23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzində muxtar respublikanın yaradılmasının 90 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə mərkəzin direktoru Sevinc Mirzəyeva açaraq Azərbaycanın ən yeni tarixində Naxçıvanın yeri və rolu haqqında danışmışdır.
Sonra mərkəzin müəllimlərindən Lalə Qəmbərovanın, Məmləkət Bağır­ovanın məruzələri dinlənilmişdir. Məruzələrdə qeyd olunmuşdur ki, Naxçıvanın əlverişli təbii-coğrafi mövqeyi, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun üzərində yerləşməsi onu fatehlərin, böyük dövlətlərin geosiyasi maraqlarının kəsişdiyi regiona çevirmişdir. Ərazisi dəfələrlə müharibə meydanına çevrilsə də, Naxçıvan heç zaman əyilməmiş, xalqımıza məxsus mədəniyyəti, adət-ənənələri, ən vacibi isə tarixi ərazisini qoruyub saxlamışdır.

Bildirilmişdir ki, ötən əsrin əvvəllərində yaranmış şəraitdən istifadə edən erməni daşnakları Naxçıvana qarşı ərazi iddiaları irəli sürmüş, bu diyarı Ermənistana birləşdirmək üçün bütün vasitələrə əl atmışlar. Bölgə əhalisinin inadlı müqaviməti nəticəsində Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılmış və son nəticədə, ona Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir. Beynəlxalq Moskva və Qars müqavilələri Naxçıvan diyarının tarixi taleyini, onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanını reallaşdırmışdır.
Vurğulanmışdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublika müxtəlif çətinliklərə düçar olsa da, xalqımızın ümummilli lideri Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində Naxçıvan bu vəziyyətdən çıxa bilmiş və bugünkü dinamik inkişaf yoluna qədəm qoymuşdur. Blokadanın çətinliklərinə baxmayaraq, son 18 ildə muxtar respublikada böyük quruculuq proqramı gerçəkləşdirilmiş, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur.
Sonda Naxçıvanın muxtariyyət tarixindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR