23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində ali məktəbin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu” mövzusunda 192-ci məşğələsi keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən növbəti məşğələni giriş sözü ilə ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq qeyri-adi fitri istedada, dərin zəkaya və analitik təfəkkürə malik ulu öndər Heydər Əliyevin çətin və məsuliyyətli, şərəfli ömür yolundan, siyasi fəaliyyətindən danışıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin müasir inkişafına, iqtisadi, siyasi və hərbi qüdrətinə, beynəlxalq nüfuz sahibi olmasına məhz Heydər Əliyev ideyalarını əzmlə davam etdirməklə nail olub. Ümummilli liderin həyat və fəaliyyətinin, zəngin siyasi irsinin öyrənilməsi və təbliği tələbə gəncliyin də başlıca məramı olmalıdır.

Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə üzrə elmlər doktoru, professor Məmməd Rzayev mövzu ilə bağlı məruzə edərək bildirib ki, XX əsrin ikinci yarısından etibarən dahi rəhbər Heydər Əliyev iki siyasi sistemdə Azərbaycana rəhbərlik edib, nəinki müstəqillik illərində, totalitar sovet rejimi dövründə belə, Azərbaycan Respublikasının yüksəlişinə, xalqın mənəvi-mədəni inkişafına nail olub. Xalqımızın böyük oğlu Heydər Əliyev öz ömrünü, bütün siyasi və dövlətçilik fəaliyyətini çağdaş Azərbaycanın, milli dövlətçiliyin inkişafı və möhkəmlənməsinə sərf edib.
Bildirilib ki, ulu öndərimiz Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə burada müstəqil dövlət quruculuğuna başlayıb, Naxçıvanın ərazi bütövlüyünü və muxtariyyət statusunu qoruyub saxlayıb. Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın sosial-iqtisadi tərəqqisində, ölkədə ictimai sabitliyin yaradılmasında, milli ideologiyanın formalaşmasında, dövlətimizin uzaqgörən və balanslaşdırılmış xarici siyasətinin müəyyənləşdirilməsində misilsiz xidmətlər göstərib. Ümummilli lider görkəmli dövlət və siyasi xadim kimi müasir Azərbaycan tarixinin parlaq səhifələrini yaradıb. Heydər Əliyev yolu ilə gedən Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirib, ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub, dünyada söz sahibinə çevrilib.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR