edən traktor və kombayn sürücüləri, onların köməkçiləri, digər mexanizatorlar, eləcə də məhsul yığımına cəlb edilən hər bir şəxs yanğına qarşı təlimatlandırılmalıdır.
Sonda videoslaydlar göstərilib, iştirakçılara ”Ot-taxil yığımı zamanı yanğın təhlükəsizliyi qaydaları” adlı yaddaş kitabçaları verilib.

Xəbərlər şöbəsi

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə “Heydər Əliyev lektoriyası”nın “Heydər Əliyev və Azərbaycan” mövzusunda növbəti məşğələsi keçirilmişdir. 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş lektoriya iştirakçıları əvvəlcə məktəbin həyətində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzmüşlər. Məktəbin zalında davam etdirilən lektoriyanı giriş sözü ilə məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Namiq Məmmədov açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışmışdır.

Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlinin “Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır.

Ardını oxu...

İyunun 2-də Naxçıvan Beynəlxalq Hava Limanında mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən hava limanının direktoru Mənşur Gülməmmədli bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən, 2 iyun hər il ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
“Azərbaycanın əsas ərazisindən təcrid olunmuş şəraitdə yaşayan Naxçıvanın nəqliyyat problemlərinin həllinə ümummilli liderimiz xüsusi diqqət yetirmiş, hələ 1976-cı ildə Naxçıvanda hava limanı tikilib istifadəyə verilmişdi. 1800 metrlik uçuş-enmə zolağı olan bu hava limanı o dövrün tələblərinə hesablanmışdı”, – deyən Mənşur Gülməmmədli bildirmişdir ki, ötən əsrin 90-cı illərində Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə bağlayan bütün nəqliyyat-kommunikasiya əlaqələri kəsiləndən, muxtar respublika Ermənistan tərəfindən blokadaya salınandan sonra sərnişin və yük daşınması kiçiktutumlu təyyarələri qəbul etmək imkanı olan bu hava limanı vasitəsilə həyata keçirilirdi.

Ardını oxu...

1938-ci il iyunun 2-də Azərbaycanda ilk aviasiya qrupu yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən, həmin tarix hər il ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Azərbaycanda bu nəqliyyat növünün dünya standartları səviyyəsinə qaldırılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Həyatımızın bütün sahələrinin inkişafını diqqətdə saxlayan ulu öndərimizin Azərbaycana rəhbərliyinin birinci dövründə Gəncədə, Yevlaxda, Zaqatalada, Lənkəranda, Ağdamda, Ağstafada və Naftalanda hava limanları tikilmişdir. Bu limanlar “YAK-40” təyyarələrini qəbul etmək imkanına malik idilər. Müstəqilliyimizin ilk illərində Azərbaycanda digər sahələr kimi, aviasiya da ağır vəziyyətə düşmüşdü. Böyük dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra bu sahədəki problemlər də aradan qaldırılmışdır.

Ardını oxu...

Mayın 28-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu tərəfindən Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir.
Əvvəlcə Azərbaycanın və İranın Dövlət himnləri səsləndirilmişdir.
Azərbaycanın Təbrizdəki Baş konsulu Əli Əlizadə çıxış edərək demişdir ki, 1918-ci ildə – ermənilərin xalqımıza qarşı soyqırımı törətdiyi və ərazi iddiaları apardığı bir dövrdə yaranan Azərbaycan Xalq Cümhuriyyəti hüquqi dövlət quruculuğu istiqamətində uğurlu yol qət etmişdir. Xalqımızın şərəfli mübarizə tarixini özündə yaşadan Azərbaycan Xalq Cümhuriyyəti dövlətçiliyimiz üçün mühüm əhəmiyyətli və taleyüklü qərarlar qəbul etmişdir. Qeyd olunmuşdur ki, ötən əsrin 90-cı illərində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası həmin dövrdə məhv olmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Ancaq ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz düşdüyü bəlalardan xilas edilmiş, dövlət müstəqilliyimiz möhkəmləndirilmiş, əbədi, dönməz xarakter almışdır.

Ardını oxu...

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin İdarə Heyətinin yığıncağı keçirilmişdir.
Yığıncağı giriş sözü ilə açan YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin əhəmiyyətindən, gənclər siyasətinin Naxçıvanda uğurla həyata keçirilməsindən danışmış, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə tədbirlər planına uyğun olaraq görülən işlərdən söhbət açmışdır.
Sonra YAP şəhər və rayon təşkilatlarının Heydər Əliyev adına Gənclər Birliyi sədrlərinin, eləcə də Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Özəl Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun YAP ərazi ilk təşkilatı gənc­lər birliyi sədrlərinin məlumatları dinlənilmişdir.

Ardını oxu...

Mayın 29-da Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə Ordubad rayonunda nağdsız ödənişlərlə bağlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Mirhüseyn Seyidov açmış, mövzunun mahiyyəti ilə bağlı iştirakçılara məlumat vermişdir.
Sonra Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisləri Mübariz Əhmədov “Nağdsız hesablaşmaların üstünlükləri”, Rəşad Əliyev “Nağdsız ödənişlərin aparılması qaydaları”, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin aparıcı mütəxəssisi Elçin Əliyev “Plastik kartların təhlükəsizliyi və bank xidmətləri” mövzularında məruzələrlə çıxış etmişlər.

Ardını oxu...

İndi mən Naxçıvanda özümü əvvəllər hiss etdiyimdən daha çox rahat hiss etdim. Bir neçə il bundan əvvəl mən Naxçıvana səfər etdiyim vaxt getdiyim yerləri öyrənmək istəyirdilər. Və 10 il bundan qabaq bu yerlərin şəklini çəkəndə məni saxlayıb sorğu-sual etmişdilər. Əlbəttə ki, 10 il çox uzun müddətdir. İndi əminliklə deyə bilərəm ki, Naxçıvan sakit və qonaqpərvərdir – mən o vaxtkı qadağaları polisin gözünün qabağında şəkil çəkərək dəfələrlə yoxladım və ictimai yerlərdə bir balaca da narahatçılıq hiss etmədim. Eyni zamanda Naxçıvanın yolları və tarixi abidələri tam gözəlləşdirilib. Adama elə gəlir ki, real dünyada yox, illüstrasiyada gəzirsən. Naxçıvan çox cazibədar məkandır.  

Hər il mayın 28-də xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümünü – Respublika Gününü təntənəli şəkildə qeyd edir. Mövcudluğu ilə daim qürur duyduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması kifayət qədər çətin və mürəkkəb tarixi dövrə təsadüf edir.

Rusiyada 1917-ci ilin fevralında baş vermiş inqilabdan sonra Zaqafqaziya Dövlət Dumasına seçilmiş deputatlar əvvəlcə Zaqafqaziya İdarəsi üzrə xüsusi komitə, sonra isə Zaqafqaziya Komissarlığı yaratmışdılar. Zaqafqaziya respublikalarından Rusiyanın Müəssislər Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələr 1918-ci il fevralın 14-də Tiflisdə toplaşaraq Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratmaq barədə qərar qəbul etmişdilər.

Ardını oxu...

“Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir”. Bu fikir dünən AMEA Naxçıvan Bölməsində “Azərbaycan Xalq Cümhuriyyəti – Şərqdə ilk demokratik respublika” mövzusunda keçirilmiş elmi-praktik konfransda səsləndirilmişdir.
Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd etmişdir ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tariximizə böyük hadisə kimi daxil olmuşdur. Müstəqil, azad, demokratik respublika qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Tiflisdə qəbul edilmiş “İstiqlal Bəyannaməsi”ndən də göründüyü kimi, bu möhtəşəm tarixi hadisə xalqımızın müstəqillik amalını daha da gücləndirmişdir. XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarmışdır.

Ardını oxu...

Ölkəmizdə milli bayram – Respublika Günü kimi qeyd edilən 28 may tarixi 22 il bundan əvvəl Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində Sədərək-Dilucu körpüsünün istifadəyə verilməsi ilə də əlamətdar­dır. Bu tarix iki qardaş xalqı bir-birinə qovuşdurmaq, yurddan-yurda, könüldən-könülə körpü salmaq və ən nəhayət, ağır blokada şəraitində yaşayan bir diyarın – Naxçıvanın inkişafı baxımından özündə bir çox mətləbləri birləşdirir. Naxçıvanın bu mühüm nəqliyyat arteriyasına “Ümid”, “Həsrət” və ya “Könül” körpüsü də deyirlər. Bu yolla təkcə Türkiyə ilə Azərbaycan birləşmir, bu körpü həm də türk dünyasının coğrafi bütünlüyünü təmin edir. Dünyanın başqa bir yerində mənəvi cəhətdən bu qədər dəyəri olan, istifadəyə verilməsi bayrama çevrilən ikinci bir körpü yoxdur.

Təbii ki, hadisələrin əsl mahiyyəti onun öz zamanı çərçivəsində dəyərləndirilməsi nəticəsində ortaya çıxır. Bu baxımdan 22 il bundan öncə Naxçıvanda baş verənləri düzgün qiymətləndirmək üçün dövrün mənzərəsini göz önündə canlandırmaq kifayətdir.

Ardını oxu...

Mayın 27-də Culfa Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Yaycı kəndində elektrik enerjisindən və təbii qazdan düzgün istifadə qaydalarına, həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan və tələb olunmayan tikinti obyektlərinə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Culfa rayon prokuroru, baş ədliyyə müşaviri Əli Adıgözəlov “Təbii qazdan və elektrik enerjisindən qanunsuz istifadəyə görə cinayət və inzibati məsuliyyət” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, böyük dövlət qayğısı nəticəsində muxtar respublikamızda əhali fasiləsiz elektrik enerjisi və təbii qazla tam təmin olunmuşdur. Hazır­da qarşıda duran başlıca vəzifə enerji resurslarından səmərəli istifadə olunmasından ibarətdir. Ona görə də hər bir idarə, müəssisə və təşkilat, eləcə də hər bir vətəndaş elektrik enerjisindən və təbii qazdan səmərəli istifadə etməli, israfçılığa, qanunsuz istifadə hallarına qətiyyən yol verməməlidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektləri və tikinti təşkilatları nümayəndələrinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə xidmətin şöbə rəisi Əfqan Əliyev açaraq tədbirin mahiyyəti barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin baş inspektoru Zakir Məmmədovun “Azərbaycan Respublikasında əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi”, şöbə rəisi İlqar Seyidovun “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyevin “Əmək ehtiyatlarından səmərəli istifadədə və peşəkar kadr hazırlığında Məşğulluq Xidmətinin rolu”, İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Emin Zeynalovun “Naxçıvan Muxtar Respublikasında əmək bazarı, onun tənzimlənməsi və iqtisadi mahiyyəti” mövzularında çıxışları olub.

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclərinin VII Konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov gündəlikdə iki məsələnin durduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, konfransda Naxçıvan Muxtar Respublikasında gənclər siyasəti ilə bağlı həyata keçirilən işlərə dair hesabat məruzəsinin dinlənilməsi və Azərbaycan Gənc­lərinin VII Forumuna nümayəndələrin seçilməsi nəzərdə tutulur.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində inzibati vəzifələrin VI-VII təsnifatlarına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqə üzrə test imtahanı keçirilmişdir. Test imtahanında 17 nəfər namizəd iştirak etmişdir. Namizədlərə qanunvericilik bilikləri üzrə 40, məntiqi təfəkkürün yoxlanılması üzrə 30, ümumi dünyagörüşü bilikləri üzrə 15, kompüter bilikləri üzrə 15 olmaqla, 100 test sualı təqdim olunmuşdur. İmtahandan dərhal sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış verilmişdir. Müsabiqə qaydalarına uyğun olaraq, test imtahanında müvafiq keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışlar.
Qeyd edək ki, müsabiqəyə təqdim olunmuş vakant vəzifələr, əsasən, mühəndis, memarlıq, iqtisadiyyat, fövqəladə halların nəticələrinin aradan qaldırılması, mətbuat və ictimaiyyətlə əlaqələr ixtisaslaşmaları üzrə vakant vəzifələrdən ibarətdir. İki saat 30 dəqiqə vaxt ayrılmış imtahanda Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları müşahidəçi qismində iştirak etmişlər.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Universitetində 28 May – Respublika Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Universitetinin “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda 183-cü məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə açan universitetin rektoru, professor Saleh Məhərrəmov müstəqil Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq dövlət müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Rektor müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin 96 il öncə məhz Azərbaycanda qurulduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu gün müstəqil, azad və dünyada söz sahibi olan Azərbaycan Respublikası əldə etdiyi sosial-iqtisadi uğurlarla nəinki bölgənin, hətta dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevrilib. Artıq ölkəmizin özünəməxsus sosial-iqtisadi inkişaf modeli əksər ölkələr tərəfindən nümunə kimi qəbul olunmaqdadır.

Ardını oxu...

Dünən Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə 28 May – Respublika Günü münasibətilə tədbir keçirilmişdir. Tədbir başlanmazdan əvvəl məktəbin müəllim və şagirdləri məktəbin foyesində təşkil olunan sərgiyə baxmışlar.
Tədbiri giriş sözü ilə təhsil ocağının direktoru Şərəf Qasımova açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışmışdır.

Məktəbin tarix müəllimi Günay Əliyeva çıxış edərək demişdir ki, 96 il bundan əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olmuşdur. Həmin dövrdə son dərəcə cəsarətli bir addım kimi qiymətləndirilən demokratik dövlət modelinin yaradılması Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı idi. Qeyd olunmuşdur ki, 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası ölkədaxili çəkişmələr və hakimiyyət mübarizəsi nəticəsində öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir dövrdə ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması ilə ölkəmizdə sabitlik yaradılmış, qanunçuluq, demokratik prinsiplər bərqərar edilmiş, müstəqilliyimiz əbədi və dönməz xarakter almışdır. Ulu öndərin müəyyənləşdirdiyi siyasi xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra tədbir iştirakçıları 28 May – Respublika Gününə həsr olunmuş sənədli filmə baxmışlar.

Xəbərlər şöbəsi

Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatı 28 May – Respublika Günü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Tarix Muzeyində “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan” mövzusunda elmi-praktik konfrans keçirmişdir.
Konfransı giriş sözü ilə açan muzeyin direktoru Nizami Rəhimov 1918-ci il mayın 28-də yaradılmış və cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm yer tutduğunu vurğulamışdır.
Konfransda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, professor Fəxrəddin Səfərli “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, həmin institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İlhami Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti”, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli “Naxçıvan Muxtar Respublikasının yaradılması” mövzularında məruzələrlə çıxış etmişlər.

Ardını oxu...

Muxtar respublikamızda günü-gündən geniş vüsət alan kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biri də ekoloji problemlərin həllinin, ətraf mühitin qorunmasının, təbiətin zənginləşdirilməsinin diqqət mərkəzində saxlanılmasıdır. Son 18 ildə Naxçıvanda yaşıllıq sahələrinin həcminin bir neçə dəfə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi məhz belə tədbirlər nəticəsində mümkün olmuşdur. Bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyəti getdikcə yüksəlir. Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilməkdə, meyvə bağlarının, yaşıllıq zolaqlarının, gülkarlıq sahələrinin həcmi genişləndirilməkdədir.

Mayın 24-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu.
Həmin gün Naxçıvan şəhərinin sakinləri Babək rayonunun Nəzər­abad kəndi yaxınlığındakı terrasda, Naxçıvan-Batabat və Naxçıvan-Sədərək magistral yolunun kənarında və Naxçıvan şəhərinin müxtəlif ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstərmiş, həmin ərazilər suvarılmış və alaq otlarından təmizlənmişdir.

Ardını oxu...

1918-ci ildə Azərbaycanın müstəqilliyini əldə etməsi nə qədər mühüm və qürurverici hadisədirsə, yeni qurulan dövlətin üsuli-idarəsinin cümhuriyyət – respublika kimi təsbit olunması o qədər mühümdür, o qədər qürurvericidir. Ümummilli lider Heydər Əliyevin 30 yanvar 1998-ci ildə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” Sərəncamda da deyildiyi kimi: “Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir”.

Yarandığı gündən bəri demokratik idarəçilik prinsiplərinin bərqərar olması istiqamətində mühüm addımlar atan Azərbaycan Xalq Cümhuriyyəti həm də bütün Şərqin, müsəlman və türk dünyasının tarixinə ilk parlamentli respublika kimi düşmüşdür. Təsadüfi deyildir ki, paytaxt Bakıya köçdükdən sonra Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət Müəssislər Məclisinin çağırılması üçün hazırlıqlar görməyə başladı və bu məqsədlə komissiya yaradıldı.

Ardını oxu...

Muxtar respublikamızda səhiyyənin tarixi qədim dövrlərdən başlasa da, onun dövlət səviyyəsində təşkilatlanması ötən əsrin iyirminci illərinə – muxtariyyətin qazanıldığı dövrə təsadüf edir. Naxçıvan İnqilab Komitəsinin 1920-ci il 10 oktyabr tarixli qərarı ilə Naxçıvanda ilk səhiyyə şöbəsi, 1921-ci il dekabrın 24-dən isə Azərbaycan Xalq Səhiyyə Komissarlığının Naxçıvan Diyar Əlahiddə Səhiyyə İdarəsi fəaliyyətə başlamışdır. 1924-cü il yanvarın 18-də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Səhiyyə Komissarlığı yaradılmış, bununla da, səhiyyə sisteminin dövlət tərəfindən tənzimlənməsinin əsası qoyulmuşdur. Bu dövrdən etibarən Naxçıvan səhiyyəsi iyirminci əsrin elmi-texniki tərəqqisindən bəhrələnərək əhalinin sağlamlığının əsl mühafizəçisinə çevrilmişdir.

Ardını oxu...

Mayın 23-də “Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasında görülən işlər” mövzusunda konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova açaraq məruzə ilə çıxış etmişdir.
Müvəkkil bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan “Milli Dövlət Proqramı” təsdiq olunmuşdur.
Ulu öndərin bu istiqamətdə müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının müdafiəsinə dair ilk dövlət proqramının fəlsəfəsini inkişaf etdirərək insan hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli təşkilinin konsepsiyasını müəyyən etmişdir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Şərur şəhərindəki 1 nömrəli tam orta məktəbdə Respublika Gününə həsr olunmuş tədbir keçirmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayevin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, az vaxt ərzində süquta uğramasının səbəblərindən, ötən əsrin sonlarında müstəqilliyimizin yenidən bərpası və qorunub saxlanılması istiqamətində həyata keçirilən taleyüklü tədbirlərdən bəhs edən məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, xalqımız daim öz qəlbində azad yaşamaq, müstəqil dövlətin vətəndaşı olmaq ümidini yaşatmış və bu yolda çətin mübarizələrdən keçmişdir. Tarixi təcrübələr göstərir ki, bu istəyə çatmaq üçün, ilk növbədə, xalqın əqidə birliyi, daha sonra isə münbit ictimai-siyasi şərait mövcud olmalıdır. Nəhayət, ötən əsrin əvvəllərində belə bir imkan yarandı və 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın dövlət müstəqilliyi haqqında İstiqlal Bəyannaməsini qəbul etdi. Milli Şuranın 24 səslə qəbul etdiyi qərar və 6 bənddən ibarət İstiqlal Bəyannaməsi müstəqil Azərbaycan dövlətinin varlığını bütün dünyaya bəyan etdi.

Ardını oxu...

Bu həqiqət ABŞ-da keçirilən beynəlxalq konfransda bir daha etiraf olunub

Xəbər verdiyimiz kimi, mayın 15-16-da ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində IX Beynəlxalq İpək Yolu Konfransı keçirilib. Çikaqoda yerləşən Mərkəzi Asiya Məhsuldarlıq Mərkəzi və Şimali İllinoys Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev “Böyük İpək Yolu” adlı məruzə ilə çıxış edib. Konfransda Naxçıvanın tarixi və mədəni nailiyyətlərini özündə əks etdirən ingilisdilli kitab, jurnal və təbliğat materialları sərgilənib, İpək Yolu üzərində Naxçıvanın əhəmiyyəti müzakirə edilib. Müsahibimiz tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayevdir. 

Ardını oxu...

Çağdaş Naxçıvan ümummilli lider Heydər Əliyevin arzularının gerçəkliyə çevrildiyi məkandır

Ölkəsinin ümumi inkişafı və soydaşlarının rifahı naminə elmi axtarışlarda, quruculuq layihələrinin və proqramlarının hazırlanmasında uzun illər fəal iştirak etmiş elm adamı, yaşlı ziyalı üçün Vətəninin tərəqqi yoluna çıxmasını, həyatın gözəlləşməsini, ötən nəsillərin arzularının gerçəkləşməsini görməkdən yaxşı nə ola bilər?! Bu baxımdan təmsil olunduğum veteranlar, ağsaqqallar nəsli özünü xoşbəxt saymaqda haqlıdır. Bizi və bütövlükdə, xalqımızı bu xoş günlərə bu günlərdə anadan olmasının 91-ci ildönümünü ümumxalq bayramı kimi qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin işıqlı, ölməz ideya və əməlləri qovuşdurmuşdur.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR