23 Dekabr 2024, Bazar ertəsi

Dünən Babək Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Cəhri kəndində ətraf mühitin mühafizəsi, həmçinin təbii qaz və elektrik enerjisindən düzgün istifadə qaydalarına həsr olunmuş tədbir keçirilmişdir.
Cəhri kənd sakinlərinin iştirak etdiyi tədbirdə Babək rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Kənan Seyidov “Təbii qazın, elektrik və istilik enerjisinin talanması inzibati və cinayət məsuliyyəti yaradır” mövzusunda məruzə etmişdir. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizin enerji təminatının yaxşılaşdırılması, bu sahədə yol verilən qanunsuzluqların və özbaşınalığın aradan qaldırılması üçün mühüm işlər görülmüşdür. Hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi xətt ölkəmizi çox qısa bir zamanda enerji təhlükəsizliyinin təmin edildiyi bir dövlət kimi tanıtmışdır.
Bildirilmişdir ki, enerji potensialından düzgün və qənaətlə istifadə olunması hər birimizin vətəndaşlıq borcudur. Fiziki və hüquqi şəxslər tərəfindən məişətdə və müxtəlif istehsal sahələrində istifadə edilən təbii qazın, elektrik və istilik enerjisinin talanmasına qarşı mübarizənin hüquqi əsasları qanunvericilikdə nəzərdə tutulmuş müvafiq normativ-hüquqi aktlarla tənzimlənir.

Buna görə də istər vəzifəli, istər hüquqi, istərsə də fiziki şəxslər təbii qazın, elektrik və istilik enerjisinin talanmasının qarşısını almaq üçün əllərindən gələni əsirgəməməli, bu cür neqativ hallarla qarşılaşdıqda müvafiq təşkilatlara, həmçinin hüquq-mühafizə orqanlarına lazımi köməkliklər göstərməlidirlər.
Babək rayon prokurorunun böyük köməkçisi, II dərəcəli hüquqşünas Vüqar Hüseynov “Ətraf mühitin qorunması sağlam həyatın başlıca amillərindəndir” mövzusunda çıxış edərək bildirmişdir ki, cəmiyyətin hər bir üzvünün ətraf mühiti qorumaq və ona qayğı ilə yanaşmaq vəzifəsi həm hüquqi, həm də əxlaqi dəyərlərlə ölçülür. Azərbaycan Respublikası Konstitusiyasının 78-ci maddəsində ətraf mühitin qorunmasının hər bir şəxsin borcu olması vətəndaşların əsas vəzifəsi kimi təsbit edilmişdir. Konstitusiyada nəzərdə tutulan vəzifələrin yerinə yetirilməməsi isə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Buna görə də hər kəs təbiətin qorunmasında yaxından iştirak etməli, təbii sərvətlərimizin mühafizəsində əlindən gələni əsirgəməməlidir. Unutmaq olmaz ki, ekoloji tarazlığın qorunması həm də bizim sağlamlığımız üçün vacibdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR