23 Dekabr 2024, Bazar ertəsi

Mayın 28-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu tərəfindən Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir.
Əvvəlcə Azərbaycanın və İranın Dövlət himnləri səsləndirilmişdir.
Azərbaycanın Təbrizdəki Baş konsulu Əli Əlizadə çıxış edərək demişdir ki, 1918-ci ildə – ermənilərin xalqımıza qarşı soyqırımı törətdiyi və ərazi iddiaları apardığı bir dövrdə yaranan Azərbaycan Xalq Cümhuriyyəti hüquqi dövlət quruculuğu istiqamətində uğurlu yol qət etmişdir. Xalqımızın şərəfli mübarizə tarixini özündə yaşadan Azərbaycan Xalq Cümhuriyyəti dövlətçiliyimiz üçün mühüm əhəmiyyətli və taleyüklü qərarlar qəbul etmişdir. Qeyd olunmuşdur ki, ötən əsrin 90-cı illərində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası həmin dövrdə məhv olmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Ancaq ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz düşdüyü bəlalardan xilas edilmiş, dövlət müstəqilliyimiz möhkəmləndirilmiş, əbədi, dönməz xarakter almışdır.

Baş konsul bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini bildirmiş, ölkəmizin dost və qonşu dövlət olan İranla əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırmışdır.
İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin valisi İsmayıl Cabbarzadə İran-Azərbaycan əlaqələrindən danışmış, 28 May – Respublika Günü münasibətilə təbriklərini çatdırmışdır.
Çıxışlardan sonra Azərbaycanın sosial-iqtisadi inkişafından bəhs edən film nümayiş olunmuş, Azərbaycan xalq mahnıları səslənmiş, ziyafət verilmişdir.
Rəsmi qəbulda İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti valiliyinin məsul şəxsləri, Türkiyə Respublikasının Təbrizdəki Baş konsulu və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR