23 Dekabr 2024, Bazar ertəsi

İyunun 5-də Naxçıvan Müəllimlər İnstitutunda “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilmişdir. Məşğələni giriş sözü ilə ali təhsil müəssisəsinin rektoru, professor Oruc Həsənli açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs etmişdir.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərli “Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzə ilə çıxış etmişdir. Alim bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyinin hər iki dövründə ölkəmizin hərtərəfli inkişafında misilsiz xidmətlər göstərmiş, bütün bilik və bacarığını Vətənimizin müstəqilliyinə, insanların xoşbəxt yaşamasına sərf etmişdir. Bu dahi şəxsiyyətin ideyaları hələ sağlığında ikən öyrənilməyə başlanılmışdır.
“Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin olunanadək ölkəmiz keçmiş SSRİ məkanında ən geridə qalmış aqrar respublikalardan biri idi”, – deyən alim qeyd etmişdir ki, dahi rəhbərin həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuş, nəticədə, aqrar ölkədən aqrar-sənaye respublikasına çevrilmişdir.

Məruzəçi vurğulamışdır ki, əldə olunmuş müsbət nəticələr digər sahələri də əhatə etmiş, gələcəkdə Azərbaycanın müstəqil bir dövlət kimi formalaşmasında ilkin təməllər atılmışdır.
Bildirilmişdir ki, ötən əsrin sonlarında imperiyanın süqutundan sonra ölkəmiz müstəqilliyini əldə etsə də, bu müstəqillik çox kövrək olmuş, yalnız böyük öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın təhlükəsizliyi, hərtərəfli inkişafı təmin edilmişdir. Tarix üçün çox qısa bir dövrdə ölkəmizdə bütün sahələri əhatə edən köklü islahatlar aparılmış, nəticədə, Azərbaycan siyasi, iqtisadi, hərbi nüfuzu ilə dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutmuşdur. Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, indi Azərbaycan istər regionda, istərsə də dünyada söz sahibinə malik ölkələrdən birinə çevrilmişdir.
Sonda tədbir iştirakçıları ulu öndər Heydər Əliyevə həsr olunmuş sənədli filmə baxmışlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR