23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında dövlət qayğısı sayəsində yeni texnologiyaların tətbiqi istiqamətində mühüm addımlar atılır.
Ötən ilin sonlarından etibarən muxtar respublika ərazisində rəqəmli televiziya yayımına başlanması rəqəmli radio yayımına keçid üçün şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən verilən məlumata görə, hazırda 49 verici vasitəsilə muxtar respublikanın bütün yaşayış məntəqələrində 12 televiziya kanalının efirdə yüksəkkeyfiyyətli rəqəmsal formatda yayımı təmin edilir.

Rəqəmli radio yayımının təşkil edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən bu ilin yanvar ayından müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb və mart ayının sonunda test-sınaq işləri başa çatdırılıb. Hazırda “Naxçıvanın səsi” radiosu, Naxçıvan dövlət radiosu, Azərbaycan milli radiosu, “Azad Azərbaycan”, “Araz”, “Lider”, “Space”, “ANS ÇM”, “Radio Anten” və “İctimai” radio dinləyicilərə rəqəmli formatda təqdim olunur.
Bununla da, sosial paketə 10 ədəd radio kanalının da daxil edilməsi ilə Azərbaycanda yerüstü yayım imkanları daxilində ilk dəfə Naxçıvan Muxtar Respublikasında radio pro­qramlarının rəqəmsal formatda yayımı təşkil edilib.
Artıq muxtar respublikanın istənilən yaşayış məntəqəsində sosial paketdə televiziya kanalları ilə yanaşı, radio kanallarını da hər hansı maneə olmadan dinləmək mümkündür.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR