23 Dekabr 2024, Bazar ertəsi

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin İdarə Heyətinin yığıncağı keçirilmişdir.
Yığıncağı giriş sözü ilə açan YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin əhəmiyyətindən, gənclər siyasətinin Naxçıvanda uğurla həyata keçirilməsindən danışmış, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə tədbirlər planına uyğun olaraq görülən işlərdən söhbət açmışdır.
Sonra YAP şəhər və rayon təşkilatlarının Heydər Əliyev adına Gənclər Birliyi sədrlərinin, eləcə də Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Özəl Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun YAP ərazi ilk təşkilatı gənc­lər birliyi sədrlərinin məlumatları dinlənilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondunun icraçı direktoru Məmməd Babayev çıxış edərək Gənclər Fondunun yaradılması məqsədindən və həyata keçirilən tədbirlərdən danışmışdır.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov hesabat məruzəsində bildirmişdir ki, muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılmışdır. Gənclər üçün gənclik mərkəzlərinin, elektron kitabxanaların, mədəniyyət evlərinin, ali təhsil müəssisələrində yeni tədris korpuslarının, tam orta məktəblər üçün yeni binaların, olimpiya-idman komplekslərinin, idman mərkəzlərinin və digər obyektlərin tikilərək istifadəyə verilməsi, Gənc­lər Fondunun yaradılması, gənc­lərin dövlət qulluğu vəzifələrində irəli çəkilmələri, istedadlı gənclərə dövlət qayğısı muxtar respublikamızda gənclərlə bağlı aparılan uğurlu siyasətin bariz nümunələridir. Bu il fevral ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı İdarə Heyətinin 2013-cü ildəki fəaliyyəti və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş iclasda Ali Məclisin Sədri partiyanın apardığı ideoloji işin miqyasının genişləndirilməsi, ilk partiya təşkilatlarının işinin səmərəliliyinin artırılması isti­qamətində müvafiq tapşırıqlar vermişdir.
Azad Cabbarov YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin gələcəkdə də gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin milli dəyərlərimizə bağlılığının möhkəmləndirilməsi, onların intellektual səviyyəsinin artırılması, gələcəyə hazırlanması məqsədilə tədbirlərin həyata keçirilməsini davam etdirəcəyini bildirmişdir.
Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının sədri Arzu Abdullayev çıxış edərək gənc­lərin cəmiyyətin bütün sferalarında təmsil olunmasında yaradılan şəraitə görə gənclər adından minnətdarlığını bildirmişdir.
İclasda həmçinin bələdiyyə seçkilərinə hazırlıq, yerli özünüidarəetmə orqanlarında gənc­lərin iştirakının təşviq edilməsi, cəmiyyətdə qadınların siyasi və sosial aktivliyinin daha da artırılması, kütləvi informasiya vasitələri ilə işin təşkili, sosial şəbəkələrdə gənc­lərin aktivliyinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır.
Tədbirə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov yekun vurmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR