23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Didivar Kənd Mərkəzində keçirilən tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev açıb.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev mövzu ilə bağlı geniş məruzə edib. Vurğulanıb ki, Babək rayonunun 28 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən doğumun, nikahın, ölümün qeydiyyatı və bir sıra notariat hərəkətləri aparılır.
Hüquqi maarifləndirmə tədbirləri çərçivəsində 2009-2014-cü illər ərzində Babək rayonunun inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri üçün 16 dəfə seminar təşkil olunub. Bütün inzibati ərazi dairəsi üzrə nümayəndəliklər müvafiq reyestr, akt qeydləri və şəhadətnamələrlə vaxtında təmin ediliblər.

“Babək rayonunun inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vəziyyətinin öyrənilməsi məqsədilə 2009-2014-cü illər ərzində rayon İcra Hakimiyyəti ilə birlikdə 12 dəfə yoxlama keçirilib və aşkar olunan nöqsanların aradan qaldırılması üçün inzibati ərazi dairəsi üzrə nümayəndələrə hərtərəfli metodik kömək göstərilib”, – deyən Ədliyyə naziri bildirib ki, buna baxmayaraq, onların vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsindəki fəaliyyətlərində nöqsanlar qalmaqdadır.
2014-cü ildə və 2015-ci ilin I rübü ərzində keçirilən yoxlamalar zamanı Qahab, Yarımca, Kərimbəyli, Nəzərabad, Kültəpə, Sirab, Aşağı Buzqov və Didivar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin fəaliyyətində nöqsanlar aşkar edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikanın bütün rayonlarında inzibati ərazi dairəsi üzrə nümayəndəliklər üçün yeni inzibati binalar tikilib və müasir standartlara uyğun iş şəraiti yaradılıb. Babək rayonunun da bütün inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri müasir inzibati bina və iş şəraiti ilə təmin olunub. Yaradılan bu şərait inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin üzərinə mühüm vəzifələr qoyur.
Qeyd olunub ki, hər bir inzibati ərazi dairəsi üzrə nümayəndəlik fəaliyyətini qanunvericiliyə uyğun təşkil etməli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin və digər normativ-hüquqi sənədlərin tələblərinə əməl etməli və vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına görə dövlət rüsumu ödənildikdən sonra müvafiq əməliyyatı rəsmiləşdirməlidir. Xüsusilə də nikah qeydiyyatı zamanı müraciət edən şəxslərin iştirakı təmin edilməlidir.
Tədbirə Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseyn­əliyev yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR