23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Naxçıvan” Universiteti tələbələrinin iştirakı ilə “Müstəqil Azərbaycan dövlətinin qurucusu” mövzusunda açıq dərs keçilib.
Universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli bildirib ki, müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazan qədim bir xalqın simvolu səviyyəsinə yüksəlib. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində ulu öndərin ölməz, işıqlı obrazı yaşayır. Dahi rəhbərin vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilas olunması, Azərbaycanın inkişafı naminə mübarizədə misilsiz xidmətləri Onu hələ sağlığında xalqımızın ümummilli liderinə çevirib.
Qeyd olunub ki, xilaskarlıq missiyası ümummilli liderimizin genişmiqyaslı fəaliyyətinin əsasını təşkil edib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və böyük əzmkarlığa malik ulu öndərimiz Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizi tənəzzül burulğanından çıxararaq respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilib.

Vurğulanıb ki, xalqımızın böyük oğlu Heydər Əliyev XX əsr Azərbaycan tarixində təkcə milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş lider kimi deyil, həm də yaratdığı dövlətin möhkəmliyini, dayanıqlılığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəmin hazır­layan böyük strateq, müdrik rəhbər kimi xalqımızın qəlbində yaşayır. Qüdrətli siyasətçinin əzmi və iradəsi ilə Azərbaycan dövləti 1990-1993-cü illərin ağır hadisələrindən keçib gələrək parçalanıb məhv olmaq təhlükəsindən qoruna bilib.
Bildirilib ki, Azərbaycan iqtisadiyyatı dirçəlib, ölkə­nin sənayesi və kənd təsərrüfatı inkişaf dövrünə qədəm qoyub. Dahi şəxsiyyətin ölkə­mizdə nail olduğu ictimai-siyasi sabitliyin nəticəsidir ki, dünyanın nüfuzlu şirkətlərinin Azərbaycana olan marağı daha da artıb. Ulu öndər xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi-iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətini miras qoyub. Görkəmli dövlət xadimi Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq ölkəmizi və xalqımızı bəlalardan qurtarıb. ­Bütün bunlara görə ümummilli ­liderimiz Heydər Əliyev xalqımızın qəlbində əbədiyaşarlıq qazanıb.
Sonra tələbələr muzeydəki eksponatlarla tanış olublar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR