23 Dekabr 2024, Bazar ertəsi

Fevralın 24-də Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə Baş konsul Ayxan Süleymanlı çıxış edərək demişdir ki, Xocalı hadisələri iyirminci əsrin ən böyük soyqırımı faktıdır. 1992-ci il fevralın 26-da işğalçı ermənilər keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində vəhşiliklər törətmişlər. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ən ağır cinayətdir. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul olunmuşdur.

Baş konsul Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanınması istiqamətində də ardıcıl tədbirlər həyata keçirildiyini bildirmiş, dünyanın bir sıra dövlətlərinin parlamentləri və Amerika Birləşmiş Ştatlarının 16 ştatının qanunverici orqanı tərəfindən faciə ilə bağlı qətnamələrin qəbul olunduğunu vurğulamışdır.
Qars Qafqaz Universitetinin Fənn ədəbiyyat fakültəsinin Çağdaş türk ləhcələri və ədəbiyyatları bölməsinin müəllimi, dosent İlkin Quliyev çıxış edərək erməni terrorçuları tərəfindən törədilən bu soyqırımını pisləmişdir.
Çıxışlardan sonra Xocalı soyqırımı qurbanları və şəhidlərin ruhuna “Qurani-Kərim”dən ayələr oxunmuş, “Qar qırmızı Xocalı” sənədli filminə baxış olmuşdur.
Mərasim iştirakçıları Dağlıq Qarabağ münaqişəsini və Xocalı soyqırımını əks etdirən fotostendlərə, kitab və jurnallardan ibarət sərgiyə baxmış, ehsan süfrəsi açılmışdır.
Tədbirdə Qars Vilayət valisinin müavini Musa Evin, Qars Şəhər Bələdiyyəsinin sədri Murtaza Karaçanta, Qars Vilayət Polis İdarəsinin müdiri Faruk Karaduman, Qars Qafqaz Universitetinin müəllim və tələbələri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbir yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır. Həmçinin Baş Konsulluğun dəstəyi ilə Qars, İqdır və digər şəhərlərdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları tərəfindən də Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlər keçirilmişdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR