23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə 1941-1945-ci illər müharibəsi veteranları ilə görüş keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Qara Fərzəliyev, şuranın sədr müavini Heydər Heydərov, şuranın Naxçıvan şəhər təşkilatının sədri Firudin Süleymanov iştirak ediblər.
Tədbiri məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Namiq Məmmədov açaraq 1941-1945-ci illər müharibəsində alman faşizminə qarşı mübarizədə qəhrəmanlıq göstərmiş azərbaycanlıların şücaətindən bəhs edib. Bildirilib ki, 70 illik yubileyi qeyd edilən tarixi qələbənin qazanılmasında iştirak etmiş naxçıvanlıların keçdiyi döyüş yolu, onların qəhrəmanlığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.
Sonra müharibə veteranları Qara Fərzəliyev və Heydər Heydərov çıxış edərək müharibənin çətin günlərindən, müxtəlif cəbhələrdə iştirakçıları olduqları döyüş xatirələrindən danışıblar. Qələbənin qazanılmasında Azərbaycan diviziyalarının böyük şücaət göstərdiklərini qeyd edən veteranlar 1941-1945-ci illər müharibəsi veteranlarına dövlətimiz tərəfindən hər zaman diqqət və qayğı göstərildiyini vurğulayıblar.

Bildirilib ki, belə tədbirlərin keçirilməsi qanlı müharibədə iştirak etmiş 30 mindən çox naxçıvanlının qəhrəmanlığına verilən yüksək qiymətdir. Muxtar respublikada gənclərin qəhrəmanlıq ruhunda tərbiyəsi baxımından bu cür tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir.
Sonda məktəbin direktoru Namiq Məmmədov görüşə gəldikləri üçün veteranlara minnətdarlığını bildirib, onları qələbənin ildönümü münasibətilə təbrik edib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR