23 Dekabr 2024, Bazar ertəsi

İyunun 3-də Naxçıvan Dövlət Texniki Kollecində Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyev lektoriyası”nın “Heydər Əliyev və Azərbaycan” mövzusunda növbəti məşğələsi keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru Məhəmməd Qəribov açaraq xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafındakı xidmətlərindən bəhs etmişdir.
Naxçıvan Özəl Universitetinin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru İbrahim Kazımbəyli “Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, 1990-1993-cü illərdə respublikaya rəhbərlik edənlərin səriştəsizliyi ucbatından ölkəmizdə özbaşınalıq yaranmış, daxili sabitlik pozulmuş, vətəndaş müharibəsinə rəvac verilmişdir. Torpaqlarımızın 20 faizinin işğal edildiyi, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi bir zamanda xalqın böyük bir liderə – əsl xilaskara ehtiyacı vardı. Belə bir vəziyyətdə ölkəni, dövlətçiliyimizi və müstəqilliyimizi təhlükədən yalnız Heydər Əliyev dühası qurtara bilərdi. Buna görə də xalqımız böyük və müdrik şəxsiyyət Heydər Əliyevə üz tutdu. Xalqın çağırışlarını nəzərə alan ümummilli lider Heydər Əliyev 1993-cü ilin 15 iyun tarixində yenidən siyasi hakimiyyətə qayıtdı.
Qeyd olunmuşdur ki, dahi rəhbərin yenidən siyasi hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz qorunmuş, torpaqlarımızın işğalına son qoyulmuş, ölkədə əmin-amanlıq, siyasi sabitlik bərqərar edilmişdir. Milli Qurtuluş Günündən başlanan inkişaf Azərbaycanı dünyada söz sahibinə, regionun lider dövlətinə çevirmişdir.
Sonda ümummilli lider Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən slaydlar nümayiş etdirilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR