23 Dekabr 2024, Bazar ertəsi

(Əvvəli qəzetin 15 iyul 2015-ci il tarixli sayında )

1990-cı ilin əvvəllərindən baş verən qarışıq siyasi hadisələr burulğanı ilin ortalarına doğru daha da güclənmişdi. Ən çətin gündə xalqı ilə bərabər olmaq üçün ümummilli lider Heydər Əliyev Moskvadan Naxçıvana qayıtmışdı.
Doğma vətəninə qayıdışından sonra 22 iyul 1990-cı ildə Naxçıvan şəhərindəki Azadlıq meydanında xalq qarşısında ilk tarixi çıxışını edən ulu öndər Heydər Əliyev siyasi hadisələr fonunda mətbuatımızı da unutmamış, ilk müsahibəsini “Şərq qapısı” qəzetinə vermişdir.
Ulu öndər Heydər Əliyev Azərbaycana tarixi qayıdışından sonra bütün dünyanın nəzərlərini mətbuatın gücü ilə Naxçıvana yönəltməyə nail olmuşdur. Bu haqda “Şərq qapısı” qəzetinin 75 illik yubileyi müna­sibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qəzet redaksiyasına göndərdiyi təbrik məktubunda deyilir: “1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən möhtərəm Heydər Əliyevin şəxsiyyəti və fəaliyyəti ətrafında Azərbaycan Respublikasına o zaman rəhbərlik etmiş şəxslərin yaratdıqları sərt informasiya blokadasının yarılmasında “Şərq qapısı” qəzeti xüsusi rol oynamışdır...
Möhtərəm Heydər Əliyevin Naxçıvanın erməni təcavüzündən qorunması, muxtar respublikanın statusunun möhkəmləndirilməsi, sərt blokada və ağır iqtisadi şəraitdə yaşayan əhalinin soyuqdan və aclıqdan xilas edilməsi ilə əlaqədar qonşu İran və Türkiyə respublikaları ilə apardığı danışıqların, imzaladığı protokolların səmərəli nəticələri barədəki həqiqətlər qəzetin nəşr etdiyi xüsusi bülletenlər vasitəsilə Azərbaycan Respublikasının digər bölgələrindəki əhaliyə çatdırılırdı”.

Ardını oxu...

Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi tamam olur. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci il iyunun 2-də “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamdan irəli gələn vəzifələrin Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 10 iyun tarixli Sərəncamı ilə “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planında nəzərdə tutulmuş “Mətbuat: tarix və müasirlik” mövzusunda növbəti dəyirmi masa Şərur rayonunda keçirilib.
Naxçıvan Mətbuat Şurası üzvlərinin, şəhər və rayon qəzetləri redaktorlarının, “Şərurun səsi” qəzeti əməkdaşlarının iştirak etdiyi tədbiri Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Zəhra Bayramova açaraq mətbuat işçilərini qarşıdan gələn yubiley münasibətilə təbrik edib.
Tədbirdə Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov “Azərbaycan milli mətbuatının keçdiyi yol”, “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov “Mətbuat: tarix və müasirlik” və “Şərurun səsi” qəzetinin redaktoru Elman Məmmədov “Muxtar respublikada mətbuata dövlət qayğısı” mövzularında çıxış ediblər.

Ardını oxu...

İyulun 14-də Naxçıvan şəhərindəki “Duzdağ” otelində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 46-cı ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənc­lər Birliyinin sədri Azad Cabbarov çıxış edərək bildirib ki, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol məhz 1969-cu ildən, yəni ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən başlanıb. Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Qeyd olunub ki, respublikaya rəhbərliyinin bütün dövrlərində ümummilli lider Heydər Əliyev sağlam gənc­liyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsini diqqət mərkəzində saxlayıb. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran dahi şəxsiyyət gənclər siyasətini ölkədə həyata keçirilən ümumi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Məhz ulu öndərimizin müəyyənləşdirdiyi, ölkə başçısı cənab İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində gənclər cəmiyyətdə bu gün öz layiqli yerini tutur.

Ardını oxu...

 

Şəhərsalma mədəniyyətinin beş min il tarixi olan, şərəfli yol keçən qədim Naxçıvan tarixin heç bir dönəmində son illərdəki kimi bütöv, genişmiqyaslı iqtisadi uğurlar qazanmayıb. İnfrastrukturu müasir şəkildə yeniləşərək inkişafın yeni mərhələsinə qədəm qoyub bu müqəddəs torpaq. Qürur hissi keçiririk ki, bütün bunlar Naxçıvanın böyük tarix yaradan və tarixə hökm edən zəfər yoludur.

Ardını oxu...

Bu mövzuda AMEA Naxçıvan Bölməsində elmi konfrans keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2 iyun 2015-ci il tarixli Sərəncam imzalamış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 10 iyun tarixli Sərəncamı ilə “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər planına əsasən, dünən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Mətbuat Şurasının təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda mətbuatın inkişafı” mövzusunda elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirmişdir ki, 1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır. Qəzet insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırmış, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərmişdir. “Əkinçi”nin bəyan etdiyi prinsipləri rəhbər tutan və onun ənənələrini davam etdirən Azərbaycan mətbuatı sonrakı illərdə dövrün mütərəqqi fikirlərini əks etdirmiş, cəmiyyəti düşündürən məsələləri ictimai müzakirəyə çıxarmış, milli-mənəvi dəyərlərin təbliğində, insanların maariflənməsi və milli şüurun formalaşmasında, xalqımızın müstəqillik arzularının gerçəkləşməsində mühüm rol oynamışdır.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı iyulun 14-də Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasının 46-cı ildönümünə həsr olunmuş “Milli istiqlalın və intibahın başlandığı gün” mövzusunda elmi konfrans keçirmişdir.
Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədr müavini, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev “Ümummilli lider Heydər Əliyev və Azərbaycan” mövzusunda çıxış edərək demişdir ki, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz həyatının bütün dövrlərində xalqı və dövləti üçün fəaliyyət göstərməyi ömrünün başlıca qayəsi hesab etmiş, Vətənə, xalqa sədaqətlə və yorulmaz xidmətin müstəsna nümunəsini yaratmışdır. 1969-cu ildə Azərbaycan özünün böhranlı günlərini yaşayanda da, 1993-cü ildə dövlət müstəqilliyimiz məhvə sürüklənəndə də dahi Heydər Əliyev böyük xilaskarlıq missiyası ilə Azərbaycanı bütün sınaqlardan çıxarmışdır.

Ardını oxu...

(Əvvəli qəzetin 9 iyul 2015-ci il tarixli sayında)

“Şərq qapısı” qəzetinin həyatında 1970-ci ildən sonra yeni mərhələ başlanır. Keçən əsrin 70-80-ci illərində respublikamızın hər bir bölgəsində olduğu kimi, Naxçıvanda da mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərilmiş, məhz bu dövrdə mətbuat işçilərinin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Ötən əsrin 70-ci illərinin əvvəllərində Naxçıvanda redaksiya-nəşriyyat kompleksi inşa olunmuş, “Şərq qapısı” qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Bu dövrdə qəzet muxtar respublikanın ictimai-siyasi, sosial həyatının işıqlandırılmasında, qabaqcıl, yaradıcı və ziyalı adamların portretlərinin yaradılmasında, Naxçıvanın iqtisadi potensialının dirçəlişində və tərənnümündə mühüm rol oynamışdır. XX əsrin 70-80-ci illərində qəzetdə millilik prioritetləri önə çəkilmiş, dil, ədəbiyyat, mədəniyyət və tarixə həsr olunmuş, Azərbaycançılıq ideologiyasına xidmət edən yazılar da dərc edilmişdir.

Ardını oxu...

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri və rolu var. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaratmışdır. Buna görə də ümummilli liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə aktualdır. Ulu öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü də xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra respublikanın iqtisadi, ictimai-siyasi, mədəni tarixində yeni bir dövr başlanmışdır. Dahi şəxsiyyət neçə illərin sükunətini hərəkətə gətirmiş, milləti, milli düşüncəni oyatmış, güclü iqtisadi potensial yaratmışdır.
Xalqımızın böyük oğlunun dövlət xadimi kimi formalaşmasında ötən əsrin 50-60-cı illəri həlledici rol oynamışdır. Məhz bu illərdə vəzifə pillələrində yüksəlişi Ona imkan verirdi ki, sovet dövlətçiliyinin mahiyyətinə dərindən bələd olsun. Bakıda M.C.Bağır­ovun mühakiməsindən sonra milli kadrlar artıq heç nəyi həll etmirdilər, dövlət təhlükəsizliyi orqanlarında isə vəziyyət, sadəcə olaraq, milli mənafelər baxımından faciəli idi. Dahi şəxsiyyət Heydər Əliyev müəyyən taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planları həyata keçirməyə çalışırdı. Həmin planlardan birincisi xalqı özünə tanıtdırmaq, onun etnokulturoloji həyatını bərpa etmək idi.

Ardını oxu...

Tarix dəfələrlə sübut etmişdir ki, yalnız milyonlarla insanı bir məqsəd ətrafında sıx birləşdirən rəhbər öz millətini irəli apara bilər. Azərbaycanın mübarizələrlə dolu qədim tarixinə baxdıqda, hələ ötən əsrin 70-ci illərindən bu günədək milli özünüdərk istiqamətində Heydər Əliyev şəxsiyyətinin açdığı yol açıq görünməkdədir.

Bir ölkənin gücü onun iqtisadiyyatı ilə ölçülür. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar məhz onun iqtisadiyyatının verdiyi güclə müstəqil siyasət yeridə bilməklə qazanılmışdır. Bu uğurların əsası xalqımızın böyük oğlu Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə qoyulmuşdur. Bu, həmin dövr idi ki, Azərbaycan keçmiş SSRİ-nin ən geridə qalmış respublikalarından biri kimi taleyin ümidinə buraxılmışdı. Belə ki, o dövrdə görkəmli dövlət xadimi Heydər Əliyev respublika rəhbərliyinə seçiləndə Azərbaycanın iqtisadiyyatı dərin iqtisadi böhran mərhələsi keçirirdi. Həyatın bütün sahələrində sosial-iqtisadi inkişafın geriliyi açıq-aydın görünürdü. Bir çox sahələrdə – milli gəlirin inkişaf templərinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinə, ictimai əməyin məhsuldarlığına görə Azərbaycan ittifaq göstəricilərindən geridə qalırdı. 1969-cu ildə Azərbaycan SSR təkcə milli gəlirin həcminə görə ümumittifaq səviyyəsindən 2 dəfə geri qalırdı.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev universitetinin 198-ci məşğələsi keçirilib.
“Tərəqqi, yüksəliş və intibahın başlanğıc günü” mövzusundakı məşğələni giriş sözü ilə rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq ümummilli lider Heydər Əliyevin istər totalitar sovet rejimi, istərsə də müstəqillik illərində hakimiyyətdə olduğu zaman Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlər göstərdiyini vurğulayıb.
Qeyd olunub ki, 1969-cu il iyul ayının 14-də görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra keçmiş ittifaqın tənəzzül etməkdə olan bu respublikası inkişaf yoluna qədəm qoydu. Azərbaycan qısa bir zamanda aqrar ölkədən sənaye ölkəsinə çevrildi. Burada bir sıra ittifaq əhəmiyyətli sənaye müəssisələri salındı, əhalinin maddi-rifah halı yaxşılaşdırıldı, yeni iş yerləri açıldı. Azərbaycan tarixinin, mədəniyyətinin qorunması və təbliği, Azərbaycan dilinin dövlət dili statusu qazanması, milli elm və təhsilin, səhiyyənin inkişafı istiqamətində mühüm işlər görüldü. Müstəqillik illərində Azərbaycanda xarici və daxili siyasətin düzgün müəyyənləşdirilməsi, dinamik inkişafa və ərazi toxunulmazlığına nail olunması məhz ümummilli liderin çoxillik siyasi səriştəsinin nəticəsidir.

Ardını oxu...

Cəsarəti, prinsipial qərarları, ən çətin şəraitdə çıxış yolu tapmaq məharəti ilə seçilən ümummilli liderimiz Heydər Əliyev xalqı və dövləti qarşısındakı müqayisəyəgəlməz xidmətləri ilə təkcə böyük tarixi epoxanın yaradıcısı yox, həm də alternativi olmayan mütərəqqi inkişaf yolunun müəllifidir.
Ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu, taleyi respublikanın yarım əsrə bərabər tərəqqi və yüksəliş dövrü ilə ayrılmaz surətdə bağlıdır. Onun xalqımıza miras qoyduğu bu müqəddəs yol bundan sonra onilliklər boyunca da Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirəcək, ölkəmizin dünya sivilizasiyasına dəyərli töhfələr verməsinə, regional və qlobal məsələlərdə aparıcı mövqedə olmasına, fəallığını qoruyub saxlamasına rəvac verəcəkdir.
Dahi rəhbər Heydər Əliyev böyük uzaqgörənliklə hələ keçmiş Sovet İttifaqı dönəmində Azərbaycanın müstəqilliyinə etibarlı zəmin yaratmaq üçün konkret addımlar atmışdı. Təsadüfi deyil ki, ümummilli liderimizin birinci hakimiyyəti dövründə Azərbaycan qısa müddətdə Rusiya və Ukrayna kimi özünü iqtisadi cəhətdən təmin etməyə qadir bir respublikaya çevrildi. Həmin dövrdə bu 3 respublikadan başqa, digərləri bu səviyyəyə yüksələ bilməmişdilər.

Ardını oxu...

İyulun 11-də muxtar respublikanın şəhər və rayonlarında keçirilən iməciliklər mütəşəkkilliyi ilə yadda qalmışdır.
Naxçıvan şəhərinin sakinləri Uzun­oba Su Anbarının yaxınlığındakı yaşıllıq sahəsində, müəssisə və təşkilatların ərazilərindəki ağaclara aqrotexniki qulluq göstərmişdir.
Şərur rayonunda keçirilən iməciliklərdə də əhalinin mütəşəkkilliyi müşahidə edilmiş, rayonun Zeyvə, Yuxarı Daşarx və Dizə kəndlərindəki yaşıllıq sahələrində təmizlik və suvarma işləri görülmüşdür.
Babək rayonunun sakinləri isə Babək qəsəbəsində və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gedən yolun kənarlarındakı ağaclara aqrotexniki qulluq göstərmişlər.
Ordubad rayonunda keçirilən iməciliklərdə rayon sakinləri Naxçıvan-Ordubad magistral yolunun “Əylis düzü” adlanan hissəsində, Aşağı Əylis yolunda və rayon Mərkəzi Xəstəxanasının həyətindəki yaşıllıqlarda təmizlik və suvarma işləri aparmışlar.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayevin “1969-cu ildən başlanan zəfər yolu” adlı məruzəsi dinlənilmiş, məruzə ətrafında müzakirələrdə Yengicə və Maxta kənd tam orta məktəblərindəki ilk partiya təşkilatlarının sədrləri Elmira Rzayeva və Musa Şirəliyev, partiya fəalı Teymur Abbasov və digərləri çıxışlar etmişlər.
Qeyd edilmişdir ki, ötən əsrin altmışıncı illərinin sonunda Azərbaycandakı vəziyyət o həddə çatmışdı ki, ciddi dəyişikliklərə zəruri ehtiyac yaranmışdı. Əks təqdirdə, respublika daha dərin uçuruma düşə bilərdi. 1969-cu il iyul ayının 14-də xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublika özünün yeni inkişaf mərhələsinə qədəm qoydu.
O vaxtlar Moskvanın Azərbaycana açıq-aşkar ögey münasibətinə baxmayaraq, Heydər Əliyev bütün maneələri böyük məharətlə aradan qaldıra bildi. Nəticədə, baş alıb gedən tənəzzülün qarşısı alındı, ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində inkişaf dövrü başlandı. Həmin dövrdə Azərbaycan, sözün həqiqi mənasında, nəhəng tikinti meydanını xatırladırdı. Şəhər və rayonlarda böyük emal və istehsal kompleksləri, fabrik və zavodlar, səhiyyə və mədəniyyət müəssisələri, məktəblər, inzibati binalar, saysız-hesabsız yaşayış evləri, yollar, istirahət parkları, mehmanxanalar tikildi. Kənd təsərrüfatı gəlirli sahəyə çevrildi, heyvandarlıq məhsulları istehsalının artırılması istiqamətində tədbirlər həyata keçirildi. Nəhəng meliorativ qurğular yaradıldı.

Ardını oxu...

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya hazırlanmış, müəllifi olduğum “Qurtuluş dastanı” adlı əsərimin premyerasında iştirak etmək üçün aldığım dəvətə əsasən 14-16 iyun 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikasına getdim.
Hava limanına düşdüyüm andan gördüyüm mənzərə məni valeh etdi. Sanki nağıllar aləmindəydim. Çıxışda dayanıb ətrafı xeyli seyr etmək məcburiyyətində qaldım. İnsan əli ilə yaradılan, ətrafı qoynuna almış yamyaşıl qazonlar və gül-çiçəklə əhatə olunmuş təbiət gözəlliyi içində nizamla cərgələnmiş taksilər, uniforma geyinmiş taksi sürücülərinin son dərəcə kübar davranışları, qarşılayanların ruha rahatlıq gətirən təbəssümləri, gözoxşayan səliqə-sahman və sair ürəkaçan bir ovqat yaradırdı.
Heç bir mübaliğəsiz demək olar ki, sezilən hər şey könül oxşayırdı.
İrəliləyən anlarda müşahidə etdiyim, aydınca görünməyə başlayan muxtar respublikada yaradılan nümunəvi idarəçilik, hər tərəfdə qanunların aliliyinə hörmətlə yanaşma, sakit və firavan həyat tərzi insanda yüksək təəssürat yaradırdı.
Ekoloji təmizliyi, ciyərlərə məlhəm olan tərtəmiz havanı, ətrafı ağuşuna almış yaşıllığı, küçələrboyu gözoxşayan gözəlliyi, yaraşıqlı binaları, yaşamaq üçün rahat və sakit mühiti, müsbət auranı, istər Naxçıvana gələn qonaqlarla, istərsə də yerli insanların bir-biri ilə son dərəcə mehriban davranışı, isti və gülərüz münasibəti gördükdə düşünürsən ki, müstəqilliyimizin bizə bəxş etdiyi, ölçü­lərə sığmayan nə qədər böyük uğurlara nail olmuşuq. Bu uğurların Naxçıvan modeli nümunə üçün istənilən inkişaf etmiş ölkələrə nümayiş etdirilə bilər. Bütün bunlar, həqiqətən də, heyranedici, qürurvericidir və heç şübhəsiz ki, heç vaxt mənim yaddaşımdan silinməyəcəkdir!..

Ardını oxu...

Bütün bunlar Milli Qurtuluş Gününün bəhrələri, ulu öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir

Ötən ay ölkəmizdə və onun Naxçıvan Mux­tar Respublikasında 15 İyun – Milli Qurtuluş Günü böyük təntənə ilə qeyd olundu. Milli Qurtuluş Günü ölkəmizin bəlalardan xilas olduğu, vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulduğu, milli dövlətçiliyimizin gələcəyinin qorunduğu gün kimi daim xatırlanır.

Azərbaycanın xilası məhz ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə mümkün oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskarlıq missiyasına – Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət edir”.
Tarixinin çiçəklənmə, intibah dövrünü yaşayan Naxçıvanın 20 illik inkişaf tarixi Heydər Əliyev yolunun uğurla davam etdirilməsi nəticəsində şərəfli salnaməyə çevrilib.

Ardını oxu...

İyulun 8-də Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib.

“Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 may 2015-ci il tarixli Sərəncamına əsasən, hərbi xidmətə çağırılan gənclərin yola salınması münasibətilə təşkil edilmiş mərasimi giriş sözü ilə idarənin Çağırış bölməsinin rəisi, mayor Mirzə Rəhimov açıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Naxçıvan Şəhər Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov çıxış edərək bildiriblər ki, Milli Ordumuzda xidmət etmək Vətənə xidmətdir. Milli Ordumuz Azərbaycanın müstəqilliyinin, onun təhlükəsizliyinin qoruyucusudur. Buna görə də bugünkü gənclərimiz daha yaxşı xidmət etməli, xidmət dövrü hərbi texnikanın sirlərinə daha yaxşı yiyələnməli və Ali Baş Komandanın əmri olarsa, istənilən anda düşmənə layiqli cavab verməlidirlər.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 24 avqust tarixli Sərəncamına əsasən, 9 iyul Azərbaycan Diplomatlarının Peşə Bayramı Günü elan edilmişdir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, diplomatiya sahəsində də mühüm uğurlar əldə olunmuşdur. Ümummilli liderin rəhbərliyi ilə ölkəmizin tarazlaşdırılmış xarici siyasətinin həyata keçirilməsi Azərbaycanı beynəlxalq birliyin nüfuzlu üzvünə çevirmişdir. Ulu öndərin təşəbbüsü və rəhbərliyi altında elmi və milli əsaslara, dərindən düşünülmüş konsepsiyaya söykənən xarici siyasət prinsipləri bərqərar olmuş, bu sahənin inkişafına xidmət edən mühüm qərarlar qəbul edilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin xarici siyasətinin mahiyyət və vəzifələrini müəyyənləşdirərək demişdir: “Xarici siyasət, ilk növbədə, Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Əsas vəzifəmiz dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir”.

Ardını oxu...

“Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 may 2015-ci il tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov açıb.

Ardını oxu...

2015-ci il iyun ayının əvvəllərində Naxçıvan Muxtar Respublikasında yaşayan azərbaycanlı jurnalist Həsən Paşalı ilə uzun söhbətim oldu. Bu müsahibənin mövzusu Azərbaycanın mədəni dəyərləri, dini memarlıq abidələri, Türkiyə və Xəzər dənizi regionu ilə bağlı idi. Müzakirə etdiyimiz abidələr arasında erməni tarixçilər tərəfindən onlara aid edilməsi iddia edilən Akdamar kilsəsi var idi. 

Həsən Paşalı Akdamar kilsəsi barədə danışaraq qeyd etdi ki, tarixi faktlar sübut edir ki, Akdamar abidəsi xristianlığı qəbul etmiş qıpçaq türklərinə aiddir. Haliyədə bu regionun mədəni və tarixi həyatı ilə bağlı yanlış məlumatlar vardı. Bu mədəni-tarixi uyğunsuzluqların arxasında siyasi niyyətlərin dayandığı aydın şəkildə görünür. Mən Türkiyə ərazisində baş vermiş iki hadisəyə toxunmaq istəyirəm. Onlardan biri Roma imperiyasına məxsus olan və Trabzon şəhərində yerləşən Sumela kilsəsi, ikincisi isə Azərbaycan tarixi üçün çox əhəmiyyətli olan Akdamar kilsəsidir.
“Ermənilər bu kilsəni inşa edən və quranlardandırmı?” sualına Həsən Paşalı belə cavab verdi ki, ermənilər iddia edirlər ki, Van gölündəki Akdamar adasında yerləşən kilsə ermənilərə aiddir. Əslində, bununla ermənilər bir daha dünyaya sübut etmək istəyirlər ki, guya, doğrudan da, qədimdə Türkiyənin şərqində erməni əyaləti olub, ermənilər həmin ərazilərin aborigenləridir. Hətta onlar Osmanlı imperiyasından əvvəl, İslamdan çox-çox əvvəl orada xristian məbədi inşa ediblər və guya bu məbəd onların qədim tarixi, mədəni və dini abidəsidir. Bu, doğru deyil. Ermənilərin bu əraziyə gəlişi həmin kilsənin inşasından çox-çox sonrakı illərə təsadüf edir. Tarixi faktlara söykənsək, bu kilsənin birbaşa Azərbaycan xalqının mədəni-tarixi, dini-ideoloji irsi ilə bağlı olduğunu və kilsənin tikilməsinin, orada dini mərasimlərin keçirilməsinin Cənubi Qafqazda və Şərqi Anadoluda yaşayan qıpçaq türkləri ilə bağlı olduğunu söyləyə bilərik. Həmçinin bu kilsənin Qafqaz albanlarının keçmişi ilə əlaqəli olması barədə tarixi faktlar da mövcuddur.

Ardını oxu...

Cəmiyyətin inkişafında sürət və yeniləşmə müasir dövrün ən əsas tələblərindəndir. Bu tələbatı ödəyə bilmək üçün isə yeni texnologiyaların imkanlarından idarəetmə proseslərində və informasiya mübadiləsində istifadə olunması, informasiya cəmiyyəti quruculuğunda mühüm mərhələ olan “Elektron hökumət” layihəsinin başa çatdırılması böyük əhəmiyyət kəsb edir. 

Demokratik dəyərlərə üstünlük verildiyi, insan amilinin önə çəkildiyi bir ölkə kimi Azərbaycan Respublikasında və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında informasiya-kommunikasiya texnologiyalarının cəmiyyət idarəetməsinin bütün sahələrində sürətli tətbiqi bir inkişaf indeksi kimi artıq dünyanın diqqətini çəkməkdədir.
Ölkəmizin müasir sürətli inkişafı, xalqımızın müstəqil dövlət quruculuğunun müxtəlif pillələrində əldə etdiyi nailiyyətlər, hər şeydən əvvəl, Azərbaycan vətəndaşlarının rifahı naminə aparılan düzgün iqtisadi siyasətin nəticəsidir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hələ keçən əsrin 70-ci illərindən başlayan hərtərəfli inkişafın ümumi mənzərəsinə baxdıqda görürük ki, bu gün haqqında danışdığımız bir çox məsələlər hələ o zamanlar böyük uzaqgörənliklə doğma Azərbaycanın gələcəyi naminə planlaşdırılmışdır. Bu siyasət həmçinin həmin dövrdə sözügedən sahənin – cəmiyyətin inkişafının müxtəlif sahələrində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi istiqamətində də özünü göstərirdi. O zamanlar ulu öndər respublikamız üçün məhz elmtutumlu, dövrünə görə qabaqcıl hesab edilən texnologiyalara əsaslanan sahələrin yaradılmasına ciddi diqqət yetirir, Azərbaycanın ali təhsil ocaqlarında, habelə xaricdə və ittifaqın digər mərkəzi şəhərlərində elektronika, avtomatika və hesablama texnikası üzrə mütəxəssislər yetişdirilməsinə xüsusi fikir verir, elektron avadanlıq istehsal edən bir çox müəssisələrin yaradılmasına çalışırdı.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci il iyunun 2-də “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn vəzifələrin Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 10 iyun tarixli Sərəncamı ilə “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planında muxtar respublika mətbuatının inkişafında xidmətləri olan jurnalistlərlə görüşlərin keçirilməsi də nəzərdə tutulmuşdur.
İyulun 3-də “Şərq qapısı” qəzetinin redaksiyasında muxtar respublika mətbuatının inkişafında xidmətləri olan jurnalistlərdən Prezident təqaüdçüsü Səxavət Kəngərli, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Cəfərqulu Paşayev və Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Fərəc Fərəcovla görüş keçirilmişdir.

Ardını oxu...

(Əvvəli qəzetin 26 iyun 2015-ci il tarixli sayında)

“Şərq qapısı” qəzetinin tarixi ilə bağlı yazılarımızı davam etdiririk. Bugünkü yazıda qəzetin ötən əsrin 20-30-cu illərindəki fəaliyyətindən bəhs edəcəyik. Qısa zaman kəsiyində Naxçıvanda qəzetçilik ənənələrini formalaşdırmaq böyük zəhmət tələb edirdi. Belə ki, geniş oxucu kütləsinin rəğbətini qazanmaq üçün yüksəkkeyfiyyətli qəzet çıxarmaq lazım gəlirdi. Bunun üçün, ilk növbədə, qəzet tanıdılmalı idi. Ona görə də “Şərq qapısı” qəzetinin ilk vaxtlarda pulsuz olaraq camaata paylanması qərara alınır. Bir neçə ay belə davam edəndən sonra qəzet pulla satılmağa başlayır. Lakin qəzetə pul verənlər çox az olduğundan onun satışından əldə olunan vəsaitlə qəzeti idarə etmək çətinlik yaradırdı.

1923-cü ildə Bakı şəhərindən Naxçıvana gətirilən daha mükəmməl mətbəə avadanlıqları sayəsində fasilələrlə çıxan qəzet müntəzəm nəşr edilir. Əvvəllər 100-150 nüsxədən çox çıxmayan qəzet bu dövrdən 500-700 nüsxə tirajla çap olunmağa başlayır. Hətta yazıçı və müxbirlərə yazı haqqı da verilir. Redaksiya tərəfindən müxbirlərə şəxsiyyəti bildirən şəhadətnamələr də təqdim olunur. Lakin bununla belə, qəzetin vəziyyəti qənaətbəxş sayılmır.

Ardını oxu...

Bu gün muxtar respublika yeni inkişaf mərhələsinə, intibah dövrünə qədəm qoyub. Aparılan geniş tikinti-quruculuq işləri paytaxt Naxçıvan şəhərini də əhatə edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunan “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” bu istiqamətdə həyata keçirilən tədbirlərə stimul verib. Ötən müddətdə pro­qramın icrası istiqamətində görülən işlər muxtar respublika paytaxtında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
Proqramda xüsusi diqqət yetirilən sahələrdən biri inzibati binaların tikintisi və təmiridir. Proqramın qəbulundan sonra bu istiqamətdə atılan ilk addım Naxçıvan şəhərinin Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi üçün inzibati binanın və xidmət mərkəzinin inşa edilməsi olub və hər iki obyektin tikintisi başa çatdırılıb.
Proqramın icrası çərçivəsində şəhər sakinlərinin keyfiyyətli rabitə xidmətlərindən istifadəsi üçün də ötən ildən başlayaraq məqsədyönlü işlər görülüb. Belə ki, “Evədək optika” layihəsi çərçivəsində internetə genişzolaqlı qoşulma, IP TV və telefon xidmətlərinin daha da genişləndirilməsi, simsiz internet şəbəkəsinin ən müasir texnologiyalar əsasında inkişaf etdirilməsi üçün bir sıra tədbirlər reallaşdırılıb.

Ardını oxu...

Torpağı sahibsiz qalmağa qoymayaq

Naxçıvan Muxtar Respublikası son dərəcə aztorpaqlı zonadır. Ərazisinin 27,7 faizi kənd təsərrüfatına yararlı, yalnız 8,8 faizi suvarılan torpaq sahələridir. Burada əkin sahəsi hər adambaşına düşən 0,1 hektar olduğu halda, istifadəsiz sahələr 0,5 hektarı təşkil edir.
Son illərdə torpaqdan istifadə edilməsinə biganəliyin nəticəsidir ki, ötən il 11.800 hektar torpaq sahəsi istifadə edilməyərək boş qalmışdır. Təsərrüfatların və rayon orqanlarının tərtib etdiyi əkin strukturuna görə isə bu il 12 min hektar sahənin boş qalacağı gözlənilir. Boş qalan sahələr Babək və Şərur rayonlarında daha çoxdur.
Torpaqdan səmərəli istifadə edilməməsində yaranmış vəziyyətin bir çox obyektiv və subyektiv səbəbləri vardır. Belə ki, muxtar respublikanın blokada vəziyyətində olması, sudartan nasos stansiyalarının fasiləsiz işləməsi üçün elektrik enerjisinin çatmaması, ölkəmizdə gedən müharibə və nəhayət, yaranmış siyasi və sosial çətinliklər xalq təsərrüfatının başqa sahələrində olduğu kimi, kənddə də işin ahəngini pozmuşdur. Lakin torpaqdan istifadə edilməsində yaranmış vəziyyətin səbəbləri təhlil edilərkən aydın olmuşdur ki, torpağın sahibsizliyi onu becərəni kənarda dayanmış tamaşaçıya çevirmişdir. Kəndli torpağın bilavasitə sahibi olmadığından, eləcə də istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışı və istehlakına ixtiyarsızlığı onun torpağı becərməyə meylini xeyli azaltmışdır.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycan Polisi Günü elan olunmuşdur.
Azərbaycan polisi yarandığı gündən ötən 97 il ərzində şərəfli bir yol keçmiş, müxtəlif vaxtlarda ayrı-ayrı adlarla fəaliyyət göstərməsindən asılı olmayaraq, Vətənə, xalqa, qəbul etdiyi anda sədaqətlə, ləyaqətlə xidmət etmiş, zamanın bütün sınaqlarından mətinliklə çıxmış, dövlətçiliyin əsas sütunlarından birinə çevrilmişdir.
Azərbaycanda daxili işlər orqanlarının inkişafı ulu öndər Heydər Əliyevin xidmətlərinin nəticəsində mümkün olmuşdur. Ümummilli liderimiz 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra daxili işlər orqanlarına da dövlət qayğısı güclənmiş, Vətəninə və xalqına sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi diqqət yetirilmişdir. Bu dövrdən etibarən şəxsi heyətin milli dövlətçilik ideologiyası əsasında formalaşdırılmasına başlanılmışdır.

Ardını oxu...

Əhali qrupu üzrə təbii qaz istehlakçılarının mavi yanacaqdan müasir standartlara cavab verən texnologiyalar vasitəsilə istifadəsi məqsədilə Naxçıvan şəhərində ön ödənişli smartkarttipli qaz sayğaclarının quraşdırılmasına başlanılıb.
Hələlik, sifariş əsasında Türkiyə istehsalı olan 10 min ədəd sayğac gətirilib. Sayğacların kənar müdaxilələrdən mühafizəsi üçün qutular alınıb. Sayğacların hər biri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib.
Sayğacların quraşdırılmasına cəlb ediləcək işçilər üçün “Naxçıvanqaz” İstehsalat Birliyində hazırlıq kursları təşkil olunub.
“Naxçıvanqaz” İstehsalat Birliyindən aldığımız məlumata görə, ilkin olaraq Naxçıvan şəhərində sınaq üçün 7 ədəd sayğac quraşdırılıb.

Ardını oxu...

İyunun 30-da Naxçıvan şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan inzibati prosesinin aktual problemləri (Naxçıvan Muxtar Respublikasında hüquqtətbiqetmə təcrübəsi nəzərə alınmaqla)” mövzusunda birgünlük seminar keçirilib.
“Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi” proqramı çərçivəsində keçirilən seminarda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələrinin hakimləri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması istiqamətində ölkəmizdə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatlarından söhbət açıb. Qeyd edib ki, ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada hüquq institutlarının inkişaf etdirilməsi, məhkəmə orqanlarının fəaliyyətinin müasir standartlar səviyyəsində qurulması, məhkəmələrdə yeni informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, eləcə də onların maddi-texniki bazasının daha da möhkəmləndirilməsi sahəsində ciddi addımlar atılıb.

Ardını oxu...

 

Hər bir ölkə üçün ordu quruculuğu prosesində milli hərbi kadrların hazır­lanması mühüm əhəmiyyətə malik sahə kimi daim prioritet təşkil edir. Müstəqil Azərbaycan Respublikasında bu sahəyə xüsusi diqqət yetirilir, Vətənə, dövlətə, dövlətçiliyə sədaqətli, yüksək mənəvi-psixoloji hazırlığa malik peşəkar hərbçi kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin timsalında bunu daha aydın görmək mümkündür.

Lisey hərbi kadr hazırlığı sistemini daha da təkmilləşdirmək və milli ordunun peşəkar kadrlara olan tələbatını ödəmək məqsədilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2004-cü il fevralın 27-də imzaladığı Sərəncama əsasən, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının bazasında formalaşdırılıb. Bu əlamətdar hadisə ilə əlaqədar həmin il fevralın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Heydər Əliyev adına Hərbi Liseyə gələrək bu tarixi hadisə münasibətilə lisey kollektivini təbrik edib, kursantlara, müəllim-zabit heyətinə ulu öndərin adına layiq oxumağı, işləməyi, Vətənə və xalqa xidmət etməyi tövsiyə edib, kollektivə yeni-yeni uğurlar arzulayıb.

Ardını oxu...

Muzeylər elə ünvanlardır ki, buraya üz tutanlar mənsub olduqları xalqın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında mütləq yeni məlumatlar əldə etmək imkanı qazanırlar. Bu amil nəzərə alınaraq muxtar respublikada keçirilən “Muzey günləri”ndə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, müxtəlif təşkilatların əməkdaşları muzeylərə gedir, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi özündə əks etdirən eksponatlarla tanış olurlar.
İyunun 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Naxçıvan Dövlət Xalça Muzeyində olmuşlar. Məlumat verilmişdir ki, son illər muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, mədəni irsimizin qorunması işinə diqqət artırılmışdır. Muxtar respublikada xalçaçılıq sənətinin yaşadılması istiqamətində görülən işlər bu sahə üzrə yeni elmi araşdırmaların aparılmasına stimul olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin edilmiş, 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulmuşdur. Hazırda muzeydə 3292 eksponat vardır.

Ardını oxu...

Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi  kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır.

Azərbaycanda nizami ordunun yaradılmasına ötən əsrin əvvəllərindən başlanılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir.
Ölkəmizdə dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiy­yətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın nizami ordusunun formalaşdırılması kimi əlamətdar olmuşdur. Təbii ki, Sovetlər Birliyi dövründə milli ordudan söz açmaq mümkün deyildi.

Ardını oxu...

“Azərbaycanın müstəqilliyinin əsası ötən əsrin 90-cı illərində ümummilli liderimizin rəhbəri olduğu Naxçıvanda qoyulduğu kimi, milli ordu quruculuğu sahəsində ilk addımlar da həmin dövrdə Naxçıvanda atılmışdır. Ulu öndərimizin bu dövrdə qəbul etdiyi taleyüklü qərarlar sayəsində muxtar respublikanın etibarlı müdafiəsi təmin olunmuş, mövcud hərbi dəstə və hissələrə vahid rəhbərliyi həyata keçirən müvafiq dövlət qurumu yaradılmışdı. Bundan bir il sonra, 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk nizami ordu qurumlarından olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil olunmuş, bununla da, milli ordu hissələrinin yaradılmasının əsası qoyulmuşdu. Ümummilli liderimizin ali hakimiyyətə ikinci qayıdışından sonra Azərbaycan Silahlı Qüvvələrinin yaradılması sahəsində tədbirlər davamlı xarakter almış, ordu quruculuğu diqqət mərkəzində saxlanmışdır”. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il oktyabrın 20-də Əlahiddə Ümumqoşun Ordusu üçün yeni Təlim-Tədris Mərkəzinin açılış mərasimində söylədiyi bu fikirlər muxtar respublikada ordu quruculuğu sahəsində atılan ilk addımların müasir silahlı qüvvələrimizin formalaşdırılması və inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bir daha göstərir. Ümummilli lider Heydər Əliyevin 1990-1993-cü illərdə – Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə xalqımız qarşısında ən böyük xidmətlərindən biri muxtar respublikanın təhlükəsizliyini təmin etməsi və ilk nizami milli ordu hissələrini yaratmasıdır. Ən yeni tariximizin səhifələrinə böyük hərflərlə yazılmış ordu quruculuğu ötən dövr ərzində Naxçıvanda sürətli inkişaf yolu keçmiş, aparılan dövlət siyasətinin prioritetinə çevrilmişdir. Blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasında hərbi təyinatlı tikinti-quruculuq işlərinin geniş vüsət alması, maddi-texniki bazanın gücləndirilməsi, şəxsi heyətin döyüş ruhunun artırılması bu yöndə atılan addımların mühüm tərkib hissəsi olmuşdur. Motoatıcı briqadadan Əlahiddə Ümumqoşun Ordusu səviyyəsinədək böyük inkişaf yolu keçmiş Naxçıvan ordusu Azərbaycan ordusunun muxtar respublikada gücünü bir daha ortaya qoyur. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü ərəfəsində bu gücün əyani mənzərəsini bir daha oxucularımızla bölüşmək istədik. Yolumuz Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşən “N” hərbi hissəsinədir.

Ardını oxu...

İyunun 24-də Şahbuz rayonundakı “N” hərbi hissədə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib.
Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mirqiyas Rüstəmov bayram münasibətilə əsgər və zabitləri təbrik edərək bildirib ki, müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan ordusunun yaradıcısıdır. 1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi vəziyyətlə üzləşmişdi. Ölkədəki ağır vəziyyət, xaos və özbaşınalıq ordu siyasəti sahəsində də özünü göstərmişdi. Səriştəsiz rəhbərlərin bacarıqsızlığı ucbatından silahlı birləşmələr daxili siyasi mübarizəyə cəlb olunmuş, ayrı-ayrı şəxslərə və siyasi qruplara xidmət edən silahlı dəstələrə çevrilmişdi. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Ulu öndər ordu quruculuğuna hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən başlamışdı.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Güclü ordu yaradılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da, sözün həqiqi mənasında, düşmən qarşısında alınmaz qalaya çevrilib. Hərbi hissələr üçün onlarla yeni binalar – əsgəri-məişət-yaşayış kompleksləri, müxtəlif təyinatlı obyektlər tikilib istifadəyə verilib. Bu hissələrin texniki arsenalının təminatı da dəfələrlə yaxşılaşdırılıb.

Ardını oxu...

2015-ci ilin avqust ayında görkəm­li hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Cəfərqulu oğlu Naxçıvanski­nin anadan olmasının 120 illiyi tamam olur. Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçib. O, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr verib. Böyük sərkərdənin ölkədə yüksəkixtisaslı hərbçi kadr hazırlığı sahəsində zəngin fəaliyyəti təqdirəlayiqdir. Cəmşid Naxçıvanski 1930-cu illərin ağır repressiyalarına məruz qalan və totalitarizmin qurbanına çevrilən vətənpərvər şəxsiyyətlərdəndir.
Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin 120 illik yubileyi ilə əlaqədar keçirilən elmi konfransda səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 aprel tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə aprel ayının 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamdan irəli gələn vəzifələrin icrası istiqamətində AMEA Naxçıvan Bölməsi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.

Ardını oxu...

Dünən Şərur Rayon İcra Hakimiyyətində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı tədbir keçirilib. Tədbiri Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov açıb.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edərək bildirib ki, nazirliyin rayon və şəhər qeydiyyat şöbələri ilə yanaşı, yerli inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən də doğumun, nikahın bağlanmasının və ölümün qeydiyyatı aparılır. Ötən dövr ərzində muxtar respublikanın bütün rayonlarında inzibati ərazi dairəsi üzrə nümayəndəliklər üçün seminarlar təşkil edilib və onlar müvafiq normativ-hüquqi aktlardan çıxarışlarla təmin ediliblər. İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən doğum, nikah və ölümün qeydiyyatının aparılması üçün müvafiq metodik köməklik göstərilməsi və hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
Qeyd olunub ki, Şərur rayonunda doğumun, nikahın və ölümün qeydiyyatı 52 inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə rəsmiləşdirilir. 2009-2014-cü illər ərzində Şərur rayonunda inzibati ərazi dairəsi üzrə nümayəndə­liklər üçün 16 dəfə seminar təşkil olunub. Nazirlik tərəfindən inzibati ərazi dairəsi üzrə nümayəndəliklər müvafiq reyestr, akt qeydləri və şəhadətnamələrlə vaxtında təmin ediliblər. Şərur rayonunun inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vəziyyətinin öyrənilməsi məqsədilə 2009-2014-cü illər ərzində rayon İcra Hakimiyyəti ilə birlikdə 12 dəfə yoxlama keçirilib və aşkar olunan nöqsanların aradan qaldırılması üçün hərtərəfli metodik köməklik göstərilib.

Ardını oxu...

Bu il Azərbaycan milli mətbuatının 140 illik yubileyi qeyd edilir. Milli mətbuatın ölkəmizin ictimai-siyasi və mədəni həyatında yerini, vətəndaş cəmiyyətinin inkişafında, milli-mənəvi dəyərlərin təbliğində, gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsində rolunu nəzərə alan dövlət başçısının 2015-ci il iyunun 2-də imzaladığı Sərəncama əsasən keçirilən tədbirlər bir daha ölkəmizdə mətbuata verilən yüksək qiymətin növbəti təzahürüdür.

Muxtar respublikamızda da mətbuat daim diqqət və qayğı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Azərbaycan Prezidentinin həmin Sərəncamının icrasını təmin etmək məqsədilə “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nı təsdiq edib.
Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında milli mətbuatın yaranması tarixi həmişə əlamətdar hadisələrlə yadda qalıb. Mətbuatın 130, 135 illiyi Azərbaycanda və muxtar respublikada yüksək səviyyədə qeyd olunub. Çünki milli oyanışımızın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi olmuş anadilli mətbuatımız həm də çoxəsrlik yazılı tariximizin zəngin salnaməsini yaradıb, bu gün isə 24 illik blokadaya meydan oxuyan 20 illik Naxçıvan möcüzəsinin, intibahın salnaməsini yaratmaqdadır.

Ardını oxu...

Qədim Naxçıvan diyarının tarixi, zəngin mədəniyyəti ilə tanışlıq məqsədilə muxtar respublikada fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının muzeylərə ekskursiyaları davam etdirilir.
İyunun 20-də “Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyinin, Dövlət Baş Sığorta Agent­liyinin kollektivləri Heydər Əliyev Muzeyini ziyarət ediblər. Burada onlara məlumat verilib ki, muzeydə 4500-dən çox eksponat vardır. Fəaliyyət göstərdiyi dövrdə muzeyin 250 mindən çox ziyarətçisi olub. Muzeydəki eksponatların hər biri ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Ölkəmizin müasir dövlətçilik tarixinin və ulu öndərimizin siyasi irsinin tədqiqatçıları burada elmi axtarışlar üçün dəyərli məlumatlar əldə edirlər.
Ziyarət əsnasında təəssüratlarını bizimlə bölüşən Dövlət Baş Sığorta Agentliyinin əməkdaşı Hafiz Hüseynov bildirdi ki, muzеylər bəşəriyyətin çохəsrlik tаriхi ərzində ən qiymətli sərvətlərin mühаfizəçisi, хəzinədаrı və yаddаşnаməsi, salnaməsidir. Muzеylər, sözün əsl mənаsındа, хаlqın yаrаtmış оlduğu ən qiymətli хəzinədir. Bu xəzinənin qiymətli inciləri ilə tanış olduğum üçün “Muzey günləri”nin təşkilatçılarına minnətdarlığımı bildirirəm.

Ardını oxu...

İyunun 17-də Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəl 91 yaşında vəfat etmişdir.
İyunun 19-da Türkiyə Böyük Millət Məclisində qardaş ölkənin siyasət tarixinin 50 ildən artıq bir dövrünə öz adını yazdırmış Süleyman Dəmirəllə vida mərasimi keçirilmişdir. Mərasimə görkəmli siyasətçinin yaşadığı evin qarşısından başlanılmış və daha sonra cənazə Türkiyə Böyük Millət Məclisinə gətirilmişdir.
Əvvəlcə Süleyman Dəmirəlin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, görkəmli siyasətçinin keçdiyi həyat yolu və siyasi fəaliyyəti barədə geniş məlumat verilmişdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış etmiş, Süleyman Dəmirəlin Türkiyənin siyasi tarixində mühüm yer tutduğunu bildirmişdir.
Hökumətin qərarı ilə Türkiyədə elan edilən milli matəmlə əlaqədar bütün ölkə ərazisində bayraqlar yarıya qədər endirilib.
Vida mərasimində hökumətin və parlamentin üzvləri, digər dövlətlərin yüksək vəzifəli şəxsləri, nüfuzlu siyasətçilər, mərhumun ailə üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Azərbaycanı mərasimdə Milli Məclisin sədri Oktay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.
Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri vardır. 1995-ci ildə ulu öndərimizin rəhbərliyi ilə işlənib hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə dövlət quruculuğu və idarəçilik prinsiplərini təsbit etmişdir. Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri isə 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuş, dövlət qulluqçularının hüquq və vəzifələri müəyyənləşdirilmişdir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifələrin tələblərinə uyğun gələn vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır. Bu müddəa ilə respublikamızda dövlət qulluğuna qəbulda diskriminasiyanın hər hansı bir formada təzahür etməsinin qətiyyətlə qarşısı alınmışdır.

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Musiqi Kolleci tələbələrinin iştirakı ilə açıq dərs keçilib. Əvvəlcə kollecin tələbələri muzeydə ümummilli lider Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Sonra keçilən açıq dərsdə muzeyin direktoru Ramil Orucəliyev “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qurtuluşu” mövzusunda danışıb. Bildirib ki, ölkəmizə rəhbərliyinin hər iki dövründə dahi şəxsiyyətin Vətənimiz qarşısındakı misilsiz xidmətləri Azərbaycanın müstəqilliyini təmin etməklə bərabər, həm də onun müasir inkişafını şərtləndirib.

Qeyd olunub ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi Azərbaycanın müstəqilliyinin əldə edilməsi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi baxımından çox mühüm bir mərhələ təşkil edir. Məhz həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində dövlət rəmz­lərimiz haqqında qərar qəbul edilib, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılıb, muxtar respublikanın təhlükəsizliyinin təmin olunması üçün mühüm addımlar atılıb. Eyni zamanda qonşu Türkiyə və İranla ikitərəfli əlaqələrin təməli qoyulub.

Ardını oxu...

Dünən Sədərək Rayon İcra Hakimiyyətində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı tədbir keçirilib. Tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açıb.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri ilə yanaşı, yerli inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən də doğumun, nikahın bağlanmasının və ölümün qeydiyyatı aparılır. Ötən dövr ərzində muxtar respublikanın bütün rayonlarında inzibati ərazi dairəsi üzrə nümayəndəliklər üçün seminarlar təşkil edilib və onlar müvafiq normativ-hüquqi aktlardan çıxarışlarla təmin ediliblər. İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən doğum, nikah və ölümün qeydiyyatının aparılması üçün müvafiq metodik köməklik göstərilməsi və hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nazirliyin daim diqqətində saxlanılıb.

Ardını oxu...

İyunun 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Naxçıvan Muxtar Respublikasının vergi orqanlarında işləmək istəyənlər üçün test imtahanı keçirilib. Müsabiqədə iştirak etmək üçün sənəd təqdim etmiş 50 namizəddən 48-i test imtahanında iştirak edib.
İmtahanda namizədlərə ixtisas üzrə 90, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla, 100 sual təqdim edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşları imtahanda müşahidəçi kimi iştirak ediblər. İmtahanlar şəffaflıq və obyektivlik şəraitində keçirilib, namizədlər öz bilik və bacarıqlarını sərbəst şəkildə nümayiş etdiriblər.
İmtahan bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsi haqqında arayış təqdim olunub. Test imtahanından keçid balını toplamış namizədlər növbəti mərhələdə iştirak etmək hüququ qazanıblar.

Xəbərlər şöbəsi

Ulu öndər Heydər Əliyеv: Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli “Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən, hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd edilir.
Azərbaycanın dünyada müstəqil, hüquqi, demokratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz tərəfindən həyata keçirilən hüquq islahatları dövlətçiliyimizin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına real zəmin yaratmışdır. Dahi liderin 1993-cü ildə moratorium qoyduğu ölüm hökmü 1998-ci ildə tamamilə ləğv edilmiş, bununla da, Azərbaycan, bütövlükdə, Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə kimi tarixə düşmüşdür. Bu, ölkəmizin hələ Avropa Şurasına üzv qəbul olunmadığı dövrlərdə insan hüquqları sahəsində atılan mütərəqqi addımlardan biri idi. Azərbaycan BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara da qoşulmaqla insan hüquqları sahəsində beynəlxalq miqyasda təsbit olunmuş prinsipləri əsas götürdüyünü nümayiş etdirmişdir.

Ardını oxu...

 Şərur rayonu

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonuna da Milli Qurtuluş Günü ilə başlayan inkişaf və intibah proseslərindən xeyli pay düşüb. Rayon mərkəzi, ən ucqar dağ və sərhəd kəndləri neçə illərdir, inkişafın yeni mərhələsini yaşayır. Həyatın bütün sahələrini əhatə edən yeniləşmə prosesi bölgəni gözəlliklər məskəninə, füsunkar bir yurd yerinə çevirib. Hər gün bir yeniliyin şahidi olan rayon sakinləri görülən işləri onlara göstərilən hərtərəfli qayğı kimi dəyərləndirir, bu qayğıya əməli işləri ilə cavab verməyə səy göstərirlər. Çünki quruculuq tədbirləri artdıqca insanlar bir vaxtlar xəyallarına belə gətirmədikləri gözəllikləri görürlər.
Qeyd etmək lazımdır ki, Şərurda quruculuq tədbirlərinə hələ ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-ci illərindən başlanılıb. Ulu öndərimizin bilavasitə rəhbərliyi ilə yaradılan Arpaçay Su Anbarı on minlərlə hektar əkinəyararlı sahənin suvarılmasına imkan verib. Rayon sakinləri ümummilli liderimizin rəhbərliyi ilə reallaşan belə tədbirləri bu gün minnətdarlıq hissi ilə xatırlayırlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Tədbirlər Planına əsasən 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Naxçıvan şəhərində “Biz 15 iyunun yaşıdlarıyıq” devizi altında yürüş keçirilmişdir.
Yürüşdən əvvəl ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuşdur.
Əlahiddə Ümumqoşun Ordusunun, “Naxçıvan” Sərhəd Diviziyasının, Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Alayının nümunəvi bölmələrinin əsgərlərindən, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarından, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Təhsil, Gənclər və İdman nazirliklərinin gənc fəalları və Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənc­lər Birliyinin üzvlərindən ibarət dəstələr Heydər Əliyev Muzeyinin önündən başlayaraq Heydər Əliyev Sarayına qədər olan məsafəni və geri – Heydər Əliyev Muzeyinə qədər olan yolu təntənəli marş sədaları altında nizami addımlarla qət etmişlər.
Ümummilli liderin ali hakimiyyətə qayıdışı ilə tarixə yazılmış Milli Qurtuluş Günü Azərbaycanı güclü əsaslara söykənən davamlı sosial-iqtisadi inkişaf yoluna çıxarmış, vətənimizi qorumağa qadir olan güclü ordumuz yaranmış, Azərbaycan xalqının bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilmiş, vətəninə və dövlətinə sadiq gənclik yetişmişdir.

Ardını oxu...

İyunun 12-də “Naxçıvan” Universitetində Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib. Milli Qurtuluş Gününə həsr olunmuş lektoriyanı ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açıb.

“Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qurtuluşu” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, ötən əsrin sonlarında Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət, vətəndaş qarşıdurması, torpaqlarımızın bir-birinin ardınca işğal edilməsi ölkəmizi məhv olmaq, dağılmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Həmin çətin dövrdə xalqın təkidli xahiş və tələblərini nəzərə alaraq 1993-cü ilin 15 iyununda yenidən siyasi hakimiy­yətə qayıdan ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində ölkəmiz xaosdan qurtulub, müstəqilliyimiz qorunub saxlanılıb. Buna görə də həmin tarixi gün hər il Azərbaycan­da Milli Qurtuluş Günü kimi qeyd olunur.
Qeyd olunub ki, böyük Qur­tuluşa gedən yol Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvandan başlayıb. Belə ki, ulu öndər Heydər Əliyev 1990-cı il iyulun 22-də Naxçıvana qayıdıb və 1990-1993-cü illərdə burada yaşayaraq fəaliyyət göstərib.

Ardını oxu...

Xalq o zaman qurtuluşa sahib olur ki, onu reallığa çevirən siyasi lideri olsun. Ümummilli lider Heydər Əliyev fərqli siyasi sistemlərdə millətinin qurtuluşuna nail olan yeganə dövlət xadimlərindəndir. Dahi şəxsiyyətin ölkəmizə birinci və ikinci rəhbərlik dövrü xalqımızın Qurtuluş tarixinə çevrilmişdir.
Ölkəmizə rəhbərliyinin birinci dövründə ağır iqtisadi, siyasi, mənəvi böhran keçirən Azərbaycanı keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevirən görkəmli dövlət xadimi Heydər Əliyev, əslində, növbəti qurtuluşun bünövrəsini – xalqımızı müstəqilliyə aparan yolun əsasını qoymuşdu. Həmin dövrdə dahi şəxsiyyət Heydər Əliyevin respublikada böyük uzaqgörənliklə formalaşdırdığı potensial müstəqillik illərində davamlı iqtisadi yüksəliş üçün möhkəm özülə çevrilmişdir. Böyük öndər yaxşı bilirdi ki, xalqın iqtisadi azadlığını təmin etmədən, onun tarixinə və milli-mənəvi dəyərlərinə sahib çıxmadan siyasi müstəqilliyə nail olmaq mümkün deyil. Bu baxımdan ulu öndər Heydər Əliyev qısa müddətdə ölkədə milli mədəni intibahı təmin etməklə, bu mütərəqqi prosesi iqtisadiyyatdakı uğurlarla üzvi surətdə əlaqələndirmişdir.

Ardını oxu...

Uçurumun kənarında olan bir ölkə düşünək. Mənfur düşmənlərin hiyləgər əməllərindən, xəyanətkarların fitnə-fəsadından, səriştəsiz, bacarıqsız dövlət rəhbərlərinin naşılığından məhvə doğru sürüklənən, dünyanın siyasi xəritəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalan sahibsiz bir ölkə. Bu ölkə yalnız bir möcüzə nəticəsində xilas ola, zülmət gecələri yalnız bir parlaq Günəş işıqlandıra bilərdi. Və yalnız o zaman hər şey aydınlığa qovuşar, ümidini itirmiş, həyata küsmüş bir cəmiyyət yenidən dirçələ bilərdi. Qaranlıqdan işığa doğru boylanaraq imdad diləyən milyonlarla insan bu Günəşin Naxçıvanda şölələndiyini bilirdi. Tarixi Azərbaycan dövlətçiliyinin yüzillik ənənəsini qoruyub saxlayan, cəsur sərkərdələr, dahilər yetişdirən Naxçıvanda.

Ona görə də hər kəs Naxçıvana ümid bəsləyir, hər kəs Naxçıvana pənah gətirir, ümummilli liderimiz Heydər Əliyevi Bakıya dəvət edir, onun gələcəyi günü səbirsizliklə gözləyirdi.
Və bu möhtəşəm gün gəldi. Xalqın təkidli tələbi ilə ulu öndər 1993-cü il iyunun 15-də yenidən siyasi hakimiyyətə qayıtdı. Bununla da, ölkə­mizin üzərini bürümüş qara buludlar dağıldı, zülmət qaranlıqlar öz yerini işıqlı sabahlara verdi. Məhz buna görə də həmin gün Milli Qurtuluş Günü adlandırıldı.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Didivar Kənd Mərkəzində keçirilən tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev açıb.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev mövzu ilə bağlı geniş məruzə edib. Vurğulanıb ki, Babək rayonunun 28 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən doğumun, nikahın, ölümün qeydiyyatı və bir sıra notariat hərəkətləri aparılır.
Hüquqi maarifləndirmə tədbirləri çərçivəsində 2009-2014-cü illər ərzində Babək rayonunun inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri üçün 16 dəfə seminar təşkil olunub. Bütün inzibati ərazi dairəsi üzrə nümayəndəliklər müvafiq reyestr, akt qeydləri və şəhadətnamələrlə vaxtında təmin ediliblər.

Ardını oxu...

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən Heydər Əliyev lek­toriyasının növbəti məşğələsi keçirilib. 
“Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qurtuluşu” mövzusunda təşkil olunan sayca 21-ci məşğələni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov qeyd edib ki, Azərbaycan xalqı və dövləti öz müstəqilliyini, bu gününü və gələcəyini ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasına borcludur. Məhz müstəqillik dövründə əldə edilən bütün uğurların, ölkəmizdə hökm sürən siyasi-iqtisadi sabitliyin, təmin olunan təhlükəsizliyin, mövcud iqtisadi qüdrətin kökündə ulu öndərimizin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı dayanır.
Komitə sədri deyib ki, dahi şəxsiyyətin məhv olmaq təhlükəsindən xilas edib dönməz və əbədi müstəqillik yoluna çıxardığı Azərbaycan xilaskar və qurucu rəhbərin – xalqımızın böyük oğlu Heydər Əliyevin şah əsəridir; bugünkü Azərbaycan ulu öndərin reallaşan arzusudur. 

Ardını oxu...

Bu il Milli Qurtuluş tariximizin 22-ci ili tamam olur. Hər il iyunun 15-də xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ölkəmizdə təntənəli surətdə qeyd olunur. Bu qayıdış müstəqilliyini yenicə bərpa etmiş bir məmləkəti tarix səhnəsindən silinmək təhlükəsindən qurtarmaqla bərabər, həm də Azərbaycanı Azərbaycana qaytardı. Qədim tarixə, zəngin mədəniyyətə, milli dövlətçilik ənənələrinə malik ölkəmizin dayaqlarını bərkitdi, qısa zamanda onu dünyanın nüfuzlu dövlətləri sırasına çıxardı. Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində, millətimizin özünə qayıdışında mühüm rol oynayan Azərbaycançılıq ideologiyasının formalaşdırılması baxımından da çox böyük məna və önəm kəsb edir. Təbii ki, müstəqil Azərbaycanın hərtərəfli inkişaf tarixi də məhz həmin gündən başlayır. 

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR