23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsində gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib.
“Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 mart 2015-ci il tarixli Sərəncamına əsasən, hərbi xidmətə çağırılan gənclərin yola salınması münasibətilə təşkil edilmiş mərasimi giriş sözü ilə şöbənin rəisi, mayor Vüsal Məmmədov açıb.

Bildirilib ki, ölkəmizdə ordu quruculuğuna göstərilən dövlət qayğısı Silahlı Qüvvələrimizin hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatı yaxşılaşdırılıb, şəxsi heyətin mənəvi- psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb. Silahlı Qüvvələrin Naxçıvanda yerləşən hissələrində də bu gün yüksək şərait yaradıldığını diqqətə çatdıran mayor Vüsal Məmmədov onu da bildirib ki, görülən bu işlər çağırışyaşlı gənclərin hərbi hissələrdə nümunəvi xidmətinə imkan verib.
Culfa rayon prokurorunun köməkçisi Xalid Ağayev, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının Qadınlar Şurasının sədri Təranə Bayramova çıxış edərək bu əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn Elxan Əsgərov ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdırıb, övladının hərbi xidmətə yola salınmasının onun üçün əlamətdar bir hadisə olduğunu bildirib.
Çağırışçılar adından çıxış edən Orucəli Mansurov Vətənə şərəflə xidmət edəcəklərinə, komandir və rəislərin əmrlərini vaxtında və dəqiq yerinə yetirəcəklərinə, əsgər adını həmişə uca tutacaqlarına söz verib.
Qeyd edək ki, analoji tədbir Ordubad rayonunda da keçirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR