23 Dekabr 2024, Bazar ertəsi

Bu mövzuda maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Babək Rayon İcra Hakimyyəti ilə birlikdə ot-taxıl yığımı kampaniyasının başlanması və biçin dövrü ərzində taxıl zəmilərinin və meşələrin yanğından qorunması məqsədilə maarifləndirici tədbir keçirib. Tədbirdə kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, sahibkarlar, torpaq mülkiyyətçiləri və mexanizatorlar iştirak ediblər.

Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Əliyev iştirakçılara tədbirin məqsəd və mahiyyəti barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi, daxili xidmət kapitanı Mirtaleh Seyidovun “Muxtar respublika ərazisində ot-taxil biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, taxıl zəmilərində yanğın hadisələrinin baş verməsinin əvvəlcədən qarşısının alınması məqsədilə kənd təsərrüfatı texnikalarına yanğına qarşı texniki baxışların keçirilməsi”, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Babək Rayon Şöbəsinin rəisi, daxili xidmət mayoru Yaşar Mustafayevin “Babək rayonu ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülmüş işlər və qarşıda duran vəzifələr”, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Zərrab Əfəndiyevin “Biçin kampaniyası dövründə işləyəcək kənd təsərrüfatı texnikalarının və aqreqatların hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı görülmüş tədbirlər” və aqronom Tofiq Abutalıbovun “Taxıl biçini dövründə sahibkarların və torpaq mülkiyyətçilərinin qarşısında duran vəzifələr” mövzularında çıxışları olub. Çıxışlarda bildirilib ki, taxıl və ot yığımına başlamazdan öncə biçində iştirak edən hər bir mexanizator, sürücü kənd təsərrüfatı texnikalarını yanğına qarşı hazırlamalı, onları yanğına qarşı texniki müayinədən keçirməli, ilkin odsöndürücü vasitələrlə təmin etməlidir.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, taxıl biçinində iştirak edən traktor və kombayn sürücüləri, onların köməkçiləri, digər mexanizatorlar, eləcə də məhsul yığımına cəlb edilən hər bir şəxs yanğına qarşı təlimatlandırılmalıdır.
Sonda videoslaydlar göstərilib, iştirakçılara ”Ot-taxil yığımı zamanı yanğın təhlükəsizliyi qaydaları” adlı yaddaş kitabçaları verilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR