23 Dekabr 2024, Bazar ertəsi

2014-cü ilin iyun ayına kimi Heydər Əliyev Muzeyini 9048 nəfər ziyarət etmişdir ki, bunların da 371 nəfəri 27 xarici ölkədən gələn qonaqlardır. Yerli ziyarətçilərin sayı isə 8677 nəfər olmuşdur.
Ötən dövr ərzində muzeydə müxtəlif mövzularda 61 açıq dərs keçilmişdir. Dərslərdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas məktəb­lərinin tələbələri, orta məktəb şagirdləri, dövlət müəssisə və təş­kilatlarının əməkdaşları iştirak etmişlər.
Açıq dərslərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, gələcək inkişafının təmin olunması, dövlətimizin dünyada tanıdılması istiqamətində gördüyü mühüm işlər barədə dinləyicilərə geniş məlumatlar verilmişdir.
Naxçıvan Muxtar Respublikasında yaradılan muzeylər içərisində Heydər Əliyev Muzeyi xüsusi əhəmiyyət kəsb edir.

Görkəmli ictimai-siyasi və dövlət xadimi, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının əbədiyaşar lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş ulu öndərimiz Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 18 fevral 1999-cu il tarixdə imzaladığı Sərəncamla muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində yaradılmış və 1999-cu il mayın 10-da fəaliyyətə başlamışdır.
Muzeydəki eksponatlar ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Azərbaycanın müasir dövlətçilik tarixinin və ümummilli liderimizin siyasi irsinin tədqiqatçıları burada elmi axtarışlar üçün dəyərli məlumatlar əldə edirlər. Fəaliyyət göstərdiyi 15 il ərzində muzeyin 230 mindən çox ziyarətçisi olmuşdur. Onların da 23 mindən çoxu xarici ölkə vətəndaşıdır. Həmçinin muzey eksponatlarını internet vasitəsilə izləmək mümkündür. Bu ilin ötən dövründə muzeyin internet saytına 10 mindən artıq istifadəçi daxil olmuş, muzeyi internet üzərindən ziyarət etmişdir.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR