23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikanın dəmir yolu nəqliyyatında xidmətin nümunəvi təşkili diqqətdə saxlanılır, yolların və qatarların sazlığı yoxlanılır, yollarda təhlükəsiz və fasiləsiz hərəkət təmin olunur. Mart ayında Culfa lokomotiv deposunda elektrovozlar 3, teplovozlar isə 1 dəfə texniki baxışdan keçirilmiş, cari təmir işləri aparılmışdır. Bu dövrdə Culfa vaqon deposunda isə 4 vaqon təmir edilmişdir. Xidməti ərazilərdəki bütün keçidlər, yol yatağı və yoldəyişdiricilər yoxlanılmış, çatışmazlıqlar aradan qaldırılmışdır.

Ay ərzində defektoskop briqadası tərəfindən 157 kilometr baş yol, 27 kilometr stansiya yolları, 55 dəst yoldəyişdirici qurğu və 7500 ədəd qaynaq calağı yoxlanılmışdır. Rabitə və işarəvermə sahəsi üzrə stansiyalarda 26 müxtəliftipli rele dəyişdirilmiş, dispetçerlə maşinistlər arasında olan radio-rabitənin etibarlılığını artırmaq məqsədilə lokomotivlərdə 4, stansiyalarda isə 3 ədəd müxtəliftipli blok dəyişdirilmişdir.
Dəmir yolu infrastrukturunun müasirləşdirilməsi, yeni xidməti obyektlərin tikintisi və yenidənqurma işləri mart ayında da davam etdirilmişdir. Belə ki, ötən ay Ordubad stansiyası idarəetmə mərkəzində əsaslı təmir işləri aparılmış, Ordubad yol sahəsinin inzibati binasının və Ordubad dəmiryol sərnişin vağzalı binasının tikintisi davam etdirilmişdir.
Ümumiyyətlə, mart ayında görülmüş işlər nəticəsində Ordubad-Vəlidağ istiqamətində hərəkətdə olan yük və sərnişin qatarlarının fasiləsiz işi təmin olunmuşdur. Bu dövrdə 11 min 428 sərnişin dəmir yolu nəqliyyatından istifadə etmiş, yük qatarları vasitəsilə 3 min 437 ton müxtəlif təyinatlı yük daşınmışdır. Yerlərdə yaradılan şərait və həyata keçirilən ardıcıl tədbirlər növbəti aylarda da sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verəcəkdir.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR