23 Dekabr 2024, Bazar ertəsi

Aprelin 23-də Əlahiddə Ümumqoşun Ordusunun ­Təlim-Tədris Mərkəzində Çanaq­qala zəfərinin 100-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Əlahiddə Ümumqoşun Ordusunun Mənəvi-psixoloji təminat şöbəsinin rəisi, polkovnik Mirqiyas Rüstəmov açaraq bildirib ki, Birinci Dünya müharibəsi zamanı – 1915-1916-cı illər arasında Osmanlı dövləti ilə Antanta İttifaqı arasında dəniz və quru döyüşləri olub.

Düşmən qüvvələri ilk hədəf kimi Türkiyənin mühüm strateji mövqelərindən biri olan Çanaqqala boğazını seçmişdilər. Ancaq ittifaqa daxil olan dövlətlərin hücumları müvəffəqiyyətsizliyə düçar edilib və düşmən geri çəkilməyə məcbur olub. Osmanlı ordusu ittifaq dövlətləri ilə müqayisədə sayının az, təchizat baxımından isə zəif olmasına baxmayaraq, düşmənin bütün hücumlarını dəf etməyi bacarıb. Türk ordusu bu ağır döyüşdə 253 min şəhid verib. Bu şəhidlər arasında 3 minədək azərbaycanlı könüllü qəhrəmancasına vuruşaraq əbədiyyətə qovuşub.
Qeyd olunub ki, Çanaqqala zəfəri məhv olmaq təhlükəsində olan bir ölkənin şanlı qələbəsidir. Eyni zamanda bu zəfər türk millətinin gücünün və sarsılmazlığının ifadəsidir.
Tədbirdə istedadlı hərbi qulluqçulardan ibarət bədii özfəaliyyət kollektivlərinin çıxışları alqışlarla qarşılanıb.
Sonda hərbi-vətənpərvərlik mövzusunda film və slaydlar nümayiş etdirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR