23 Dekabr 2024, Bazar ertəsi

“Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən, dünən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. 

Mərasimi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Səxavət Salmanov açıb.
Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Heydər Heydərov, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Mirməcid Seyidov çıxış edərək bu əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn Məmməd Baxşəliyev ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdırıb, övladının hərbi xidmətə yollanmasından böyük qürur hissi duyduğunu deyib.

Ardını oxu...

Cari ilin oktyabr ayına qədər Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini 13 mindən çox insan ziyarət edib. Bunun 686 nəfəri 27 xarici ölkədən gələn qonaqlar olub. Yerli ziyarətçilərin sayı isə 12 mini ötüb.
Ötən dövr ərzində müxtəlif mövzularda muzeydə 60 açıq dərs keçilib. Dərslərdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili məktəblərinin tələbələri, orta məktəb şagirdləri iştirak ediblər.
Açıq dərslərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, ölkəmizin gələcək inkişafının təmin olunması, dövlətimizin dünyada tanıdılması istiqamətində gördüyü mühüm işlər barədə dinləyicilərə geniş məlumatlar verilib.

Ardını oxu...

1921-ci il oktyabr ayının 13-də imzalanan Qars müqaviləsi muxtar respublikanın siyasi və tarixi taleyində mühüm rol oynamışdır. Bu müqavilənin əhəmiyyəti bu gün – Naxçıvanda elan olunmuş “Muxtariyyət ili”ndə də aktualdır.
Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvana muxtariyyət statusunun verilməsi 1918-1920-ci illərdə, bütövlükdə, torpaqlarımıza və xalqımıza qarşı erməni təcavüzü ilə bağlıdır. Belə ki, məhz bu dövrdə tarixi Azərbaycan torpaqları olan İrəvan xanlığı, Göyçə mahalı və Zəngəzur hərbi güc, ermənilər tərəfindən törədilən deportasiya, yürüdülən soyqırımı siyasətinin nəticəsi olaraq işğal edilmişdir. 1918-1920-ci illərin soyqırımı nəticəsində azərbaycanlı əhalisinin xeyli hissəsi məhv edildiyindən Zəngəzurun erməni işğalı altına düşməsinə ciddi müqavimət təşkil etmək mümkün olmamışdır. Beləliklə, hələ 1919-cu ildə Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə əlaqəsi kəsilmişdir. Bu fakt Naxçıvana muxtariyyət statusunun verilməsi zərurətini ortaya çıxarmışdır.

Ardını oxu...

Bu il ölkəmizdə dəmir yolu nəqliyyatının yaradılmasının 134 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 5 oktyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 13-ü ölkəmizdə “Dəmiryolçuların peşə bayramı günü” kimi qeyd edilir.

Dəmir yolu təsərrüfatının ən sürətli inkişafı ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə düşür. 1969-cu ildə respublikaya rəhbər seçilən ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, dəmir yolu nəqliyyatında da köklü dəyişikliklər və əsaslı inkişaf baş vermişdir. Əgər 1969-cu ilə qədər ölkə­də 159 dəmir yolu stansiyası var idisə, qısa müddətdə onların sayı 176-ya çatdırılmışdır. Bu dövrdə çəkilmiş yeni dəmir yolu xətlərinin uzunluğu 482,8 kilometr olmaqla Ələt-Astara, Naxçıvan-İmişli, Şərur-Culfa və digər istiqamətlərdəki stansiyalarda yoldəyişdirici və işarəvermə qurğularının tam dispetçer mərkəzləşməsinə qoşulması təmin edilmişdir. Həmçinin Azərbaycan dəmir yollarının elektrikləşdirilməsi sahəsində məqsədyönlü tədbirlər görülmüş, ümumi dəmir yollarının 61 faizi elektrik enerjisi ilə təmin olunmuşdur.

Ardını oxu...

Bu il avqustun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir. Müşavirədə aid qurumlarla yanaşı, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinə də dəmir yolu nəqliyyatında qış aylarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı konkret tapşırıqlar verilmiş, vaqonlara və lokomotivlərə texniki baxış keçirilməsi, yol təsərrüfatının saxlanması, material ehtiyatının yaradılması konkret vəzifə kimi müəyyənləşdirilmişdir.
Müşavirədən ötən dövr ərzində cəmiyyət tərəfindən payız-qış mövsümünə hazırlıq məqsədilə qərargah yaradılmış, ötən payız-qış mövsümündə görülən işlər təhlil edilmiş, aşkar olunmuş nöqsan və çatışmazlıqlar nəzərdən keçirilərək tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına əsasən, cəmiyyətin tabe idarə və strukturları tərəfindən aşağıdakı işlər görülmüşdür.

Ardını oxu...

Ulu öndər Heydər Əliyеv: Bir hadisənin qarşısını almaq o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.


2002-ci il oktyabr ayının 5-də ümummilli liderimiz Heydər Əliyev hər il oktyabr ayının 10-nun “Yanğınsöndürənlərin peşə bayramı günü” kimi qeyd olunması haqqında Sərəncam imzalamışdır. Həmin tarixdən etibarən yanğınsöndürənlər hər il oktyabrın 10-da peşə bayramlarını qeyd edirlər.
XX əsrin əvvəllərində yaradılan Azərbaycan yanğından mühafizə xidmətinin əsas inkişaf dövrü ötən əsrin 70-ci illərinə təsadüf edir. Zəngin siyasi və idarəçilik təcrübəsinə, fenomenal rəhbərlik qabiliyyətinə malik olan ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə yanğın təhlükəsizliyi sahəsi daha sistemli şəkildə inkişaf etməyə başladı. Yanğından mühafizə xidmətinin maddi-texniki və normativ-hüquqi bazası möhkəmləndirildi, kadr ehtiyatının yaradılmasına, şəxsi heyətin peşəkarlığının artırılmasına xüsusi diqqət yetirildi. 1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsaslarını və prinsiplərini müəyyən etmişdir. Sonrakı dövrlərdə də Azərbaycanın yanğın təhlükəsizliyi xidməti inkişafda olmuş, yanğından mühafizə sistemləri təkmilləşdirilmiş, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılmışdır.

Ardını oxu...

Dördüncü Bakı Beynəlxalq Humanitar Forumun iştirakçılarının bir qrupu oktyabrın 4-5-də Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
Dünyanın müxtəlif ölkələrini, beynəlxalq təşkilatları təmsil edən tanınmış ictimai-siyasi xadimlərdən, elm adamlarından ibarət nümayəndə heyəti Naxçıvan Beynəlxalq Hava Limanında böyük qonaqpərvərliklə qarşılandı.
Qonaqlar qədim diyarın tarixi-memarlıq abidələri, muzeyləri, gəzməli-görməli yerləri ilə tanış oldular.
Əvvəlcə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinə gələn forum iştirakçıları burada ümummilli liderin həyatının müxtəlif dövrlərini əks etdirən stendlərə, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid şəxsi sənəd və materiallara, məktublara, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətlərinə, ulu öndərə məxsus şəxsi əşyalara maraqla baxdılar. Qeyd olundu ki, ümumilikdə, muzeydə 4 min 536 eksponat var. Muzeyin kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qəzet, jurnal, albom və kitablar, videomateriallar toplanıb.

Ardını oxu...

Muxtar respublikada səfərdə olan IV Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları bu fikirdədirlər

Bu günlərdə keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumun iştirakçılarından bir qrupu oktyabrın 4-ü və 5-i Naxçıvan Muxtar Respublikasında olub. Muxtar respublikanın müxtəlif tarixi məkanları, mədəniyyət, təhsil və səhiyyə müəssisələri ilə tanış olan forum iştirakçıları “Şərq qapısı” qəzetinin əməkdaşları ilə təəssüratlarını bölüşüblər.

Avtandil Beridze – Gürcüstanın Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədri:
– IV Bakı Beynəlxalq Humanitar Forumun iştirakçısı kimi Naxçıvanda da olmağımdan sevinc duyuram. Forum çox uğurlu keçdi və belə möhtəşəm tədbirlər Azərbaycanın şöhrətini daha da artırır. Bu forum dünyanın müxtəlif regionlarından olan insanları bir araya topladı. Forum çərçivəsində Naxçıvanda olmaq isə mənim üçün ikiqat əlamətdardır. Bu, mənim Naxçıvana ikinci səfərimdir. Əvvəlki səfərim zamanı biz burada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə etmişik. Xalqlarımızın dostluq əlaqələri çox genişdir və Naxçıvan-Acarıstan əlaqələri hələ keçən əsrin 70-ci illərindən başlayıb. Hesab edirəm ki, biz bu ənənələri daha da irəliyə aparmalıyıq. Bunun üçün yaxşı imkanlar vardır. Hazırkı mərhələdə iqtisadi və humanitar sahədə mühüm nailiyyətlərimiz, qarşılıqlı tələbə mübadiləmiz, turizm əlaqələrimiz vardır. Bu il çoxlu sayda naxçıvanlının Acarıstana dincəlməyə gəldiyini qeyd edə bilərəm. Sizin də gözəl müalicə-istirahət mərkəzləriniz vardır. Naxçıvana müalicə üçün gəlmiş acarıstanlı uşaqlar buradakı şəraiti çox bəyənirlər. Biz belə humanitar əlaqələri dəstəkləyirik. Düşünürəm ki, bütün bunlar, ümumilikdə, əlaqələrimizin inkişafına xidmət edən amillərdir.

Ardını oxu...

Ulu öndər Heydər Əliyеv: Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.


1993-cü il oktyabrın 3-də qədirbilən Azərbaycan xalqı Naxçıvanda formalaşdırılan müstəqil dövlətçilik ənənələrinin banisi ümummilli lider Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinə səs vermişdir.
Bu gün hər birimiz ulu öndəri bir daha yada salır, onun dövlətçiliyimizin möhkəmləndirilməsi, inkişafı üçün gördüyü misilsiz xidmətləri xatırlayır, ruhu qarşısında baş əyirik. Xalqımızın böyük oğlu həyatının bütün mərhələlərində canı qədər sevdiyi Azərbaycana xidmət etmiş, “Mən həmişə xalqla bir olmuşam, xalqın taleyini öz taleyim bilmişəm. Həyatımı xalqın xoşbəxtliyinə həsr etmişəm və son nəfəsimədək bu yolda mübarizə aparacağam” vədinə sadiq qalaraq Azərbaycan Respublikası kimi qüdrətli və sürətlə inkişaf edən bir dövlət qurmuşdur.
Ulu öndərin memarı, müəllifi və qurucusu olduğu müstəqil Azərbaycan Respublikası bu gün yaşayır, onun quruculuq yolu yeni meyarlarla zənginləşdirilərək davam etdirilir, ölkəmizdə qlobal əhəmiyyətə malik layihələr həyata keçirilir. Azərbaycan bu gün zirvələr fəth edir, regional təhlükəsizliyə öz töhfəsini verir. Paytaxtımız Bakı şəhəri, qədim Naxçıvan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkan kimi şan-şöhrət qazanır. Təbii ki, bütün bu möhtəşəm uğurların təməli 1993-cü ildən başlanan Heydər Əliyev siyasi xətti ilə qoyulmuşdur.
Tarix boyu öz xalqı, dövləti və dövlətçiliyi uğrunda mübarizə aparan liderlər çox olmuşdur. Ancaq öz sağlığında ümummilli lider adını qazanmaq böyük öndərimizdən başqa heç kimə nəsib olmamışdır. Ulu öndər hələ Sovetlər Birliyi dövründə dövlət idarəçiliyində azərbaycanlı kadrları yerləşdirərkən, milli hərbçi kadrları hazırlayarkən də ancaq öz xalqının gələcəyini düşünmüş, onun yolunda hər cür çətinliklərə dözmüşdür. Dahi Heydər Əliyev Mixail Qorbaçovun Bakıda törətdiyi 20 Yanvar qırğınına etiraz edərək Moskvada bəyanat verəndə də, həm Ayaz Mütəllibovun, həm də AXC-Müsavat iqtidarının çoxsaylı hədə-qorxularına məhəl qoymayaraq xalqı ilə bir olmaq üçün Moskvadan Bakıya gələndə də, yalın əllə başdan-ayağa silahlanmış insanların qarşısına – Gəncəyə gedəndə də Azərbaycanı düşünür, Azərbaycan naminə çalışır, öz canını sipər edirdi. Onda milyonlar üçün əlçatmaz olan sərkərdə cəsarəti vardı. Onu Tanrı qoruyur, həmişə yanında olan Azərbaycan xalqı qoruyur və həmişə qalib gələn haqq-ədalət qoruyurdu.
Ümummilli lider ömrü boyu Azərbaycan xalqının rifahı naminə çalışmış və hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, bacarığı, qabiliyyəti, fitri istedadı ilə öz Vətəninə xidmət etmişdir. Azərbaycanda ilk dəfə 1969-1982-ci illərdə hakimiyyətdə olan ümummilli liderimiz öz xalqını zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail olmuş, geniş vüsət alan inkişaf proseslərinə təkan vermişdir.

Ardını oxu...

Bu gün Azərbaycanda ulu öndər Heydər Əliyevin ideyaları dönmədən həyata keçirilir. Azərbaycanımızın ayrılmaz  tərkib hissəsi olan qədim Naxçıvan da Heydər Əliyev ideyaları işığında intibah dövrünü yaşayır. Yaradılmış sağlam mühit iqtisadi inkişafa, sosial yüksəlişə təkan verir, adamları doğma diyarın hər qarışını cənnətə döndərmək üçün daha səylə çalışmağa sövq edir. Muxtar respublikada aparılan quruculuq tədbirləri, iqtisadi və sosial sahədəki irəliləyişlər adilikdən uzaq, möcüzənin reallığa çevrildiyi həqiqətdir. Naxçıvanın son 19 ilini vaxtilə çiçəklənmə dövrü kimi tanınan, sivilizasiyanın yüksək zirvəsinə çatmış Atabəylər dövrünün Naxçıvanı ilə də müqayisə etmək olar. Beş min ildən artıq şəhərsalma mədəniyyətinə malik olan bu diyar bu gün özünün gənclik və xoşbəxtlik çağını ona görə yaşayır ki, muxtar respublikada ulu öndər Heydər Əliyevin yolu yaradıcılıqla davam etdirilir. Sənayedə, tikintidə, iqtisadiyyatda, sosial həyatın bütün sahələrində analoqu olmayan uğurlar ona görə  qazanılır ki, Heydər Əliyev yolunun xoşbəxt sabahlara gedən həyat gəmisinin sükanı etibarlı əllərdədir. Bu, həqiqətdir, reallıqdır, gerçəklikdir. Bu həqiqətin, reallığın fövqündə isə yenidənqurmadan yeniləşməyə qədəm qoyan Naxçıvan görünür: rahat, abad yolları, gözoxşayan küçələri, binaları, bağları, parkları ilə, müasir, eyni zamanda ötən minilliklərdən xəbər verən memarlıq inciləri ilə, qızılgüllər gülüstanına dönən seyrəngahları, bağçaları ilə yeniləşən qədim, ulu, bu gün isə gənc, cavan Naxçıvan...  

Ardını oxu...

Oktyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi­nin və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Azərbaycanın tanınmış dövlət xadimi Sadıq Rəhim­ovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirmişdir ki, uzun illər dövlət idarəçiliyi sahəsində müxtəlif məsul vəzifələrdə çalışmış, Azərbaycan hökumətinə rəhbərlik etdiyi dövr ərzində respublikanın ictimai-siyasi həyatına, sosial-iqtisadi inkişafına mühüm töhfələr vermiş Sadıq Rəhimovun anadan olmasının 100 illiyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il avqustun 8-də imzaladığı Sərəncama əsasən qeyd olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Sadıq Rəhimovun həyat və fəaliyyəti barədə danışaraq qeyd etmişdir ki, tanınmış dövlət xadimi cəmiyyətimizə, xalqımıza yalnız şərəf gətirən mənalı bir ömür yaşamışdır. 1914-cü ildə Bakının Balaxanı kəndində neftçi-fəhlə ailəsində anadan olan Sadıq Rəhimov 1929-1931-ci illərdə Bakı Neft Texnikumunda təhsil almışdır. 1939-cu ildə Moskvaya Ali Partiya Məktəbində oxumağa göndərilən Sadıq Rəhimov təhsilini yarımçıq qoyaraq 1941-ci ildə cəbhəyə yollanmış və ağır yaralanması ilə əlaqədar hərbi qulluqdan tərxis edilərək Bakıya qayıtmışdır.

Ardını oxu...

Muxtar respublikanın nəqliyyat infrastrukturunda mühüm obyektlərdən biri də Naxçıvan Beynəlxalq Hava Limanıdır. Son illər göstərilən dövlət qayğısı hesabına hava limanının maddi-texniki bazası yenilənib, sərnişin və yükdaşımalarının rahat və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılıb.
Limanın infrastrukturunun möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində hava limanının fəaliyyətini daha da müasirləşdirmək və təhlükəsizliyi təmin etmək məqsədilə alınan müxtəliftəyinatlı yeni maşın-mexanizmlər mühüm rol oynayır. Payız-qış mövsümündə xidmət üçün nəzərdə tutulmuş bu yeni texniki vasitələr limanın fasiləsiz və təhlükəsiz fəaliyyətinə geniş imkanlar açır.
Naxçıvan Beynəlxalq Hava Limanının direktor müavini Ceyhun Zeynalovun verdiyi məlumata görə, payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər daim diqqətdə saxlanılır. Mövsümlə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində, xüsusilə qış fəslində uçuş-enmə zolağının və perronun qardan, buzdan təmizlənməsi üçün istifadə olunacaq avtomobillər hazır vəziyyətə gətirilib. Təyyarələrin buzlaşma zamanı qəbul olunması üçün istifadə olunan ABŞ istehsallı “Qlobal”, bazasında qartəmizləyən kürək, fırçalı diyircək və yüksək təzyiqlə havavuran “MAN”, yəhərli dartıcı bazasında qartəmizləyən kürək, fırçalı diyircək və yüksək təzyiqlə havavuran “VOLVO” markalı avtomaşınlar, habelə “SUPRA” markalı frezer rotorlu qartəmizləyən, istilik verərək buzəridən qurğular və digər qarkürəyən texniki vasitələr ən soyuq və qarlı hava şəraitində belə, hava limanında xidmətin yüksək səviyyədə həyata keçirilməsinə şərait yaradır. Bundan əlavə, işıq-siqnal sisteminin yararlılığının yoxlanması, qazanxana bölümündə istilik qazanlarının yoxlanması, ehtiyat hissələrinin yeniləri ilə əvəz olunması işləri başa çatdırılıb. Hava limanının mövsümün hadisəsiz başa vurulmasına cavabdeh xidmətlərinin maddi-texniki bazası möhkəmləndirilib. Bütün güc kabellərinin izolyasiyasının yoxlanması, dizel generatorlarına, transformatorlara, elektrik verilişi xətlərinə xidmət göstərilməsi işi yekunlaşdırılıb. Sərnişinlərin qış aylarında rahatlığının təmin olunması məqsədilə aerovağzal kompleksində profilaktik tədbirlər də həyata keçirilib. Bir sözlə, yaradılan şərait və mövsümlə əlaqədar həyata keçirilən tədbirlər payız-qış mövsümündə sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verəcək.

Xəbərlər şöbəsi

Görsən, tanımazsan indi Qahabı

Daha bir yayı arxada qoyaraq qızılı payızın ilk günlərini yaşayırıq. Havalar soyumaqda, təbiət yaşıl donunu dəyişməkdədir. Belə günlərin birində yolumuz Babək rayonunun Qahab kəndinədir. Yol kənarlarındakı əkin sahələrində çalışan torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulları havalar tamamilə soyumamış yığıb-yığışdırmaqla məşğuldurlar. Düşünürəm ki, kənd adamlarının əkin sahələrində belə canfəşanlıqla çalışmaları əbəs deyil. Onlar istəyirlər ki, məhsul tədarükünü tezliklə başa çatdırsınlar.
Yol boyu bir-birini müasirliyə qovuşmuş kəndlər əvəz edir. Gördüyümüz mənzərələr insan qəlbində xoş duyğular yaradır. Bu gün muxtar diyarımızın hansı guşəsinə üz tutsaq, belə təəssüratları yaşaya, sevinc hissləri keçirə bilərik. Ona görə ki, ötən dövr ərzində bu yaşayış məntəqələrində həyata keçirilən qurucu­luq işləri, yaşıllaşdırma tədbirləri insanların yaşam tərzini kökündən dəyişib, evlərə firavanlıq gətirib. Qahab da belə kəndlərimizdən biridir.

Ardını oxu...

Məlumdur ki, 2014-cü ildə yaradılması ümummilli lider Heydər Əliyev tərəfindən “tarixi nailiyyət” kimi dəyərləndirilən Naxçıvan Muxtar Respublikasının 90 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14 yanvar 2014-cü ildə “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 17 yanvar 2014-cü ildə imzaladığı Sərəncamla “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nı təsdiq etmişdir. Tədbirlər planında yubiley ili olan 2014-cü ildə – Ali Məclisin Sədri tərəfindən elan edilən “Muxtariyyət ili”ndə muxtar respublikanın yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə konkret vəzifələr müəyyən edilmişdir. Muxtar respublikanın elm və yaradıcılıq təşkilatları qarşısında da bir sıra vəzifələr qoyulmuş, alimlərə muxtariyyətin tarixi ilə əlaqədar tədqiqatların aparılması, monoqrafiyaların və kitabların yazılaraq nəşr etdirilməsi aktual və mühüm vəzifə kimi tapşırılmışdır. 

Ardını oxu...

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Naxçıvan Muxtar Respublikası 90: innovativ, davamlı inkişaf modeli” mövzusunda elmi-praktik konfrans keçirilib.
AzərTAc xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli Sərəncamının icrasını rəhbər tutaraq təşkil olunub.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov konfransı açaraq Azərbaycanın keçdiyi inkişaf yolundan, ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlardan, qədim tarixə malik Naxçıvanın müstəqil Azərbaycan Respublikasının qurulmasında və inkişafında oynadığı roldan danışıb. Rektor qeyd edib ki, Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli yol qət edib.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən, hər il oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur. Peşə bayramı gününün təsis edilməsi prokurorluq orqanlarına böyük qayğının ifadəsi olmaqla yanaşı, həm də prokurorluq işçilərinin fəaliyyətinə verilən qiymət kimi əhəmiyyətlidir.

Azərbaycan prokurorluq orqanlarının əsasının 1918-ci il oktyabrın 1-də qoyulmasına baxmayaraq, onun dövlət orqanı kimi formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra respublikamızda qanunun aliliyi təmin olunmuş, vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi mühüm prinsip kimi elan edilmişdir. Bu tədbirlərin tərkib hissəsi kimi 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır.
Ulu öndərimiz deyirdi ki: “Mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”. Böyük dövlət xadiminin rəhbərliyi altında prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur. Qarşıda duran bu və digər məqsədlərin həyata keçirilməsi baxımından 1999-cu il 7 dekabr tarixdə qəbul olunmuş “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu müstəsna əhəmiyyət daşıyır.

Ardını oxu...

Sentyabrın 30-da “N” hərbi hissədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
“Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il ok­tyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən, hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların buraxılış mərasimini “N” hərbi hissənin zabiti, polkovnik-leytenant Mirqiyas Rüstəmov açıb.
Əlahiddə Ümumqoşun Ordusu komandanının müavini, general-mayor Vasif Kazımov müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların muxtar respublikamızın müdafiəsində cəsarətlə dayandıqlarını bildirib, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Mirməcid Seyidov, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini Hacıqadir Qədirzadə çıxış edərək ehtiyata buraxılan hərbi qulluqçuları təbrik ediblər.

Ardını oxu...

Sentyabrın 29-da Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş “90 il. Naxçıvan Muxtar Respublikası” miniatür kitabının təqdimat mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov kitabın işıq üzü görməsi münasibətilə ziyalıları, muxtar respublika oxucularını təbrik etmiş, kitabın ərsəyə gəlməsində əməyi olanlara Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəkkürünü çatdırmışdır.
Bildirilmişdir ki, 2014-cü il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada “Muxtariyyət ili” elan olunub. Azərbaycan Respublikasının Prezidenti “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il yanvarın 14-də Sərəncam imzalayıb. Həmin Sərəncamın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq olunub. Tədbirlər planında digər tədbirlərlə yanaşı, muxtar respublikanın 90 illiyinə həsr olunmuş kitabların nəşri də nəzərdə tutulmuş, ötən dövr ərzində “Naxçıvan tarixi” çoxcildliyinin I cildi, “Naxçıvan Muxtar Respublikası – 90” statistik toplusu, “Qədim-yeni Naxçıvanım”, “Naxçıvan xalq musiqisi” və digər kitablar nəşr olunmuşdur. Hazırda “Naxçıvan Muxtar Respublikasının yubileyləri”, “Naxçıvan tarixi” çoxcildliyinin II cildi, “Naxçıvan Muxtar Respublikasının təşkili: tarix və müasirlik” kitabları və “Naxçıvan 1924-2014” fotoalbomu nəşrə hazırlanır.

Ardını oxu...

Muzeylər tariximizin və mədəniyyətimizin təkcə saxlanc yeri deyil, həm də təbliğ edildiyi məkanlardır. Bir xalqın sahib olduğu muzeylərin zənginliyi həmin xalqın tarixinin və mədəniyyətinin zənginliyindən xəbər verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muzeylər bizim tariximizi, mədəniyyətimizi özündə qoruyub gələcəyə daşıyır. ...Lakin iş muzeylərin yaradılması ilə bitmir, onların daim zənginləşdirilməsinə, tamaşaçıların muzeylərə cəlb olunmasına da ciddi diqqət yetirilməlidir”.
Elə bu məqsədlə də muxtar respublikada mərkəzi icra hakimiyyəti orqanları üçün “Muzey günləri” tərtib olunub. “Muzey günləri”ndə mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları Naxçıvan şəhərindəki muzeylərə gedir, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi özündə əks etdirən eksponatlarla tanış olurlar. Bu tədbirin keçirilməsində məqsəd muxtar respublikada fəaliyyət göstərən muzeylərlə ictimaiyyət arasında əlaqənin möhkəmləndirilməsindən, görkəmli şəxsiyyətlərimiz, qədim tariximiz və zəngin mədəni irsimiz haqqında kollektivləri məlumatlandırmaqdan ibarətdir.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında işləmək istəyənlər üçün test imtahanı keçirilib. Komissiyanın imtahan zalında imtahanın şəffaf keçirilməsi üçün hərtərəfli şərait yaradılmışdı. Buna görə də imtahan keçirilən üçsaatlıq müddət ərzində heç bir nöqsan qeydə alınmayıb. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları imtahanda müşahidəçi kimi iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq keçirilən imtahanda sənəd verən 33 namizəddən 30-u iştirak edib. 10 vakant yer üzrə biliklərini sınayan namizədlərə hüquqi sahədə 80, məntiqi düşüncə qabiliyyətini yoxlamaq üçün isə 20 sual təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan verilən məlumata görə, test imtahanında ən az 70 suala düzgün cavab verən namizəd növbəti mərhələyə buraxılacaq.

 Səbuhi HƏSƏNOV

Son illər hədər yerə Naxçıvan Muxtar Respublikasını Cənubi Qafqaz ölkələri üçün inkişaf modeli hesab edilən Azərbaycan Respublikasının parlayan ulduzu adlandırmırlar. Çünki qədim diyarımız, həqiqətən də, özünün yüksəliş, inkişaf, intibah, qısaca, tarixinin qızıl dövrünü yaşayır. Bir sıra beynəlxalq ekspertlər Naxçıvanı həm də regional cazibə mərkəzi adlandırırlar. Səbəb isə çox sadədir: inkişaf olan məkanlarda əldə olunan nailiyyətlər, tətbiq edilən yeniliklər, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, elmə, təhsilə, mədəniyyətin inkişafına göstərilən xüsusi diqqət və qayğı, aparılan genişmiqyaslı islahatlar, müasir dövrün tələblərinə həmahəng olan məqsədyönlü işlər və sair istər insanların, istərsə də xalqların diqqətini cəlb edir, maraq yaradır. Hər kəsi təəccübləndirən digər bir mühüm amil isə bütün bu nailiyyətlərin 23 ildir, davam edən blokada şəraitində əldə edilməsidir.

Naxçıvan Muxtar Respublikasının ağır blokada şəraitində sosial-iqtisadi yüksəlişə nail olmasını izah etməyə çalışanlar, əsasən, üç məsələ ətrafında eyni mövqedən çıxış edirlər. Bunlardan birincisi, muxtar respublikada ulu öndərimiz Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarının dərhal, təxirə salınmadan yerinə yetirilməsi, ikincisi, qədim diyarın muxtariyyətidir. Sosial-iqtisadi inkişafla bağlı qəbul edilmiş dövlət proqramlarının dəqiqliklə icrası, islahatların günün tələbləri səviyyəsində aparılması da mühüm amil kimi diqqəti cəlb edir. Təbii ki, bütün bunları böyük şövqlə həyata keçirmək üçün gərək insanlarda yüksək vətənpərvərlik ruhu, Vətən sevgisi, yurda, xalqa məhəbbət, dövlətə, dövlətçiliyə sədaqət hissləri olsun. Əminliklə demək olar ki, Naxçıvanda bütün işlər Vətənə, xalqa, dövlətə, dövlətçiliyə xidmət meyarları çərçivəsində görülür.

Ardını oxu...

Son 19 ildə muxtar respublikada aparılan genişmiqyaslı işlər, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ulu diyarımız Naxçıvan yüksələn xətt üzrə inkişaf etmişdir. Bu inkişafın əldə olunmasında bölgədə həyatın bütün sahələrinə, o cümlədən elmimizə, təhsilimizə, mədəniyyətimizə göstərilən yüksək dövlət qayğısı mühüm və əhəmiyyətli rol oynamışdır.

Bu dövrdə Naxçıvan Muxtar Respublikasında elmimizin baş qərargahı kimi dəyərləndirilən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi yaradılmış, bundan sonra elmin müxtəlif sahələri üzrə aparılan elmi-tədqiqat işləri sistemli xarakter almış, aparılan araşdırmaların kəmiyyət və keyfiyyəti xeyli yüksəlmişdir. AMEA Naxçıvan Bölməsində və Naxçıvan Dövlət Universitetində Dissertasiya şuraları yaradılmış, müxtəlif elm sahələri üzrə 30-dan çox elmlər doktoru, 200-dən çox fəlsəfə doktoru hazırlanmışdır. Ərazidə çoxlu arxeoloji ekspedisiyalar, o cümlədən iki beynəlxalq ekspedisiya tədqiqatlar aparmış, uğurlu nəticələr əldə edilmişdir. Naxçıvan şəhərində müxtəlif vaxtlarda beynəlxalq konfrans və simpoziumlar keçirilmişdir. 1202 tarix-mədəniyyət abidəsi qeydə alınaraq pasportlaşdırılmış, 60-dan artıq memarlıq abidəsi yüksək səviyyədə bərpa olunmuşdur. Bir sıra nəşriyyatlar işə başlamış, çoxlu elmi jurnallar işıq üzü görmüşdür. Alimlərimiz tərəfindən fundamental ümumiləşdirici əsərlər hazırlanmış, çoxlu monoqrafiyalar, kitablar, dərsliklər və metodik vəsaitlər nəşr etdirilmişdir. Nəticədə, Naxçıvan Muxtar Respublikası inkişaf etmiş elm, təhsil və mədəniyyət mərkəzinə çevrilmişdir.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində sen­tyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının fəaliyyətinin təşkili barədə keçirilmiş müşavirədə qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı tədbir keçirilib. Muxtar respublikanın ümumtəhsil müəssisələri rəhbərlərinin iştirak etdiyi tədbiri Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev açıb.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının üzvü Məmməd Qəribov çıxış edərək bildirib ki, sentyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının fəaliyyətinin təşkili barədə keçirilən müşavirədə qarşıya mühüm vəzifələr qoyulub. Qeyd olunub ki, Mükafat Komissiyasının yaradılmasında əsas məqsəd muxtar respublikada yaradıcı insanların potensialından düzgün istifadə etmək, onları yüksək səviyyəli əsərlər yaratmağa təşviq etməkdən ibarətdir. Eyni zamanda muxtar respublika əhalisinə milli-mənəvi və dini dəyərlərin təbliğini, regionda baş verən ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini çatdırmağı qarşısına məqsəd qoyan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu əhalinin maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri stimullaşdırmağa geniş imkanlar açacaq.

Ardını oxu...

Qədim abidələri ilə tanınan yurd yeri

Rayon mərkəzindən 13 kilometr aralıda yerləşən Aşağı Yaycı kəndi Şərurun qədim yaşayış məskənlərindən biridir. Yaycılılar qədim türkdilli tayfalardan biri hesab olunur. Aşağı Yaycı kəndinin cənub tərəfindən aşkar olunmuş Yaycı nekropolundan tapılmış ox ucluqları və yaylar, kənddəki abidələr, tapılan saxsı qablar Tunc və Dəmir dövründən xəbər verir. Yaycılılar əvvəlcə dağlar qoynunda, yəni indiki Yuxarı Yaycıda, Ağbulaq adlanan ərazinin ətrafında məskən salmışlar. Əhali artdıqca sakinlərin bir hissəsi nisbətən aşağıda, Arpaçayın sahilində məskunlaşmışdır. Beləliklə, ikinci kənd də yaranmış və bura Aşağı Yaycı adlandırılmışdır.
Aşağı Yaycı kəndi Uzunqaya dağ silsiləsinin Arpaçaya endiyi yerdə yerləşir. Arpaçay vadisi, Mayılxan düzü dağlarla əhatə olunmuşdur. Buradakı daş divarların qalınlıqlarını e.ə. II-I minilliklərə aid etmək olar. Fərhad arxı öz başlanğıcını Qız qalasının yaxınlığından, Arpaçaydan götürür. Uzunluğu 30 kilometr, eni 2,4, dərinliyi 2-3 metrdir. Kanal qədim zamanlarda Şərur düzünün şimalında və cənubunda olan əkin sahələrini suvarmaq üçün istifadə edilmişdir. Kənddəki Qalacıq arxı da e.ə. II minilliyin ortalarında qazılmış ölkə əhəmiyyətli arxeoloji abidə hesab olunur. Aşağı Yaycı həm də qədim abidələri ilə məşhurdur.

Ardını oxu...

Avqustun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” imzaladığı Sərəncam hər bir kəsi ürəkdən sevindirdi. Biz tədqiqatçıları da həmçinin. Bu sərəncam alimlər qarşısında dərin elmi axtarışlar və ciddi tədqiqatlar aparmaq kimi vəzifələr qoyub. Sərəncamda deyildiyi kimi: “Tariximizin ən dəyərli eksponatları sırasında mühüm yer tutan dövlət rəmzləri və bayraqlar Azərbaycanın qədim dövlətlərinin, o cümlədən Naxçıvan xanlığının və muxtar respublikanın tarixini öyrənməyə geniş imkanlar yaradır”.

Azərbaycanın zəngin milli dövlətçilik tarixi çox qədimdir. Milli dövlətçilik tariximizdə xanlıqlar dövrü özünəməxsus yer tutur. Çünki tarixi reallıq ucbatından yaradılan kiçik feodal dövlətlər – xanlıqlar Azərbaycan torpaqlarının yadellilər tərəfindən işğal edilməsinə qarşı mübarizə aparıb və cəsurluqla döyüşüblər. Həmin xanlıqlarda dövlət atributlarını müəyyənləşdirən rəmz­lərə (simvollara) böyük hörmət və sədaqət göstərilib. Müasir Azərbaycan tarixşünaslığında xanlıqlar və onlara mənsub olan milli dövlətçilik atributları ilə bağlı xeyli sayda tədqiqat əsərləri yazılıb nəşr olunsa da, bir sıra məsələlər var ki, onlar öz elmi təhlilini gözləməkdədir.

Ardını oxu...

Sentyabrın 20-də Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin yaradılmasının 22-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyində tədbir keçirilmişdir.
Nazirliyin əməkdaşları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin nazirliyin inzibati binasındakı barelyefi önünə gül dəstəsi qoyaraq ulu öndərin xatirəsini ehtiramla yad etmiş, sonra nazirlikdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyinə baxmışlar.
Yığıncaq nazirliyin akt zalında davam etdirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov nazirliyin şəxsi heyətini peşə bayramı münasibətilə təbrik edərək onlara ölkəmizin milli maraqlarının və təhlükəsizliyinin qorunması naminə xidmətdə, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır.

Ardını oxu...

Ölkəmizin zəngin təbii sərvətlərindən müstəqilliyimizin möhkəmləndirilməsi və iqtisadiyyatımızın inkişafı üçün məqsədyönlü şəkildə istifadə edilməsi ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətlərindən biridir. Ulu öndərimizin sayəsində xalqımız öz sərvətlərinin əsl sahibinə çevrilmişdir. Xalqımızın böyük oğlunun müdriklik və uzaqgörənliklə işləyib hazırladığı, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi neft strategiyası artıq 20 ildir ki, ölkəmizin iqtisadi tərəqqisinə, insanlarımızın rifahına xidmət edir.

1993-cü ildə Azərbaycanda ikinci dəfə ali hakimiyyətə qayıdan ulu öndərimizin şərəfli missiyasının əsas hədəflərindən biri də o zamana qədərki xaos və anarxiya mühitində məhv olmuş iqtisadiyyatı yenidən canlandırmaq, insanları düçar olduqları maddi çətinliklərdən xilas etmək idi. Bu fəaliyyətin tərkib hissəsi kimi ümummilli liderimizin işləyib hazırladığı neft strategiyası yeni minillik ərəfəsində bütün dünyanın diqqətini Azərbaycana cəlb etmişdi.

Ardını oxu...

Sentyabrın 19-da Naxçıvan Şəhər İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası, eləcə də şəhər və rayon icra hakimiyyətləri üzrə Multikulturalizm və Dini Məsələlər üzrə komissiyaların fəaliyyətinə həsr olunmuş müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək diqqətə çatdırmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında multikulturalizm və dini məsələlər üzrə komissiyaların yaradılması haqqında” 2014-cü il 20 avqust tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası, eləcə də şəhər və rayon icra hakimiyyətləri üzrə Multikulturalizm və Dini Məsələlər üzrə komissiyalar yaradılmışdır.
Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası, eləcə də şəhər və rayon icra hakimiyyətləri üzrə Multikulturalizm və Dini Məsələlər üzrə komissiyaların tərkibi barədə müşavirə iştirakçılarını məlumatlandırmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyanın sədri Mirhəşim Seyidov çıxış edərək demişdir ki, komissiyaların yaradılmasında məqsəd Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının dini qurumlarla qarşılıqlı fəaliyyətinin təşkil edilməsi, multikulturalizm və dövlət-din münasibətlərinin daha dolğun tənzimlənməsindən ibarətdir.

Ardını oxu...

Sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyinə həsr olunmuş “Əsrin müqaviləsi” Azərbaycanın dinamik inkişafının əsasıdır” mövzusunda elmi konfrans keçirilmişdir.
Elmi konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirmişdir ki, Azərbaycan əsrlər boyu özünün zəngin karbohidrogen ehtiyatları ilə diqqəti cəlb etmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə neft gəlirlərinin Azərbaycanın inkişafına yönəldilməsi üçün təməl işlər görülmüş və ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra neft strategiyası ölkə­mizin gələcəyini müəyyən edən əsas istiqamətə çevrilmişdir. Vurğulanmışdır ki, məhz 1994-cü il sentyabr ayının 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanmış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etmişdir.
Elmi konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri, iqtisad üzrə fəlsəfə doktoru Müslüm Cabbarzadə “İqtisadi tərəqqiyə və sosial rifaha xidmət strategiyası” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyеv: Azərbaycanın dövlət müstəqilliyini qoruyan dövlət atributlarından hər biri bizim üçün əhəmiyyətlidir. Bunların içərisində Milli Təhlükəsizlik Nazirliyi isə xüsusi yer tutur.


Bu gün Azərbaycan sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan dövlətə çevrilmişdir. Bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Odur ki, indiki mərhələdə təhlükəsizlik məsələləri ölkə­miz üçün daha mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “Ölkəmizin normal, hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır. Bu işdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi funksiyası var, xüsusi rolu var”.
Ölkəmizdə milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təşkili və xidmətin xalqımızın milli maraqlarına uyğun qurulması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər istər ötən əsrin 50-60-cı illərində bu sistemdə çalışdığı və sonradan ona rəhbərlik etdiyi dövrlərdə, istərsə də 70-ci illərdən başlayaraq ölkəmizə rəhbərliyi dövründə təhlükəsizlik orqanlarının fəaliyyətinin xalqımızın mənafeyinə uyğun qurulmasını təmin etmiş, şəxsi heyətin Azərbaycana sədaqətlə xidmət edən kadrlarla komplektləşdirilməsinə nail olunmuşdur.
Müstəqilliyin ilk illərində ölkəmizdə baş verən anarxiya, Ermənistanın işğalçılıq siyasəti və səriştəsiz şəxslərin ölkəyə rəhbərliyi Azərbaycanın milli təhlükəsizliyinə qarşı ciddi təhdidlər yaratmışdı. Xalqın mənəvi sıxıntı məngənəsində boğulduğu, iqtisadi, siyasi, sosial, hərbi və mənəvi böhran içərisində yaşadığı bir vaxtda ulu öndər Heydər Əliyevin Naxçıvana qayıtması muxtar respublika əhalisində böyük ruh yüksəkliyi, gələcəyə inam oyatmışdı. Ermənistan tərəfindən hərbi-iqtisadi blokadaya alınmış muxtar respublikanın düşmən əlinə keçməməsi, siyasi və iqtisadi böhrandan çıxarılması yalnız xalqımızın böyük oğlunun misilsiz və fədakar fəaliyyəti sayəsində mümkün olmuşdur.

Ardını oxu...

Ulu öndər Heydər Əliyеv: XXI əsr barış əsri, sülh əsri olmalıdır. Bütün münaqişələr, müharibələr aradan götürülməlidir. Artıq dünya sülh yolu ilə, tərəqqi yolu ilə getməlidir, inkişaf etməlidir.


Bəşəri rəmzə çevrilmiş bir anlayış kimi sülhə yüzlərlə tərif vermək, onu yüzlərlə sözlə ifadə etmək olar. Sülhü əsrlər boyunca bəşəriyyətin ən böyük ehtiyacı da adlandırmaq olar. Bu gün üçün isə sülh yaşı milyon illərlə ölçülən dünyada milyonlarla insanın həqiqət nəğməsidir. Necə ki gündəlik yaşamaq üçün çörəyə, suya və nəfəsə ehtiyac duyuruq, eyni şəkildə bəşəriyyətin sülhə, sevgiyə və tolerantlığa ehtiyacı vardır. Mahiyyətcə dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf, insanların və insanlığın birlik və bərabərlik şəraitində yaşamasını özündə ehtiva edən sülh bəşəri məfhumdur. Azadlıq, bərabərlik və ədalətlə yanaşı, sülh də hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdəndir. Sabit şəraitdə yaşamalı olan insanlar, min təəssüflər ki, bəzən haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bütün bunların qarşısının alınmasında sülhün rolu danılmazdır.

Ardını oxu...

Sentyabrın 19-da Əlahiddə Ümumqoşun Ordusunun Təlim-Tədris Mərkəzində ixtisas kursunu başa vurmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Polkovnik Mənsum Əhmədov çıxış edərək bildirib ki, ölkəmizdə milli ordu qurucu­luğu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ordu quruculuğuna başlayan ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra bu sahədə mühüm addımlar atılıb. Həyata keçirilən tədbirlər nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatı yaxşılaşdırılıb, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb. Qeyd olunub ki, ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. 2013-cü ilin dekabr ayında Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılması, bu ordunun maddi-texniki bazasının müasir tələblər səviyyəsində qurulması, kadr hazırlığı istiqamətində atılan uğurlu addımlar muxtar respublikanın etibarlı müdafiəsini təşkil etmək üçün daha geniş imkanlar açıb.

Ardını oxu...

“Əsrin müqaviləsi” gülünc gəldi çoxuna,
Ulu Heydərim baxdı kamanına, oxuna.

Od götürdü Od Oğlu Xəzərin sahilindən,
Oxu qoydu kamana Azərbaycan elindən.

Uçdu, uçdu yanar od, neçə ellər dolaşdı,
Neçə düzdən keçdi o, neçə də dağlar aşdı.

Yerin türk torpağından uçdu türk torpağına
Xəzərin sahilində çağlayan bu yanar od,
Düşdü Ceyhan elinə, düşdü türk torpağına.

Hamıya yuxu kimi gəldi bu uçuş, bu ad...
Ucalan türküm üçün bu, möhtəşəm bir qanad.

Bütün dünya danışdı, heyrət içində yandı,
Bu yolun varlığına ulu Heydər inandı.

İnandı, gün gələcək, türkün ali sözütək
Azərbaycan torpağı dünyada yüksələcək.

Düşmənlərim min hiylə, min ədavət yaratdı,
Bakıdan başlanan yol bir gün Ceyhana çatdı.

Çax-çux baş ağrıtsa da, döndü düşmən əzən daş,
Türkü istəməyənlər əzilsin yavaş-yavaş.

Ardını oxu...

Bu fikirləri Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Şurasının sənayedə təhlükəsizlik üzrə XII iclasının iştirakçıları səsləndirdilər

Xəbər verdiyimiz kimi, sentyabrın 16-17-də  muxtar respublikamızda növbəti mühüm beynəlxalq tədbir – Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Şurasının sənayedə təhlükəsizlik üzrə XII iclası keçirildi. İclasda mühüm məsələlər müzakirə olundu, əhəmiyyətli qərarlar qəbul edildi.Müxtəlif ölkələrdən gələn qonaqlar Naxçıvan şəhərinin gəzməli-görməli yerlərində də oldular. Şəhərin gözəlliyi, abadlığı, təmizliyi, tarixi abidələr qonaqlarda çox böyük təəssürat yaratdı. Onlarla söhbət edərkən Naxçıvan Muxtar Respublikası barədə təəssüratlarını öyrəndik. 

Ardını oxu...

“ABŞ və Fransa alimlərinin naxçıvanlı elm adamları ilə birlikdə Naxçıvanda arxeoloji tədqiqatlar aparması təkcə tariximizin öyrənilməsi baxımından deyil, həm də qədim tariximizin dünyada təbliği baxımından əhəmiyyətlidir. Həm Ordubad ərazisində arxeoloji araşdırmalar aparan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xaraba Gilan” arxeoloji ekspedisiyası, həm Azərbaycan-ABŞ, həm Azərbaycan-Fransa, həm də AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyalarının əldə etdiyi nəticələr Naxçıvan ərazisinin arxeoloji cəhətdən nə qədər zəngin olduğunu göstərir”.
Bu fikirləri Azərbaycan-Fransa arxeoloji ekspedisiyası tərəfindən Naxçıvan ərazisində bu il aparılan tədqiqatların nəticələrinə həsr olunmuş yığıncaqda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev səsləndirib. Akademik qeyd edib ki, təqribən, 150 ilə yaxındır, Naxçıvan ərazisində arxeoloji tədqiqatlar aparılır. Ancaq Naxçıvanda çoxlu abidələr var ki, hələ də öz tədqiqini gözləyir. 2006-cı ildən Naxçıvanda həm də beynəlxalq ekspedisiyalar fəaliyyət göstərir. Azərbaycan-Fransa arxeoloji ekspedisiyası isə, əsasən, I Kültəpə və Duzdağ ətrafında araşdırmalar aparır.
Fransız arxeoloq Katerine Marro yığıncaqda çıxış edərək bu il aparılan arxeoloji tədqiqatların nəticələrinin xüsusilə maraq doğurduğunu deyib. O, diqqətə çatdırıb ki, bu il ekspedisiya üzvləri, əsasən, Naxçıvanda heyvandarlıq və mədənçiliyin tarixinin öyrənilməsinə daha çox diqqət yetiriblər. Həm Kültəpə, həm Duzdağ ətrafında aparılan qazıntılar, həm də Sirabçay hövzəsində aparılan tədqiqatlar bu ərazilərdə böyük bir mədəniyyətin mövcudluğundan, heyvandarlığın və mədənçiliyin qədim tarixindən xəbər verir.

Ardını oxu...

Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında keçirilən MDB-nin Dövlətlərarası Şurasının sənayedə təhlükəsizlik üzrə XII iclası sentyabrın 17-də başa çatıb.
Azərbaycan Respublikası tərəfindən iclasa sədrlik edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Səfər Qurbanov iclasın yekun qərarı barədə iştirakçı dövlətlərin nümayəndələrini ətraflı məlumatlandırdı.
İclasın yekun qərarı müzakirəyə çıxarıldı, təkliflər də nəzərə alınmaqla yekdilliklə qəbul edildi. Qərarda iştirakçı dövlətlər arasında təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanır. Bu istiqamətdə əldə edilmiş təcrübələrdən birgə yararlanmağın önəmi qeyd olunur. İştirakçı dövlətlərin qanunvericiliyindəki müsbət dəyişikliklərin əhəmiyyəti qeyd olunmaqla bərabər, neft-qaz sahəsində, o cümlədən mürəkkəb və təhlükəli istehsalat obyektlərində təhlükəsizliyin təmin edilməsi ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin bundan sonra da konkret istiqamətlərdə davam etdirilməsinin vacibliyi diqqətə çatdırılır.
Sonda iclasın yekun qərarının imzalanma mərasimi keçirildi.

Ardını oxu...

Qayğı artır, torpaqlardan səmərəli istifadə edilir, gün-güzəran yaxşılaşır

Payız yavaş-yavaş yurdumuza qədəm qoymağa hazırlaşır. Təbiət artıq donunu dəyişməyə başlayır. Payız yaxınlaşdıqca insanların qayğıları da çoxalır. Xüsusilə də kənd yerlərində yaşayan insanlar yetişdirdikləri məhsulların tədarükünü başa çatdırmağa, qışa hazırlığı yekunlaşdırmağa, əkin sahələrinin gələn il üçün hazır vəziyyətə gətirilməsinə tələsirlər. Şərur rayonunun Sərxanlı kəndinə yolumuz belə günlərin birində düşdü. Kartof sahələrində, tərəvəz tarlalarında, biçənəklərdə böyük həvəslə çalışan insanlar gözümüzdən yayınmadı. Zəmilərdə isə ən çox nəzərimizi cəlb edən şum qaldıran, torpağın altını üstünə çevirən traktorlar idi.

Yadıma neçə illər qabaq buralarda gördüyüm mənzərələr düşdü. Texnikanın azlığı, suyun olmaması kənd adamlarının əlini işdən soyutmuşdu. Torpaqlar onlara verilsə də, imkansızlıq ucbatından əkilmirdi. Muxtar respublikaya yeni texnikaların gətirilməsi, genişhəcmli meliorasiya tədbirlərinin həyata keçirilməsi, torpaq mülkiyyətçilərinə kreditlərin, müxtəlif yardımların verilməsi, onların məhsuldar toxum sortları ilə təchiz olunması şərurluların, eləcə də sərxanlıların torpağa münasibətini kökündən dəyişdirdi. Bu gün hər bir qarış sahənin qədri bilinən bu yurd yerində hamı torpaqdan ikiəlli yapışıb. Sərxanlılar yaxşı dərk edirlər ki, torpaq ən etibarlı ruzi-bərəkət mənbəyidir, daimi iş yeridir, gün-güzəranın yüksəldilməsində qiymətli sərvətdir. Ona görə də bu sərvətin qədrini bilirlər.

Ardını oxu...

Sentyabrın 16-da Naxçıvan Muxtar Respublikasında Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə MDB-nin Dövlətlərarası Şurasının sənayedə təhlükəsizlik üzrə XII iclası öz işinə başladı.
Tədbir iştirakçıları olan Azərbaycanın, Belarusun, Qazaxıstanın, Qırğızıstanın, Rusiya Federasiyasının, Moldovanın, Tacikistanın müvafiq qurumlarının rəhbərləri, MDB İcraiyyə Komitəsinin və BMT-nin Avropa İqtisadi Komissiyasının nümayəndələri əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Qonaqlar Heydər Əliyev Muzeyini ziyarət edərək buradakı çoxsaylı eksponatlarla, ulu öndərin həyatının müxtəlif dövrlərinə həsr olunmuş qiymətli rəsm əsərləri, stendlərlə tanış oldular.
“Duzdağ” otelində öz işinə başlayan MDB-nin Dövlətlərarası Şurasının sənayedə təhlükəsizlik üzrə XII iclasını giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev qonaqları salamladıqdan sonra Naxçıvan Muxtar Respublikasının ərazisi, əhalisi, təbii sərvətləri, muxtariyyətin yaranma tarixi, Naxçıvanın muxtariyyət statusu barədə ətraflı məlumat verdi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı bütün sahələri əhatə etməklə bərabər, burada fəaliyyət göstərən müxtəlif dövlət qurumlarının da işinə hərtərəfli şərait yaratmışdır. Son illər muxtar respublikada dövlət idarə və müəssisələri üçün xeyli sayda yeni inzibati binalar tikilmiş, mövcud binaların əksəriyyəti əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir. Əlbəttə ki, yeni iş yerlərində müasir tələblərə uyğun infrastrukturun yaradılması vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsinə imkan verir.

Qısa zaman çərçivəsində öz fəaliyyəti ilə seçilən dövlət orqanlarından biri də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 may 2010-cu il tarixli Fərmanı ilə yaradılmış Dövlət Miqrasiya Xidməti muxtar respublika ərazisində miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən dövlət qurumudur. Xidmətin fəaliyyət çərçivəsinə muxtar respublikada miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqinin təşkil edilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddətlərinin uzadılması ilə bağlı qərarın verilməsi, o cümlədən vətəndaşlıq, qaçqın statusunun müəyyənləşdirilməsi kimi məsələlər də daxildir.

Ardını oxu...

Bu il Naxçıvan Muxtar Respublikası yaradılmasının 90-cı ildönümünü qeyd edir. Bu 90 illik tarixə nəzər salsaq, görərik ki, muxtar respublikamız böyük bir yol qət etmişdir. Ancaq etiraf etmək lazımdır ki, qət edilən yolu zaman baxımından deyil, inkişaf baxımından dəyərləndirsək, görərik ki, son 20 ilə yaxın dövr daha böyük əhəmiyyət kəsb edir. Müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf edən sürətli inkişaf muxtar respublikanın iqtisadi, siyasi və beynəlxalq nüfuzunu önə çıxarmaqla yanaşı, həm də 90 illik muxtariyyət tarixinin intibah dövrü kimi səciyyələndirilə bilər. Təbii ki, muxtariyyət illərinin çətin, mübariz, eyni zamanda şərəflə yazılmış tarixi yollarında həm də hər rayonun keçdiyi bir inkişaf yolu var. Böyük xalq qəhrəmanının adını daşıyan Babək rayonu ümummilli lider Heydər Əliyevin yaratdığı rayonlarımızdan biridir.
Babək rayonu 1978-ci il ok­tyabrın 23-də təşkil olunmuşdur. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin dağ və sərhəd rayonlarının daha da möhkəmləndirilməsi siyasətinin məntiqi nəticəsi kimi ortaya çıxan yeni rayonun təşkil olunması ideyası həm də həmin dövrdə muxtar respublikada aparılan geniş quruculuq tədbirlərinin tərkib hissəsi kimi xatırlanır. Keçmiş Naxçıvan rayonunun tərkibindən ayrılaraq təşkil olunan yeni rayona xalq qəhrəmanı Babəkin adının verilməsi isə dahi şəxsiyyətin qətiyyəti, gələcək müstəqil Azərbaycan uğrunda apardığı böyük siyasətin qələbəsi idi.

Ardını oxu...

Dünən Babək rayonunun Cəhri kəndində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının iştirakı ilə maarifləndirici tədbir keçirilib. Yığıncağı xidmətin rəis müavini Elnur Məmmədov açaraq miqrasiya xidməti sahəsində muxtar respublikada görülən işlərdən danışıb, bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin baş inspektoru Rahib Kərim­ov “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı” mövzusunda çıxış edib. Bildirilib ki, Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, xəstəxana, sanatoriya, istirahət yeri, turist bazası və sair) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi həmin şəxsin ölkəyə gəldiyi vaxtdan 3 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun surətini müvafiq icra hakimiyyəti orqanına elektron poçt vasitəsilə və ya şəxsən təqdim etməlidir. Ərizə daxil olduqdan sonra Dövlət Miqrasiya Xidməti dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onu olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında sərnişin və yük daşınmalarının həyata keçirilməsində dəmiryol nəqliyyatının öz rolu var. Xüsusilə digər nəqliyyat növlərindən fərqli olaraq, müxtəlif növ daşımaların həyata keçirilməsində dəmiryol nəqliyyatı faydalı iş əmsalının yüksək olması ilə seçilir. Buna görə də muxtar respublikada bu nəqliyyat növünün maddi-texniki bazasının müasir tələblər səviyyəsində qurulması, bu sahədəki mövcud potensialdan düzgün istifadə edilməsi daim diqqət mərkəzində saxlanılır. Payız-qış mövsümünə hazırlıq tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsi dəmiryolçuların qarşıdan gələn mövsümə yaxşı hazırlaşdığından xəbər verir. Belə ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığımız məlumata görə, Culfa Lokomotiv Deposunda payız-qış mövsümündə istismar olunacaq 5 ədəd elektrovozun və 5 ədəd manevr-magistral teplovozun hərəkət və dartı hissələri müayinə olunaraq onlara baxış keçirilib, cari və depo təmirləri keyfiyyətlə aparılıb. Cari ilin ötən 8 ayı ərzində 124 ədəd müxtəliftipli vaqon depo və cari təmir edilib. Lokomotivlərin və istilik sistemləri ilə təchiz edilmiş sərnişin vaqonlarının mövsümə hazırlığı ilə əlaqədar tələb olunan ehtiyat hissələri və 10,7 ton sürtgü yağı tədarük edilib. Sərnişinlərin payız-qış mövsümündə rahat gediş-gəlişini təmin etmək məqsədilə 4 ədəd istilik sistemi ilə təchiz olunmuş sərnişin vaqonu mövsümə hazır vəziyyətə gətirilib. Sərnişin vaqonlarının qızdırılması üçün lazımi qədər daş kömür ehtiyatı yaradılıb, əlavə olaraq 40 ton daş kömürün alınıb gətirilməsi üçün sifariş verilib.

Ardını oxu...

Qış insanları həmişə ciddi sınaqlara çəkir. Bu sınaqlardan uğurla çıxmaq üçün tədbirli adamlar hər il əvvəlcədən payız-qış mövsümünə ciddi hazırlaşırlar. Artıq indidən qarşıdakı qışın da soyuq keçəcəyi ilə bağlı proqnozlar verilir. Elə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidovla da söhbətimiz bu mövzuda oldu. Onun dediklərindən:
– Əvvəla, hansı ilin hansı fəslinin necə keçəcəyini heç kim deyə bilməz. Bəzilərinin bu barədə proqnoz verməsindənsə, hərənin öz vəzifəsini layiqincə yerinə yetirməsi daha yaxşı olardı. İkincisi, qış öz qarıyla gözəllik, soyuğuyla təmizlik gətirir. Əlbəttə, bu gözəl fəslə vaxtında hazır­laşanlar üçün. Yəni biz builki qışın ötən illərə nisbətən sərt və ya mülayim keçəcəyi barədə xəbərlərdən o qədər də narahat deyilik.
Həmsöhbətim onu da əlavə etdi ki, bu gün Azərbaycanın sosial-iqtisadi inkişafı bütün dünyada yüksək səviyyədə qiymətləndirilirsə, beynəlxalq təşkilatlar öz hesabatlarında Azərbaycanın hansısa nümunəsini və ya rekordunu qeyd edirlərsə, biz nə üçün öz fəaliyyətimizi həmin səviyyəyə uyğun qurmayaq? Üstəlik, bu gün Azərbaycan, eləcə də Naxçıvan elə bir tərəqqi və inkişaf dövrü yaşayır ki, bu tendensiyanın fonunda hansısa rayonun qışa hazır­lığında problem olması inandırıcı görünməz.

Ardını oxu...

90 illik muxtariyyət tariximizin son 20 ilində Şahbuz rayonu sürətli inkişaf yolu keçərək bugünkü yüksəlişə çatdı. Ən böyük uğur isə Şahbuz qəsəbəsinə elə bu inkişaf sayəsində şəhər statusunun verilməsidir

90 illik muxtariyyət tariximizin sonuncu 10 illiyində şəhər statusu alan Şahbuzdakı yeniləşmə indi göz oxşayır. Yüksəliş, tərəqqi  bu yeniliklərin sayını günlər keçdikcə çoxaldır. Bir-birindən yaraşıqlı binalar, abad küçələr, parklarla yanaşı, təmizlik, səliqə-sahman şəhərin ümumi mənzərəsinə ayrı bir gözəllik bəxş edib. “Günü-gündən böyüyən, gözəlləşən, yeniləşən bu diyardan doymaq olarmı?” düşüncəsi ilə yaşayan şahbuzlular bu yurd yerinə indi daha möhkəm tellərlə bağlanıblar.

“Azərbaycanda bütün bölgələrdə sürətli inkişaf gedir. Bizim maddi imkanlarımız artır və istəyirik ki, bu imkanlardan səmərəli istifadə edək; Azərbaycan üçün vacib olan məsələlər öz həllini tapsın, bütün bölgələrdə inkişaf daha da sürətlə getsin”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrini iş prinsipinə çevirən bu yurd yerinin insanları hər bir işi ürəklə görürlər. Onlar rayonun şəhər, qəsəbə və kəndlərinin yeniləşməsi, gözəlləşməsi üçün qurub-yaradır, qoruqçu, keşikçi, yenilikçi kimi bütün imkanlarından səmərəli istifadə edirlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, cari ilin ilk 8 ayı ərzində komitə tərəfindən 295 istehsal müəssisəsində müşahidə xarakterli monitorinq aparılıb, etil spirti və alkoqollu içkilər istehsal edən 3 müəssisədə dövlət nəzarəti həyata keçirilib, 17 neft məhsullarının satışına və 8 əczaçılıq fəaliyyətinə təsdiqedici sənəd verilib.

Pozuntuların aradan qaldırılması məqsədilə komitə tərəfindən 197 istehsal müəssisəsinə nöqsanların aradan qaldırılması üçün şifahi irad bildirilib, 11 sexdə şərait olmadığından və 1 sexdə məhsulun əmtəə görünüşü standartın tələblərinə cavab vermədiyindən istehsal müvəqqəti olaraq dayandırılıb, nöqsanlar aradan qaldırıldıqdan sonra istehsala icazə verilib. Bəhs olunan dövrdə 2224 ədəd sertifikat verilib ki, bunlardan1734 ədədi xaricdən idxal olunmuş məhsullara verilən tanınmalardan ibarətdir. 86 istehsal müəssisəsinin istehsal etdiyi sabit keyfiyyətli 176 adda məhsula AZS uyğunluq nişanından istifadə hüququ verilib.

Ardını oxu...


Tarixən bayraq, gerb və sonralar himn dövlətçilik simvolu kimi ölkələrin əsas rəmzlərini təşkil etmiş, konstitusiya və qanunlarda əks olunmuş xüsusi hüquqi normalarla dövlət atributu kimi möhkəmləndirilmişdir. Naxçıvan Muxtar Respublikası da yarandığı vaxtdan konstitusion səviyyədə özünün atributlarına malik olmuşdur. 1924-cü ildə qəbul edilmiş “Naxçıvan Sosialist Sovet Respublikası haqqında Əsasnamə”də, Naxçıvan SSR-in 1926-cı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 1937-ci və 1978-ci il konstitusiyalarında muxtariyyətin Dövlət gerbi və Dövlət bayrağı haqqında hüquqi müddəalar olmuş, onların təsvirləri verilmişdir. İlk dəfə olaraq 1998-ci il Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı və gerbi ilə yanaşı, Dövlət himni də təsbit edilmişdir.

Ardını oxu...

“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam”. Bu fikir ulu öndərin ülvi, müqəddəs həyat amalı, ideyaları, həyat fəaliyyətinin meyarı idi. Azərbaycan dövləti, xalqımız onun rəhbərliyi altında yüz illərlə keçə bilmədiyi inkişaf yolunu qısa zamanda qət edə bildi. Belə bir cahanşümul irsin xalqın bütün təbəqələri arasında, xüsusən yetişən nəslin ideya aləminin formalaşmasında necə bir mahiyyətə və əhəmiyyətə malik olduğu şübhəsizdir. Böyüyən nəslə ümummilli liderin Azərbaycanın bu günü və gələcəyi naminə həyata keçirdiyi siyasətin mahiyyətini daha dərindən dərk etdirməliyik.
Biz bu gün böyüməkdə olan nəsli ulu öndərin dəfələrlə ölçülüb-biçilmiş, dərk edilmiş, ətraflı düşünülmüş siyasəti sayəsində, çox əzab-əziyyətlərə qatlaşaraq, mətinlik, dönməzlik, səbirlilik nümayiş etdirərək qurduğu Azərbaycan dövlətinə sədaqət ruhunda böyütmək üçün vasitələrdən, yollardan, imkanlardan maksimum dərəcədə faydalanmalıyıq. Xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycançılıq ideyalarının gələcəyimiz olan övladlarımızın qanına, canına hopmasına, onların özlərini heç vaxt yol ayrıcında hiss etməmələrinə nail olmalıyıq. Çünki Azərbaycan dövləti üçün ümummilli lider Heydər Əliyevin böyük və əzəmətli, həmişəyaşar ideyaları möhkəm bünövrədir, qarantdır.

Ardını oxu...

Quruculuq tədbirləri davam etdirilir

Muxtar respublikada əldə olunan nailiyyətlərdə Kəngərli rayonunun da öz payı var. Bu bölgədə həyatın bütün sahələrində qazanılmış uğurlar rayona göstərilən hərtərəfli dövlət qayğısının ifadəsi kimi dəyərləndirilir. Cari ilin ötən dövrü ərzində rayonda belə uğurlar artan dinamika ilə müşahidə edilib. Qazanılan hər bir nailiyyət, əldə olunan hər bir uğur, ilk növbədə, insanların həyat şəraitinin yaxşılaşmasında özünü göstərir. Bu isə hər bir Kəngərli sakininin qurub-yaratmaq əzminə yeni qüvvə verir. Digər bölgələrimiz kimi, tikinti- quruculuq tədbirləri bu rayonun da ayrılmaz tərkib hissəsinə çevrilib.

Hazırda rayon mərkəzi Qıvraq qəsəbəsində, kənd yaşayış məntəqələrində geniş həcmdə tikinti-quruculuq işlərinin həyata keçirilməsi davam etdirilir. Rayon mərkəzində Uşaq-Gənclər Şahmat Məktəbi, Təhsil Şöbəsi, Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kəngərli Rayon Şöbəsi, Elektrik Şəbəkəsi üçün yeni binalar inşa olunur. Qarabağlar kəndində 468 şagird yerlik 1 nömrəli tam orta məktəbin binasında yenidənqurma işləri aparılır, xidmət mərkəzi inşa olunur. Qıvraq qəsəbəsində yeni ticarət mərkəzi tikilir. Əhalinin içməli su ilə təminatı istiqamətində tədbirlər davam etdirilir. Quruculuq tədbirləri digər sahələri də əhatə edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətindən aldığımız məlumata görə, miqrasiya sahəsində maarifləndirmə tədbirlərinin müxtəlif istiqamətlərdə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Culfa, Şahtaxtı və Sədərək sərhəd-buraxılış məntəqələrindəki miqrasiya bölmələrində elektron məlumat köşkləri yerləşdirilib.
Dövlət Miqrasiya Xidmətinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə zəruri məlumatların birbaşa çatdırılması məqsədilə sərhəd-buraxılış məntəqələrində quraşdırdığı, ekranı sensorla idarə olunan elektron məlumat köşkləri böyük əhəmiyyət kəsb edir. Məlumat üçün bildirək ki, köşklərdə 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) yerləşdirilmiş bütün məlumatlar səslə də ifadə olunur. Eyni zamanda elektron məlumat köşklərində Dövlət Miqrasiya Xidmətinin göstərdiyi xidmət növləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumları da öz əksini tapıb.
Elektron köşklərdə əcnəbi və vətəndaşlığı olmayan şəxsləri maarifləndirmək məqsədilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş aşağıdakı məlumatlar yerləşdirilib:
- əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı;
- əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması;
- əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi;
- əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi.
Məlumatda o da bildirilir ki, hazırda Naxçıvan Beynəlxalq Hava Limanında da elektron məlumat köşkünün yerləşdirilməsi və istifadəyə verilməsi üçün hazırlıq işləri aparılır.

Xəbərlər şöbəsi

( Əvvəli qəzetimizin 3 sentyabr tarixli sayında)

Behbud ağaya, Əliqulu Qəmküsara atılan güllələr

Nəslin başqa bir məşhur nümayəndəsi diplomat Behbud ağa Şahtaxtinski də böyük müasiri Nəriman Nərimanovun taleyini yaşadı. Onun guya 1924-cü il mayın 30-da Tiflisdə başına 4 güllə sıxaraq “intihar” etməsi haqda söylənənlər heç bir məntiqə uyğun gəlmir. Çünki o mürəkkəb zamanda – 1921-ci il martın 1-də Leninə məktub yazaraq Zəngəzur, Qarabağ və Naxçıvanın Azərbaycana məxsusluğunu sübut etməyə çalışan, hər cür əziyyətə qatlaşmağı bacaran Behbud ağanın ölümə belə asanlıqla təslim olması mümkün deyildi! AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi Musa Quliyev 1929-cu ildə qələmə alınan, son dövrlər üzə çıxan “Naxçıvan ölkəsində gizli partiya işinin yaranması tarixindən” adlı bir sənədə əsaslanaraq bildirir ki, Behbud ağanı öldürüblər: o, Naxçıvanda və Tiflisdə meydan sulayan daşnak terrorçularının qurbanı olub. Ermənilər Qars müqaviləsini heç cür Behbud ağaya bağışlaya bilmirdilər. Yəqin ki, Behbud ağanı Bakıdan Tiflisə də ona görə aparıblar ki, asanlıqla öldürə bilsinlər. Kəskin nifrətlə qələmə alınan bu yazıda, M.Quliyevin qeyd etdiyi kimi, hər şey bir cümlədə ortalığa çıxır: “за что и поплатился своей жизнью” (bu, ona həyatı bahasına başa gəldi).
XX əsr Azərbaycan ictimai fikir tarixində satirik şair, istedadlı jurnalist, o dövrkü mətbuatda daha çox “Xadimi-millət” imzası ilə çıxış edən, həm də “Ölülər” pyesində Şeyx Nəsrullah rolunun təkrarolunmaz ifaçısı, ömrü boyu saysız təqib və təhqirlərə məruz qalan Əliqulu Qəmküsarın 1919-cu il mart ayının 4-də axşam evinə qayıdarkən Tiflisdə xaincəsinə qətlə yetirilməsi də erməni millətçilərinə məxsus həmin dəst-xətti təsdiq edir. Cəlil Məmmədquluzadə qələm dostunun itkisini belə ifadə edirdi: “Təəssüflər edirəm ki, Əliqulu Nəcəfov kimi həqiqi və ləzzətli əhli-qələm və şairimiz bu dünyadan vaxtsız getdi və məcmuəmizi öz köməyindən məhrum qoydu”. Əbdürrəhim bəy Haqverdiyev bu münasibətlə yazırdı: “Əliqulu Nəcəfzadəyə dəyən güllə “Molla Nəsrəddin” məcmuəsinin ürəyinə dəydi”.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR