23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini 2014-cü ildə 19 min insan ziyarət edib. Bunun 902 nəfəri 27 xarici ölkədən gələn qonaqlar olub. Yerli ziyarətçilərin sayı isə 18 mini ötüb.
Ötən il ərzində muzeydə müxtəlif mövzularda 144 açıq dərs keçilib. Dərslərdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələri, orta məktəb şagirdləri iştirak ediblər.
Açıq dərslərdə ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, gələcək inkişafının təmin olunması, ölkəmizin dünyada tanıdılması istiqamətində gördüyü mühüm işlər barədə dinləyicilərə geniş məlumatlar verilib.
Həmçinin ötən dövr ərzində Naxçıvan şəhərində fəaliyyət göstərən nazirliklərin, idarə və təşkilatların muzeyə ekskursiyaları təşkil olunub və bu ekskursiyalarda 1838 nəfər iştirak edib.
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi ümummilli liderimizin həyat və fəaliyyətinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 4 min 552 eksponat mühafizə edilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR