23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr edilmiş “Beynəlxalq münasibətlərdə Naxçıvan və müasir dövrdə inkişaf prosesləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirmişdir.
Bu münasibətlə AMEA-nın Mərkəzi Elmi Kitabxanası geniş ədəbiyyat sərgisi təşkil etmişdir.
Kitabxanadan AzərTAc-a bildirmişlər ki, sərgidə Azərbaycan və xarici dillərdə 1200-dən çox ədəbiyyat nümayiş olunmuşdur.
Sərginin müvafiq bölmələrində Naxçıvanın tarixi, ədəbiyyatı, iqtisadiyyatı, mədəniyyəti, elmi, maarifi və digər sahələr yer almışdır. “Azərbaycan elminin inkişafında Naxçıvan” adlı bölmədə Naxçıvanda yaşayıb-yaradan alimlərin əsərləri konfrans iştirakçılarına təqdim olunmuşdur. Həmçinin Naxçıvana aid ədəbiyyatların virtual görüntüləri, fotoşəkillər və muxtar respublika haqqında sənədli film də nümayiş etdirilmişdir.

Konfransda iştirak edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə, bu elmi müəssisənin vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, akademiyanın müxbir üzvü Teymur Kərimli, Ərzurum Universitetinin Tarix bölümünün müdiri, professor Yavuz Aslan, rusiyalı professor Yuri Kuznetsov, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi rəhbərinin müavini Bəxtiyar Əsgərov və digər qonaqlar sərgi ilə yaxından tanış olmuşlar.
Sərgi konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış və onlar yubiley tədbirinin əyaniliyinə səbəb olan belə bir sərginin təşkilinə görə Mərkəzi Elmi Kitabxananın rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlıqlarını bildirmişlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR