23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə “Heydər Əliyev lektoriyası”nın “Heydər Əliyev və Azərbaycan” mövzusunda növbəti məşğələsi keçirilmişdir. 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş lektoriya iştirakçıları əvvəlcə məktəbin həyətində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzmüşlər. Məktəbin zalında davam etdirilən lektoriyanı giriş sözü ilə məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Namiq Məmmədov açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışmışdır.

Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlinin “Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır.

1993-cü il iyunun 15-də ümummilli liderimiz Heydər Əliyevin ölkəmiz­də yenidən siyasi hakimiy­yətə qayıdışı ilə tariximizə yazılan Milli Qurtuluş Gününün bəhrəsi olaraq, Azərbaycan inkişaf və tərəq­­qi yoluna çıxmış, ölkə­miz dünya dövlətləri sırasında öz layiqli yerini tutmuş­dur. Müstəqil Azərbaycanda qazanılan hər bir nailiyyət ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi xəttin bəhrəsidir. 2003-cü ildən etibarən hörmətli Prezidentimiz tərəfindən uğurla davam etdirilən bu siya­­si xətt ölkəmizin siyasi və iqtisadi gücünü daha da artırmışdır.
Məşğələdə məktəbin müəllimləri Şəfiqə Əhməd­ova və Rahilə Seyidova çıxış etmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, Azərbaycanımızın ayrılmaz hissəsi olan qədim Naxçıvan sürətli inkişaf yolundadır. Muxtar respublikamızda Heydər Əliyev yolunun bütün sahələrdə böyük uğurla davam etdirilməsi nəticəsində diyarımız gündən-günə çiçəklənir, həyata keçirilən nəhəng quruculuq tədbirləri Naxçıvanın hərtərəfli inkişafını təmin edir. Bütün bunlar onu göstərir ki, muxtar respublika əhalisi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan sabitliyə və quruculuq işlərinə öz layiqli töhfəsini verməyə, nailiyyətləri daha da artırmağa çalışır. Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan ona görə inkişaf edir ki, ümummilli liderimizin yolu ilə gedir. Bütün bunlar isə ulu öndər Heydər Əliyevin yoluna sədaqətin bəhrə­si, Milli Qurtuluşdan başlanan inkişafın davamıdır.

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR