23 Dekabr 2024, Bazar ertəsi

Dünən Heydər Əliyev adına Hərbi Liseyin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun təşkilatçılığı ilə Naxçıvan Qarnizonunun Zabitlər evində hərb tariximizin tanınmış simalarından olan Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illik yubileyi münasibətilə tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə Hərbi Lisey rəisinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik Azad Cəfərov açaraq bildirib ki, görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 9 aprel tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib. Tədbirlər planına əsasən, muxtar respublikada hərb tariximizin unudulmaz simalarından olan Cəmşid Naxçıvanskinin 120 illik yubiley tədbirləri keçirilir. Bu gün Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirakı ilə keçirilən yubiley tədbiri də bu qəbildəndir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev bildirib ki, hərb tariximizin yetirdiyi görkəmli şəxsiyyətlər sırasında Naxçıvanskilərin öz yeri var. Kəngərlilər nəslinin davamçılarından olan Naxçıvanskilər həm dövlətçilik, həm də hərbi sahədə mühüm xidmətlər göstərərək adlarını milli tariximizin səhifələrinə yazdırıblar. Onlardan biri də sonuncu Kəngərli generalı Cəmşid Naxçıvanskidir. Cəmşid Naxçıvanskinin ömür yolu bu gün gənclərimiz, eyni zamanda hərb peşəsinin incəliklərini öyrənən kursantlarımız üçün əsl nümunədir.

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə 1941-1945-ci illər müharibəsi veteranları ilə görüş keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Qara Fərzəliyev, şuranın sədr müavini Heydər Heydərov, şuranın Naxçıvan şəhər təşkilatının sədri Firudin Süleymanov iştirak ediblər.
Tədbiri məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Namiq Məmmədov açaraq 1941-1945-ci illər müharibəsində alman faşizminə qarşı mübarizədə qəhrəmanlıq göstərmiş azərbaycanlıların şücaətindən bəhs edib. Bildirilib ki, 70 illik yubileyi qeyd edilən tarixi qələbənin qazanılmasında iştirak etmiş naxçıvanlıların keçdiyi döyüş yolu, onların qəhrəmanlığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.
Sonra müharibə veteranları Qara Fərzəliyev və Heydər Heydərov çıxış edərək müharibənin çətin günlərindən, müxtəlif cəbhələrdə iştirakçıları olduqları döyüş xatirələrindən danışıblar. Qələbənin qazanılmasında Azərbaycan diviziyalarının böyük şücaət göstərdiklərini qeyd edən veteranlar 1941-1945-ci illər müharibəsi veteranlarına dövlətimiz tərəfindən hər zaman diqqət və qayğı göstərildiyini vurğulayıblar.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində ali məktəbin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu” mövzusunda 192-ci məşğələsi keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən növbəti məşğələni giriş sözü ilə ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq qeyri-adi fitri istedada, dərin zəkaya və analitik təfəkkürə malik ulu öndər Heydər Əliyevin çətin və məsuliyyətli, şərəfli ömür yolundan, siyasi fəaliyyətindən danışıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin müasir inkişafına, iqtisadi, siyasi və hərbi qüdrətinə, beynəlxalq nüfuz sahibi olmasına məhz Heydər Əliyev ideyalarını əzmlə davam etdirməklə nail olub. Ümummilli liderin həyat və fəaliyyətinin, zəngin siyasi irsinin öyrənilməsi və təbliği tələbə gəncliyin də başlıca məramı olmalıdır.

Ardını oxu...

Aprelin 28-də Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında görkəmli oftalmoloq-alimin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə akademik Zərifə xanım Əliyevanın poliklinikanın foyesindəki büstü önünə gül dəstələri qoyub, onun xatirəsinə həsr olunmuş guşədə alimin həyat və fəaliyyətini əks etdirən foto və kitablarla, həmçinin tanınmış insanların görkəmli oftalmoloq-alim haqqında fikirləri ilə tanış olublar.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Sona Məmmədova açıb.
Naxçıvan Şəhər Poliklinikasının baş həkimi Xuraman Hacızadə qeyd edib ki, Naxçıvan Şəhər Poliklinikası 1990-cı ildən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Ümummilli lider Heydər Əliyev 1990-cı və 1999-cu illərdə poliklinikada olub. 2012-ci ilin mayında ölkə Prezidenti cənab İlham Əliyev Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının yeni binasının açılışında iştirak edib. Zərifə xanımın adını daşıyan səhiyyə müəssisəsində işləmək hər bir tibb işçisi üçün böyük məsuliyyətdir. Milli oftalmologiyanın banisi akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolu, misilsiz xidmətləri, apardığı tədqiqatlar əsl təcrübə məktəbidir.

Ardını oxu...

Bu gün sizə qədim və tarixi bir diyarda – Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşən müalicə və turizm mərkəzi Duzdağ haqqında bəzi məlumatları təqdim edirik. Burada tənəffüs yolları xəstə olan insanlar uğurla müalicə olunurlar.
Dünyada allergiya xəstəliklərinin sayının artması XX əsrin ortalarından həkimləri ciddi şəkildə narahat etməyə başlayır. Uzun axtarışlardan sonra aşkar edilir ki, belə xəstəliklər duz şaxtalarında müalicə oluna bilir. İlk dəfə 1871-ci ildə İtaliyanın Florensiya şəhəri yaxınlığındakı Toskaniya əyalətinin Monsammam yaşayış məskənində şaxta şəraitində – stalaktitli və stalaqmitli şaxtalarda revmatik poliartrit xəstələrinin müalicəsi aparıldı. Bu qəbildən olan şaxtalar Almaniya, Macarıstan, Belarus və Ukrayna kimi ölkələrdə fəaliyyət göstərir. Belə şaxtalar karst mağaralarına çevrilir, onların mikromühiti isə kalsium ionları ilə zəngin olur.

Ardını oxu...

28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında tədbir keçirilib.
Tədbiri giriş sözü ilə şuranın sədri Sucaxan Novruzov açaraq Ümumdünya Əməyin Mühafizəsi Gününün təsis olunması tarixindən və bu sahədə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələrdən danışıb. Bildirilib ki, 2001-ci ildə Beynəlxalq Əmək Təşkilatının qərarı ilə aprelin 28-i “Ümumdünya Əməyin Mühafizəsi Günü” kimi təsis olunub. Dünyada hər il istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində minlərlə insanın həyat və sağlamlıqlarını itirməsi əməyin mühafizəsi işini günün aktual məsələlərindən birinə çevirib. Bu günün dünyada hər il qeyd olunmasında da məqsəd ictimaiyyətin diqqətini iş yerlərində əməyin mühafizəsinə, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmalarına yönəltməkdir.

Ardını oxu...

Zərifə Əliyevanın adı Azərbaycanda böyük fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, nurlu həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşmişdir. Zərifə xanım tibb elmimizin zirvəsində parlayan əbədiyyət Günəşidir.
Hər bir insan, ilk növbədə, Vətənə, torpağa məhəbbəti, təmiz mənəviyyatı, xalqa sədaqətli xidməti ilə yaddaşlarda qalır. Belələrinin yaşadıqları ömür kitabını vərəqlədikcə bitib-tükənmir, əməlləri, xeyirxah işləri daim xatırlanır. Tarixdə bu cür insanların həyat yolu gələcək nəsillərə örnək, nümunə olur. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva da məhz belə bir ömür yaşamışdır. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli akademikin Azərbaycan tibb elminin inkişafındakı xidmətləri barədə demişdir: “Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir”.

Ardını oxu...

Naxçıvan Qızlar Liseyində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə liseyin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Allahverdiyeva açaraq görkəmli alimin mənalı ömür yolundan və elmi fəaliyyətindən danışıb. Qeyd olunub ki, dünya şöhrətli alim və ictimai xadim, akademik Zərifə xanım ­Əliyevanın adı və elmi-ictimai fəaliyyəti zəriflik və işıqla bağlıdır. Bu böyük elm xadiminin keçdiyi ömür yolu, yaşadığı şərəfli həyat, mənalı həkimlik fəaliyyəti, yazdığı qiymətli əsərlər yüksək insanlıq meyarlarına və müqəddəs həkimlik andına parlaq və ibrətamiz bir örnəkdir. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik ­Zərifə xanım Əliyevanın tibb el­mində öz dəst-xətti olan novator bir alim olduğunu qeyd edən Aidə Allahverdiyeva bildirib ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Göz həkimi olan Zərifə xanım bütün ömrünü insanlara işıq bağışlamağa həsr etmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika­sı Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən təşkil olunan “Muzey günləri” mühüm əhəmiyyətə malikdir. Artıq Naxçıvan şəhərində, eləcə də rayon mərkəzlərində fəaliyyət göstərən muzeylərə axın güclənib.

Aprelin 25-də Naxçıvan Muxtar Respublika­sı Ali Məclisi Aparatı­nın kollektivi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində olmuşlar.
Bildirilmişdir ki, 48 il bundan əvvəl fəaliyyətə başlayan muzey görkəmli ədiblərimizin həyat və yaradıcılığının öyrənilməsi, elmi cəhətdən tədqiqi və təbliği sahəsində fəaliyyət göstərir.

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Naxçıvan Tibb Kollecinin tələbələrinə bu mövzuda açıq dərs keçilib.
Açıq dərsdə muzeyin direktoru Ramil Orucəliyev bildirib ki, ulu ­öndər Heydər Əliyevin bütün həyat və fəaliyyəti Azərbaycanla bağlı olub. Ölkəmizə rəhbərliyinin hər iki dövründə dahi şəxsiyyətin Vətənimiz qarşısındakı misilsiz xidmətləri Azərbaycanın müstəqilliyini təmin etməklə bərabər, həm də onun müasir inkişafını şərtləndirib.

Ardını oxu...

Taqım komandiri Qara Fərzəliyev düşmənlərə qarşı necə döyüşüb?

Tarixin ən böyük savaşlarından biri kimi tarixə çevrilən II Cahan müharibəsində alman faşizminə qarşı mübarizədə xeyli sayda qəhrəman Azərbaycan övladları da iştirak ediblər. Bu ölüm-qalım mübarizəsində naxçıvanlılar da igidlik və şücaətləri ilə seçiliblər. Onlardan biri də Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Qara Abbas oğlu Fərzəliyevdir.

Qara Fərzəliyev 1923-cü ilin oktyabr ayında Naxçıvan şəhərində anadan olub. Alman faşistlərinin SSRİ-yə hücumu başlayanda o da digər həmyaşıdları kimi müharibəyə yollanıb. Həmyerlimiz ­402-ci Azərbaycan diviziyasının 678 saylı istehkamçı batalyonunda xidmətə başlayıb. İlk döyüşdəcə ağır yaralanıb. Qroznı və Bryansk şəhərlərində yerləşən hərbi xəstəxanalarda müalicə olunan Qara Fərzəliyev yenidən cəbhə xəttinə, odlu-alovlu döyüş meydanlarına yollanıb. Bu dəfə o, 77-ci Azərbaycan diviziyasının 105-ci atıcı polkunda Krasnodar və Rostov vilayətlərindəki şəhər və kənd­lərin düşməndən azad edilməsi uğrunda rəşadətlilik nümunəsi göstərib. Cəsur həmyerlimiz bu döyüşlərdə cəsarət və igidliyi ilə fərqlənib. Məhz hərbi bacarığına görə onu 1943-cü ildə zabitlər hazırlayan xüsusi kursa göndəriblər. Altıaylıq kursda hərbi biliklərə yiyələnən və kursu əla qiymətlərlə bitirən Qara Fərzəliyevə kiçik leytenant rütbəsi verilib. Bundan sonra o, döyüş yolunu 417-ci diviziyanın 1372-ci alayında 5-ci bölüyün taqım komandiri kimi davam etdirib. Öz taqımı ilə birinci Pribaltika cəbhəsində Latviya və Litva respublikalarının şəhər və kəndlərinin alman faşistlərindən təmizlənməsində fəal iştirak edib. Bu döyüşlərdə göstərdiyi şücaətə görə o, “Qırmızı Bayraq” ordeni ilə təltif olunub.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən lektoriyanı Gənclər və İdman nazirinin müavini Məcid Seyidov açıb.
Lektoriyada çıxış edən Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camalov Zərifə xanım Əliyevanın elmi-pedaqoji fəaliyyətindən bəhs edərək bildirib ki, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri olmuş Zərifə xanım Əliyevanın adı həm alim, həkim, ictimai xadim, həm də pedaqoq kimi hər bir insanın qəlbində yaşayacaqdır. Zərifə xanım görkəmli alim-oftalmoloqdur. O, eyni zamanda böyük filosof, gözəl pedaqoq və natiq idi. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri ilə bağlı oxuduğu mühazirələr bunu bir daha sübut edir.

Ardını oxu...

Beynəlxalq Əqli Mülkiyyət Günü 2000-ci ilin sentyabr ayında Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasının qərarı ilə təsis edilmişdir. Ölkəmizdə 2001-ci ildən başlayaraq hər il aprelin 26-sı “Beynəlxalq Əqli Mülkiyyət Günü” kimi qeyd edilir.
Əqli mülkiyyət sahəsi qlobal inkişafın əsas hərəkətverici ünsürlərindən biridir. Hər bir ölkənin davamlı inkişafında əsas rol oynayan əqli mülkiyyət məsələlərinin milli qanunvericiliyə inteqrasiyası vacib şərtdir. Azərbaycan Respublikasında əqli mülkiyyətlə bağlı münasibətlərin tənzimlənməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin rəhbərliyi ilə bu istiqamətdə mühüm işlər görülmüş, əqli mülkiyyətin qorunması və inkişafına diqqət artırılmış, zəngin qanunvericilik bazası yaradılmışdır. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1997-ci ildə “Patent haqqında”, 1998-ci ildə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuş, ölkəmiz 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya və Avrasiya Patent Konvensiyasına qoşulmuş, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri qurmuşdur.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordusunun təşkilatçılığı ilə Çanaqqala zəfərinin 100 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilib.
Əvvəlcə “Bir millət, iki dövlət” adlı videoçarx və “Böyük savaş” sənədli filmi nümayiş etdirilib. Çanaqqala döyüşləri və Azərbaycan Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mirqiyas Rüstəmov bildirdi ki, Türk dünyasının möhtəşəm qələbəsi kimi tarixə qızıl hərflərlə yazılan Çanaqqala zəfəri türk tarixinin şərəfli səhifəsini təşkil edir. Bu döyüşlərdə azərbaycanlıların da iştirakı iki qardaş xalqın ən çətin məqamlarda birlikdə olduğunun əyani göstəricisidir. Çanaqqalada Osmanlı ordusunun şəhidləri arasında 3 minədək azərbaycanlının olması bu gün qardaş ölkə tərəfindən böyük ehtiramla xatırlanır.

Ardını oxu...

Qardaş Türkiyədə və Azərbaycanda Çanaqqala zəfərinin 100-cü ildönümü böyük təntənə ilə qeyd olunur. Çanaqqala döyüşləri türk xalqının və Türkiyə hərb tarixinin ən şərəfli səhifələrindəndir. 1915-ci ildə Mustafa Kamal Paşanın başçılığı ilə türk əsgəri Antanta birliyi kimi güclü donanmaya malik dövlətlərlə qeyri-bərabər döyüşlərdən qalib çıxmış, türk xalqının Vətən sevgisi, qətiyyəti və cəsarəti qarşısında diz çökən düşmən geri çəkilmişdir.

Osmanlı imperiyası XX əsrin əvvəllərində süquta doğru gedirdi. Xaricdə və ölkə daxilində baş verən proseslər Osmanlını çökdürür, onun iqtisadi, siyasi, hərbi gücünü zəiflədirdi. Trablis və Balkan savaşlarındakı məğlubiyyət isə Avropadakı bütün torpaqların əldən çıxmasına səbəb olmuşdu. Rusiya boğazları ələ keçirib “isti dənizlərə” çıxmağı hədəfləyərkən, İngiltərə Süveyş kanalı və Hind okeanına gedən yolun təhlükəsizliyi üçün Fələstini ələ keçirmək planını hazırlayır, Fransa Livan, Suriya və Kilikiyanın idarəçiliyini arzulayır, almanlar Şərqə yiyələnmək niyyəti güdür, italyanlar isə Antalyaya sahib olmaq istəyirdilər. Çanaqqala zəfəri məhz hərbi-siyasi vəziyyətin gərgin olduğu, imperiya maraqlarının toqquşduğu belə bir şəraitdə qazanılmışdı. Ona görə bəzi tarixçilər bu zəfəri Birinci Dünya müharibəsinin məhvərini dəyişdirən qələbə kimi də qiymətləndirirlər.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Naxçıvan” Universiteti tələbələrinin iştirakı ilə “Müstəqil Azərbaycan dövlətinin qurucusu” mövzusunda açıq dərs keçilib.
Universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli bildirib ki, müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazan qədim bir xalqın simvolu səviyyəsinə yüksəlib. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində ulu öndərin ölməz, işıqlı obrazı yaşayır. Dahi rəhbərin vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilas olunması, Azərbaycanın inkişafı naminə mübarizədə misilsiz xidmətləri Onu hələ sağlığında xalqımızın ümummilli liderinə çevirib.
Qeyd olunub ki, xilaskarlıq missiyası ümummilli liderimizin genişmiqyaslı fəaliyyətinin əsasını təşkil edib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və böyük əzmkarlığa malik ulu öndərimiz Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizi tənəzzül burulğanından çıxararaq respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilib.

Ardını oxu...

Naxçıvan Tibb Kollecində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə əlaqədar  lektoriya keçirilib.

Tədbiri giriş sözü ilə kollecin direktoru İlhamə Mustafayeva açaraq bildirib ki, insan, vətəndaş və alim anlayışları Zərifə xanım Əliyeva şəxsiyyətində birləşərək bölünməz bir vəhdət təşkil edib. Zərifə xanımın elm aləminə qədəm qoyması, öz zəngin yaradıcılığı ilə Azərbaycan və dünya elminə dəyərli töhfələr verməsi təsadüfi deyildi. Ona işıqlı yol göstərən atası Əziz Əliyevin Zərifə xanımın həkim-oftalmoloq peşəsini seçməsində böyük təsiri olub. Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiya­sı”nın əsasını qoyub. Bu mənada oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə ­xanımın adı ilə bağlıdır.
Vurğulanıb ki, Zərifə xanım ­Əliyeva monumental əsərləri, elmi nailiyyətləri, pedaqoqluq səriştəsi ilə ideal bir həkim, böyük alim kimi xalqımızın qəlbində daim yaşayır və yaşayacaqdır. O, həmişə bizimlədir, bizim aramızda, bizim sıramızdadır. Zərifə xanım gözlərinə işıq verdiyi, nur bəxş etdiyi minlərin, milyonların qəlbində, işığında, nurunda əbədi yaşayır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ərazisidir. Bu gözəl səfalı region şimal-qərbdən Türkiyə, şimal və şərqdən Ermənistan, cənubdan isə İran ilə həmsərhəddir. Naxçıvanın ölkənin digər hissəsindən təcridi yalnız Stalinin ­1920-ci ildə Zəngəzur mahalını Ermənistanın nəzarətinə verməsi ilə başlayıb. Dağlıq Qarabağ (bu Azərbaycan torpağı hal-hazırda Ermənistanın işğalı altındadır) münaqişəsi zamanı erməni qüvvələri Naxçıvanı da işğal etməyə çalışdılar, lakin Kərki kəndindən başqa, heç bir ərazini işğal edə bilmədilər.

Muxtar respublikanın paytaxtı Naxçıvan şəhəridir. Ərazisi 5500 kvadratkilometr, əhalisi 500 min nəfərə yaxındır. Ərazisinin, təxminən, 75 faizi 1000 metr və daha yuxarı yüksəklikdə yerləşir. Naxçıvan öz əzəmətli dağları ilə tanınır.
Naxçıvan haqqında ilk yazılı məlumata yunan coğrafiyaşünası Ptolomeyin “Coğrafiya” kitabında “Naksuana” kimi rast gəlinir. O yazır ki, bu şəhərin əsası eradan əvvəl 4400-cü ildə qoyulub. İmperiyalar, sultanlıq və xanlıqlar dövrünün əhatəsində Naxçıvan adı bir çox dəfə dəyişilib: “Nəxşicahan” (dünyanın bəzəyi), “Nuhçıxan” (Nuh Peyğəmbərin diyarı) və sair. “Naxçıvan” sözü ilkin mənbələrdə müxtəlif formalarda göstərilib. Yunanca “Naksuana”, pəhləvicə “Naxç”, ərəbcə “Nəşəva”. Naxçıvanın adı ilə bağlı bir çox tədqiqatçıların irəli sürdüyü müxtəlif fikirlərə baxmayaraq, bu diyarın adı daha çox Nuh Peyğəmbər və böyük Dünya tufanı ilə bağlıdır.

Ardını oxu...

1941-1945-ci illər Böyük Vətən müharibəsi. SSRİ-də yaşayan xalqların, o cümlədən azərbaycanlıların 1941-1945-ci illərdə dünyanı bürüməkdə olan faşizmə qarşı apardığı savaş tarixə bu adla düşüb. Düz 70 il əvvəl başlanan və 1418 gün davam edən döyüşlər dünyanın faşizm bəlasından xilas olunması ilə nəticələndi. Bu müharibədə qazanılmış qələbədə Azərbaycan xalqının övladlarının da özünəməxsus payı danılmazdır.

1941-1945-ci illər müharibəsi başlanan günü keçmiş SSRİ-nin tərkibinə daxil olan bütün müttəfiq respublikaların əhalisi kimi, Azərbaycan Respublikasının və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının igid oğul və qızları ordu sıralarına yollandı. Azərbaycandan 700 minə yaxın, o cümlədən muxtar respublikamızdan 30 min nəfərə yaxın ləyaqətli oğul və qızlarımız Vətənin müdafiəsinə getdi. Azərbaycanlılardan ibarət 77-ci “Simferopol”, 223-cü “Belqrad”, 416-cı “Taqanroq” və 402-ci “Azərbaycan” adlı diviziyalar döyüş əməliyyatlarında mərdlik və cəsarət nümunəsi göstərərək keçmiş SSRİ-nin alman faşist ordusu tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsində yaxından iştirak etmiş, şirin canını düşmən gülləsinə sipər edən ləyaqətli oğul və qızlarımızın hər iki nəfərdən biri qəhrəmancasına həlak olmuşlar.

Ardını oxu...

Aprelin 23-də Əlahiddə Ümumqoşun Ordusunun ­Təlim-Tədris Mərkəzində Çanaq­qala zəfərinin 100-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Əlahiddə Ümumqoşun Ordusunun Mənəvi-psixoloji təminat şöbəsinin rəisi, polkovnik Mirqiyas Rüstəmov açaraq bildirib ki, Birinci Dünya müharibəsi zamanı – 1915-1916-cı illər arasında Osmanlı dövləti ilə Antanta İttifaqı arasında dəniz və quru döyüşləri olub.

Ardını oxu...

Son iki əsrdə Osmanlı türklərinin və azərbaycanlıların üzləşdiyi faciəli tarixi hadisələr birbaşa erməni amili ilə bağlıdır. Ötən əsrin əvvəllərində Aralıq dənizindən başlayaraq bütün Cənubi Qafqaza və hətta Şimali Qafqazın böyük bir hissəsinə sahiblik iddiasına düşən ermənilərin apardığı təcavüzkarlıq siyasəti türk-müsəlman əhalisinə çox böyük faciələr bahasına başa gəlmişdir.
Erməni millətçiləri üçün tarixə saxtakarcasına yanaşmanın yalnız bir yolu vardır: “böyük Ermənistan” məramına xidmət etmək. Erməni məntiqinə görə, həmin iddianın təsdiqi üçün fakt yoxdursa, onda haradan olursa-olsun, quraşdırmaq lazımdır. Erməni millətçiləri bu yolda istənilən mənfur hərəkətə, hətta terrora da əl atmağı məqbul hesab edirlər. Tədqiqatçı Jemçuynikov bunu nəzərə alaraq yazırdı ki, “Qışqıra-qışqıra danışmaq erməni xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər...”

Ardını oxu...

Kəndlərin inkişafı muxtar respublikada həyata keçirilən quruculuq siyasətinin əsas istiqamətlərindən biridir. Muxtar respublika əhalisinin, təqribən, 70 faizi kəndlərdə yaşadığı üçün belə yaşayış məntəqələrində aparılan quruculuq işləri mühüm əhəmiyyət daşıyır. Görülən işlərin nəticəsidir ki, Naxçıvanın əksər kəndləri müasir yaşayış məntəqəsinə çevrilib. Sistemli və düşünülmüş şəkildə aparılan bu işlərin əsas məqsədi kənd sakinlərinin rahat yaşayışını təmin etmək, kəndlə inkişaf etmiş şəhər arasındakı fərqi aradan qaldırmaqdır. 

Naxçıvanda kəndlərin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bir neçə cəhətdən özünəməxsusluğu ilə seçilir. Muxtar respublikanın kənd­lərində kompleks quruculuq işləri aparılır. Yəni kəndlərdə tikinti-quruculuq işləri aparılarkən məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası inşa olunur, həmin yaşayış məntəqəsinin yolu abadlaşdırılır, mövcud infrastrukturu müasirləşdirilir. Son 20 ildə muxtar respublikanın 120-yə yaxın kəndində belə kompleks quruculuq işləri aparılıb. Kəndlərin inkişafı, əhalisinin rahatlığının təmin olunması, rifah halının yaxşılaşdırılması üçün görülən işlər yalnız yeni binaların tikilməsi ilə məhdudlaşmır. Muxtar respublikanın bütün kəndləri fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunur, əhaliyə keyfiyyətli rabitə xidməti göstərilir. Bundan başqa, kənd təsərrüfatının inkişafı üçün lazımi tədbirlər görülür, torpaq mülkiyyətçilərinə aşağı faizlə kredit, lizinq yolu ilə kənd təsərrüfatı texnikaları, pulsuz mineral gübrələr verilir.

Ardını oxu...

Aprelin 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində Çanaqqala savaşının 100 illiyi ilə bağlı “Çanaqqala – Türkün şərəf tarixi” adlı elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev Çanaqqala savaşı haqqında geniş məlumat verib.
Qeyd edilib ki, Çanaqqala döyüşü Birinci Dünya müharibəsi əsnasında – 1915-1916-cı illər arasında Osmanlı dövləti ilə Antanta dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında baş verən dəniz və quru döyüşüdür. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiya ilə etibarlı qida və hərbi ticarət yolu açmaq, alman müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazına giriblər. Ancaq hücumlar müvəffəqiyyətsiz olub və iki tərəfin də çox ağır itkilər verməsi ilə ittifaq dövlətləri geri çəkiliblər. Vurğulanıb ki, Çanaqqala döyüşlərində 3 minə yaxın azərbaycanlı şəhid olub.
Bölmənin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadə “Çanaqqala döyüşləri: faciə, soyqırımı və zəfər”, həmin institutun şöbə müdiri, dosent Emin Şıxəliyev “Çanaqqala döyüşləri: pərdəarxası məqamları və tarixi əhəmiyyəti” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə bildirilib ki, Çanaqqala savaşında türkün şanlı tarixinə zəfər dolu səhifələr yazılıb. Və bu zəfər qeyri-bərabər döyüşdə qazanılıb.
Tədbirdə Çanaqqala döyüşlərindən bəhs edən slayd nümayiş etdirilib.
Elmi konfransa AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.

 Nərgiz İsmayılova

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu muxtar respublikaya səfərinin ikinci günündə Naxçıvan şəhərinin qədim tarixi abidələri və mədəniyyət obyektləri ilə tanış olub, bir neçə sənaye-istehsal müəssisəsində istehsal prosesi ilə maraqlanıb.
Dünən rumıniyalı səfirin ilk tanış olduğu ünvan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi olub. Burada səfirə məlumat verilib ki, Naxçıvan Muxtar Respublikasında tarixi, mədəni, dini abidələrin qorunmasına xüsusi diqqət göstərilir. Belə abidələrin bərpası və qorunması gələcək nəsillərə Azərbaycanın qədim tarixinin çatdırılması, eyni zamanda Naxçıvana turistlərin marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olmuş Naxçıvanqala müharibələr nəticəsində dağıdılmış və əvvəlki möhtəşəmliyini itirmişdi. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə burada “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb.

Ardını oxu...

Azərbaycan xalqının tarixi yaddaşında silinməz izlər qoyan novator ədib, publisist, dramaturq, nasir, “Molla Nəsrəddin” (1906-1931) jurnalının baş redaktoru Cəlil Məmmədquluzadənin yaradıcılığında erməni amili türk xalqlarının əzəli düşməni kimi dəyərləndirilib.

“Molla Nəsrəddin” jurnalı 1906-cı ildə nəşrə başlayanda 1905-ci ildə, sonrakı nömrələrində isə 1906 və 1907-ci illərdə ermənilərin törətdikləri vəhşilikləri, insan adına sığmayan qəddarlıqları xatırlatmaya, bu hadisələri tarixin ədəbi-bədii yaddaşına həkk etməyə bilməzdi. Mirzə Cəlil bu hadisələrin unu­dulmaması üçün həm karikatura, həm satirik şeir, həm də atalar sözləri, tapmaca, xəbərlər və poçt qutusu satirik-publisistik janrlarla o dövrün salnaməsini yaratmışdır. 1905-ci ildə ermənilərin silahlandığı, müsəlmanların isə əliyalın olduğu bu ədalətsiz, qeyri-bərabər qarşıdurmadakı ölüm həyəcanını Tiflisdə ermənilərin yaşadığı məhəllədə yerləşən redaksiyada yaşayıb fəaliyyət göstərən ədib özü də şəxsən yaşamışdı. Məhz bu hiss idi “Kamança” əsərində Mirzə Cəlili ağladan, göz yaşlarını çölə yox, içinə axıtmağa məcbur edən...

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində XX əsrdə ermənilərin İrəvan quberniyasında, Naxçıvan, Şərur-Dərələyəz, Ordubad və Zəngəzur qəzalarında törətdikləri soyqırımı siyasətinə dair çoxlu sənədlər aşkar edilərək üzə çıxarılmışdır. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı soyqırımından bəhs edən sənədlərlə yanaşı, həmin dövrün canlı şahidi olmuş insanların xatirələri də arxivdə mühafizə edilir.

Həmin xatirələrdən biri maarifçi Qasım Hacı oğlu Tağıyevə məxsusdur. Q.Tağıyev xatirələrində­ yazır:
– 1918-ci il aprel ayının 28-də Naxçıvan ərazisinə belə bir xəbər yayıldı ki, daşnakların lideri Andranik Ozanyanın vəhşi alayı İrəvandan Naxçıvan üzərinə hərəkət etməyə başlamışdır. 1918-ci il may ayının 28-də Andranik Ozanyanın vəhşi alayı Yaycı kəndini dağıtdı.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Əlahiddə Ümumqoşun Ordusunun birgə təşkilatçılığı ilə Culfa rayonunda yerləşən “N” hərbi hissədə gənclərin zabit və əsgərlərlə görüşü təşkil edilib.
Görüşün keçirilməsində məqsəd əsgərlərdə ruh yüksəkliyinin artırılması, gənclərə vətənpərvərlik hissinin aşılanması, çağırışyaşlı gənclərin hərbi xidmətə hazırlanması və onların Vətənə sevgi, dövlətə sədaqət ruhunda tərbiyə olunmasından ibarətdir.
Görüşdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik-leytenant Ziyarəddin Baxşəliyev və Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov çıxış edərək tədbirin keçirilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Azərbaycanda güclü, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyinin birinci dövründə milli hərbi kadrların hazırlanması məqsədilə həyata keçirdiyi tədbirlər, xüsusilə bunun tərkib hissəsi kimi Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması mühüm tarixi əhəmiyyətə malikdir. İmperiya tərkibində azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması, əslində, gələcək müstəqillik üçün atılan addım idi. O dövrdə dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə hazırlanan hərbi kadrlar ölkəmiz müstəqillik qazandıqdan sonra Milli Ordumuzun komandan heyətini təşkil etmişdir. 1990-1993-cü illərdə ulu öndərin muxtar respublikada ordu quruculuğu istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər blokada şəraitində yaşayan Naxçıvanı düşmən hücumlarından qorumaqla yanaşı, bütövlükdə, müstəqil Azərbaycanda Milli Ordu quruculuğu prosesinin başlanğıcı olmuşdur.
Sonra gənclər “N” hərbi hissənin ərazisində yerləşən əsgər yataqxanası, xəstəxana, uşaq bağçası və təlim-tədris mərkəzi ilə tanış olublar. Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin bədii kollektivinin təqdim etdiyi konsert proqramı alqışlarla qarşılanıb.
Sonda gənclər əsgər yeməkxanası ilə tanış olub, əsgərlərlə birlikdə nahar ediblər.

Ceyhun Məmmədov

Əlahiddə Ümumqoşun Ordusunun Zabitlər evində 1941-1945-ci illər müharibəsinin iştirakçıları ilə Naxçıvan Qarnizonunun şəxsi heyətinin görüşü keçirilib. Tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Əlahiddə Ümumqoşun Ordusu və Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası birgə təşkil ediblər.
Tədbiri Əlahiddə Ümumqoşun Ordusunun Mənəvi-psixoloji şöbəsinin rəisi, polkovnik Mirqiyas Rüstəmov açaraq görüşün ke­çirilməsinin mahiyyətindən və 1941-1945-ci illər müharibəsində Azərbaycan oğul və qızlarının göstərdikləri qəhrəmanlıqlardan danışıb.
Sonra Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov, Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Qara Fərzəliyev, şuranın sədr müavini Heydər Heydərov və Naxçıvan şəhər təşkilatının sədri Firudin Süleymanov çıxış ediblər.

Ceyhun MƏMMƏDOV

Oxucular da təsdiq edərlər ki, insan təkcə tədris ocaqlarında, şəxsi mütaliə ilə bilik qazanmır. Bunun üçün başqa vasitələr də kifayət qədərdir. Dünyanın inkişaf etmiş ölkə­lərində həmin vasitələrdən istifadəyə böyük üstünlük verilir. Bu vasitələr içərisində hər bir xalqın tarixini, mədəniyyətini, etnoqrafiyasını və digər sahələri özündə mühafizə və nümayiş etdirən, dünənimizdən bu günümüzə və sabahımıza körpü rolunu oynayan, tədqiqatçılar üçün araşdırma obyektlərindən biri sayılan muzeylər xüsusi əhəmiyyətə malikdir.
Bu baxımdan muxtar respublikamızda geniş imkanlar var. 30-a yaxın muzeyin fəaliyyət göstərdiyi regionumuzda belə mədəniyyət müəssisələri öz zəngin ekspozisiyaları və çoxsaylı eksponatları ilə təkcə naxçıvanlıların deyil, buraya gələn qonaq və turistlərin də diqqətini cəlb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamı ilə muxtar respublikada “Muzey günləri”nin təşkil olunması bu baxımdan böyük əhəmiyyət daşıyır. Həftənin şənbə günləri nazirlik, komitə, agentlik, idarə və təşkilatların əməkdaşları müxtəlif muzeyləri ziyarət edir, həmin mədəniyyət müəssisələrinin fəaliyyəti və burada özünə yer alımış eksponatlarla tanış olurlar.

Ardını oxu...

Rusiya imperatoru I Pyotrun vəsiyyətlərinə uyğun olaraq, XVIII yüzilliyin sonlarından başlayaraq, xüsusilə 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrinin şərtlərinə əsasən, Azərbaycan torpaqlarında yerləşdirilən ermənilər öz yerlərini möhkəmləndirdikdən sonra ölkəmizə qarşı ərazi iddialarına başlamışlar. Bu iddiaları, xüsusilə xəyali “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün ermənilər bir sıra soyqırımı aktları həyata keçirmişlər.

Tarixən heç bir dövlətçilik ənənələrinə malik olmayan ermənilər Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin 1918-ci il mayın 29-da daşnaklara güzəştə getdiyi qədim Azərbaycan şəhəri İrəvanı paytaxt etməklə Qərbi Azərbaycan ərazisində 1920-ci ilin noyabrında özlərinin dövlətlərini yaratmışlar. Bununla kifayətlənməyən ermənilər bütün XX əsrboyu Azərbaycana qarşı ərazi iddialarını davam etdirmiş, xalqımıza qarşı soyqırımlar və deportasiyalar həyata keçirmiş, günahsız insanların qanını axıtmış, dəhşətli qırğınlar və qətliamlar törətmişlər.

Ardını oxu...

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub.
Səfər çərçivəsində rumıniyalı diplomat ilk olaraq ulu öndərin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib. Səfirə məlumat verilib ki, Naxçıvan şəhərində yaradılmış Heydər Əliyev Muzeyi ümummilli liderin hələ sağlığında Azərbaycanda yaradılmış ilk muzeydir. Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 fevral 1999-cu il tarixli Sərəncamı ilə yaradılıb və 10 may 1999-cu ildə fəaliyyətə başlayıb. Burada nümayiş etdirilən eksponatlar ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.

Ardını oxu...

Naxçıvan qədim dövrdə

Yazılı mənbələr. Naxçıvanın qədim tarixi ilə bağlı olan yazılı mənbələr olduqca azdır. Arxeoloji mənbələrin araşdırılması Naxçıvanın qədim tarixinin Urmiya regionu ilə sıx bağlı olduğunu göstərir. Lakin Şumer, Assur və Akkad mənbələri, başlıca olaraq, Urmiya ətrafı bölgələr haqqında məlumat vermişlər. Urartu mənbələri də Azərbaycanın cənubu, xüsusilə Manna haqqında məlumat vermişdir. Naxçıvanda indiyədək üç qədim kitabə aşkar olunmuşdur. Bu kitabələrin biri Culfa rayonunun Xoşkeşin kəndi yaxınlığındadır. Həmin kitabə Urartu hökmdarı Menuaya aid edilmişdir. Kitabənin mətni urartuların bu əraziyə basqınlar etdiyini göstərir. Lakin onlar bu ərazini işğal edərək möhkəmlənə bilməmişlər. Çünki indiyədək aparılan araşdırmalar zamanı Naxçıvanda Urartu abidələri qeydə alınmamışdır. İkinci kitabə Batabat yaylağında “Fərhad evi” adlı abidənin üzərində aşkar olunub.

Ardını oxu...

Muxtar respublikanın dəmir yolu nəqliyyatında xidmətin nümunəvi təşkili diqqətdə saxlanılır, yolların və qatarların sazlığı yoxlanılır, yollarda təhlükəsiz və fasiləsiz hərəkət təmin olunur. Mart ayında Culfa lokomotiv deposunda elektrovozlar 3, teplovozlar isə 1 dəfə texniki baxışdan keçirilmiş, cari təmir işləri aparılmışdır. Bu dövrdə Culfa vaqon deposunda isə 4 vaqon təmir edilmişdir. Xidməti ərazilərdəki bütün keçidlər, yol yatağı və yoldəyişdiricilər yoxlanılmış, çatışmazlıqlar aradan qaldırılmışdır.

Ardını oxu...

Muxtar respublikanın hava nəqliyyatı sistemi hər ötən ay daha da təkmilləşdirilir. Xidmətin keyfiyyətinin artırılması üçün infrastrukturun müasirləşdirilməsi və yeni avadanlıqların quraşdırılması işləri ötən ay da davam etdirilmişdir.
Belə ki, martın 29-da Ordubad şəhərində yeni Aviakassa binası istifadəyə verilmiş, həmin ərazidə yaşayan sakinlərin rahatlığı təmin edilmiş, xidmətin səviyyəsi xeyli yüksəldilmişdir. Bu dövrdə aerovağzal binasında da yenidənqurma işləri davam etdirilmiş, 2 ədəd yeni eskalator quraşdırılmışdır.
Bütün növ daşımaların həyata keçirilməsində başlıca şərt uçuşların təhlükəsizliyini təmin etməkdir. Buna görə də hava gəmilərinə uçuşqabağı və uçuşdan sonra müntəzəm olaraq texniki baxış keçirilmişdir. Mart ayında yerli hava xətti ilə 22 min 253 sərnişin, 276 min 152 kiloqram baqaj, 83 min 224 kiloqram yük və 2 min 190 kiloqram poçt, beynəlxalq hava xətləri üzrə isə Naxçıvan-Moskva reysləri ilə 313 sərnişin, 1706 kiloqram baqaj, Naxçıvan-İstanbul reysləri ilə 498 sərnişin və 5 min 83 kiloqram baqaj daşınmışdır.
Reyslərin vaxtında və təhlükəsiz təşkili məqsədilə yanacaq ehtiyatı tədarükü də diqqətdə saxlanılmış, anbarlara tələbatdan artıq yanacaq doldurulmuşdur. O cümlədən yanğın təhlükəsizliyi və qəza-xilas­etmə xidməti əməkdaşları müntəzəm olaraq ərazilərdə yoxlamalar keçirmiş, şəxsi heyətlə profilaktik söhbətlər aparılmış, taktiki məşğələlər keçirilmişdir.
Muxtar respublikanın hava nəqliyyatı sisteminin günün tələblərinə uyğun qurulması işləri bundan sonra da davam etdiriləcək, əhaliyə nümunəvi xidmət göstəriləcəkdir.

Naxçıvan Beynəlxalq Hava
Limanının mətbuat xidməti

Aprelin 16-da Naxçıvan şəhərindəki Əliabad Qəsəbə Mərkəzində Naxçıvan Muxtar Respublikası Qəsəbə Bələdiyyələri Assosiasiyasının yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə Qıvraq bələdiyyəsinin sədri Mikayıl Tarverdiyev açıb.
Yığıncaqda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək bildirib ki, dünya təcrübəsində bələdiyyələrin assosiasiyalarının müxtəlif modelləri mövcuddur. Yerli özünüidarə birlikləri ilk dəfə ötən əsrin 70-ci illərinin əvvəllərində Mərkəzi Avropa ölkələrində formalaşdırılıb, sonrakı mərhələdə 90-cı illərin əvvəllərində analoji qurumlar müstəqillik qazanmış Şərqi Avropa və MDB ölkələrində yaradılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi mart ayında öz fəaliyyətini daha da gücləndirmiş, sərnişinlərin rahatlığının təmin olunması və daşımaların həcminin artırılması diqqətdə saxlanılmışdır. Bu dövrdə “Metro Turizm Səyahət Təşkilatı” şirkəti ilə müqavilə bağlanmış və nəticədə, qardaş Türkiyə Respublikasının müxtəlif şəhərlərinə təşkil olunan sərnişindaşıma xidmətinin səviyyəsi xeyli yüksəldilmişdir. İran İslam Respublikasının ərazisindən keçməklə Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə xidmətlər də nümunəvi təşkil olunmuş, mart ayı ərzində Naxçıvandan Bakıya 112 reys olmaqla, 4 min 606, əks istiqamətdə isə 4 min 776 sərnişin daşınmışdır. Ötən ay muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi də yüksəldilmiş, 123 marşrut xətti üzrə hərəkət edən 297 avtobus və 487 taksi vasitəsilə rayon mərkəzləri və kəndlərin hamısına gediş-gəliş təmin olunmuşdur.

Ardını oxu...

Bu gün Naxçıvan şəhəri, rayon mərkəzləri və kəndlər tikilən müasir sosial obyektlərlə yanaşı, həm də təmizliyi və abadlığı ilə diqqəti cəlb edir. Yaşayış məntəqələrində kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Aprelin 16-da muxtar respublikaya gətirilmiş 5 ədəd kommunal təyinatlı avtomobilin təqdimatı olmuşdur.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək demişdir ki, son illər muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirlərinin həcmi xeyli genişləndirilmiş, yaşayış məntəqələri müasirliyə, gözəlliyə qovuşmuşdur. Bu gözəlliyin, abadlığın və səliqə-sahmanın qorunması qarşıda duran başlıca vəzifələrdəndir. Ona görə də muxtar respublikada kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür, yeni texnika və avtomobillər alınıb gətirilir.

Ardını oxu...

Naxçıvan şəhərindəki 2 nömrəli tam orta məktəbdə 1941-1945-ci illər müharibəsinin iştirakçıları Qara Fərzəliyev və Heydər Heydərovla görüş keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Hüseyn Məmmədyarov açaraq məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov məruzə ilə çıxış edib. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 12 mart tarixli Sərəncamı ilə “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı” təsdiq edilib.

Ardını oxu...

62 milyon insanın qanına bais olan İkinci Cahan müharibəsində SSRİ-nin tərkib hissəsi kimi Azərbaycan xalqının da igid oğul və qızları qəhrəmanlıq göstərmişlər. Cəbhəyə Azərbaycandan 700 minədək oğul və qızlar göndərilmişdir. O cümlədən Naxçıvandan 30 minədək döyüşçü bu qanlı müharibədə iştirak etmişdir.
O zaman cəbhəyə yollanan cəsur Vətən övladlarından biri də Naxçıvan şəhər sakini, 19 yaşlı tibb bacısı Dilbər Təhməzbəyova idi. O, müharibənin ilk günündə orduya çağırılaraq tibb bacısı kimi Şimali Qafqazda – Qroznıda yerləşən hərbi xəstəxanaya göndərilir. Tbilisidəki üçillik hərbi həkim kursunu 3 aya mənimsəyib kiçik leytenant rütbəsi ilə 402-ci Azərbaycan atıcı diviziyasının hərbi xəstəxanasında cərrahiyyə şöbəsinin baş tibb bacısı təyin olunur. Müharibənin qanlı 4 ilində Dilbər xanım özü də bir donor kimi şəxsən qan vermiş, gecə-gündüz yuxu çimiri çalmadan keçirilən əməliyyatlarda iştirak etmiş, minlərlə döyüşçünün, əsgər və zabitin sağalıb yenidən cəbhəyə qayıtmasında böyük rəşadət göstərmişdir.
Dilbər xanım həmin hərbi xəstəxanada xidmət edən 9 tibb bacısı rəfiqəsini, onlarla hərbi cərrah həkimlərini indi də dərin hörmətlə xatırlayır. Səkinə Əliyeva, Zərifə Camalbəyova, Xeyrənsə Abdullayeva, Səfiyyə Sultanova, Surə Allahverdiyeva, kapitan Ələsgər Ələsgərov, Mürsəl Qarayev, Ağasət Məmmədov, Cavad Cavadov, Məmməd Tahirov və başqaları 402-ci diviziyanın komandiri, məşhur sərkərdə, sinəsini vətənin orden və medalları bəzəyən general-mayor Akim Abbasovun bütün göstərişlərini ürəklərinin odu-alovu ilə yerinə yetirirdilər.

Ardını oxu...

Aprelin 15-də tanınmış ictimai xadim Səkinə Əliyevanın 90 illik yubileyi qeyd olunub. Əvvəlcə Səkinə Əliyevanın məzarı ziyarət edilib, məzarı üzərinə tər gül dəstələri qoyulub.
Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, Səkinə Əliyeva Vətənə xidmət etməyi özünün başlıca vəzifəsi hesab edib.
Səkinə Əliyevanın 50 ildən artıq əmək fəaliyyəti yüksək dəyərləndirilib, o, “Oktyabr İnqilabı”, “Qırmızı Əmək Bayrağı” ordenləri, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri ­Rəhman Məmmədov çıxış edərək deyib ki, tariximizdə onlarla qadın dövlət başçısı, diplomat, sərkərdə kimi fəaliyyət göstərib, ölkəmizin inkişafı və ərazi bütövlüyü uğrunda mübarizə aparıb. Bu qadınların ­şəxsiyyət olaraq əsl dəyəri onların ziyalılığı və mənəvi kamillikləridir. Yüksək ziyalılığı, mədəniyyəti, xeyirxahlığı, Vətənə, torpağa bağlılığı ilə seçilən belə qadınlardan biri də tanınmış ictimai xadim Səkinə Abbas qızı Əliyevadır.

Ardını oxu...

Aprelin 15-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələri Assosiasiyasının yığıncağı keçirilib. Yığıncağı Ordubad bələdiyyəsinin sədri Eldar Zeynalov açıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək bildirib ki, bələdiyyələrin fəaliyyətinin əsasını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyası yerli özünü­idarəetməni demokratik idarəetmə formasından biri kimi təsbit edib. Azərbaycan Respublikasında bələdiyyələrin statusu bu sahədə qəbul edilmiş ilk qanunlardan olan “Bələdiyyələrin statusu haqqında” 1999-cu il 2 iyul tarixli Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Qeyd olunub ki, Azərbaycan Respublikasında bələdiyyələrin assosiasiyalarının yaradılması “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin Regional Assosiasiyalarının Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi barədə qanunlarda öz əksini tapıb. Bələdiyyələrin regional assosiasiyası müəyyən ərazidə fəaliyyət göstərən bələdiyyələrin öz fəaliyyətlərini əlaqələndirmək, hüquq və mənafelərini daha səmərəli həyata keçirmək məqsədilə yaratdıqları ittifaqdır.

Ardını oxu...

Hər bir insanın ömür payı Ulu Tanrı tərəfindən verilir. Tale və qisməti isə insan öz əməlləri ilə qazanır. Bu mənada elə insanlar var ki, dünyasını dəyişdikdən sonra belə, qəlblərdə həmişəlik yaşayır. Belə şəxsiyyətlər dünyanın ən xoşbəxt, bəxtəvər insanları kimi həyatlarını cəmiyyətin ictimai inkişafı və tərəqqisinə həsr edir, gələcək nəsillərə örnək ömür yolları ilə daim xatırlanırlar. Azərbaycan xalqının yaddaşında hər zaman yaşayan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva da belə şəxsiyyətlərdən idi.

Azərbaycan səhiyyəsinin və tibb təhsili sisteminin mahir təşkilat­çısı, qurucusu və yaradıcılarından olan görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım həkimlik sənətinə kiçik yaşlarından həvəs göstərmişdir. Onun uşaqlıq çağlarının ilk illəri Kəngərli rayonunun Şahtaxtı kəndində keçmiş, sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları ilə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirmişdir.
İnsan, vətəndaş və alim anlayışları Zərifə xanım Əliyeva şəxsiyyətində birləşərək bölünməz bir vəhdət təşkil etmişdir. Zərifə xanımın elm aləminə qədəm qoyması, öz zəngin yaradıcılığı ilə Azərbaycan və dünya elminə dəyərli töhfələr verməsi təsadüfi deyildi. Ona işıqlı yol göstərən atası Əziz Əliyevin Zərifə xanımın həkim-oftalmoloq peşəsini seçməsində böyük təsiri olmuşdur.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsi tələbələrinin iştirakı ilə “Tarixin gedişini dəyişən dahi şəxsiyyət” mövzusunda açıq dərs keçilib.
Açıq dərsdə Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, dosent Qərib Allahverdiyev dahi rəhbər, dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və rolundan bəhs edib. Bildirilib ki, ümummilli liderin yüksək idarəçilik məharəti və böyük siyasi təcrübəsi sayəsində müstəqil, çiçəklənən və firavan Azərbaycanın təməli qoyulub. Ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi Azərbaycan xalqı və dövlətinin gələcəyi üçün tarixi önəm kəsb edir.
Mühazirəçi müstəqilliyimizin təminatçısı dahi rəhbər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin dönməzliyi və əbədiliyinin təmin olunması uğrunda yorulmaz fəaliyyəti, ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət qurulması istiqamətində həyata keçirdiyi islahatlar barədə də danışıb. Vurğulanıb ki, böyük şəxsiyyətlər tarixin gedişinə güclü təsir göstərə bilirlər. Bu, tarixin sınağından çıxmış bir həqiqət kimi real həyatda dəfələrlə öz təsdiqini tapıb. Məhz görkəmli dövlət xadimi Heydər Əliyev dövlətçilik fəaliyyəti ilə Azərbaycan xalqının inkişaf tarixinə öz əbədi möhürünü vurub.
Sonra tələbələr muzeydəki eksponatlarla tanış olublar.

Mina Qasimova

Naxçıvan Tibb Kollecində akademik Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İlhamə Mustafayeva görkəm­li alimin mənalı ömür yolundan və elmi fəaliyyətindən danışıb. Qeyd olunub ki, tibb elmində böyük xidmətləri olan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir. Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında və dünyada tanıdılmasında müstəsna xidmətləri vardır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsində gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib.
“Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 mart 2015-ci il tarixli Sərəncamına əsasən, hərbi xidmətə çağırılan gənclərin yola salınması münasibətilə təşkil edilmiş mərasimi giriş sözü ilə şöbənin rəisi, mayor Vüsal Məmmədov açıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında dövlət qayğısı sayəsində yeni texnologiyaların tətbiqi istiqamətində mühüm addımlar atılır.
Ötən ilin sonlarından etibarən muxtar respublika ərazisində rəqəmli televiziya yayımına başlanması rəqəmli radio yayımına keçid üçün şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən verilən məlumata görə, hazırda 49 verici vasitəsilə muxtar respublikanın bütün yaşayış məntəqələrində 12 televiziya kanalının efirdə yüksəkkeyfiyyətli rəqəmsal formatda yayımı təmin edilir.

Ardını oxu...

Görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 9 aprel tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib. Tədbirlər planına əsasən, Cəmşid Naxçıvanski­nin ev-muzeyində açıq dərslər keçiləcək. Dünən Cəmşid Naxçıvanski­nin ev-muzeyində Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin şagirdlərinin iştirakı ilə açıq dərs keçilib. Açıq dərs başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Məmməd Qəribov çıxış edərək bildirib ki, belə açıq dərslər həftədə iki dəfə olmaqla nazirliyin tabeliyində olan təhsil müəssisələrinin şagird və tələbələrinin iştirakı ilə keçiləcək, bu dərslərdə görkəmli sərkərdənin həyat və fəaliyyətinə nəzər yetiriləcək.
Açıq dərsdə Heydər Əliyev adına tam orta məktəbin tarix müəllimi Feyruz Novruzov bildirib ki, Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçib. O, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr verib. Yüksəkixtisaslı hərbçi kadr hazırlığı sahəsində böyük rol oynayan Cəmşid Naxçıvanski 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq totalitarizmin qurbanına çevrilmiş qəhrəman vətən övladlarındandır.
Sonra şagirdlər ev-muzeyindəki eksponatlarla tanış olublar. Məlumat verilib ki, bu muzey 1981-ci ildə qəhrəman hərbçiyə dərin ehtiramın ifadəsi olaraq ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Muzeyin yaradılmasında əsas məqsəd Cəmşid Naxçıvanskinin keçdiyi döyüş yolunu, onun Azərbaycan hərb sənətindəki rolunu öyrənmək, bu ölməz sərkərdənin hərbi fəaliyyətini gələcək nəsillərə təbliğ etməkdən ibarət olub.

Xəbərlər şöbəsi

İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Azərbaycan sərhədçiləri ilə keçirilən görüşdə Azərbaycan-İran dövlət sərhədində və sərhəd-keçid məntəqələrindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlığın mövcud durumu və perspektivləri müzakirə olunub.
İkitərəfli görüşdən sonra İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev mətbuata açıqlamasında hər iki qurum arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bildirib, dövlət sərhədindən qaçaqmalçılığa, transsərhəd cinayətkarlığa qarşı birgə mübarizə tədbirlərinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev bu cür geniş tərkibdə heyətlə görüşün ilk dəfə məhz Naxçıvanda baş tutduğunu deyib.

Ardını oxu...

Dövlət orqanlarında inzibati vəzifələrin VI-VII təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 18 fevral 2015-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanı mərhələsi davam edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan aldığımız məlumata görə, 36 dövlət orqanından 314 vakant vəzifə müsabiqəyə çıxarılıb. 350 nəfər namizədin sənəd təqdim etdiyi müsabiqənin aprelin 9-da başlanılan test mərhələsində namizədlərə qanunvericilik bilikləri üzrə 40, məntiqi təfəkkürün yoxlanılması üzrə 30, kompüter biliklərinin yoxlanılması üzrə 15, ümumi dünyagörüşü üzrə 15 olmaqla, 100 test tapşırığı təqdim olunub.
Məlumatda o da bildirilib ki, test imtahanları gündə iki dəfə olmaqla aprelin 17-dək davam edəcək. İmtahanlarda namizədlərin öz biliklərini sərbəst şəkildə nümayiş etdirmələri üçün hərtərəfli şərait yaradılıb. Obyektivliyin və tam şəffaflığın təmin edilməsi məqsədilə imtahan gedişinin video və audio yazısı qeydə alınır. İmtahandan dərhal sonra namizədlərə cavab kartı və nəticə arayışı verilir, imtahan nəticələri komissiyanın internet saytında yerləşdirilir. Test imtahanında müvafiq keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanırlar.

Xəbərlər şöbəsi

Kəngərli Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının birgə təşkilatçılığı ilə Xok kənd tam orta məktəbində 1941-1945-ci illər müharibəsində qazanılan qələbənin 70-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Emin Məmmədxanlı açaraq 1941-1945-ci illər müharibəsində iştirak edən naxçıvanlı vətənpərvər igidlərin göstərdiyi şücaətdən danışıb. O bildirib ki, 1941-1945-ci illərdə 700 minə yaxın azərbaycanlı, başqa sözlə, respublika əhalisinin hər 5 nəfərindən biri cəbhəyə yollanıb, onların 450 min nəfəri və ya 65 faizi orden və medallarla təltif olunub, 130 nəfər “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. Müharibədə iştirak etmiş soydaşlarımızın, təxminən, yarısı həlak olub, azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 223-cü və 77-ci diviziyalar şərəfli döyüş yolu keçib. Xalqımızın sarsılmaz iradəsi və inamı ön və arxa cəbhəni birləşdirib, faşizm üzərində qələbənin reallaşmasına kömək edib. Müharibədə şərəfli döyüş yolu keçmiş həmyerlilərimizin adları bu gün də iftixarla səslənir. Çünki onların tarixi şücaətləri gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR