23 Dekabr 2024, Bazar ertəsi

Yanvarın 16-da AMEA Naxçıvan Bölməsində keçirilən elmi konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
Sonra 20 Yanvar şəhidlərinin, Vətənimizin azadlığı və ərazi bütövlüyümüzün təmin olunması uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda bölmənin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarından şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “20 Yanvar ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Məşələ dönmüş ürəklər: Vətən öz şəhidlərini unutmur”, şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ümummilli lider Heydər Əliyev və 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi”, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilovun “Qanlı Yanvarın ibrət dərsləri” adlı məruzələri dinlənilib.
Məruzələrdə vurğulanıb ki, milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

20 Yanvar tarixi Azərbaycan xalqının tarixində, sadəcə, kədərlə xatırlanacaq gün deyil, həm də bizim üçün şan və şərəf günüdür, milli qürur günüdür.

*  *   *

“20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Azərbaycan xalqı ölkə­mizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək buna öz qəti etirazını bildirib. Lakin Sovet İttifaqının rəhbərliyi sivil insanlara qarşı silahdan istifadə edilməsinə göstəriş verib və 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridilərək misli görünmə­miş qırğın törədilib”.

Bu fikirləri Naxçıvan Dövlət Universitetində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə rektor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəm­ov səsləndirib.
Rektor bildirib ki, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra məhz ümummilli liderin təşəbbüsü ilə bu məsələ yenidən gündəmə gətirilib, həmin hadisələrə siyasi-hüquqi qiymətin verilməsinə nail olunub.
Tədbirdə ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Kəngərlinin, hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Ramazan Abdullayevin məruzələri dinlənilib.
Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı qısametrajlı film nümayiş etdirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR