23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Universitet şəhərciyi ərazi ilk təşkilatının təşəbbüsü ilə “Dövlətin idarə olunmasında gənclərin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Universitetin müxtəlif fakültələrində təhsil alan fəal tələbə-gənclərin iştirak etdiyi dəyirmi masada YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, dosent Kamal Camalov giriş sözü ilə çıxış edərək gənclərin ölkənin mədəni, ictimai-siyasi, iqtisadi həyatında müstəsna rol oynadığını bildirib, bunu dövlətin gənclər siyasətinin uğurları kimi dəyərləndirib. Qeyd olunub ki, artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkə gənc­ləri demokratikləşmə prosesində fəal iştirak edir, müxtəlif sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov çıxış edərək bildirib ki, dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi peşəkar kadrların yetişdirilməsindən, gənc­lərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən biridir. Gənc­lərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etmələrində böyük rol oynayıb. Təsadüfi deyil ki, artıq respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasına töhfələrini verirlər.
Maraqlı diskussiya şəklində keçən dəyirmi masada gənclərin hüquq və azadlıqları, siyasi mövqeləri, milli ideologiyaya malik olmaları, idarəetmədə irəli çəkilən gənclərin vəzifələri, ali təhsil dövründə siyasi biliklərin dolğun mənimsənilməsi ilə bağlı məsələlər müzakirə olunub. Universitetin tələbə idman şurasının sədri, “pedaqogika” ixtisasının III kurs tələbəsi Nicat Allahverdiyev, “hüquq” ixtisasının IV kurs tələbəsi Vüsal Məmmədov, “yarımkeçiricilər fizikası” ixtisası üzrə magistrant Elgün Tağıyev, “fransız dili müəllimliyi” ixtisasının IV kurs tələbəsi Aytən İsmayılova, “dünya iqtisadiyyatı” ixtisasının III kurs tələbəsi Emil Zamanlı və digər tələbələrin fəal iştirakı ilə keçən diskussiyada bildirilib ki, Azərbaycanın gənclərlə bağlı dövlət siyasətinin müəyyənləşdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndəri­miz Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmağı, ölkə­nin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltməyi, paytaxt və regionlarda yaşayan gənc­lərin fikir mübadiləsinə şərait yaradılmasını daim diqqət mərkəzində saxlayıb. Məhz ulu öndər Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətin uğurlu davamının nəticəsi­dir ki, bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etməklə beynəlxalq miqyasda da əhəmiyyətli uğurlar qazanırlar. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2005-ci ildə təsdiq edilmiş Azərbaycan gənc­liyi 2005-2009-cu illərdə və 2011-ci ildə təsdiq olunmuş Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət proqramları dövlət başçısının Azərbaycan gəncliyinə münasibətinin parlaq təzahürüdür.
YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov, YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Kamal Camalov və təşkilatın sədr müavini, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov, eləcə də universitet müəllimləri tələbələri maraqlandıran sualları cavablandırıblar. Dəyirmi masanın yekununda qərara alınıb ki, ayda bir dəfə müxtəlifsəpkili mövzulara həsr olunmuş beynəlxalq klub keçirilsin, tələbələrin siyasi yetkinliyinə, onlar arasında siyasi, elmi bilik və təcrübələrin bölüşülməsinə nail olunsun.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR