23 Dekabr 2024, Bazar ertəsi

Martın 4-də Kəngərli Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Şahtaxtı kəndində “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyada məsuliyyəti”, həmçinin “Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanmasına görə məsuliyyət” mövzularında tədbir keçirilib.
Tədbirdə Kəngərli rayon prokuroru, kiçik ədliyyə müşaviri Talıb Məmmədov “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyada məsuliyyəti” mövzusunda məruzə ilə çıxış edib.
Bildirilib ki, muxtar respublikamızda sоsiаl-iqtisаdi inkişаfın nəticəsi оlаrаq, аvtоmоbillərin sаyı ildən-ilə аrtmаqdаdır. Təbii ki, аvtоmоbillərin sаyının аrtmаsı yоllаrdаkı hərəkətin intеnsivliyinə də öz təsirini göstərir.

Vurğulanıb ki, son illər muxtar respublikamızda digər sahələrdə olduğu kimi, yol infrastrukturunun yeniləşməsi istiqamətində də kompleks tədbirlər həyata keçirilib, avtomobillərin maneəsiz hərəkətinə əlverişli şərait yaradılıb. Avtomobil yollarında ərazilərin şəraitinə uyğun sürət həddi qoyulub, işıqforlar quraşdırılıb, piyada keçidləri müəyyənləşdirilib. Yaddan çıxarmaq olmaz ki, sürət həddini aşma, sürücülərin diqqətsizliyi və piyadaların keçidlərdən düzgün istifadə etmə­məsi avtomobil yollarında qəza halları yaradır, bəzən də ağır yol-nəqliyyat hadisəsinə səbəb olur. Bu da insаnlаrın sаğlаmlığınа хəsаrət yеtirir və yа onların həyаtınа sоn qоyur. Talıb Məmmədov “Yol hərəkəti haqqında” Qanun, eləcə də İnzibati Xətalar və Cinayət məcəllələrindəki maddələr barədə sakinlərə ətraflı məlumat verib.
Sonra Kəngərli rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Səttar Əsgərov “Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanmasına görə məsuliyyət” mövzusunda məruzə ilə çıxış edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR