23 Dekabr 2024, Bazar ertəsi

“Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan qadınının cəmiyyətdə roluna böyük əhəmiyyət verib. Dahi şəxsiyyət dünyanın hər yerində bütün görüşlərində qürur hissi ilə qeyd edirdi ki, Azərbaycan qadınları Şərqdə ən yüksək inkişafa nail olub və dünyada qadın azadlıqlarının ilk təmsilçiləridir”.
Bu fikirlər martın 3-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın 64-cü məşğələsində səsləndirilib.
Lektoriyanı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ulu öndər Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycanda qadınların problemlərinin həllinə böyük diqqət yetirdiyini bildirib.
“Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda çıxış edən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayıl bildirib ki, ümummilli liderimiz respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan qadınlarının əməyini yüksək qiymətləndirib, xüsusilə müstəqillik illərində qadınların hüquqlarının daha da genişlənməsinə, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə xüsusi diqqət yetirib.

Məhz dahi rəhbər Heydər Əliyevin tapşırıq və tövsiyələri ilə müstəqillik illərində respublikamız qadınların hüquq və azadlıqlarını təsbit edən mühüm beynəlxalq konvensiyalara qoşulub.
Vurğulanıb ki, hələ XX əsrin 60-cı illərinin sonlarından ölkəmizə rəhbərlik etməyə başlayan ulu öndər Heydər Əliyev qadınların bütün sahələrdə irəli çəkilməsini təmin edib. Həmin dövrdə Ali Sovetin 37 deputatı qadın idi. Müqayisə üçün bildirək ki, o zamanlar Amerikada 12, İngiltərədə 26, Fransada 2, İtaliyada 33, İranda 7 qadın deputat var idi. Avropanın indi problem olaraq gördüyü məsələləri ulu öndər hələ ötən əsrin 70-ci illərində həyata keçirib. Hələ o zamanlar görkəmli dövlət xadimi Heydər Əliyev ali məktəb və texnikumlarda təhsil alan qadınların sayının artırılmasını və onların elmi araşdırmalara cəlb edilməsini vacib məsələ kimi qarşıya qoyub. Məhz dahi şəxsiyyətin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanda qadınlar özlərini həmişə cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss ediblər.
Lektoriyaya AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.

 Rauf ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR