23 Dekabr 2024, Bazar ertəsi

Dünən bu mövzuda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində seminar-müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ədliyyə Nazirliyi ilə birlikdə təşkil etdiyi tədbiri nazirliyin Qeydiyyat və notariat bölməsinin baş məsləhətçisi, kiçik ədliyyə müşaviri Səyyub Kərimov açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Abil Orucəliyev “Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti institutları kimi” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, müasir dövrümüzdə vətəndaş cəmiyyətinin inkişafı və dəstəklənməsi, ictimai həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətdə sabit inkişafın təmini hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biridir.

Vətəndaşların birləşmək, dövlətin və cəmiyyətin idarə olunmasında iştirak etmək hüquqları insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olmaqla ölkə qanunları ilə müəyyən edilir və təminat altına alınır. Bu hüquqlardan istifadə etməklə vətəndaşların müxtəlif formalarda cəmiyyətin həyatına qatılmaq, ona təsir etmək və təşəbbüslər göstərmək imkanı yaranır.
Qeyd olunub ki, bu gün muxtar respublikamızda bütün sahələrə olduğu kimi, vətəndaş cəmiyyəti institutlarına da xüsusi diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” 16 may 2009-cu il tarixli Fərmanı bunun bariz nümunəsidir. Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin məqsədi vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması, həmçinin dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsidir.
Sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat bölməsinin baş məsləhətçisi, kiçik ədliyyə müşaviri Səyyub Kərimovun “Qeyri-hökumət təşkilatlarının fəaliyyətinə nəzarət, vəzifələr və məsuliyyət”, nazirliyin Qanunvericilik şöbəsinin müdiri, ədliyyə müşaviri Ayaz Məhərrəm­ovun “Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin qanunauyğunluğunun təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri” mövzularında məruzələri dinlənilib. Məruzələrdə qeyd olunub ki, ölkəmizdə inkişaf etmiş vətəndaş cəmiyyəti təsisatlarının yaradılması, vətəndaş təşəbbüskarlığının sosial xarakterli problemlərin həllində mühüm rol oynaması Heydər Əliyev ideyalarının ardıcıl olaraq həyata keçirilməsinin nəticəsidir. Muxtar respublikamızda da qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərməsi, siyasi, hüquqi və maliyyə baxımından dövlət tərəfindən onlara dəstək verilməsi bu sahənin inkişafına göstərilən diqqətin bariz nümunəsidir.
Bildirilib ki, ölkəmizdə aparılan hüquqi islahatlar çərçivəsində qeyri-hökumət təşkilatlarının fəaliyyəti də qanunvericilik bazası əsasında təkmilləşdirilib. Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2007-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” təsdiq olunub. Həmin konsepsiya qeyri-hökumət təşkilatları ilə bağlı dövlət siyasətinin istiqamətlərini, onlara dövlət dəstəyinin əsas prinsip və formalarını müəyyən edir. Müvafiq qanunvericiliyə görə, qeyri-hökumət təşkilatları mühasibat uçotu aparmalıdır. Onun əmlakı, xərcləri, işçilərin say tərkibi, əməyin ödənilməsi haqqında məlumatlar dövlət və ya kommersiya sirri ola bilməz. Müvafiq qanunvericiliyə edilmiş dəyişikliklər bir daha onu göstərir ki, digər qanunvericilik aktlarında olduğu kimi, qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlarda hüquqlarla yanaşı, vəzifələr də müəyyənləşdirilib ki, bu vəzifələrə də onlar tərəfindən ciddi əməl olunmalıdır.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR