2015-ci il iyun ayının əvvəllərində Naxçıvan Muxtar Respublikasında yaşayan azərbaycanlı jurnalist Həsən Paşalı ilə uzun söhbətim oldu. Bu müsahibənin mövzusu Azərbaycanın mədəni dəyərləri, dini memarlıq abidələri, Türkiyə və Xəzər dənizi regionu ilə bağlı idi. Müzakirə etdiyimiz abidələr arasında erməni tarixçilər tərəfindən onlara aid edilməsi iddia edilən Akdamar kilsəsi var idi.
Həsən Paşalı Akdamar kilsəsi barədə danışaraq qeyd etdi ki, tarixi faktlar sübut edir ki, Akdamar abidəsi xristianlığı qəbul etmiş qıpçaq türklərinə aiddir. Haliyədə bu regionun mədəni və tarixi həyatı ilə bağlı yanlış məlumatlar vardı. Bu mədəni-tarixi uyğunsuzluqların arxasında siyasi niyyətlərin dayandığı aydın şəkildə görünür. Mən Türkiyə ərazisində baş vermiş iki hadisəyə toxunmaq istəyirəm. Onlardan biri Roma imperiyasına məxsus olan və Trabzon şəhərində yerləşən Sumela kilsəsi, ikincisi isə Azərbaycan tarixi üçün çox əhəmiyyətli olan Akdamar kilsəsidir.
“Ermənilər bu kilsəni inşa edən və quranlardandırmı?” sualına Həsən Paşalı belə cavab verdi ki, ermənilər iddia edirlər ki, Van gölündəki Akdamar adasında yerləşən kilsə ermənilərə aiddir. Əslində, bununla ermənilər bir daha dünyaya sübut etmək istəyirlər ki, guya, doğrudan da, qədimdə Türkiyənin şərqində erməni əyaləti olub, ermənilər həmin ərazilərin aborigenləridir. Hətta onlar Osmanlı imperiyasından əvvəl, İslamdan çox-çox əvvəl orada xristian məbədi inşa ediblər və guya bu məbəd onların qədim tarixi, mədəni və dini abidəsidir. Bu, doğru deyil. Ermənilərin bu əraziyə gəlişi həmin kilsənin inşasından çox-çox sonrakı illərə təsadüf edir. Tarixi faktlara söykənsək, bu kilsənin birbaşa Azərbaycan xalqının mədəni-tarixi, dini-ideoloji irsi ilə bağlı olduğunu və kilsənin tikilməsinin, orada dini mərasimlərin keçirilməsinin Cənubi Qafqazda və Şərqi Anadoluda yaşayan qıpçaq türkləri ilə bağlı olduğunu söyləyə bilərik. Həmçinin bu kilsənin Qafqaz albanlarının keçmişi ilə əlaqəli olması barədə tarixi faktlar da mövcuddur.
Məşhur Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminli qeyd edirdi ki, “söz tarixin yuvası, söz tarixin açarıdır”. Maraqlıdır ki, “Akdamar” sözünün erməni dilində hər hansı bir mənası yoxdur. Ərəb dilində də hansısa məna ifadə etmir. Bəzi iddialara görə, “Akdamar” sözünün ərəbcə mənası “qabartı” deməkdir və bu məna kilsənin dəqiq adı ilə əlaqəli deyil. Əslində, “ak” sözü türk dilində “işıq” deməkdir. Qədim zamanlarda türk dilində “ak” sözü günümüzdə istifadə olunan “ziyalı” sözünü əvəz etmək üçün də istifadə olunmuşdur. Eyni zamanda “işıq” sözü ərəb dilindən gəlir və arxaik türk dilində mənası “ak” dır. “Damar” isə yol deməkdir və qədim türklərdə yol mənasını ifadə edirdi. Əgər biz “Akdamar” sözünü tərcümə etsək, bugünkü “Samanyolu”, yəni “süd yolu” mənasını verəcəkdir. Bu isə qədim türklərin Allaha inamı ilə bağlıdır.
Bildiyiniz kimi, 315-ci ildə Qafqaz Albaniyasında kral Vaçeqan rəsmən xristianlığı qəbul edib. Onun qardaşı və ya oğlu olan, özünü İsa Peyğəmbərin həvarisi sayan Qriqoris də alban mənşəli idi. Həmin vaxt İslam dini yaranmamışdı, xristianlıq yayılmağa başlamışdı və xristianlıq təkallahlı din olduğu üçün türklərin təkallahlı dini ilə uyğun gəlirdi. Bu səbəbdən türklər xristian dinini qəbul etdilər. Qriqoris Albaniyanın digər bölgələrində dini yayarkən Azərbaycanın indiki Beyləqan rayonunda öldürülüb. Bu gün Beyləqanda olan və Peyğəmbər qəbri olaraq tanınan Cərçis Peyğəmbərin qəbrinin Qriqorisə aid olduğu deyilir. Yeri gəlmişkən, qədim dövrdə, miladdan əvvəl III-IV əsrlərdə Qars, Van, Sarıqamış və digər ərazilərdə “karkaslar” adlı türklər yaşamışdır. Bugünkü Qars şəhərinin də karkaslar tərəfindən salındığı ehtimal edilir. Qədim Ani şəhəri də karkaslara aid xüsusi məhəllə olub. Ona görə də bu dövrdə Qafqazda yaşayan albanlar və qıpçaq türkləri bu ərazilərdə də yaşamış və onlar özləri üçün burada kilsə inşa etmişdir. Biz xristian qıpçaqları və oğuz tayfalarının “Kitabi-Dədə Qorqud” dastanında qarşıdurmaları barədə bəzi faktlara da rast gəlirik. Dastanda xristian türklərinin ümumiləşmiş xarakteri Qıpçaq Məlikdir. Qıpçaq Məlik xan Qazanın evini yağmalayır. Bu, həmin dövrdür ki, artıq türklər arasında dini kimlik etnik kimlikdən önə çıxmağa başlayır. Bu səbəbdən də xristian qıpçaqları özlərini başqa qəbilə hesab edirlər.
Bundan əlavə, IX əsrdə Babəkin rəhbərlik etdiyi Xürrəmilər hərəkatının məğlubiyyətindən sonra İslam dini Azərbaycanda da yayıldı. Bu ərazilərdə yaşayan xristian qıpçaqları Şərqi Anadoluya hərəkət etməyə başladı və onlar orada öz dini mərkəzlərini yaradaraq bu yer ətrafında məskunlaşmağa başladılar. Tarixi faktlara görə, bu kilsə 915-921-ci ildə inşa edilmişdir. Kilsə mərkəzi qübbəli, dörd yaraqlı yonca formalı xaç planında olub və qırmızı daşlarla inşa edilmişdir. Abidənin çöl hissəsində üzərində daşla yonulmuş təsvirlərdə İncil və Tövratdan dini mövzularla bərabər, dünyəvi məsələlər, saray həyatı, ov səhnələri, insan və heyvan fiqurları təsvir edilmişdir. Maraqlıdır ki, bu qabartmalarda Orta Asiya türklərinin sənətkarlıq izlərini də görmək mümkündür. Akdamar kilsəsinin divarındakı rəsmlər kilsə ilə bağlı daha çox məlumat verir. Siz döyüşçünün üzünə diqqətlə baxsanız onun üzü qıpçaq türklərinin üzünə oxşayır. Atın yəhərindəki ay şəkli bu abidənin türklərə aid olduğunun bir sübutudur. Və bütün tarixçilər qəbul edir ki, at belinə oturub 180 dərəcə dönərək ox atmaq yalnız türklərə aid bir hünərdir.
Biz “Əsli və Kərəm” dastanında da xristian türklərinin izlərini tapa bilərik. Dastanda təqdim olunan keşiş heç də Gəncədən olan erməni katoliki, din xadimi deyildir. O, xristian qıpçaq camaatının fəaliyyətinə məsuliyyət daşıyan və ayrıca onlardan vergi toplayan Gəncə bəylərbəyinin təmsilçisi idi. Bu qara keşiş xristian qıpçaq türklərindəndir və o, Ərzurum və Vana gedərkən ermənilərlə yox, eyni dinə ibadət edən qıpçaq qardaşları, dindaşları ilə görüşmüşdür. Bu onu göstərir ki, Akdamar kilsəsi qıpçaq türklərinin dini mərkəzidir.
Çar Rusiyasının Azərbaycanı işğal etməsindən sonra imperiyanın İrandakı səfiri Qriboyedovun rəhbərliyi ilə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi başlandı. Bu mərhələdə ermənilərin bir hissəsi Azərbaycan, bir hissəsi isə Şərqi Anadoluda məskunlaşdırıldı. Lakin Şərqi Anadolu Kilikiya demək deyil. İnformasiya mənbələrində bildirilir ki, Bizans dövründə ermənilər Kilikiyaya köçürülmüşdür, lakin onlar bugünkü ermənilər deyil. Onlar Balkanlardan Roma imperiyasına qoşulan bir qisim ermənilərin əcdadı hesab olunan protohaylardır. Neron Şərqi Bizansda məğlub olub Romaya qayıtdıqdan sonra həmin ermənilər bu əraziləri tərk edirlər. Ermənilər Kilikiyada yalnız 30-40 il yaşamışlar. Bundan sonra onlar Kilikiyada yaşamamışlar. Sonrakı dövrdə Hay tayfaları Osmanlı imperiyası və Ərəb dünyasına məxsus ərazilərdə məskunlaşmışlar. Bu Akdamar kilsəsinin Azərbaycan mədəniyyəti və qıpçaq türklərinə aid olduğunu sübut edir. Təəssüf ki, Akdamar kilsəsində dini mərasimlərə bu gün icazə verilir. Bu kilsəni dini mərasimlərə açıq tutmaq və ermənilərin bu kilsəyə ziyarəti Türkiyənin xeyrinə deyil. Bütün bunlar Türkiyəyə qarşı ermənilərin ərazi iddialarının möhkəmlənməsinə xidmət edir. Tarixə diqqətlə baxsaq, biz bir çox məqamlara şahid olacağıq. Trabzonda Sumela kilsəsinin yunanlara açılmasından sonra Akdamar kilsəsi erməni icması üçün açıldı.
Yuxarıda qeyd olunan detallar üzərində Azərbaycan və türk tarixçiləri işi davam etdirməlidir. Akdamar kilsəsinin erməni irsi ilə heç bir əlaqəsi yoxdur və sənədlər sübut edir ki, Akdamar kilsəsi Qıpçaq türklərinə aiddir. Bu gün Eçmiədzində erməni hərfləri və Qıpçaq ləhcəsi ilə yazılmış dini-tarixi sənədlər vardır. Bu faktlara əsasən, Anadoluda olan xristian kilsələri erməni mədəniyyətinə aid deyildir. Bu gün Azərbaycanda, eyni zamanda Şərqi Anadoluda olan kilsələrin ermənilərlə heç bir əlaqəsi yoxdur.
Peter Tase
30.06.2015
Amerika Birləşmiş Ştatlarının foreignpolicynews.org informasiya portalı