23 Dekabr 2024, Bazar ertəsi

İyunun 4-də Naxçıvan Tibb Kollecində Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyev lektoriyası”nın “Heydər Əliyev və Azərbaycan” mövzusunda növbəti məşğələsi keçilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Tibb  Kollecinin direktoru, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva açaraq ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs etmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev “Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Heydər Əliyev idarəçilik fəlsəfəsinin əsas ideya-siyasi istiqamətini xalqın tarixi yaddaşının bərpası, sürətli inkişaf strategiyasının gerçəkləşməsi kimi mühüm amillər təşkil edir. Ulu öndərimiz hələ ötən əsrin 70-ci illərindən başlayaraq dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks layihələrin həyata keçirilməsinə nail olmuşdur.

Bu inkişaf və tərəqqi salnaməsinin yazıldığı illər ötən əsrin 90-cı illərinin əvvəllərində öz yerini dağıdıcılıq, təsərrüfatsızlıq dövrünə buraxmışdı. Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı, eləcə də Naxçıvanı uçurumun bir addımlığına gətirib çıxarmış, Ermənistanın əsassız torpaq iddialarına rəvac vermişdi. Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə Naxçıvanı işğaldan, məhv olmaqdan, düşmən əlinə keçməkdən xilas etmişdir.
Qeyd edilmişdir ki, Naxçıvanda ulu öndərin rəhbərliyi ilə ölkə əhəmiyyətli qərarlar qəbul edildiyi bir vaxtda Azərbaycanın digər bölgələrində siyasi hərc-mərclik, özbaşınalıq, vətəndaş müharibəsi baş qaldırmışdı. Ölkəmizin məhvə sürükləndiyi belə bir vaxtda xalq yeganə ümid və xilas yolunu Naxçıvandan başlanan qurtuluşda – ümummilli liderimizin böyük siyasətə qayıdışında tapdı. 1993-cü ilin iyununda dahi şəxsiyyət Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan düşdüyü bəlalardan qurtulmuşdur. Bu qayıdış yenicə müstəqillik qazanmış bir dövlətin müqəddəratını həll edən, onu inkişaf və tərəqqi yoluna çıxaran siyasi xəttin başlanğıcı, itirilmiş ümidlərin yenidən canlanması idi.
Ulu öndər Heydər Əliyevin ölkədə ali hakimiyyətə qayıdışı günü tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etmişdir. Azərbaycanın işıqlı gələcəyinin təməlinin qoyulduğu 15 iyun əsl qurtuluş, xalqımızın fəlakətlərdən xilas olub qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gün kimi müasir tariximizə qızıl hərflərlə yazılmışdır.
Sonda ümummilli lider Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənədli film nümayiş etdirilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR