23 Dekabr 2024, Bazar ertəsi

Şahbuz Rayon İcra Hakimiyyətində fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisin­də “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə qarşıya qoyulmuş vəzifələrin müzakirəsinə həsr edilmiş yığıncaq keçirilib. Yığıncağı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev müşavirədə qarşıya qoyulan vəzifələrin Şahbuz rayonunda da layiqincə yerinə yetirilməsi istiqamətində görülən işlərdən danışıb.
Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Tarverdi Qurbanov və Gənc­lər və İdman İdarəsinin rəisi Vüqar Muradov çıxış edərək bildiriblər ki, muxtar respublikada idmanın kütləviliyinə nail olunması, onun inkişafı və təbliği, fiziki tərbiyə dərslərinin keyfiyyətinin yüksəldilməsi, bu istiqamətdə yüksək nailiyyətlər qazanılması üçün lazımi şərait yaradılıb. Belə şərait Şahbuz rayonunda da mövcuddur. Bu şəraitdən istifadə edərək biz də muxtar respublikada həyata keçirilən idman siyasətinin əsas məqsədinə nail olunmasına töhfələrimizi verməyə səy göstərəcəyik.

Təhsil naziri Piri Nağıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən idmanın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrdən bəhs edib. Bildirilib ki, ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə ciddi diqqət yetirilir. İdmanın kütləviliyinə nail olunması üçün idman və şahmat məktəblərinin kollektivləri məşqlərin müntəzəm keçirilməsinə, müxtəlif bölmələrin fəaliyyəti­­nin gücləndirilməsinə, həmçinin ümumtəhsil məktəblərində şahmat dərslərinin normal tədrisinə, ixtisaslı kadrların işə cəlb olunmasına diqqəti artırmalıdırlar.
Nazir diqqətə çatdırıb ki, Şahbuz rayonunda yaxşı nəticələr göstərən idmançılar yetişib. Bu istiqamətdə görülən işləri davam etdirərək idmanın müxtəlif növləri üzrə is­tedadlı gənclərin üzə çıxarılmasını və onların respublika səviyyəli yarışlarda iştirakını təmin etmək lazımdır. Unutmaq olmaz ki, gənc­lərimizin sağlamlığının qorunması, fiziki və əqli inkişafının təmin olunması məqsədilə idmana marağın artırılması hər bir idman müəlliminin qarşısında duran əsas vəzifə olmalıdır.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev bildirib ki, bu gün Şahbuz rayonunda 20 ümumtəhsil müəssisəsində müasir idman zalı, idman qurğuları məktəblilərin ixtiyarındadır. Rayondakı Şahmat məktəbinin qapıları da gənclərin üzünə açıqdır. Rayonda əhalinin sağlam həyat tərzinin, xüsusən böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində mühüm əhəmiyyətə malik olan bədən tərbiyəsi və idmanın inkişafına geniş yer verilir. Hazırda muxtar respublikada fəaliyyət göstərən 12 federasiyadan 11-nin fəaliyyəti Şahbuz rayonunda təmin edilib.
İcra başçısı vurğulayıb ki, rayonda idmana göstərilən qayğı sayəsində idmançılar hər il yüksək uğurlara nail olur, muxtar respublika və ölkəmiqyaslı yarışlara qatılırlar. Ötən il 12 yaşlılar arasında Şahbuz rayon komandasının futbol üzrə muxtar respublika birincisi olması, Qəndab Cəfərlinin Bakı şəhərində keçirilən Beynəlxalq Şahmat turnirində birinci yerə layiq görülməsi deyilənlərə nümunədir.
Nurəddin Quliyev rayonda idmanın inkişafına göstərilən hərtərəfli qayğıya baxmayaraq, bu sahədə nöqsanların olduğunu deyərək qeyd edib ki, rayon Gənclər və İdman İdarəsinin kollektivi idmanın bütün növlərinin inkişaf etdirilməsinə və kütləviliyinə nail olunması üçün konkret tədbirlər görməlidir. Bu baxımdan Təhsil Şöbəsinin də üzərinə mühüm vəzifələr düşür.
İstər rayon Təhsil Şöbəsinin, istərsə də Gənclər və İdman İdarəsinin rəhbərləri qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, rayonda idmanın kütləviliyinə nail olunması və bacarıqlı gənclərin respublika əhəmiyyətli yarışlara hazırlanması istiqamətində qarşılıqlı fəaliyyət göstərməlidirlər.

Şəhla NƏBİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR