23 Dekabr 2024, Bazar ertəsi

1924-cü il yanvarın 18-də Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin birinci plenumunun qərarı ilə Naxçıvan Daxili İşlər Şöbəsinin nəzdində Naxçıvan Daxili İşlər Komissarlığı yaradılmış və bununla da, muxtar respublikada polis orqanlarının formalaşmasının əsası qoyulmuşdur.

Naxçıvan polisi tarixi inkişaf yolu keçmiş, fəaliyyəti dövründə böyük təcrübə qazanaraq yüksək bilik və peşəkarlıq əldə etmiş, təşkilati cəhətdən möhkəmlənmişdir. 1920-1940-cı illərdə Naxçıvan polisi öz mətinliyi ilə sabitliyi və asayişi uğurla təmin etmiş, 1941-1945-ci illər müharibəsi dövründə ön cəbhədə faşistlərə qarşı mərdliklə vuruşmuşdur. 1988-1993-cü illərdə erməni silahlı birləşmələrinin torpaqlarımıza hücumu zamanı da ölkə­mizin ərazi bütövlüyü uğrunda döyüşlərdə Naxçıvan polisi rəşadətlə mübarizə aparmışdır.
Azərbaycanda daxili işlər orqanlarının əsl inkişafı və təşkilatlanması, bu sistemin milliləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra daxili işlər orqanlarına dövlət qayğısı güclənmiş, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığın yüksəldilməsinə xüsusi diqqət yetirilmişdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, kadr sisteminin yenilənməsi, zəngin qanunvericilik bazasının yaradılması, ictimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığın qarşısının alınması sahəsində görülən işlər daha geniş vüsət almışdır.

Ardını oxu...

Yanvarın 16-da AMEA Naxçıvan Bölməsində keçirilən elmi konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
Sonra 20 Yanvar şəhidlərinin, Vətənimizin azadlığı və ərazi bütövlüyümüzün təmin olunması uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda bölmənin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarından şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “20 Yanvar ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Məşələ dönmüş ürəklər: Vətən öz şəhidlərini unutmur”, şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ümummilli lider Heydər Əliyev və 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi”, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilovun “Qanlı Yanvarın ibrət dərsləri” adlı məruzələri dinlənilib.
Məruzələrdə vurğulanıb ki, milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Ardını oxu...

Ermənilər əsrlər boyu Azərbaycan torpaqlarında öz dövlətlərini yaratmaq istəyiblər. Bu istəklərini həm azərbaycanlıların soyqırımı, həm müharibə, həm də digər qanunsuz yollarla həyata keçirməyə cəhd göstəriblər. Ötən dövrlərin tarixi araşdırmaları bir daha sübut edir ki, Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması planları erməni siyasət dəllalları ilə çar Rusiyasının yuxarı eşalonunda təmsil olunan nümayəndələri tərəfindən I Pyotrun hakimiyyəti dövründən sonra planlaşdırılan siyasət idi. Tarix üzrə fəlsəfə doktoru Gültəkin Nəcəflinin bu mövzuda yazdığı və “İrs” jurnalında dərc olunan məqaləsini təqdim edirik.

XVIII əsrin 60-cı illərində Həmədandan olan erməni İosif Emin “birləşmiş erməni-gürcü dövləti”nin yaradılması layihəsi ilə çıxış etdi. Layihədə Qarabağ xanlığının xristian məlikləri erməni dövlətçiliyinin yeganə varisləri kimi təqdim edilir, gürcü çarı II İraklinin başçılığı altında erməni-gürcü ordusunun yaradılması ideyası irəli sürülürdü. Bu ideyanın reallaşdırılması üçün İ.Emin 1758-ci ildə İngiltərə hökumətini faktiki idarə edən nazir Uilyam Pittlə görüşə bildi, lakin ondan dəstək ala bilmədi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 5 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində maarifləndirici tədbir keçirilib.
Aidiyyəti təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbiri nazir, general-leytenant Şamı Abdullayev açıb. Bildirib ki, muxtar respublikamızda digər sahələrlə yanaşı, tikinti sahəsinin də sürətlə inkişaf etdiyi bir dövrdə tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində qanunvericilik bazası təkmilləşdirilib, bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib.
“Belə tədbirlərdən biri Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin yaradılması olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 27 aprel tarixli Fərmanı ilə “Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi haqqında Əsasnamə” təsdiq edilib. Əsasnaməyə uyğun olaraq, idarə muxtar respublika ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində dövlət nəzarətini həyata keçirir”, – deyən Şamı Abdullayev tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, adıçəkilən idarə 2010-cu ildə yeni inzibati bina ilə təmin olunub.

Ardını oxu...

Yanvarın 14-də Naxçıvan Biznes Mərkəzində Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru “Nar Mobile” tərəfdaşı olan “BBTV” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birgə “Nar Home” adlanan yeni məhsulunu təqdim edib.
Təqdimat mərasimində “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş icraçı direktoru Kent Maknili çıxış edərək bildirib ki, Azərbaycanın iqtisadi inkişafı informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına da mühüm təsir göstərir. İKT sahəsində hökumətin qarşısında duran vəzifələr Azərbaycan əhalisinə bir çox mütərəqqi və yüksəkkeyfiyyətli telekommunikasiya xidmətlərini münasib qiymətlərlə təmin edən “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətinin strategiyasında və məhsullarında tam əks olunub. Bildirilib ki, Azərbaycanda analoqu olmayan və genişzolaqlı internetə çıxışı təmin edən “Nar Home” texnologiyası da müxtəlif cihazlarda (televizor, planşet və ya smartfonlar) media və əyləncə xidmətlərindən vahid istifadə imkanlarını yaradan unikal konsepsiyadır. Naxçıvan Muxtar Respublikasında DVB-T2 texnologiyası əsasında rəqəmsal efir yayımının başlanması “Nar Home” konsepsiyasının reallaşdırılmasında ilk mərhələdir.

Ardını oxu...

Ardını oxu...

Yanvarın 15-də Əlahiddə Ümumqoşun Ordusunun Təlim-Tədris Mərkəzində ixtisas kursunu başa vurmuş gizirlərin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra hərbi hissənin zabiti, polkovnik Mənsum Əhmədov çıxış edərək bildirib ki, bu gün gizir hazırlığı kursunu bitirmiş məzunların sayca ikinci, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının ixtisas hazırlığı kursunu bitirmiş məzunların isə sayca yeddinci buraxılışıdır. Bu gün Əlahiddə Ümumqoşun Ordusunun bölmələrində xidmət etmək üçün hərbi hissədə ixtisas hazırlığı keçərək tam kursu bitirmiş gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları sertifikat alaraq təyin olunduqları hərbi hissələrdə xidmətlərini davam etdirəcəklər. Əminik ki, kurs müddətində əldə edilən bilik və bacarıqlar xidmət dövründə daim bugünkü məzunlara yardımçı olacaqdır.
Əlahiddə Ümumqoşun Ordusunun zabiti, general-mayor Vasif Kazımov məzunları təbrik edərək bildirib ki, Naxçıvanda peşəkar ordunun yaradılması bu qədim Azərbaycan diyarının təhlükəsizliyinin təmin olunmasına yönəlmiş addımlardandır.

Ardını oxu...

Ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncamına uyğun olaraq, dünən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə xidmətin rəisi, polkovnik Səxavət Salmanov, muxtar respublika Ədliyyə nazirinin müavini Elnur İsmayılov, Gənclər və İdman nazirinin müavini Məcid Seyidov çıxış edərək bu əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik edib, Silahlı Qüvvələrimizin sıralarında qulluğun böyük şərəf olduğunu vurğulayıblar.
Çağırışçılar adından çıxış edən Valeh Göydağlı Vətən qarşısındakı borclarını ləyaqətlə yerinə yetirəcəklərini, onlara göstərilən etimadı layiqincə doğrul­dacaqlarını bildirib.
Valideyn Gültəkin Qələndərova övladının Vətənin keşiyində durmağa yollanmasından qürur hissi duyduğunu deyib, çağırışçılara ölkəmizə layiqli əsgər olmağı tövsiyə edib.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Həmin gün Şahbuz və Sədərək rayonlarında da gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Xəbərlər şöbəsi

Beş minillik şəhər mədəniyyətinə malik olan ulu Naxçıvan Azərbaycanın, bütövlükdə, Qafqazın və dünyanın sivilizasiya marafonuna bu bölgədə başqa heç bir şəhərə qismət olmayan zəngin tarixi töhfələr verib. Tarixi boyu Naxçıvan bir neçə dəfə inkişafın ən yüksək zirvəsinə çatıb.

“Əcaib əd-dünya” əsəri soraq verir ki, XII əsrdə – Eldənizlərin hakimiyyəti dövründə Naxçıvan yüksək tərəqqiyə nail olub. Bu qədim əsərdən sonra müasir mənbədən – “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 dekabr tarixli Sərəncamından oxuyuruq: “XII əsrdə qüdrətli Azərbaycan Atabəylər dövlətinin paytaxtı olan Naxçıvan əzəmətli bir şəhər, ölkəmizin siyasi, iqtisadi, mədəniyyət və sənətkarlıq mərkəzlərindən idi”.
Naxçıvan Azərbaycan Atabəylər dövlətinin paytaxtı olarkən tarixinin qızıl dövrünü yaşayıb.
Ulu Naxçıvan diyarı öz tarixinin ikinci qızıl dövrünə ötən əsrin 70-80-ci illərində qovuşub. Ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildə ölkəmizə rəhbər seçilməsindən sonra Azərbaycan, eləcə də Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub.

Ardını oxu...

İnsan Vətən sevgisinə köklənəndə dünyanın bütün gücü onun qoluna toplanır. Qəlbi Vətən sevgisi ilə döyünən, ömrünü ancaq xalqına və Vətəninə xidmətə həsr edən belə insanlar öz talelərini deyil, xalqın və millətin taleyini yaşayırlar. Əslində isə bu taleyi yaradırlar: xalqa, Vətənə və dövlətçiliyə bağlılıqları ilə.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “İnsanların hər biri gərək əsl vətəndaş olsun, vətənpərvər vətəndaş olsun, milli qürur hissi ilə yaşayan vətəndaş olsun. Onda bu vətəndaş dövlətçiliyi inkişaf etdirən vətəndaş olacaqdır”. 1995-ci ildən başlayaraq Naxçıvan Muxtar Respublikasının keçdiyi inkişaf yolunun əsasında da ƏSL VƏTƏNDAŞIN xalqına və dövlətinə xidmət amalı dayanır. 1960-cı il yanvarın 14-də sadə bir zəhmətkeş ailəsində dünyaya göz açan Vasif Talıbov Heydər Əliyev məktəbində püxtələşərək böyük dövlətçilik yolu keçmişdir. Son 20 ildə Ali Məclisin Sədri tərəfindən bu dövlətçilik yolunun uğurla davam etdirilməsi nəticəsində muxtar respublikada bütün sahələrdə inkişaf və tərəqqiyə nail olunmuş, ümummilli liderin siyasi kursuna münasibətdə sözlə əməlin, ideallara sədaqətlə konkret işin vəhdəti yaradılmışdır.

Ardını oxu...

Bu gün Naxçıvanın inkişafı haqqında çox deyilir, çox danışılır. İstər vaxtaşırı olaraq mərkəzi mətbuatda, istərsə də, heç uzağa getməyək, məhz ötən il dünyanın müxtəlif mətbu orqanlarında regionun hərtərəfli inkişafı ilə bağlı bu diyara səfər edənlərin təəssüratlarını özündə əks etdirən bir sıra yazılar dərc olunub və yayımlanıb. Bu yazıların yaxından təqibçisi kimi deyə bilərəm ki, təəssüratlarda ən çox buradakı hərtərəfli inkişafa – abadlıq-quruculuq işlərinə, təmizliyə, sabitliyə, qonaqpərvərliyə, tarix və mədəniyyətə verilən qiymət daha çox ifadə olunub. 

İndi bəziləri buna adi hal kimi yanaşıb fikirləşə bilər ki, burada qeyri-adi nə var? İqtisadi durumu bir az yaxşı olan istənilən ölkədə və ya regionda tikinti işləri gedə bilər; dünyada təmizliyinə diqqət edilən şəhərlər də var, tarixinə, mədəniyyətinə böyük məhəbbət bəsləyən və bunu əməldə sübut edən xalqlar və millətlər də. İlk baxışda bununla razılaşmaq mümkündür. Yalnız qeyd etdiyimiz kimi, ilk baxışda. Bu baxış bucağının arealını bir az genişləndirsək, tamam başqa təəssüratın sahibi olacağıq.
Qədim Naxçıvan diyarı Cənubi Qafqazın ən güclü ölkəsi olan Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Bu muxtar dövlətin statusu məlum beynəlxalq sənədlərlə təsdiqlənib və muxtariyyətin yaranmasına əsas səbəb Azərbaycanın əsas ərazilərindən ayrı düşməsi ilə bağlıdır.

Ardını oxu...

Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanda hakimiyyətə qayıdışı zərurəti reallığa çevriləndə O, 1990-1993-cü illərdə düşmən təcavüzündən və fəlakətlər girdabından xilas etdiyi Naxçıvanı özünün dövlətçilik məktəbinin yeni nəsil nümayəndəsinə etibar etdi. Və məhz bundan sonra Azərbaycanın xilası və inkişafı missiyasını həyata keçirməyə başlayan ümummilli liderin bilavasitə rəhbərliyi altında ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında müstəqilliyin verdiyi real imkanların ümummilli mənafelər naminə səfərbər və istifadə edilməsi kimi mühüm tarixi mərhələ başlandı. Azərbaycan Respublikası öz yoluna – dövlətçiliyin təkamülünün, sosial-iqtisadi inkişafın, elmi-mədəni tərəqqinin Heydər Əliyev yoluna qədəm qoydu.

1995-ci ilin son ayında Naxçıvanda yaranan yeni siyasi şərait çox qısa zamanda öz nəticələrini verməyə başladı. Həm paytaxtın, həm də bütövlükdə, muxtar respublikanın bütün yaşayış məntəqələrinin yeni inkişaf konsepsiyasına uyğun qurulmasının zəruri əsasları təsis edildi. Bu o dövr idi ki, 1993-1995-ci illərdə ulu öndər tərəfindən ölkədə ictimai-siyasi sabitlik bərqərar edilmiş, 1996-cı ildə isə Azərbaycan iqtisadiyyatında uzun illərdən bəri geriləmənin qarşısı ilk dəfə alınmışdı. Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı da məhz həmin ilin ilk aylarından başladı. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlərimizin qorunması, dini tolerantlıq, dövlət-din münasibətlərinin nizamlanması sahəsində ardıcıl işlər aparılır. Bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2014-cü il avqustun 20-də “Naxçıvan Muxtar Respublikasında multikulturalizm və dini məsələlər üzrə komissiyaların yaradılması haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Naxçıvan Muxtar Respublikasının Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyası yaradılmış, şəhər və rayon İcra hakimiyyətləri üzrə müvafiq komissiyaların yaradılması ilə bağlı tapşırıqlar verilmişdir. Ötən dövrdə bu tapşırığa uyğun olaraq, şəhər və rayon İcra hakimiyyətləri üzrə müvafiq komissiyalar yaradılmış, həmin komissiyaların üzvləri ilə 2014-cü il sen­tyabrın 29-da Naxçıvan şəhərində görüş keçirilmiş və fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.

Ardını oxu...

Yanvarın 9-da AMEA Naxçıvan Bölməsində “Azərbaycan Respublikasının milli atlası”nın təqdimat mərasimi keçirilib. Mərasimi bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq milli atlas haqqında məlumat verib. “Azərbaycan Respublikasının milli atlası”nı indiyədək çap edilən ən mükəmməl mənbələrdən biri kimi qiymətləndirən akademik atlasın Azərbaycanı dünyada tanıtmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli Sərəncamına əsasən hazırlanmış atlas tədqiqatçılar üçün də əhəmiyyətli nəşrdir.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, dosent Ələkbər Qasımov çıxış edərək milli atlasın məziyyətlərindən bəhs ediblər.

Ardını oxu...

Blokada şəraitində yaşayan Naxçıvan üçün hava nəqliyyatının əhəmiyyəti olduqca böyükdür. Paytaxt Bakıya və ölkə­mizin digər bölgələrinə, eləcə də xarici ölkələrə rahat və təhlükəsiz gediş-gəlişin təşkil olunması məqsədilə Naxçıvan Beynəlxalq Hava Limanının fasiləsiz fəaliyyəti diqqət mərkəzində saxlanılır. Bu məqsədlə hava limanında hər ay lazım olan bütün tədbirlər görülür, maddi-texniki təminat gücləndirilir.
2014-cü ili uğurla başa vuran hava limanında ötən ilin sonuncu ayında da sərnişinlərə nümunəvi xidmət göstərilmişdir. Ötən ay ərzində yerli hava xətti ilə 12 min 171 sərnişin, 200 min 894 kiloqram baqaj, 62 min 972 kiloqram yük və 2 min 849 kiloqram poçt daşınması həyata keçirilmişdir. Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva istiqaməti üzrə 88 sərnişin, 1552 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 223 sərnişin və 1515 kiloqram baqaj daşınmışdır.
Muxtar respublikada nəqliyyatın digər növləri kimi, hava nəqliyyatına da tələbat getdikcə artır. Bu da, öz növbəsində, xidmətin keyfiyyətinin yüksəldilməsini tələb edir. Buna görə də hava gəmilərinin, maşın-mexanizmlərin və digər texniki avadanlıqların sazlığı və səmərəli fəaliyyəti hər zaman diqqət mərkəzində saxlanılır. Xüsusilə hava gəmilərinə tələbata uyğun mütəmadi texniki qulluq göstərilir.

Ardını oxu...

Yola saldığımız 2014-cü ilin dekabr ayında da muxtar respublikanın dəmir yolu infrastrukturunda xidmətin nümunəvi təşkili təmin olunmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən Ordubad stansiyası idarəetmə mərkəzində əsaslı təmir işləri aparılmış, Ordubad yol sahəsinin inzibati binasının və Ordubad dəmiryol sərnişin vağzalı binasının tikintisi davam etdirilmişdir. Dekabrın 26-da əsaslı təmir və yenidənqurma işlərindən sonra İnfrastruktur İdarəsi inzibati binasının açılışı olmuşdur. Üç mərtəbədən ibarət olan binada işçilər üçün hər cür iş şəraiti yaradılmışdır.

Təbii ki, həyata keçirilən yenidənqurma tədbirləri xidmətin daha səmərəli təşkilinə şərait yaradır, dəmir yolu nəqliyyatı istifadəçilərinin sayının artmasına səbəb olur. Təkcə ötən ilin dekabr ayında Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisində 6 min 260 ton müxtəliftəyinatlı yük daşınmışdır. Bu dövrdə sərnişin qatarlarından istifadə edənlərin sayı 12 min 529 nəfər olmuşdur.
Yerlərdə yaradılan şərait və həyata keçirilən ardıcıl tədbirlər hərəkətin təhlükəsizliyini və intensivliyini təmin etmişdir. Yola saldığımız ilin dekabr ayında Culfa Lokomotiv Deposunda elektrovozlar 3, teplovozlar isə 2 dəfə texniki baxışdan keçirilmişdır. Bu dövr ərzində 26 vaqon, o cümlədən 4 platforma, 18 yük vaqonu, 4 sərnişin vaqonu cari təmir edilmişdir. Qış mövsümündə sərnişinlərin rahat gediş-gəlişlərini təmin etmək məqsədilə vaqonların istilik təchizatının sazlığı daim nəzarətdə saxlanılmış, vaxtında profilaktik tədbirlər həyata keçirilmişdir.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini 2014-cü ildə 19 min insan ziyarət edib. Bunun 902 nəfəri 27 xarici ölkədən gələn qonaqlar olub. Yerli ziyarətçilərin sayı isə 18 mini ötüb.
Ötən il ərzində muzeydə müxtəlif mövzularda 144 açıq dərs keçilib. Dərslərdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələri, orta məktəb şagirdləri iştirak ediblər.
Açıq dərslərdə ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, gələcək inkişafının təmin olunması, ölkəmizin dünyada tanıdılması istiqamətində gördüyü mühüm işlər barədə dinləyicilərə geniş məlumatlar verilib.
Həmçinin ötən dövr ərzində Naxçıvan şəhərində fəaliyyət göstərən nazirliklərin, idarə və təşkilatların muzeyə ekskursiyaları təşkil olunub və bu ekskursiyalarda 1838 nəfər iştirak edib.
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi ümummilli liderimizin həyat və fəaliyyətinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 4 min 552 eksponat mühafizə edilir.

Xəbərlər şöbəsi

Yaponiyanın “World Investors TV” internet televiziyası yeni ildə ilk verilişini Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr edib.
Yanvarın 5-də AzərTAc-ın Yaponiyadakı bürosunun təşəbbüsü ilə canlı yayımlanmış verilişdə aparıcılar Kazuyasu İşida və Hiroko Ueyama Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası haqqında tamaşaçılara məlumat veriblər. K.İşidanın ötən ilin sonunda işıq üzü görmüş “Yaponların tanımadığı, sürətlə inkişaf edən ölkə – Azərbaycan” bələdçi kitabında bu qədim Azərbaycan torpağı haqqında da ətraflı məlumatların yer aldığı diqqətə çatdırılıb.
AzərTAc-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayevin də iştirak etdiyi verilişdə qeyd olunub ki, Azərbaycanın ən qədim ərazilərindən olan, “Şərqin qapısı” adlandırılan Naxçıvan dünya sivilizasiyalarının mərkəzlərindəndir. Azərbaycan xalqı bu diyarda tarixi çox qədimlərə gedib çıxan zəngin mədəniyyət yaradıb. Sistemli araşdırmalar sübut edib ki, Azərbaycanın tərkib hissəsi olan Naxçıvan 5 min ildən çox yaşı ilə dünyanın ən qədim yaşayış məskənlərindəndir. Naxçıvanın İpək Yolu kimi qədim ticarət yollarının qovşağında yerləşməsi bu ərazidə sivilizasiyanın inkişafına təkan verib.
Məhz bəşər övladının ilk mədəni nümunələrinin qorunduğu və Nuhun gəmisinin lövbər saldığı Gəmiqaya abidəsi, əsrlərə meydan oxuyan, yaşı min ildən çox olan Möminə xatın türbəsi, azərbaycanlıların qəhrəmanlıq simvolu, 14 il Əmir Teymurun qoşunları ilə mübarizədə təslim olmamış Əlincə qalası Naxçıvanda yerləşir. “Qurani-Kərim”in “Kəhf” surəsində bəhs edilən Əshabi-Kəhf ziyarətgahı da məhz Naxçıvandadır.

Ardını oxu...

Naxçıvan şəhərinin mərkəzində unudulmaz, qəhrəman sərkərdəmiz Cəmşid xan Kəngərli – Naxçıvanskinin ev-muzeyi yerləşir. Bura onun doğulduğu və ömrünün 12 ilini yaşadığı evdir. Naxçıvanlıların dedikləri kimi, Cəfərqulu xanın evidir. Tez-tez yolumu buraya salır, buradakı sərgilərə, albomlara baxıram, nəsə axtarıram, bəlkə də, illərlə daxilimdə yığılan suallara cavab axtarıram.

Naxçıvandan Tiflisə onu 1907-ci ildə atası Cəfərqulu xan aparmışdı. 12 yaşınadək evdə və Naxçıvan şəhər qəza məktəbində təhsil almışdı. Onun mənsub olduğu Kəngərli tayfasının əksəriyyətinin hərbçi, xüsusilə süvari döyüşçü olması, həmçinin atası Cəfərqulu xanın və əmilərinin adlı-sanlı hərbçi sərkərdələr kimi tanınmaları onu Tiflisdəki hərbi məktəbə – kadet korpusa gətirib çıxarmışdı.
8 iyul 1875-ci ildə yaradılan Tiflis Hərbi Yarımgimnaziyası (bu gimnaziya gəncləri ali hərbi məktəblərə qəbul olunmaq üçün hazırlayırdı) 1882-ci il iyulun 22-də Rusiyanın Hərbi Nazirliyi nəzdində qalmaqla, Tiflis Kadet Korpusuna çevrildi. Həmin bina öz əzəmətli görkəmi ilə indiyədək qalmaqdadır.
Qaydaya görə, Cəmşid xan kadet məktəbin 2-ci sinfinə daxil olmalı idi. Amma atasının arzusunu nəzərə alaraq onu gimnaziyanın birinci sinfinə qəbul etdilər. Cəfərqulu xan istəyirdi ki, oğlu gələcəkdə hərbi məktəbə daxil olmaq üçün biliklə bərabər, hərbi vərdişlər də öyrənsin. Bunun üçün 7 il Cəmşid xan bu gimnaziyada oxumalı idi. Amma 1914-cü il iyulun 21-də Almaniyanın Rusiyaya müharibə elan etməsi ölkənin təhsil müəssisələrinə də öz təsirini göstərdi.

Ardını oxu...

Bəşər tarixində elə insanlar var ki, onlar özlərinin fitri istedadı, həyatı və milli-mənəvi dəyərlərə bağlılıqları ilə daim saflıq, paklıq zirvəsinə yüksəlirlər. Sağlığında müdriklik qazanmış Azərbaycanın tarixi şəxsiyyətləri sırasında Əziz Məmmədkərim oğlu Əliyevin müstəsna xidmətləri xüsusi vurğulanmalıdır.
...1897-ci il yanvarın 1-də qədim Azərbaycan torpağı İrəvanda dünyaya göz açmışdı. Atası Məmmədkərim camaat arasında böyük hörmət-izzət sahibi olmuşdu. Anası Zəhra xanım məşhur İrəvan taciri İbrahim bəyin qızı idi.
Uşaqlıq və gənclik illərində həyatı çətinliklərlə keçən Əziz Əliyev bir çox sınaqlardan çıxmış, Birinci Dünya müharibəsinin daşnak-erməni təqiblərinin, sovet dövrü repressiyalarının əziyyətlərini çəkmiş, lakin hər zaman insanların gözündə ucada olmuş, nəsildən nəslə yaddaşlara da beləcə köçüb əbədiləşmişdir.
O, ilk təhsilini doğulduğu kənddə almış, 1908-ci ildən sonra isə Rusiyanın Çita şəhərindəki gimnaziyada oxumuşdur. 1914-1917-ci illərdə İrəvan kişi gimnaziyasında təhsil alan Əziz Əliyev buranı əla qiymətlərlə bitirdikdən sonra Rusiyanın Sankt-Peterburq şəhərindəki Hərbi Tibb Akademiyasına qəbul olunmuşdur. Ulu öndər Heydər Əliyev Əziz Əliyevin həyatının həmin dövrü barədə demişdir: “O lap əvvəldən qeyri-adi insan idi. Onun tərcümeyi-halına diqqət yetirin. İrəvanda rus gimnaziyasında təhsil almaq və oranı qızıl medalla bitirmək, gənc ikən kömək üçün milyonçu Hacı Zeynalabdin Tağıyevə müraciət etmək, ondan bu köməyi almaq və bütün dünyada məşhur olan Hərbi Tibb Akademiyasında ali tibb təhsili almaq üçün Peterburqa getmək – gənclik illərində bunu heç də hər kəs bacarmazdı”.

Ardını oxu...

Yanvarın 5-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Rəşadətli əməyə görə” nişanı ilə təltif haqqında” 30 dekabr 2014-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında yanğın təhlükəsizliyi sahəsində səmərəli fəaliyyətlərinə görə təltif edilən yanğın təhlükəsizliyi işçilərinə “Rəşadətli əməyə görə” nişanının təqdimetmə mərasimi keçirilib.
Mərasimdə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayev çıxış edərək muxtar respublikada yanğından mühafizə xidmətinin təşkilindən danışıb, bu sahəyə göstərilən diqqət və qayğıdan bəhs edib. Qeyd olunub ki, muxtar respublikamızda yanğın təhlükəsizliyi orqanları üçün hərtərəfli şərait yaradılıb, Dövlət Yanğın Təhlükəsizliyi şöbələri üçün yeni inzibati binalar tikilərək və ya əsaslı təmir olunaraq şəxsi heyətin istifadəsinə verilib. Bundan əlavə, maddi-texniki bazanın gücləndirilməsi, şəxsi heyətin rifahının yüksəldilməsi istiqamətində də mühüm addımlar atılıb, Dövlət Yanğın Təhlükəsizliyi əməkdaşlarının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
Sonra Naxçıvan Muxtar Respublikasında yanğın təhlükəsizliyi sahəsində fəaliyyətlərinə görə təltif edilən yanğın təhlükəsizliyi işçilərinə “Rəşadətli əməyə görə” nişanları təqdim olunub.

Xəbərlər şöbəsi

 Şərur rayonu

Xalqımız 23 ildir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük coşqu ilə qeyd edir. Həmrəylik Gününün yeni illə eyni günə düşməsi isə sevinc hislərimizi daha da artırır. Hər başa çatan il muxtar respublikamıza böyük uğurlar, insanlara xoş gün-güzəran bəxş etdiyi kimi, bayramlarımız da ilbəil daha böyük təntənə ilə qeyd olunur, zəhmətkeş, tərəqqipərvər, qədirbilən xalqımız bu günləri xoş əhval-ruhiyyə ilə qarşılayır,  gələcəyə daha inamla baxır. 

Blokada şəraitində olmasına baxmayaraq, muxtar respublikamızda bütün sahələrdə əldə edilən uğurlar əhalinin rifah halının yüksəlməsinə səbəb olub, regionda həyata keçirilən tədbirlərdən hər bir ailə, hər bir vətəndaş bəhrələnib. Elə buna görədir ki, illər öncə yeni ili qaranlıqda, kasad süfrə ilə qarşılayan naxçıvanlılar bu gün bayramları böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Builki bayramların böyük şövqlə keçirilməsində “Muxtariyyət ili”ndə qazandığımız nailiyyətlər də böyük rol oynayıb.
Muxtar respublikamızın ən böyük bölgələrindən biri sayılan Şərur rayonunda da “Muxtariyyət ili”nin çoxsaylı bəhrələri var. 2014-cü ildə rayonda tikinti-qurucu­luq işləri daha böyük vüsət alıb. Müxtəliftəyinatlı obyektlərin inşasının həcmi bir qədər də genişləndirilib. Yeni məktəb binaları, mədəniyyət və səhiyyə obyektləri, kənd və xidmət mərkəzləri istifadəyə verilib, müasir standartlara cavab verən yollar salınıb, körpülər tikilib. Bütün bunlar rayonun sima­sına əlavə çalarlar gətirməklə insanların qurub-yaratmaq əzmini bir qədər də yüksəldib.

Ardını oxu...

Yeni intibah dövrünü yaşayan qədim Naxçıvanın ən yeni tarixində uğurlarla dolu növbəti – 2014-cü il də arxada qaldı. Yeni – 2015-ci ilə qədəm qoyduğumuz bu günlərdə Azərbaycan vətəndaşları, bütün dünyadakı həmvətənlərimiz növbəti ildə daha sıx birləşib daha böyük uğurlar qazanmaq diləkləri ilə bir-birlərini təbrik edir, sevgi ismarıcları ilə dostlarını, yaxınlarını sevindirirlər. 

Ölkəmizin hər bir guşəsində olduğu kimi, Naxçıvanda da bu bayram əvvəlkilərdən daha fərqli hiss olunur: Azərbaycan ötən ildə daha da qüdrətləndi, onun vətəndaşları daha da dərin rifaha qovuşdular. Təqvim pilləsində bir addım da qalxıb “Ötən ildə nə qazandıq?” deyə, keçmiş günləri vərəqləsək, çox yaddaqalan günlər yaşadığımızı görərik. Şübhəsiz, zaman çarxının daha sürətlə döndüyü, işgüzar günlərin sanki sezilmədən bir-birini əvəz etdiyi bir dövrdə yekun nəticəyə gəlmək çox erkən olsa da, bir il ərzində görülən işlərə yekun vurmaqla növbəti ilə daha inamla başlamaq olar. Qarşıda hələ çox işlər var!

Ardını oxu...

Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən və ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətində xidmətlərindən danışmışdır.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli sessiyasında dahi rəhbərin təşəbbüsü ilə dekabrın 31-nin Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü kimi qeyd olunması barədə qərar qəbul edilmişdir. Həmin tarixi qərara imza atan ümummilli lider Heydər Əliyevin bu təşəbbüsü milli diasporun formalaşmasına zəmin yaratmışdır. Müstəqillik illərində dünya azərbaycanlılarının xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq, Azərbaycançılıq duyğularına əsaslanan həmrəylik ideyası ulu öndər Heydər Əliyevin sayəsində ictimai təşəbbüslərdən əməli işə, çoxşaxəli fəaliyyət planına və dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir.

Ardını oxu...

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş konfrans keçirilib.
Konfransda kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova bu əlamətdar günün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli həmrəyliyinin formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Qeyd edilib ki, dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşməsi ideyasının müəllifi ulu öndərimiz Heydər Əliyev olub. Belə ki, 1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. 1991-ci il dekabrın 16-da ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2013-cü il dekabrın 28-də keçirilən dördüncü çağırış səkkizinci sessiyasında 2014-cü il muxtar respublikada “Muxtariyyət ili” elan olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli Sərəncamının icrasını Naxçıvan Muxtar Respublikasında təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü il yanvarın 17-də imzaladığı Sərəncamla “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nı təsdiq etmişdir. Tədbirlər planı icra üçün rəhbərliyə alınmış və ötən bir il ərzində bir sıra tədbirlər görülmüşdür.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il aprelin 7-9-da Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti səfər çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binasının, Gənclər Mərkəzinin, Hərbi Prokurorluğun yeni inzibati binasının, Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının açılışında iştirak etmiş, Naxçıvan Biznes Mərkəzində yaradılan şəraitlə və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olmuş, muxtar respublika ərazisində yerləşən hərbi hissələrə verilmiş yeni texnika və silahlara baxmışdır.

Ardını oxu...

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın qarşısında duran başlıca vəzifələrdən biri dünya azərbaycanlılarının vahid bir ideya ətrafında birləşməsi idi. Çünki Ermənistanın ölkəmizə qarşı təcavüzünün davam etdiyi, ermənilərin dünyada antiazərbaycan təbliğatı apardıqları bir vaxtda müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın həmrəyliyinin gücləndirilməsi olduqca mühüm əhəmiyyət kəsb edirdi. Digər tərəfdən tarixin müxtəlif mərhələlərində düçar olduqları məhrumiyyətlər, haqsızlıqlar və digər səbəblərdən dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların təşkilatlanmasının müstəqilliyinə yeni nail olmuş ölkəmizin beynəlxalq aləmdə yerinin möhkəmləndirilməsi işinə böyük töhfələr verəcəyi şübhəsiz idi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi yaradılmışdır.
Yarandığı gündən nazirliyin fəaliyyət istiqamətlərinə uyğun sahələr üzrə normativ-hüquqi aktlar, yerli icra hakimiyyəti orqanları ilə qarşı­lıqlı fəaliyyət planları, təlimlərin, məşqlərin keçirilməsi üzrə təlimatlar, xidmətlərin əsasnamələri işlənib hazır­lanmışdır. Bu gün muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində və tikintidə insanların təhlükəsizliyinin, eləcə də sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin olunması sahələrində məqsədyönlü tədbirlər həyata keçirilir. Nazirliyin əməkdaşları fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında fədakarlıq nümayiş etdirirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Fövqəladə Hallar Nazirliyi öz fəaliyyətini fövqəladə hadisələrin qarşısının alınması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində qurur. Ölkəmizdə, eləcə də muxtar respublikamızda nazirliyin fəaliyyəti tam təmin olunmuş, struktur qurumları üçün müasir iş və xidmət şəraiti yaradılmışdır. İnsanların həyatının, dövlət əmlakının, fərdi təsərrüfatların və sahibkarlıq subyektlərinin baş verə biləcək hadisələrdən qorunması nazirliyin və onun müvafiq qurumlarının qarşısında duran başlıca vəzifələrdir”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) muxtar respublikada insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, həmçinin bu hüquqların davamlı inkişafına yönəlmiş tədbirləri 2014-cü ildə də davam etdirmişdir.
Müvəkkil öz fəaliyyətini daxil olan müraciətlərin araşdırılması və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, dövlət orqanları ilə əməkdaş­lığın daha da inkişaf etdirilməsi istiqamətində qurmuşdur.
Müvəkkilin 2014-cü il üçün məruzəsi daxil olan müraciətlərə baxılmasının nəticələri, Preventiv mexanizm funksiyasının icrası, əhalinin müxtəlif sosial qrupları arasında hüquqi maarifləndirmə işinin təşkili, ictimaiyyətlə əlaqələr, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlıqla bağlı görülən işlərin ümumiləşdirilmiş təhlili əsasında tərtib edilmişdir.
Məruzənin hazırlanmasında həmçinin dövlət orqanlarından alınmış rəsmi məlumatlardan da istifadə edilmişdir.
2014-cü ildə həyata keçirilmiş tədbirlər aşağıdakı istiqamətləri əhatə etmişdir:

Ardını oxu...

Ulu öndər Heydər Əliyеv: Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq.


“Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çox­əsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.
Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkə­də dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir”.

Ardını oxu...

Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində göstərilir ki, Vətəni müdafiə etmək hər bir vətəndaşın müqəddəs borcudur. Buna görə də qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Azərbaycan Respublikasının “Hərbi xidmət keçmə haqqında” Qanununda Vətənin əsgəri olmaq, onu hər hansı təcavüzdən qorumaq şərəfli vəzifə hesab olunur. Vətənə sədaqətlə xidmət etmək, onun layiqli əsgəri olmaq artıq hər bir gəncin arzu və amalına çevrilib.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılan hər bir vətəndaş döyüş bayrağı altında əlində silah dayanaraq Vətənə, öz xalqına sədaqətli olacağı barədə təntənəli surətdə and içir. Hərbi and içən döyüşçü təntənəli surətdə vəd edir ki, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qoruyacaq, bundan ötrü qanını və canını əsirgəməyəcəkdir.
Təbii ki, bütün bunlar gənc əsgərin hərbi-vətənpərvərlik tərbiyəsinə öz müsbət təsirini göstərir və o, hərbi anddan sonra öz xidmətini daha məsuliyyətlə yerinə yetirir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının yerləşdiyi region tarixboyu özünün daha çox strateji və siyasi əhəmiyyəti ilə diqqəti cəlb edib. Təsadüfi deyil ki, qədim dövrlərdən bəri bu diyarı “Şərqin qapısı” adlandırırlar. Müasir dövrümüzdə tanınmış strateqlər yüzilliklərin çətin tarixi-siyasi süzgəcindən keçib gələn bu ifadəni yenə müasir dövrün reallıqları prizmasında qiymətləndirərək böyük həqiqəti bir daha ifadə edirlər: Naxçıvan bu gün də Şərqin qapısıdır və onun muxtariyyət qazanması regional önəmə malik siyasi hadisə olmaqla yanaşı, mühüm strateji əhəmiyyətə malik olan bölgənin Azərbaycanın tərkibində qalmasına şərait yaradıb. Yəni muxtariyyət həm də ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması baxımından vacib amil kimi diqqətləri cəlb edir.

Ardını oxu...

Dünyada bəzi dövlətlərin ərazisinin bir hissəsinin başqa ölkənin və ya ölkələr qrupunun əhatəsində yerləşməsi hamımıza məlumdur. Anklav ərazilər hesab edilən bu cür sahələrə Rusiya Federasiyasında Kalininqrad Vilayətini, Amerika Birləşmiş Ştatlarında Alyaska ştatını, Cənubi Afrika Respublikasının daxilində yerləşən Svazilend və Lesoto ərazilərini misal göstərmək olar.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın muxtariyyət statusu qazanmasına səbəb həm də ərazinin uzun illər boyu müxtəlif geostrateji maraqların ən çox kəsişdiyi nöqtələrdən biri kimi mövcud olmasıdır. Bu maraqlar ötən əsrin əvvəllərində, hətta ondan əvvəlki dövrlərdə də olub, bu gün də var.
Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, çətin, ancaq şərəfli bir tarixi inkişaf yolu keçib. Bir zamanlar coğrafi cəhətdən Azərbaycanın mərkəzi ərazilərindən olan Naxçıvan XX əsrin əvvəllərində Azərbaycandan ayrı düşüb, onunla sərhədi ərazi itirilməsi nəticəsində ləğv olunub. Qədim Azərbaycan torpaqlarında öz dövlətlərini quran, sonra bu dövlətin ərazilərini artırmaq həvəsi kimi sərsəm ideyalarla yaşayan ermənilər daim Naxçıvan ərazilərinə iddia edib və bəzən bu iddiaları böyük dövlətlərin, xüsusilə Rusiyanın milli maraqları ilə uzlaşdıraraq müəyyən mənada öz istəklərinə nail olublar. Böyük Türk dünyasını birləşdirən Naxçıvan adlı körpü tarixin bir çox ağır sınaqlarından çıxaraq öz muxtariyyətini əldə edib ayaqda durmağı bacardı.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası (YAP) Şərur Rayon Təşkilatında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayevin məruzəsi dinlənilib.
Qeyd olunub ki, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən dünya azərbaycanlılarının həmrəylik və birlik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmış ulu öndər Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etmələri, doğma Vətənlə əlaqələrinin genişləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır, onların problemlərinin həllini və hüquqlarının müdafiəsini təmin etmək üçün özünün siyasi təcrübəsindən və dövlətin imkanlarından yetərincə istifadə edirdi.

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Qızlar Liseyi şagirdlərinin iştirakı ilə açıq dərs keçilib. Açıq dərsdə liseyin tarix müəllimi Gülşən Ağayeva “1970-1985-ci illərdə Azərbaycanın siyasi-iqtisadi suverenliyinin təməlinin qoyulması” mövzusunda danışıb. Bildirib ki, tarixdə elə nadir simalar olur ki, onlar yalnız zamanın gərgin və təlatümlü məqamlarında meydana çıxır, bütöv bir millətin və ya ölkənin taleyüklü məsələlərində ölçüyəgəlməz məsuliyyəti üzərlərinə götürərək böyük bir missiyanı şərəflə yerinə yetirirlər. Dünyada belə tarixi şəxsiyyətlər çox azdır. Ancaq xoşbəxtlikdən Tanrı Azərbaycan xalqına Heydər Əliyev kimi dahi bəxş etmiş, müdrik rəhbər misilsiz xidmətləri ilə xalqımızın əsl xilaskarına çevrilmişdir.
Qeyd olunub ki, ötən əsrin 60-70-ci illərində – ölkə iqtisadiyyatının, bütövlükdə, dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoyduğu bir şəraitdə ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi Azərbaycanın qarşısında duran bir çox taleyüklü suallara aydın cavablar tapılması və onların ardıcıl həll edilməsi baxımından tarixi bir hadisə oldu. Tezliklə Azərbaycanda sənaye, tikinti, kənd təsərrüfatı, təhsil və mədəniyyətin inkişafı sahəsində nəhəng işlər görüldü.

Ardını oxu...

Siyasi zərurətdən doğan Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Bu gün bu reallıq dünyanın tanınmış politoloqları, strateqləri tərəfindən xüsusi vurğulanır. Azərbaycanın tərkibində Naxçıvanın muxtariyyət təşkil etməsi bölgənin spesifik ərazi vəziyyəti – geosiyasi şəraiti ilə sıx bağlıdır. Qədim diyarın ərazi baxımından Azərbaycandan aralı düşməsi, ölkəmizlə heç bir sərhədə malik olmaması onun inzibati idarəçiliyinin məhz muxtariyyət şəklində reallaşdırılmasını zərurətə çevirmişdir. Məhz buna görə də XX əsrin əvvəllərində Naxçıvanın üzərini qara buludların aldığı bir vaxtda öz elinə, obasına, torpağına, milli kökünə bağlı olan Vətən övladları istər hərbi, istərsə də siyasi-diplomatik sahədə bütün mümkün vasitələrdən istifadə edərək qədim yurdumuzu qoruyub saxlamış, onun Azərbaycanın tərkibində qalması, yaşaması, inkişafı üçün zəruri olan muxtariyyət statusunun alınmasına nail olmuşlar.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin növbəti, 188-ci məşğələsi keçirilib.
“Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusuna həsr olunmuş məşğələni giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu əlamətdar günün tarixi əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli həmrəyliyinin formalaşmasındakı misilsiz xidmətlərindən bəhs edib. Qeyd olunub ki, xalqımız ən ağır, çətin məqamlarda Azərbaycançılıq ideologiyasının banisi, ömrünü xalqının xoşbəxt və firavan gələcəyinə həsr edən ümummilli liderin ətrafında sıx birləşməklə möhtəşəm tarixi nailiyyətlərə imza atıb.
Universitetin “Qeyrət” nəşriyyatının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Vaqif Məmməd­ov mövzu ilə bağlı məruzə edərək Azərbaycançılıq və milli həmrəylik ideyalarının XX əsrin sonlarında daha geniş vüsət almasından danışıb. Bildirilib ki, 1989-cu ildə Naxçıvanda sərhəd hərəkatı başlayıb, milli birlik uğrunda mübarizənin təməli qoyulub.

Ardını oxu...

Nehrəm 

(Əvvəli qəzetin 27 noyabr 2014-cü il tarixli sayında)

Müasir Nehrəm haqqında danışarkən, ilk olaraq, kəndin geniş əhali ehtiyatlarını və buradakı insan resurslarını qeyd etmək lazımdır. Şübhəsiz, əhali sayının çox olması müxtəlif ixtisaslara sahib olan kadrların mövcudluğuna da imkan verir. Burada bir və ya iki­uşaqlı ailələrə çox az rast gəlmək olar. Nehrəmdə beş, yeddi və daha çox uşağı olan ailələr çoxluq təşkil edir. Əvvəlki yazıda da qeyd etmişdik ki, Nehrəmin 3230 təsərrüfatında 15 min nəfər qeydiyyatdadır. Bu, yuxarıda qeyd olunan faktı bir daha təsdiq edir – hər ailə orta hesabla 5 nəfərdən ibarətdir. İnsanların həyat səviyyəsinin yüksəlməsi, hər il çoxlu sayda yeni ailələrin qurulması və onların sosial vəziyyətinin yaxşılaşdırılması kənddə əhali sayının artmasına təsir edən əsas amillərdəndir.
Məşğuliyyət istər kənddə, istərsə də şəhərdə əhali məskunlaşması üçün mühüm şərtdir. Bu baxımdan Nehrəm bir çox yaşayış yerlərinə nümunə ola biləcək bir kənddir. Nehrəmlilər çox əməksevərdirlər. Hazır­kı dövrdə dövlətimizin iş üçün yaratdığı əlverişli imkanlar – torpaqların kəndliyə verilməsi, daxili bazarın qorunması, kredit təminatı, texnika, gübrə və digər güzəştlər torpaq mülkiyyəçilərini öz işinə daha da həvəsləndirmişdir.
Kənd təsərrüfatının inkişafı səviyyəsinə görə Nehrəm hazırda təkcə Babək rayonunun deyil, muxtar respublikanın seçilən kəndlərindəndir. Belə ki, kənddə xırda və iribuynuzlu mal-qara bəsləyən 12 iri fermer təsərrüfatı vardır. Ümumiyyətlə isə kənddə 30 min başdan artıq xırdabuynuzlu, 2200 başdan artıq isə iribuynuzlu heyvan saxlanılır.

Ardını oxu...

Seçkilərin qanunvericiliyə uyğun olaraq, azad, ədalətli və şəffaf keçirilməsi, seçicilərin səsvermədə fəal iştirakı, vətəndaşların sərbəst seçim etmələri demokratiyanın təmin edilməsinin və onun inkişafının əsas göstəricisi hesab olunur. Qürurla deyə bilərik ki, ötən illərdə respublikamızda yaradılan demokratik institutlar inkişaf etdikcə seçki sisteminin təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilib, beynəlxalq standartlara cavab verən Seçki Məcəlləsi qəbul olunub, bu qanuna əlavələr və dəyişikliklər edilməklə seçki qanunvericiliyi daim təkmilləşdirilərək azad və ədalətli seçkilərin keçirilməsi üçün mükəmməl hüquqi baza yaradılıbdır. Dekabrın 23-də ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında mütəşəkkilliklə keçirilən növbəti bələdiyyə seçkiləri dediklərimizi bir daha təsdiq etdi.
Bələdiyyə seçkilərində Naxçıvan Muxtar Respublikasında seçicilərin seçki hüquqlarından istifadə edərək seçdikləri namizədlərə səs vermələri üçün zəruri olan bütün şərait yaradılmışdı. Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və seçki məntəqələrindən kənarda insanlara internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdirildi. Muxtar respublikanın 35 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdı.

Ardını oxu...

Jurnalist və tədqiqatçı Peter Tasenin Naxçıvana həsr etdiyi və dekabrın 19-da “foreignpolicynews.org”, dekabrın 20-də isə “eurasiareview.com” informasiya portallarında yerləşdirdiyi məqaləni təqdim edirik.

Tarixi mənbələr təsdiq edir ki, Azərbaycan torpağı olan Naxçıvanın ərazisi dünyanın ən qədim sivilizasiya və mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı Naxçıvanda qədim və zəngin mədəniyyət yaratmışdır. Bu gün də bu ənənə davam etdirilir. Azərbaycan xalqının milli tarixinin, elmi və zəngin mədəni irsinin formalaşmasında Naxçıvan mühüm rol oynamışdır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında tarix üzrə fəlsəfə dokto­ru, dosent Şükür Məmmədovun “Heydər Əliyevin dövlətçilik və hüquq təlimi” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəm­ov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlət quruculuğundakı, demokratik prinsiplərin tətbiqindəki, insan hüquq və azadlıqları ilə bağlı qanunvericiliyin formalaşmasındakı tarixi xidmətlərindən danışıb.

Ardını oxu...

Kəndim, balacasan, çox balacasan,
Adın yox dünyanın xəritəsində.
Atılıb qalmısan gözlərdən uzaq
Çaylı, baldırğanlı dağ dərəsində.

Bir hiss var bu şeirdə. Bir az umu, bir az küskünlük. “Mən belə dünyanın nəyindən küsüm” deyirdi. Duyanlar üçün yazılmamış giley məktubu idi. Elə bil kəndin öz dilindən yazılmışdı, sonra da bütün dağlar, qayalar, çaylar yığılıb “imza” toplamışdılar. Elə çaylı, baldırğanlı dərədən gələn, o dərədə boğulan bir səs idi. “Axşam məktəblisinin gündüz çobanı”nın səsiydi; “Sonra kiçik bir qayanın döşündən qopan, dünyanın mehinə dönəcək” qədər güclü bir səs.
“Kəklik fərəsinin”, “bulud nərəsinin”, “aylı gecələrin” sayına görə birinciydi, bəlkə də, amma özünün “dünya xəritəsində” yeri yoxudu.

Ardını oxu...

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqillik və tərəqqi yolunda inamla addımlamış, demokratik, dünyəvi, hüquqi və nüfuzlu dövlət kimi beynəlxalq münasibətlərdə layiqli yer tutmuşdur. Müstəqil respublikamızın belə uğurlu inkişafı ümummilli lider, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt və ölkə Prezidenti cənab İlham Əliyevin bu siyasi kursa sadiqliyi, onun yaradıcılıqla və müasir tələblərə uyğun həyata keçirilməsi ilə bağlıdır. Dahi rəhbər Heydər Əliyevin dövlətçilik təlimi və siyasi irsi bütün uğurlarımızın əsasını təşkil edir. Ona görə də bu siyasi irs öyrənilməli, tədqiq edilməli və gələcək nəsillərə çatdırılmalıdır.

Ardını oxu...

Naxçıvanda keçirilmiş Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumunun iştirakçıları dünən Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində olublar.
Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid ali məktəbin strukturu, təşəkkülü, inkişafı, professor-müəllim heyəti və tələbə kontingenti barədə geniş məlumat verib.
Qeyd olunub ki, universitetin 110 hektarlıq ərazisində ucaldılan bir-birindən yaraşıqlı tədris korpusları müasir memarlıq kompleksi kimi diqqəti cəlb edir. Burada digər ixtisaslar kimi, memarlıq ixtisası üzrə fənlər də dünya standartlarına cavab verəcək səviyyədə, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə tədris olunur. Ali məktəbdə mövcud olan sürətli internet resursları, tezliklə istifadəyə veriləcək elektron təhsil şəbəkəsi müxtəlif dünya universitetləri ilə virtual əməkdaşlığa, onlayn simpozium və konfransların təşkilinə, təcrübə mübadiləsinə xidmət edəcək. Universitetdə 2001-ci ildən etibarən memarlıq üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlanır. Hazırda təhsilin bakalavr, magistratura və doktorantura pillələri üzrə burada 200-ə yaxın tələbə təhsil alır.

Ardını oxu...

Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin Qarabağ ərazisinə, Ermənistan Respublikası ilə həmsərhəd olan digər bölgələrimizə, muxtar respublikamıza, xüsusilə də Sədərək bölgəsinə düşmən tərəfindən aramsız hücumlar olurdu. Naxçıvan Muxtar Respublikasını yaranmış vəziyyətdən xilas etmək, ərazini erməni basqınlarından qorumaq, əhalini talan və qırğınlardan qurtarmaq məqsədilə 7 sentyabr 1991-ci ildə – o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Ali Məclisin növbədənkənar sessiyası çağırıldı və Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında tarixi qərar qəbul edildi. O dövrdə xalqımızın böyük oğlu Heydər Əliyevin muxtar respublikamızda ordu quruculuğu istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər blokada şəraitində yaşayan Naxçıvanı düşmən hücumlarından qorumaqla yanaşı, bütövlükdə, müstəqil Azərbaycanda milli ordu quruculuğu prosesinin başlanğıcı oldu. 1992-ci il iyul ayının 21-dən avqust ayının 15-dək Naxçıvanın ərazisində yerləşən keçmiş SSRİ-nin silahlı qüvvələrinin 75-ci motoatıcı diviziyasının bütün döyüş texnikası, silah-sursatı, yaşayış binaları və digər maddi-texniki vəsaitləri saz vəziyyətdə Müdafiə Komitəsinin bazasına təhvil verildi.

Ardını oxu...

Dekabrın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Hələ bir neçə ay bundan əvvəl bələdiyyə seçkilərinə hazırlıq işlərinə başlanılıb və artıq bu işlər başa çatdırılıb. Naxçıvan Muxtar Respublikasında bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti və səsvermə günü seçki hərəkətləri ilə əlaqədar suallarımızı Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov cavablandırır.

– Məhərrəm müəllim, artıq bələdiyyə seçkilərinə sayılı günlər qalır. Seçkilərə hazırlığın vəziyyəti necədir?
– Seçki komissiyaları seçkilərin hazırlanması prosesinə seçkilərin elan olunmasından çox əvvəl başlayırlar. Belə ki, ilk işimiz seçici siyahılarının dəqiq tərtib edilməsidir. Bu proses hər il yanvar ayından etibarən başlayır və seçicilərin daimi siyahısı hər bir məntəqə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilir və səsvermə gününə azı 25 gün qalmışadək dəqiqləşdirilir. Seçkilərdən əvvəl hər kəs yaşadığı ərazidə fəaliyyət göstərən məntəqə seçki komissiyasına yaxınlaşaraq öz adının müvafiq seçici siyahısında olub-olmadığını müəyyənləşdirə bilər.

Ardını oxu...

Dekabrın 18-də Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumunun iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olublar.
Muzeyə baxış zamanı qonaqlara məlumat verilib ki, muzeyin fondunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 4 min 500-dən çox eksponat toplanılıb. Muzeydəki eksponatların hər biri ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Azərbaycanın müasir dövlətçilik tarixi və ümummilli liderimizin siyasi irsinin tədqiqatçıları burada elmi axtarışlar üçün dəyərli məlumatlar əldə edirlər. Burada kitabxana yaradılıb, ulu öndərimiz haqqında çəkilmiş filmləri seyr etmək üçün televizor və videomaqnitofon yerləşdirilib, kompüter dəstləri quraşdırılıb, muzeyin internet saytı yaradılıb. Muzeydə nümayiş etdirilən eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.

Ardını oxu...

Dekabrın 17-də Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasının ildönümü münasibətilə Şahbuz rayonundakı “N” hərbi hissənin ön xətdəki bölmələrindən birində tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Əlahiddə Ümum­qoşun Ordusunun zabiti, polkovnik-leytenant Mirqiyas Rüstəmov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 dekabr 2013-cü il tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin daha da artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb. Ötən bir il ərzində bu ordunun maddi-texniki bazası daha da möhkəmləndirilib, qoşun birləşmələrinin döyüş qabiliyyəti artırılıb.
Qeyd olunub ki, bu gün Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrində xidmət edən şəxsi heyətin mənəvi-psixoloji hazırlığı yüksək səviyyədə olduğundan verilən bütün tapşırıqların öhdəsindən layiqincə gəlinir. Ötən müddətdə həyata keçirilən məqsədyönlü tədbirlər bunu bir daha təsdiq edir.

Ardını oxu...

Bir neçə gündən sonra – dekabrın 23-də Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında özünüidarəni həyata keçirən bələdiyyə orqanlarına növbəti seçkilər günüdür. Bələdiyyələr vətəndaş təşəbbüskarlığının bərqərar edilməsinin mühüm idarəetmə forması olub, əhalinin yerli problemlərinin həllini təmin edən müstəqil idarəetmə qurumudur. Bu qurum mənsub olduğu dövlətin iqtisadi inkişaf strategiyasına uyğun olaraq, xalqın rifahının yaxşılaşdırılması istiqamətində zəruri fəaliyyət həyata keçirir.

Ölkəmizdə yerli özünüidarənin mövcud olduğu 15 il ərzində bələdiyyələr mühüm inkişaf yolu keçib, bu sahədə təcrübələrini ildən-ilə artırıblar. Bu gün muxtar respublikamızda bələdiyyələrin fəaliyyəti üçün lazımi şərait yaradılıb, bu özünüidarəetmə orqanlarının əksəriyyəti üçün müasir standartlara cavab verən yeni inzibati binalarda müvafiq otaqlar ayrılıb. Muxtar respublikamızda bələdiyyələrin işinin təşkili, onların fəaliyyətinin əlaqələndirilməsi istiqamətində də müəyyən tədbirlər həyata keçirilib.

Ardını oxu...

Bu il dekabr ayının 23-də ölkəmizdə dördüncü dəfə keçiriləcək bələdiyyə seçkiləri xalqımızın tarixində, onun həyatında önəmli hadisədir. Seçicilərin məntəqələrə gələrək bu mühüm kampaniyada fəal iştirak etməsi seçkilərə hərtərəfli hazırlıqdan çox asılıdır.
Bu baxımdan ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da dairə və məntəqə seçki komissiyaları mühüm mərhələ çərçivəsində zəruri texniki-təşkilati işləri həyata keçirir. Prezident, parlament və bələdiyyə seçkilərini demokratik şəkildə keçirmək üçün zəruri olan təcrübə, mükəmməl qanunvericilik bazası növbəti seçkilərin yüksək səviyyədə təşkilinə imkan verir. Seçkilərə hazırlığın vəziyyəti ilə tanış olmaq üçün 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsində olduq. Dairə Babək qəsəbəsinin Heydər Əliyev prospektində tikilib istifadəyə verilmiş və hər cür zəruri avadanlıqla təchiz edilmiş binada fəaliyyət göstərir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR