Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətindən aldığımız məlumata görə, burada “Naxtel”in toplu SMS xidmətindən istifadəyə başlanılıb. Belə ki, həmin quruma müraciət edən hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxsin, eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarının elektron müraciətlərinə uyğun cavablandırma onların mobil telefonlarına ünvanlandırıla biləcək. Bu isə, nəticə etibarı ilə, elektron müraciətlərin cavablandırılmasının operativliyini daha da artıracaq.
Bu sistemin qurulması ilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti məktub və faks kimi zəhmət tələb edən vasitələr yerinə daha sürətli ötürücü vasitə olan SMS xidmətindən istifadə edəcək. Həmin xidmətin fəaliyyətə başlamasının üstün tərəflərindən biri də odur ki, SMS göndərilən şəxsin mesajı aldığına əminlik yaranır. Çünki mobil telefonlara göndərilən mesajların oxunmadan silinmə ehtimalı çox aşağıdır.
Hazırda internet üzərindən istifadəyə verilən bu sistem vasitəsilə Dövlət Miqrasiya Xidmətinin (
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
) elektron poçt ünvanına daxil olan müraciətlərə müvafiq bildirişlər onların mobil telefonlarına qısa mesaj şəklində göndərilir.
Xəbərlər şöbəsi