23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi və Ağsaqqallar Şurasının birgə tədbirlər planına uyğun olaraq, muxtar respublikanın rayon mərkəzlərində, kənd yaşayış məntəqələrində ağsaqqallarla, ziyalılarla və gənclərlə görüşlər keçirilir, muxtar respublikanın inkişaf və tərəqqisi barədə söhbətlər aparılır, regionumuzda yaşayıb-yaradan şair və yazıçıların yeni çapdan çıxmış kitablarının təqdimatı təşkil edilir. Növbəti belə tədbir Naxçıvan şəhərinin Qaraçuq Kənd Mərkəzində keçirilib.
Tədbiri giriş sözü ilə Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əli Novruzov açıb.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar və Ağsaqqallar Şurasının sədri, yazıçı Əbülfəz Əsgərli çıxış ediblər.
Qeyd olunub ki, ötən əsrin 90-cı illərinin ağır, çətin günlərini yaşayan Naxçıvan Muxtar Respublikasının hər bir sakini qədim diyarımızın bugünkü sürətli inkişafını görəndə böyük qürur və sevinc hissi yaşayır.

Ardını oxu...

Muxtar respublikamızda müasir xidmət növlərinin yaradılması diqqət mərkəzində saxlanılır, dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə hüquqi xidmətlərin göstərilməsi üçün zəruri tədbirlər həyata keçirilir.
Məlum olduğu kimi, səyyar xidmətin göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi üçün “Hundai”, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üçün “NAZ-Lifan-6401” markalı avtomobillər ayrılmışdır. Avtomobillər xidmət sahələrinə uyğun olaraq, səyyar xidmətin göstərilməsi üçün kompüter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilmişdir. Məqsəd əhalinin vaxt itkisinə yol vermədən hüquqi xid­mətlərdən yararlanmasını təmin etməkdir.
Martın 10-u və 11-də Sədərək rayonunda, 12-də isə Şərur rayonunun İbadulla kəndində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin səyyar xidmət avtomobili vasitəsilə vətəndaşlara 5 hüquqi xidmət – ümumvətəndaş pasportunun və şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, sü­rücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, eləcə də ov silahlarının qeydiyyata alınması üzrə xidmətlər göstərilmişdir.
Həmin gün təkcə İbadulla kəndinin deyil, həmçinin Vərməziyar, Tumaslı, Xanlıqlar, Ələkli, Qışlaq­abbas, Ərəbyengicə, Qarahəsənli, Çəmənli və Dərvişlər kəndlərinin də sakinləri səyyar xidmətdən yararlanmışlar. Nazirliyin səyyar xidmət avtomobilində quraşdırılan müasir avadanlıqlar ümumvətəndaş pasportunun, şəxsiyyət və sürücülük vəsiqələrinin digər yaşayış məntəqələrində də vətəndaşlara təqdim olunmasına imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Şərur rayonunun İbadulla kəndində səyyar qaydada daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı və digər xidmətlər göstərilmişdir. Səyyar xidmət zamanı əvvəlcə vətəndaşların ərizələri qəbul olunur və məlumat bazası üzrə uyğunluğu yoxlanılır. Bundan sonra qəbul edilmiş sənədlər rayon şöbələri tərəfindən elektron sistemə salınaraq təsdiq üçün xidmətin mərkəzi aparatına göndərilir. Burada daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınaraq çıxarış hazırlanır, kağız və elektron variantlarda arxiv yaradılır. Bütün proseslər tamamlandıqdan sonra hazırlanan sənədlər vətəndaşlara çatdırılır.
Hər iki səyyar xidmət avtomobili kənd mərkəzlərinin yaxınlığında fəaliyyət göstərir, xidmətlərə görə rüsumlar POS-terminal və yerlərdəki poçt bölmələri vasitəsilə ödənilir.
Yaşayış məntəqələrində səyyar xidmətin göstərilməsi barədə əvvəlcədən elanlar vurulur və sakinlər arasında müvafiq maarifləndirmə işləri aparılır. Təbii ki, yeni xidmətlərin yaradılması fəaliyyətdə səmərəliliyin artırılması, əhalinin rahatlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Xəbərlər şöbəsi

Dünən Sədərək Rayon İcra Hakimiyyətində fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə qarşıya qoyulmuş vəzifələrin müzakirəsinə həsr edilmiş yığıncaq keçirilib. 

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açıb.
Sonra Sədərək Rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov, Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev, Uşaq-gənclər şahmat məktəbinin direktoru Elman Əliyev, Uşaq-gənclər idman məktəbinin direktoru Nizami Bağırov çıxış ediblər. Çıxışlarda Sədərək rayonunda idmanın müxtəlif növlərinin kütləviləşməsi istiqamətində görülən işlərdən, bədən tərbiyəsi və şahmatın ümumtəhsil məktəblərində tədrisi ilə əlaqədar yaradılan şəraitdən bəhs edilib.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev, Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafına göstərilən qayğıdan, qarşıya qoyulan vəzifələrdən danışıblar. Qeyd edilib ki, idmanın kütləviliyinə nail olunması üçün idman və şahmat məktəblərinin kollektivləri məşqlərin müntəzəm keçilməsinə, fəaliyyətin gücləndirilməsinə, həmçinin ümumtəhsil məktəblərində bədən tərbiyəsi və şahmat dərslərinin normal tədrisinə, bunun üçün ixtisaslı kadrların işə cəlb olunmasına diqqəti artırmalıdırlar.

Ardını oxu...

Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü Abdulla Murtuz oğlu Babayev 2015-ci il mart ayının 10-da, ömrünün 91-ci ilində vəfat etmişdir.
Abdulla Murtuz oğlu Babayev 1924-cü il aprelin 1-də Babək rayonunun Tumbul kəndində anadan olmuşdur. 1941-ci ildə orta məktəbi bitirən Abdulla Baba­yev 1959-cu ilə qədər Naxçıvan dəmiryol hissəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1959-­2011-ci illərdə Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyət göstərən Abdulla Babayev öz repertuarını daim zənginləşdirmiş, Azərbaycan muğamlarının, xalq və bəstəkar mahnılarının mahir ifaçısı kimi böyük tamaşaçı rəğbəti qazanmışdır. Onun ifasında səslənən “Naxçıvan”, “O Naxçıvandır”, “Təki sən səslə məni” mahnıları bu gün də sevilə-sevilə dinlənilir. Abdulla Babayev Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan və Türkiyədə qastrol səfərlərində olmuş, Azərbaycan musiqisinin təbliği və yaşadılması istiqamətində mühüm xidmətlər göstərmişdir.
Əməyi yüksək qiymətləndirilən Abdulla Babayev 1970-ci ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti”, 1998-ci ildə isə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülmüş, 1996-cı ildə “Şöhrət” orde­ni ilə təltif olunmuşdur. Abdulla Babayev 2002-ci ildən Prezident təqaüdçüsü idi.
Ömrünü milli musiqimizin təbliği və inkişafına həsr edən Abdulla Babayevin xatirəsi unudulma­yacaqdır.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyi

 

Muxtar respublikada dəmir yolu nəqliyyatı sisteminin inkişafı məqsədilə görülən ardıcıl tədbirlər bu ilin fevral ayında da davam etdirilmiş, yük və sərnişindaşıma xidmətlərinin səviyyəsi daha da yüksəldilmişdir. Ötən ay Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 2 min 596 ton müxtəliftəyinatlı yük daşınmış, 10 min 79 sərnişin dəmir yolu nəqliyyatı xidmətindən istifadə etmişdir.
Xidmətin fasiləsiz və nümunəvi təşkili məqsədilə profilaktik tədbirlər davam etdirilmiş, Culfa lokomotiv deposunda elektrovozlar 14, teplovozlar 2 dəfə texniki baxışdan keçirilmiş və cari təmir işləri görülmüşdür. Bu dövrdə Culfa vaqon deposunda da vaqonların cari təmiri həyata keçirilmişdir. Bütün hərəkət istiqamətləri üzrə xidməti ərazilərin normal fəaliyyəti də diqqətdə saxlanılmış, İnfrastruktur İdarəsinin xidməti ərazisində baş və stansiya yollarına baxış keçirilmiş, yağış və leysan sularının maneəsiz ötürülməsi üçün süni tikililər, küvetlər və yol yataqları tullantılardan təmizlənmiş, yararsız vəziyyətə düşmüş şpallar yenisi ilə əvəz edilmişdir. Xidməti ərazidəki bütün keçidlər, yol yatağı, yoldəyişdirici və süni qurğular yoxlanılaraq çatışmazlıqlar aradan qaldırılmışdır. Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən fevral ayında Ordubad stansiyası idarəetmə mərkəzində əsaslı təmir işləri aparılmış, Ordubad Yol Sahəsinin inzibati binasının və Ordubad dəmiryol sərnişin vağzalı binasının tikintisi davam etdirilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikası ərazisində istismarda olan nəqliyyat vasitələrinin texniki vəziyyəti yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Bu işin tənzimlənməsi baxımından respublikada yol hərəkəti təhlükəsizliyinin texniki normativlərinə və standartlarına dair kifayət qədər normativ-hüquqi baza yaradılmışdır. Belə ki, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi, onların texniki vəziyyətinə nəzarət və cavabdehlik kimi məsələlər 3 iyul 1998-ci il tarixdə qəbul edilmiş “Yol hərəkəti haqqında” Qanunda öz əksini tapmışdır.

Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət edilməsinin məqsədi nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə istismar olunmasının təmin edilməsi və texniki nasazlıq səbəbindən baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasından ibarətdir.
Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət edilməsində dövlət yol polisinin qarşısında aşağıdakı vəzifələr durur:

Ardını oxu...

Dünən Babək Rayon İcra Hakimiyyətində 21 fevral 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə bağlı yığıncaq keçirilib.

Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseyn­əliyev açaraq muxtar respublikamızda idmana göstərilən dövlət qayğısından danışıb, rayonda bu sahədə həyata keçirilən tədbirlərdən bəhs edib.
Babək Rayon Təhsil Şöbəsinin müdiri Kamil Kazımov çıxış edərək bildirib ki, son 20 il ərzində rayon Təhsil Şöbəsinin tabeliyində olan 36 ümumtəhsil məktəbindən 31-i və 1 şahmat məktəbi tikilərək və ya yenidən qurularaq şagirdlərin istifadəsinə verilib. Təhsilə və idmana göstərilən qayğının nəticəsidir ki, yeni tikilən məktəblərdə 26 idman zalı, 27 sadə idman qurğusu quraşdırılıb, məktəblərə 590 ədəd stolüstü şahmat, 72 ədəd ayaqlı şahmat və şahmat dərslərinin tədrisi üçün şahmat məktəbinə 11 dəst kompüter verilib. Hazırda məktəblərdə 837 saat şahmat dərsləri tədris olunur. Şahmat dərsləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkil etdikləri imtahanlarda yaxşı nəticə göstərərək sertifikat alan müəllimlər tərəfindən tədris olunur ki, onların da sayı 79 nəfərdir. Hazırda rayonun ümumtəhsil məktəblərində 55 nəfər ixtisaslı fiziki tərbiyə müəllimi fəaliyyət göstərir ki, onlardan 6 nəfəri qadındır.

Ardını oxu...

“Sərhəd” anlayışı hər bir xalq üçün müqəddəs və əzizdir. Ona görə müqəddəsdir ki, sərhədlər aid olduğu ölkənin müstəqilliyinin hökm sürdüyü ərazinin bütövlüyünü, eyni zamanda bu ərazinin toxunulmazlığını bildirir. Ona görə müqəddəsdir ki, bu ərazinin sərhədləndiyi yer hər birimizin doğulub boya-başa çatdığımız Vətən torpaqlarıdır.

Naxçıvanın sərhədləri bizim üçün, sözün bütün mənalarında, çox yaxındır. Birinci ona görə ki, ərazicə kiçik olan bu torpaqda elə bir kəs tapmaq mümkün deyil ki, bu sərhədləri görməsin və ya ömründə bir dəfə olsun, bu sərhədlərdən keçid kimi istifadə etməsin. İkinci tərəfdən isə buradakı sərhədlərimiz ən yaxın tariximizin yazıldığı yer kimi bu gün hərtərəfli inkişaf edən “Azərbaycan” adından əvvəl “müstəqil” kəlməsinin yazılması və deyilməsinə səbəb olub. Azərbaycanı, eləcə də Naxçıvanı tanımayan bir əcnəbidə, bəlkə də, bu fikirlər bir az qəribə təsəvvür oyada bilər. Ancaq fakt ondadır ki, bir zamanlar “topdağıtmaz imperiya” kimi düşüncələrə hakim kəsilmiş SSRİ imperiyasının çöküşü də bu sərhədlərdən başlamışdı.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə hər il mart ayının 12-si “Azərbaycan Respublikasının Daxili Qoşunlar Günü” kimi qeyd olunur.
1991-ci ilin dekabr ayında keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və şəxsi heyətinin ümumi sayı 2500 nəfər olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir. 1992-ci il martın 12-də Daxili Qoşunların hərbi hissələri ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizəyə qoşulmuş, şəxsi heyət döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərmişdir.
Azərbaycanda Daxili Qoşunların formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin diqqət və qayğısı ilə Daxili Qoşunlar böyük inkişaf yolu keçmiş, hərbi hissələrin müasir standartlar səviyyəsində qurulması istiqamətində tədbirlər görülmüş, bu sahənin fəaliyyətini tənzimləyən hüquqi baza yaradılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlar barədə birgə iclası keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov dövriyyəsinə icazə verilməyən narkotik və psixotrop dərman preparatlarının muxtar respublika ərazisində satış və dövriyyəsinin qadağan edilməsi ilə əlaqədar görülən işlərdən danışmış, bununla bağlı Daxili İşlər Nazirliyi ilə 2010-cu ildə keçirilən birgə kollegiya iclasının mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, həmin iclasda narkotik və psixotropların siyahısına bəzi əlavələr olunduğunu xatırlatmışdır.

Ardını oxu...

Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində mühüm islahatlar həyata keçirilmiş, tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olunmuşdur. Naxçıvanın mövcud hidroenerji potensialından səmərəli istifadə edilməsi elektrik enerjisi istehsalını xeyli artırmışdır.
2015-ci ilin fevral ayı ərzində muxtar respublikanın elektrik şəbəkələrinə 31 milyon 463 min 800 kilovat-saat elektrik enerjisi daxil olmuşdur ki, bunun 42 min kilovat-saatı Naxçıvan Qaz Turbin Elektrik Stansiyasında, 21 milyon 978 min kilovat-saatı Naxçıvan Modul Elektrik Stansiyasında, 4 milyon 170 min 500 kilovat-saatı Araz, 1 milyon 41 min 300 kilovat-saatı Biləv, 428 min kilovat-saatı “Arpaçay-1”, 16 min kilovat-saatı isə “Arpaçay-2” Su Elektrik stansiyalarında istehsal olunmuşdur. Qalan 3 milyon 788 min kilovat-saata olan tələbat isə İran İslam Respublikasından alınmış, mübadilə əsasında bu qonşu ölkəyə 3 milyon 917 min kilovat-saat elektrik enerjisi ixrac olunmuşdur.

Ardını oxu...

Ötən ay həm də 2015-ci ilin inkişaf strategiyasının istiqamətləri açıqlandı

 

Ulu öndər Heydər Əliyevin elmi əsaslara söykənən siyasəti, strateji yüksəliş xətti Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Hər ötən ay abadlıq, quruculuq işlərini həyata keçirən vətənsevər insanların fədakarlığı nəticəsində əldə edilən böyük nailiyyətlərin, yüksəlişin şahidi oluruq. Əldə olunan uğurlara əsaslanaraq fəxrlə deyə bilərik ki, 2015-ci ilin fevral ayı da bu baxımdan əlamətdar idi.  

Ötən ay bir sıra məqamları ilə yaddaqalan oldu. Fevral ayında muxtar respublikanın ictimai-siyasi, iqtisadi, mədəni həyatı üçün xüsusi əhəmiyyət kəsb edən iki müşavirənin – Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair və Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda müşavirələrin keçirilməsi 2015-ci ilin strateji inkişaf konsepsiyasının müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edirdi. Bununla bərabər, fevralın 5-də Culfa rayonunun Bənəniyar kəndində, fevralın 16-da Şərur rayonundakı Kürkənddə yeni sosial obyektlərin açılışı, fevralın 27-də Babək Rayon Rabitə İdarəsinin yeni binasının istifadəyə verilməsi muxtar respublikanın hər bir yaşayış məntəqəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Ardını oxu...

Dünən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında bayram tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində istedadlı qadınların əl işlərindən ibarət sərgiyə baxıblar.
Bayram tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 mart 2015-ci il tarixli “Naxçıvan Muxtar Respublikasında qadınların bir qrupunun təltif edilməsi haqqında” Sərəncamını oxuyub. Sonra “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunan qadınlara nişanlar təqdim edilib.

Ardını oxu...

Hər il mart ayının 10-u Azərbaycan Respublikasında “Qızıl Aypara Günü” kimi qeyd olunur.
Xeyirxah əməllərin carçısı olan bu cəmiyyətin yaranma tarixi XIX əsrin ortalarına təsadüf edir. 1859-cu ildə İtaliyanın şimalında yerləşən bir kənddə fransız və italyan əsgərlərinin avstriyalılarla müharibəsi zamanı bir neçə saat ərzində 40 minə yaxın insan xəsarət almış və əksəriyyəti aldığı yaralardan həlak olmuşdur. Yaralıların çəkdiyi əzab və iztirablara dözməyən isveçrəli Anri Dünan qonşu kəndin sakinlərinə müraciət etmiş, onları millətindən asılı olmayaraq, hər bir insana kömək etməyə çağırmışdır. Əksəriyyəti qadınlardan ibarət olan kiçik dəstələr bu nəcib işə qoşularaq xeyirxah bir missiyanı yerinə yetirmişlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə bağlı Şərur Rayon İcra Hakimiyyətində yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov açıb.
Rayon Uşaq-gənc­lər və idman məktəbinin direktoru Cəmşid Əsədov, Şahmat məktəbinin direktoru Elmar Rzayev, Şərur şəhərindəki Olimpiya-İdman Kompleksinin direktoru Rza Camalov, rayon Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaşov çıxış ediblər.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev, Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafına göstərilən qayğıdan, qarşıya qoyulan vəzifələrdən danışıblar.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov bildirib ki, hazırda rayonda 168 idman qurğusu mövcuddur. 52 ümumtəhsil məktəbində 94 sadə idman qurğusu və 52 idman zalı, 47 kənddə isə idman meydançası vardır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Universitet şəhərciyi ərazi ilk təşkilatının təşəbbüsü ilə “Dövlətin idarə olunmasında gənclərin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Universitetin müxtəlif fakültələrində təhsil alan fəal tələbə-gənclərin iştirak etdiyi dəyirmi masada YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, dosent Kamal Camalov giriş sözü ilə çıxış edərək gənclərin ölkənin mədəni, ictimai-siyasi, iqtisadi həyatında müstəsna rol oynadığını bildirib, bunu dövlətin gənclər siyasətinin uğurları kimi dəyərləndirib. Qeyd olunub ki, artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkə gənc­ləri demokratikləşmə prosesində fəal iştirak edir, müxtəlif sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər.

Ardını oxu...

 Şərur rayonu

Şərur rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov bildirib ki, Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətimizin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşıb. Daim zəkası və möhkəm iradəsi ilə seçilən Azərbaycan qadınlarının fəaliyyətini yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev onlara böyük qiymət verərək deyirdi: “Qadınlar dövlətimizin, müstəqilliyimizin, bu günümüzün dayağıdır”.
Şərur Rayon Birləşmiş Həmkarlar Komitəsinin sədri Ünbülbanu Musayeva bildirib ki, bu gün Azərbaycan qadınları nəinki ölkə daxilində, hətta beynəlxalq aləmdə ölkəmizin adına layiq işlər görürlər. Onların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Bu cəhətdən Şərur qadınları da istisna deyil. Bu gün rayonda qadınların sayı 56 min 282 nəfərdir. Bu isə ümumi əhalinin 50,6 faizini təşkil edir. İşləyən qadınların sayı 5291 nəfərdir. Onlardan 133 nəfəri dövlət qulluğunda çalışır. Təhsil sahəsində çalışan qadınların sayı daha çoxdur. 1926 qadın gələcəyimiz olan uşaqların təlim-tərbiyəsi ilə məşğuldur. Mədəniyyət sahəsində işləyən qadınlar da çoxdur. 634 nəfər şərurlu qadın rayonun və hətta muxtar respublikanın mədəni həyatında fəal iştirak edir.

Ardını oxu...

Türk araşdırmaçı: “Ermənilərin 49 faizi Türk-Qıpçaq köklüdür”

“Ermənilərin yarıdan çoxu türkdür”. “Lent.az”ın Türkiyə mətbuatına istinadən məlumatına görə, genetika mütəxəssisi professor Osman Çatal­oluk belə nəticəyə gəlib.
“Ermənilərin 49 faizi Türk-Qıpçaq köklüdür. Bu haldan narahat olan erməni hökuməti genetik araşdırmanı gizli saxlayıb. Çataloluk bunun daha əvvəldən bilinən bir gerçəklik olduğunu, lakin ermənilərin bunu uzun müddətdir ki, rədd etdiklərini deyib. Qıpçaq əsilli çıxanlar isə özəlliklə haylardır. Genetik araşdırmalarda Qaziantepdən başlayaraq Sivas, Amasya, Tokat yolu ilə Samsuna enən, buradan da Qaradəniz sahili boyunca Gürcüstan və Ermənistana uzanan xətdə genetik olaraq yüzlərlə R1b-M269 mutasiyasına rast gəlinib. Bu mutasiyanın yarandığı tarix isə e.ə 4700-cü illərdir. Bu tarix Subar-Şumer müharibəsi ilə üst-üstə düşür. Şumerlərdən qaçanlar Anadoluya keçərək burada məskunlaşıblar. Bir qisim isə Qara dəniz sahillərində yerləşib.
Qıpçaqların ulu babaları da bu qrupdandır. Bu gerçək indi ortaya çıxmağa başlayıb”.
Onun sözlərinə görə, bugünkü Ermənistan ərazisində tarix boyunca müxtəlif tayfalar yaşayıb. Mütəxəssis deyib ki, “Armania” sözü min illərdir ki, coğrafi ərazi kimi bilinir. Bunun üçün də “Ermənistan” adının etnik bir kökəni olmayıb və yalnızca bir coğrafi termin mənası daşıyır.

“Ekspress” qəzeti
6 mart 2015-ci il

1910-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə keçirilən beynəlxalq konfransda martın 8-i “Beynəlxalq Qadınlar Günü” kimi təsis edilmişdir. Bu gün dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda bayram kimi qeyd olunur.

Azərbaycan qadını tarixboyu cəmiyyətin aparıcı qüvvəsi kimi xalqımızın ictimai-siyasi həyatında fəal iştirak etmiş, öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə seçilmiş, adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan qadınları öz dərin zəkaları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edir, müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının inkişafına öz töhfələrini verirlər.
Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Hələ ötən əsrin 70-80-ci illərində ölkəmizə rəhbərliyi dövründə qadınların ictimai fəallığının artırılması üçün mühüm addımlar atan ulu öndər 1993-cü ildə ölkəmizdə ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra bu xətti yeni məzmunda, müstəqillik dövrünün tələblərinə uyğun davam etdirmişdir. Bu dövrdən başlayaraq qadın hüquqlarının müdafiəsi, gender bərabərliyi, qadınların ailənin rifahı və cəmiyyətin inkişafına müsbət təsiri, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunması və problemlərinin həlli istiqamətində ardıcıl işlər görülmüşdür. Ümummilli liderimiz Azərbaycan qadınına yüksək qiymət verərək demişdir: “Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrində Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir. İfti­xar hissi ilə qeyd edilməlidir ki, qadınlarımız öz əcdadlarının yolunu bu gün də davam etdirərək müasir dünya qadınları arasında özlərinə məxsus yer tuturlar”.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin “Ulu öndər Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda növbəti məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırdığını vurğulayıb.

Ardını oxu...

Hava nəqliyyatı muxtar respublikanın sosial-iqtisadi həyatında mühüm rola malikdir. Xüsusilə Naxçıvanın ölkəmizin digər hissəsindən təcrid olunması nəqliyyatın bu növünə olan tələbatı daha da artırmışdır. Buna görə də Naxçıvan Beynəlxalq Hava Limanının fasiləsiz fəaliyyəti və nümunəvi xidmətin təşkili istiqamətində işlər fevral ayında da davam etdirilmişdir.

Ötən dövrdə hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə Beynəlxalq Hava Limanında bütün zəruri tədbirlər yerinə yetirilmiş, hava gəmilərinin və texniki avadanlıqların sazlığı müntəzəm olaraq diqqət mərkəzində saxlanılmış, aerodromda cari təmir işləri aparılmışdır. Fevral ayının 21-də THY-328 saylı reys buzlaşmaya qarşı emal olunmuş, hava gəmilərinə xidmət edən xüsusi maşın və texnikalara, yanğınsöndürən avtomobillərə texniki xidmət göstərilmiş, xidməti ərazilərdə profilaktik yoxlamalar aparılmış, yararsız yanğınsöndürmə balonları yeniləri ilə əvəz olunmuşdur.

Ardını oxu...

Ölkə başçısı cənab İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Gü­nü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur. Martın 5-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində əlamətdar gün münasibətilə tədbir keçirilib.
Tədbirin aparıcıları qeyd ediblər ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində idmanın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması ilə bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə başlanılıb. Məhz bu dövrdən başlayaraq Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər reallaşdırılıb. Ümummilli lideri­mizin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən yeni mərhələyə qədəm qoyub. 1997-ci il iyul ayının 31-də cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra respublikada idman hərəkatının genişlənməsinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb, Azərbaycan beynəlxalq miqyasda idman ölkəsi kimi tanınıb.

Ardını oxu...

Gömrük xidməti ilə biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən məsləhət şurasının xarici iqtisadi fəaliyyət iştirakçıları ilə növbəti görüşü olub.
Görüşdə manatın devalvasiyası ilə əlaqədar xarici ticarətin tənzimlənməsi üzrə müəyyənləşdirilmiş istiqamətlər diqqətə çatdırılıb, həmçinin xarici ticarət əməliyyatları zamanı aşkarlanan hüquqpozma faktları, o cümlədən gömrük auditində ortaya çıxan problemlər və onların aradan qaldırılması yolları müzakirə olunub.

Ardını oxu...

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə bağlı Culfa Rayon İcra Hakimiyyətində yığıncaq olub.

    Yığıncağı giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev açıb.
    Tədbirdə Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümid Həsənlinin, Təhsil Şöbəsinin müdiri Adəm Qasımovun, Uşaq-gənclər idman məktəbinin direktoru Abdulla Məhərrəmovun, Uşaq-gənclər şahmat idman məktəbinin direktoru Asiman Tağıyevin müzakirə olunan məsələ ilə bağlı məlumatları dinlənilib.
    Yığıncaqda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev, Gənclər və İdman naziri Azad Cabbarov çıxış ediblər. Çıxışlarda muxtar respublikada idman sahəsinə göstərilən dövlət qayğısından, adıçəkilən müşavirədə verilən tapşırıqların icrası ilə bağlı qarşıda duran vəzifələrdən, işdə buraxılan nöqsanların qısa zamanda aradan qaldırılmasının vacibliyindən söhbət açılıb.

Ardını oxu...

Martın 4-də Kəngərli Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Şahtaxtı kəndində “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyada məsuliyyəti”, həmçinin “Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanmasına görə məsuliyyət” mövzularında tədbir keçirilib.
Tədbirdə Kəngərli rayon prokuroru, kiçik ədliyyə müşaviri Talıb Məmmədov “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyada məsuliyyəti” mövzusunda məruzə ilə çıxış edib.
Bildirilib ki, muxtar respublikamızda sоsiаl-iqtisаdi inkişаfın nəticəsi оlаrаq, аvtоmоbillərin sаyı ildən-ilə аrtmаqdаdır. Təbii ki, аvtоmоbillərin sаyının аrtmаsı yоllаrdаkı hərəkətin intеnsivliyinə də öz təsirini göstərir.

Ardını oxu...

“Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan qadınının cəmiyyətdə roluna böyük əhəmiyyət verib. Dahi şəxsiyyət dünyanın hər yerində bütün görüşlərində qürur hissi ilə qeyd edirdi ki, Azərbaycan qadınları Şərqdə ən yüksək inkişafa nail olub və dünyada qadın azadlıqlarının ilk təmsilçiləridir”.
Bu fikirlər martın 3-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın 64-cü məşğələsində səsləndirilib.
Lektoriyanı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ulu öndər Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycanda qadınların problemlərinin həllinə böyük diqqət yetirdiyini bildirib.
“Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda çıxış edən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayıl bildirib ki, ümummilli liderimiz respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan qadınlarının əməyini yüksək qiymətləndirib, xüsusilə müstəqillik illərində qadınların hüquqlarının daha da genişlənməsinə, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə xüsusi diqqət yetirib.

Ardını oxu...

Bu günlərdə kitabxanaların birində rusiyalı qafqazşünas-alim Rudolf Nikolayeviç İvanovun Nəriman Nərimanov haqqında yazdığı və yenicə nəşr edilmiş kitabına rast gəldim. Arxiv materialları əsasında yazılmış bu maraqlı epopeya haqqında danışmazdan əvvəl qeyd edək ki, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi Naxçıvanın tarixi XVIII əsrin sonlarından başlayaraq rusiyalı qafqazşünasların və tarixçilərin maraq dairəsində olmuşdur. Onların çoxu Naxçıvanda olmuş və maraqlı əsərlər yazmışlar. Bir sıra ziddiyyətli fikirlərə baxmayaraq, bu əsərlər bu gün də aktuallığı ilə seçilir.

Sonralar sovet tarixçiləri də tarixi ənənəni davam etdirmişlər. O cümlədən Kommunist Partiyasının və sovet dövlətinin əsas rəhbərlərindən biri olan Nəriman Nəcəf oğlu Nəriman­ov haqqında da kitablar yazılmışdır. Onun haqqında yazanlara nümunə kimi V.Məmmədovun, F.Köçərlinin, T.Əhmədovun, F.Bayramovun, İ.Dubinski-Muxadzenin, M.Qazıyevin, M.Rəfilinin, C.Quliyevin, V.Ağasıyevin və H.Z.Əli­yevin adlarını çəkmək olar. Onun haqqında kitablar 1956-cı ildən sonra yazılmağa başlanmışdır. Bunlardan aydın olur ki, “İ.V.Stalin epoxası” dövründə N.Nərimanov haqqında ətraflı yazmaq qadağan olunmuşdu.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsi tələbələrinin iştirakı ilə “Azərbaycan tarixinin Heydər Əliyev erası” mövzusunda açıq dərs keçilib.
Açıq dərsdə Ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Kəngərlinin mövzu ilə bağlı mühazirəsi dinlənilib. Dərsdə müasir tariximizə adını dahi rəhbər, dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu, Azərbaycan diasporunun yaradıcısı, sülhün müdafiəçisi kimi həkk etmiş ümummilli lider Heydər Əliyevin keçdiyi böyük, şərəfli ömür yoluna nəzər salınıb, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və rolundan bəhs edilib.

Ardını oxu...

Naxçıvan torpağı onu yaxın-uzaq ellərdə tanıdan, namını hər yerə yayan qədim yurd yerləri ilə zəngindir. Sivilizasiyaların intibahı, mədəniyyətlərin qovuşma yeri kimi Naxçıvanda şəhər mədəniyyətinin yaranması və genişlənməsi bir sıra tarixi dövrlərdə özünün ən yüksək mərhələsinə çatmışdır. Naxçıvan şəhərindən, təqribən, 40 kilometr şimal-qərbdə yerləşən qədim Qarabağlar kəndi də özünün yeni növrağına qovuşaraq zamanın dərin qatlarından gələn şəhər həyatına yenidən qayıtmaqdadır. 

Naxçıvanın və Qarabağların qədim şəhər mədəniyyəti haqqında zəngin tarixi mənbələr vardır. Əlbəttə, “Qarabağlar” deyəndə dövrümüzə qədər qalmış məşhur “Qarabağlar” türbəsi yada düşür. XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi “Səyahətnamə” əsərində bu kəndin o dövrdə 50 min nəfərin yaşadığı, 10 min evin, 70 məscidin, 40 minarənin olduğu, karvansara, hamam, bazar və sair kimi tipik orta əsr şəhər həyatını, o dövrə görə böyük bir şəhəri təsvir etmişdir. Qarabağların qədim Roma və Bizans imperiyaları ilə iqtisadi-mədəni əlaqələrini sübut edən tapıntılar onun bu coğrafiyadakı tarixi əhəmiyyətini bir daha ortaya qoyur. Bundan əlavə, orta əsrlərdə Qarabağların da Təbriz, Səmərqənd, Bağdad şəhərləri ilə birlikdə elm, mədəniyyət, təhsil mərkəzləri kimi şöhrət qazanması bizə qədər gəlib çatmış bilgilər arasındadır. Deyilənlərə görə, qədim Qarabağların ərazisi indiki Tənənəm kəndinə qədər imiş. Həmin dövrlərdə Qarabağlar mədrəsələrində riyaziyyat, nücum elmləri öyrədilmişdir. Tarixən kənddə məskunlaşmış türk tayfalarının nişanələri də bu gün Qarabağların əsas məhəllələrinin adlarında yaşadılmaqdadır. Süleymanlı, Bəydilli, Ağahəsənli, Cığallı, Əlmədədli, Turabxanlı, Hacı Baxşəlilər məhəllələrinin sakinləri qədimdə burada məskən salmış ulu babalarının isti ocağının hənirtisini sönməyə qoymayan, torpağına bağlı insanlardır.

Ardını oxu...

21 fevral 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə bağlı Ordubad Rayon İcra Hakimiyyətində yığıncaq keçirilib.

Tədbirdə rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalovun, Gənclər və İdman İdarəsinin rəis əvəzi Əbülfəz Əli­yevin, Şahmat məktəbinin direktoru İsrafil Məmmədovun Ordubad rayonunda idmanın kütləviliyinə nail olmaq məqsədilə həyata keçirilmiş tədbirlər barədə məlumatları dinlənilib.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev, Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafına göstərilən qayğıdan danışıblar. Bildirilib ki, belə qayğıdan Ordubad rayonuna da xeyli pay düşüb. Qarşıda duran başlıca vəzifə ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə səsləndirilmiş nöqsanlar tezliklə aradan qaldırılsın.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov bildirib ki, son illər Ordubad rayonunda tikilən, yaxud yenidən qurulan yeni məktəb binalarında müasir idman zallarının, sadətipli idman qurğularının, hərtərəfli şəraitə malik Şahmat məktəbinin istifadəyə verilməsi idmanın inkişafına başlıca stimul olub. Bu gün rayon Uşaq-gənclər idman məktəbində 38 qrupda 540 nəfər (onlardan 68-i qız), Şahmat məktəbində 34 qrupda 330 nəfər (onlardan 146-sı qız) idmanla məşğul olur.

Ardını oxu...

Yerli və ekoloji cəhətdən sağlam tərəvəz
məhsullarına olan tələbat qış aylarında da ödənilir

Hələ sovet dönəmində muxtar respublikanın bəzi kənd yaşayış məntəqələrində istifadə olunan istixanaları görmüşəm. Belə istixanalar barmaqla sayılası idi. Primitiv qaydada düzəldilmiş həmin istixanalarda ancaq şitil yetişdirilirdi. Vaxt çatanda şitillər sahələrə köçürülürdü. Bu da müxtəlif tərəvəz məhsullarının bazara bir qədər tez çıxarılmasına imkan verirdi. Bunu xatırlamaqda məqsədim bu gün muxtar respublikamızda yaradılan şərait hesabına fəaliyyət göstərən istixanaların kənd təsərrüfatının inkişafında böyük əhəmiyyətini göstərməkdir. Əgər kustar üsullarla hər kənddə bir-iki nəfərə məxsus istixanalarda ancaq şitil yetişdirmək mümkün idisə, bu gün müasir texnologiyalar əsasında qurulan istixanalarda təkcə tərəvəz deyil, bəzi digər əkinçilik məhsulları da yetişdirilir.
İstixanalarda yetişdirilən məhsulların üstünlüyü ondadır ki, ekoloji cəhətdən təmizdir və muxtar respublikaya digər yerlərdən gətirilən, baha qiymətə başa gələn, genefondu bilinməyən tərəvəz məhsullarının qarşısını alır. Ekoloji cəhətdən sağlam məhsul isə insan sağlamlığı üçün başlıca şərtlərdən biridir.

Ardını oxu...

 Burada hər bir daş xalqın mədəniyyətini, onun adət-ənənələrini təcəssüm etdirir

“Rusiya qəzeti”ndə (“Rossiyskaya qazeta”) müəllifi Qaliyə Əliyeva olan  “Əcəmi Naxçıvani məktəbinin dərsləri” sərlövhəli məqalə dərc olunmuşdur. Məqalədə memar Əcəmi Naxçıvaninin əzəmətli əsəri – Möminə xatın məqbərəsi, o cümlədən bu diyarın bənzərsiz tarix-mədəniyyət abidələrindən danışılır. “Əcəmi Naxçıvani məktəbinin dərsləri” məqaləsinin tərcüməsini oxuculara təqdim edirik.

Naxçıvan Ön Şərqdə, o cümlədən Azərbaycanda sivilizasiyanın inkişafının şəksiz ocaqlarından biridir. Maddi-mədəniyyət abidələri, Gəmiqayanın qayaüstü təsvirləri və petroqlifləri, arxeoloqlar tərəfindən qalalarda və qədim şəhər yerlərində aşkar edilmiş çoxlu miqdarda artefaktlar, habelə ən qədim yerüstü tikililər mütəxəssislərə bu diyarın özünəməxsus və bənzərsiz mədəniyyətə malik olduğu haqqında danışmağa imkan verir.
Bu gün Naxçıvanda 1500-dən artıq tarixi mədəniyyət abidəsi vardır ki, bunlardan da 60-a yaxını dünya əhəmiyyətlidir. Qazma, Əshabi-Kəhf və Kilid mağaralarında Daş dövrünün izləri qalmaqdadır. Naxçıvanın ərazisindəki Oğlanqala, Qarabağlar, Çalxanqala və Govurqala kimi qala-şəhərlərin əsası hələ eradan əvvəl IV minilliyin sonlarında – II minilliyin əvvəllərində qoyulmuşdur. Gəmiqayanın qayaüstü şəkilləri kimi təsviri incəsənət abidələri burada yaşamış qədim tayfaların həyat tərzi və dini-ideoloji dünyagörüşünü əks etdirir.
Bəzən də Naxçıvanın Tac-Mahalı adlandırılan abidə – memar Əcəmi Naxçıvaninin möhtəşəm əsəri olan Möminə xatın türbəsi özünün əzəməti ilə insanları heyran edir. Bənzər tikililər arasında Möminə xatın türbəsi təkcə Azərbaycanda deyil, həm də bütün dünyada ən zərif və təmtəraqlı abidələrdən biri sayılır. Türbə 1186-cı ildə Naxçıvan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin arvadı Möminə xatının qəbri üzərində ucaldılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunmuşdur. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
Fevralın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Dövlət Bayrağı Muzeyində olmuşlar.
Məlumat verilmişdir ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılmış və 2014-cü il noyabrın 17-dən fəaliyyətə başlamışdır. Muzeydə Naxçıvanda müxtəlif dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributları nümayiş etdirilir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş üçrəngli bayrağımız ikinci dəfə ulu öndər Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılmışdır. Muzeydə həmin illərdə qəbul olunmuş tarixi qərarlar, Azərbaycan Respublikasının Dövlət Bayrağı və digər dövlət atributları haqqında ətraflı məlumatlar yerləşdirilmişdir. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 17 noyabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 17-si “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilir.
Ziyarətçilərə ekspozisiyadakı qədim dövlətlərin bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar respublikasının müxtəlif illərdə qəbul olunmuş dövlət rəmzləri və konstitusiyaları haqqında ətraflı məlumat verilmişdir.

Ardını oxu...

 Ölkəmizin BMT-yə üzvlüyündən 23 il ötür

Birləşmiş Millətlər Təşkilatı dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Ölkəmiz beynəlxalq aləmə inteqrasiya kursunu seçərək qlobal siyasi proseslərə əsaslı təsir imkanları olan Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlığa mühüm önəm verir.
1992-ci il martın 2-də Azərbaycan dünyanın ən mötəbər dövlətlərarası təşkilatına – Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilmişdir. BMT Baş Məclisinin həmin tarixdə keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT-nin üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul edilmişdir. Həmin gün Nyu-Yorkda BMT-nin mənzil qərargahında Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırılmış, 4 gün sonra isə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi fəaliyyətə başlamışdır.

Ardını oxu...

Fevralın 24-də Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə Baş konsul Ayxan Süleymanlı çıxış edərək demişdir ki, Xocalı hadisələri iyirminci əsrin ən böyük soyqırımı faktıdır. 1992-ci il fevralın 26-da işğalçı ermənilər keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində vəhşiliklər törətmişlər. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ən ağır cinayətdir. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul olunmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2004-cü il 28 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmış, ötən 11 il ərzində muxtar respublikada rabitə və yeni texnologiyaların sürətli inkişafına nail olunmuşdur.
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin sosial-iqtisadi həyatına geniş nüfuz etmişdir. Ölkəmizdə də müasir informasiya-kommunikasiya infrastrukturunun yaradılması, rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi prioritet məsələ kimi daim diqqət mərkəzindədir. Ümummilli liderimiz Heydər Əliyev 2003-cü ilin fevral ayında ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunması və inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nı (2003-2012-ci illər)” təsdiq etmişdir. Milli strategiyanın qəbulundan ötən müddət ərzində rabitə və informasiya texnologiyaları sahəsində kompleks tədbirlər həyata keçirilmiş, bu sahənin qanunvericilik bazası gücləndirilmiş, beynəlxalq əlaqələri genişləndirilmişdir.

Ardını oxu...

Şahbuz Rayon İcra Hakimiyyətində fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisin­də “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə qarşıya qoyulmuş vəzifələrin müzakirəsinə həsr edilmiş yığıncaq keçirilib. Yığıncağı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev müşavirədə qarşıya qoyulan vəzifələrin Şahbuz rayonunda da layiqincə yerinə yetirilməsi istiqamətində görülən işlərdən danışıb.
Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Tarverdi Qurbanov və Gənc­lər və İdman İdarəsinin rəisi Vüqar Muradov çıxış edərək bildiriblər ki, muxtar respublikada idmanın kütləviliyinə nail olunması, onun inkişafı və təbliği, fiziki tərbiyə dərslərinin keyfiyyətinin yüksəldilməsi, bu istiqamətdə yüksək nailiyyətlər qazanılması üçün lazımi şərait yaradılıb. Belə şərait Şahbuz rayonunda da mövcuddur. Bu şəraitdən istifadə edərək biz də muxtar respublikada həyata keçirilən idman siyasətinin əsas məqsədinə nail olunmasına töhfələrimizi verməyə səy göstərəcəyik.

Ardını oxu...

Hər il mart ayının 1-i “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Bu günün qeyd olunmasında məqsəd dünya ictimaiyyətinin diqqətini mülki müdafiə xidmətlərinin, insanların və onların əmlakının xilası, təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin qorunmasına yönəltməkdir.

Hazırda dünyanın 50-dən çox dövləti Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvüdür. Azərbaycan Respublikası da bu təşkilatın üzvlüyünə qəbul edilmişdir. Elm və texnikanın sürətlə inkişaf etdiyi müasir dövrdə təbii fəlakətlərlə yanaşı, texnogen hadisələrin və onların dağıdıcı nəticələrinin də artması mülki müdafiə tədbirlərinin daha ciddi təşkilini şərtləndirir. Bu isə mülki müdafiənin həm dinc şəraitdə, həm də müharibə zamanı səmərəli fəaliyyətini və vahid sistem kimi təkmilləşdirilməsini tələb edir.

Ardını oxu...

Hər bir dövlətin müstəqil yaşaması üçün, hər şeydən əvvəl, onun güclü ordusu olmalıdır. Güclü ordunun formalaşdırılması isə yüksək­ixtisaslı hərbçi kadrların hazırlanmasından asılıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ordu quruculuğunu prioritet istiqamət kimi müəyyənləşdirmiş, peşəkar hərbçi kadrların hazırlanmasını diqqət mərkəzində saxlamışdır.

Ulu öndər ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda hərbi təhsilin inkişafına xidmət edən islahatlar aparmış, 1971-ci ildə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi yaradılmışdır. SSRİ rəhbərliyinin ciddi narazılığına baxmayaraq, hərbi məktəb sonrakı illərdə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində öz fəaliyyətini genişləndirmiş, ulu öndərin təşəbbüsü ilə 1972-ci ildən başlayaraq yüzlərlə azərbaycanlı gənc Sovet İttifaqının müxtəlif ali hərbi məktəblərinə təhsil almağa göndərilmişdir. Məhz bu dövrdə yaradılan möhkəm təməl ölkəmiz müstəqillik qazandıqdan sonra milli ordu quruculuğunun formalaşdırılmasında mühüm rol oynamışdır.

Ardını oxu...

Şərur rayonu

Fevralın 26-da Şərur rayonunda Azərbaycanın yaxın tarixinin ən qanlı faciəsi olan Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Mərasim iştirakçıları “Bahar” kinoteatrının foyesində təşkil olunmuş sərgiyə baxıblar. Burada ermənilərin xalqımıza qarşı 200 ildən artıq müddətdə törətdiyi soyqırımı faktlarını təsdiq edən fotoşəkillər, rəsm əsərləri, qəzet və jurnal materialları, kitablar, rayon məktəblilərinin əl işləri nümayiş olunurdu.
Tədbirin aparıcıları Xocalı soyqırımının dəhşətlərindən söz açıblar.
Qeyd edilib ki, 23 il bundan əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı motoatıcı alayın köməyi ilə Dağlıq Qarabağda azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edən erməni silahlı birləşmələri yaşayış məntəqəsini viran qoyublar.

Ardını oxu...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il fevral ayının 25-də imzaladığı Sərəncamla hər il fevralın 26-sı saat 1700-də Azərbaycan Respublikasının bütün ərazilərində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Dünən Naxçıvan Muxtar Respublikasında da Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.
Həmin vaxt xətdə olan sərnişin qatarları­nın da hərəkəti dayandırılaraq səs siqnalları verilib.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Universitetində Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlərin yekunu olaraq, Xocalı faciəsinə həsr olunmuş internet-aksiya və konfrans keçirilib.
Tələbə-Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən aksiyada rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək Qarabağın ən qədim insan məskənlərindən olan Xocalıda baş vermiş soyqırımının tələbə-gənclər tərəfindən elektron informasiya mübadiləsi, virtual əməkdaşlıq yolu ilə dünyada təbliğini əhəmiyyətli hadisə kimi qiymətləndirib.
Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının sədri, doktorant Arzu Abdullayev internet-aksiya barədə məlumat verdikdən sonra aksiya iştirakçıları mətnlər, fotoşəkillər və slaydlar şəklində xarici universitetlərin elektron poçt ünvanlarına Xocalı faciəsi barədə məlumatlar göndəriblər. İnternet-aksiya zamanı Azərbaycan həqiqətləri 100-dən çox ölkənin 300-ə yaxın elektron poçt ünvanına 6 dildə çatdırılıb. İnternet-aksiyada universitetdə təhsil alan xarici ölkə vətəndaşları da fəal iştirak ediblər.
Yekun konfransda əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək Xocalı soyqırımının başvermə səbəblərindən, soyqırımına hüquqi-siyasi qiymət verilməsi istiqamətində görülən işlərdən danışıb.

Ardını oxu...

“Naxçıvan” Universitetinin Xarici dillər fakültəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş internet-aksiya keçirilib.
Tədbirdə Xarici dillər fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Məmmədova çıxış edərək XX əsr boyu erməni vandalları tərəfindən xalqımıza qarşı törədilən mənfur soyqırımı siyasəti haqqında məlumat verib.
Sonra internet-aksiyaya start verilib. Aksiya vasitəsilə tələbə-gənc­lər dünyanın əksər beynəlxalq təşkilatlarına, tanınmış ali təhsil ocaqlarına Xocalı həqiqətlərini əks etdirən mətnlər göndəriblər.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə muxtar respublikamızın ümumtəhsil məktəblərində müxtəlif tədbirlər keçirilib, ədəbi-bədii kompozisiyalar, sərgilər təşkil olunub. Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə “Qan yaddaşımız – Xocalı” mövzusunda keçirilən tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Ülkər Möhsünova çıxış edərək bildirib ki, bu kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla təkcə xalqımıza deyil, bütün insanlığa qarşı cinayətdir və bəşər tarixində qara ləkə kimi qalacaqdır. Bu ağır faciə xalqımızı daha da mətinləşdirib, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib.
Sonra məktəbin müəllimlərindən Sədaqət Qasımova, Şəmsiyyə Mahmudova və başqaları çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, bu gün Azərbaycan dövləti erməni şovinistlərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün məqsədyönlü fəaliyyət göstərir.
Sonda şagirdlərin ifasında şeirlər səsləndirilib, sərgiyə baxış olub.

Xəbərlər şöbəsi

Vətən hər bir insana ana qucağı qədər əzizdir. Vətən azadlıq simvolu, müstəqillik rəmzidir. Müstəqillik isə hər bir xalq, hər bir millət üçün böyük nemətdir. Müstəqillik həm də azadlıq deməkdir. Azadlığa qovuşmağı özünün əzəli və əbədi arzusu hesab edən hər bir xalq onu bu yolda qətiyyətlə çarpışaraq öz igid oğul və qızlarının qanı və canı bahasına əldə edir. Azərbaycan xalqı da müstəqilliyinə, azadlığına belə nail olub.

...Qədim və zəngin tarixə malik olan Naxçıvan şəhərində bir neçə muzey var. Onlardan biri digərlərindən fərqlənir. O muzey and yerimiz, həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimiz sayılan Şəhidlər xiyabanının yanında yerləşir. Mənaca böyük əhəmiyyət daşıyır bu muzey. Bugünkü gəncliyə örnəkdir. Burada nümayiş etdirilən hər bir eksponat insanları düşünməyə vadar edir, tamaşaçıya vətənpərvərlik ruhu aşılayır. “Vətən sevgisi nədir?”, “Biz Vətən üçün nə etməliyik?”, “Vətəni necə qorumaq lazımdır?” kimi suallara ən dolğun cavabı burada öyrənmək olar. Bu düşüncələrlə muzeyi gəzirəm. Buradakı eksponatlar qəhrəman oğul və qızlarımızın keçdiyi yolları gözlərim önünə gətirir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitabların hər biri ən qiymətli eksponatlardır. Guşələrin birindən haqq səsimiz ucalır. Bu, Azərbaycan xalqının başına gətirilən hadisələrə siyasi-hüquqi qiymət verilməsi istiqamətində xalqımızın ümummilli lideri Heydər Əliyevin gördüyü işlər və bu sahədə qəbul etdiyi mühüm qərarlardır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətindən aldığımız məlumata görə, burada “Naxtel”in toplu SMS xidmətindən istifadəyə başlanılıb. Belə ki, həmin quruma müraciət edən hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxsin, eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarının elektron müraciətlərinə uyğun cavablandırma onların mobil telefonlarına ünvanlandırıla biləcək. Bu isə, nəticə etibarı ilə, elektron müraciətlərin cavablandırılmasının operativliyini daha da artıracaq.
Bu sistemin qurulması ilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti məktub və faks kimi zəhmət tələb edən vasitələr yerinə daha sürətli ötürücü vasitə olan SMS xidmətindən istifadə edəcək. Həmin xidmətin fəaliyyətə başlamasının üstün tərəflərindən biri də odur ki, SMS göndərilən şəxsin mesajı aldığına əminlik yaranır. Çünki mobil telefonlara göndərilən mesajların oxunmadan silinmə ehtimalı çox aşağıdır.
Hazırda internet üzərindən istifadəyə verilən bu sistem vasitəsilə Dövlət Miqrasiya Xidmətinin ( Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ) elektron poçt ünvanına daxil olan müraciətlərə müvafiq bildirişlər onların mobil telefonlarına qısa mesaj şəklində göndərilir.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsində 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə dair keçirilən yığıncağı idarənin rəisi Fəxrəddin Cəfərov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, ötən il Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi tərəfindən Babək, Ordubad, Culfa, Şərur Rayon Dövlət arxivlərində kompleks yoxlamalar aparılıb, iş planlarının yerinə yetirilmə vəziyyəti, görülmüş işlərin keyfiyyəti və vətəndaşlar tərəfindən daxil olan sosial-hüquqi xarakterli ərizə və sorğulara verilmiş 315-ə yaxın arxiv arayışı yoxlanılaraq təhlil edilib. Bundan başqa, rayonlardakı dövlət arxivlərinin mühafizəsində olan kağız əsaslı dövlət sənədlərinin bərpa edilməsi, işlərin tikilməsi və cildlənərək qaydaya salınması, uçot və kargüzarlıq işlərinin normativlərə uyğun olaraq həyata keçirilməsi, sənədlərin idarə, müəssisə və təşkilatlardan qəbulunun düzgün aparılması üçün dövlət arxivlərinə metodik köməkliklər göstərilib.

Ardını oxu...

Bu gün XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsindən 23 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə əliyalın əhalinin, dinc sakinlərin yaşadığı Xocalı şəhəri erməni işğalçıları tərəfindən yerlə-yeksan edilmişdir. Erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşən, komanda və şəxsi heyətinin böyük hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın köməyi ilə son anadək qəhrəmanlıqla müdafiə olunan xocalıları amansızcasına qətlə yetirmiş, insanlara olmazın işgəncələr verilmiş, uşaq, qoca, qadın demədən hamısını vəhşicəsinə öldürmüşlər.

Ardını oxu...

Xocalı faciəsinin səbəbləri haqqında indiyədək çox yazılmış, çox danışılmışdır. Bu cinayətin qarşısının alınmamasının mühüm səbəblərindən biri də həmin dövrdə mütəşəkkil ordumuzun olmaması idi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş Sovetlər Birliyinin 366-cı motoatıcı alayının şəxsi heyəti və döyüş texnikası ilə Xocalıya hücum etmişlər. Şəhərin müdafiəsində, əsasən, atıcı silahlarla silahlanmış yerli milis, könüllülər və Milli Ordumuzun təcrübəsiz, heç bir döyüş təlimi görməmiş əsgərlərdən ibarət dəstələri dayanmışdı. Xocalıya ağır texnika və artilleriya hücumları bu zəif müqaviməti tez bir zamanda qırdı, şəhər viran qoyuldu.

Xocalı faciəsi zamanı və sonralar da Bakı şəhərində başı hakimiyyət davasına qarışmış ordu rəhbərlərinin vahid komandanlıq konsepsiyasının olmaması, özbaşınalıq, komandir vəzifələrinin dost-tanış arasında bölüşdürülməsi prinsipi yaxın bir il ərzində digər torpaqlarımızın da işğal edilməsi ilə nəticələnmişdir. Bu burulğanlı proseslər isə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışına qədər davam etmişdir.

Ardını oxu...

Fevralın 23-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əli Əlizadə çıxış edərək demişdir ki, bu faciə bütün bəşəriyyət əleyhinə törədilən cinayətdir. Buna görə də soyqırımı ilə bağlı aparılan “Xocalıya ədalət” kampaniyasına bütün dünya ictimaiyyəti qoşulmalıdır. Tarix boyu erməni millətçiləri “böyük Ermənistan” yaratmaq planları ilə Azərbaycan, İran, Türkiyə və digər qonşu dövlətlərin ərazilərində yerli əhaliyə qarşı kütləvi qırğınlar törətmişlər. Bu soyqırımlar tarixi sənədlərdə də öz əksini tapmışdır.
Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul olunmuş, soyqırımına dair həqiqətlər dünya ictimaiyyətinə çatdırılmışdır. Baş konsul soyqırımı tanıyan dövlətlərin və beynəlxalq təşkilatların sayının ilbəil artdığını bildirmiş, hazırda 12 ölkənin, o cümlədən Amerika Birləşmiş Ştatlarının 15 ştatının və İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatların Xocalı soyqırımını tanıdığını diqqətə çatdırmışdır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR