23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Heydər Əliyev adına Hərbi Lisey tərəfindən kursantların vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə hazırlanmış tədbirlər planının müvafiq bəndinə uyğun olaraq, Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində kursantlara vətənpərvərlik mövzusunda “Diqqət, mən 301-əm” filmi nümayiş etdirilib.
Film milli qəhrəman Şirin Mirzəyevin həyatı və döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan, döyüş yoldaşları və ailə üzvlərinin onun haqqında söylədikləri xatirələrdən bəhs edib.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, mərhum alay komandiri, Milli Ordunun qurucularından olan polkovnik-leytenant Şirin Mirzəyevin sərkərdəlik qabiliyyəti sayəsində Naxçıvanik, Pircamal, Ağbulaq, Dəhraz, Fərrux, Qaraşlar, Bəşirli, Sırxavənd, Ballıqaya və digər kəndlər ermənilərdən azad edilmişdi. O, Ağdamın 120 kilometrlik cəbhə xətti ilə yanaşı, qonşu rayonların da müdafiəsinə rəhbərlik edib. 1992-ci il iyunun 18-də Sırxavənd istiqamətindəki döyüşlərdə şəhid olub.

Ceyhun Məmmədov

 Muxtar respublikada hər ötən ay növbəti dəfə bunun şahidi oluruq

Ümummilli lider Heydər Əliyevin inkişafa, yüksəlişə istiqamətlənmiş siyasəti bu gün ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Təsadüfi deyil ki, hər ötən ay biz muxtar respublikamızın hətta ən ucqar məntəqələrində də abadlıq, quruculuq işlərinin şahidi oluruq. Bütün bunlar 3 sentyabr 1991-ci ildən başlanan quruculuq xəttinin davamı, onun bəhrələridir. Bu mənada, 3 sentyabr 1991-ci il qədim diyarımız Naxçıvanın, o cümlədən ana vətənimiz Azərbaycanın tarixində, müstəqil, azad, qüdrətli ölkəmizin taleyində böyük əhəmiyyətə malik bir gün kimi bundan sonra yüzilliklərboyu xatırlanacaqdır. 

Ötən ayın 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində ordenlərin, medalların və fəxri adların təqdimatında çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov müstəqil ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edən tarixi gün barədə demişdir: “3 sentyabr Azərbaycan tarixində əlamətdar gündür. 1991-ci il sentyabrın 3-də ulu öndərimizin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın siyasi həyatında əlamətdar hadisə oldu. Həmin dövrdə ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi təkcə Naxçıvanın deyil, ümumilikdə Azərbaycanın taleyüklü məsələləri ilə bağlı Ali Məclisin sessiyalarında müzakirələr aparmış, mühüm qərarlar qəbul etmiş, ölkədə həyata keçirilən yanlış siyasətə qarşı etirazını bildirmişdir. Əgər 1991-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsəydi, bu gün müstəqil Azərbaycan da olmayacaqdı. Bu tarix Azərbaycana dövlətçilik, inkişaf, birlik, sabitlik və əmin-amanlıq gətirdi”.

Ardını oxu...

1 noyabr 2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər günüdür

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər muxtar respublikada 7 seçki dairəsi üzrə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər isə 45 seçki dairəsi üzrə keçiriləcəkdir. 

Vətəndaşların seçki hüquqlarının pozulmasından şikayət və vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət 

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi
* Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar qeydə alınmış namizədlərin, siyasi partiyaların vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
* Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 98.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər.
* Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şəxslər Apelyasiya Məhkəməsinə, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 98.1-ci maddəsində göstərilən şəxslər isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət edə bilərlər.

Ardını oxu...

 Bu kənddə də kompleks quruculuq işləri aparılıb

Yurdumuza qızılı payızın yenicə qədəm qoyduğu günlərin birində yolumuzu Culfa rayonunun Gal kəndinə saldıq. Yaşıllıqlar qoynunda yerləşsə də, payızın nəfəsi  duyulan bu yaşayış məntəqəsi Culfa rayonundan 35 kilometrlik bir məsafədə yerləşir. Kəndə gedən yol Dizə kəndindən keçir. Naxçıvan-Ordubad magistralının Culfa rayonunun Yaycı kəndi ərazisindən ayrılan bu yolda yenidənqurma işləri aparıldığının şahidi olduq. Yol yatağı genişləndirilir, hamarlama işləri görülür. Yol inşaatçıları gördükləri işin keyfiyyətinə ciddi diqqət yetirirlər. Dağlar qoynunda yerləşən Şurud kəndinə qədər bu iş sürətlə davam etdirilir. Gal Şurud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin tərkibində olan bir yaşayış məntəqəsidir. 

Məlumat üçün bildirək ki, bu kənddə 47 təsərrüfatda 135 sakin yaşayır. Kəndin girəcəyində gözəl bir mənzərə ilə rastlaşırıq. Sıra ilə düzülmüş kənd tam orta məktəbinin binası, kənd və xidmət mərkəzləri bu yaşayış məntəqəsinə xüsusi yaraşıq verməklə Galı muxtar respublikanın müasir kəndlərindən birinə çevirib. Həmin obyektlər sen­tyabr ayının 30-da istifadəyə verilib. Gal kəndinin sakinləri o günün sevincini yaşayırlar. Kənd sakini Növhəl Məmmədov deyir ki, elə ki payız gəldi, yağışlar başladı, demək olar ki, mövcud yollardan istifadə etmək, rayon mərkəzinə, Naxçıvan şəhərinə getmək, problemlərimizi həll etmək, ev üçün nə isə almaq müşkül məsələyə dönürdü. İndi yollarımızda yenidənqurma işlərinin aparıldığını görəndə xeyli sevinirik. Kənddaxili yol abadlaşdırılıb, Dizə kəndindən başlayaraq 14 kilometr məsafəyə çınqıl örtük verilib, sel­ötürücü və su keçidləri tikilib, kənd daxilində 300 metrlik beton kanal çəkilib. Elektrik, rabitə, su və təbii qaz təchizatı da yaxşılaşdırılıb, yeni elektrik, rabitə, fiber-optik kabel xətti çəkilib, mövcud artezian quyusunda və “Anabat” kəhrizində təmir-bərpa işləri aparılıb.

Ardını oxu...

Azərbaycan xalqı 2003-cü il oktyabrın 15-də Heydər Əliyev siyasətinin davamına səs verdi

Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Görkəmli dövlət xadimi bu gün dünyada söz sahibi olan müstəqil Azərbaycanın qurucusu, xalqımızın xilaskarı və ölkəmizin davamlı inkişafının müəllifi olmaqla bərabər, banisi olduğu dövlətçilik irsinin əbədiliyini təmin edən, ölkəmizi lider dövlətlər sırasına çıxaran və dövlət müstəqilliyini qoruyub möhkəmləndirən qüdrətli varisi də yetişdirmişdir.
2003-cü ildə xalqına ünvanladığı müraciətində “...Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var”, – deyən ümummilli liderimiz bu planları həyata keçirmək qüdrətində olan siyasi varisi İlham Əliyev barədə demişdir: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ardını oxu...

“Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Oktyabrın 14-də keçirilən mərasimi idarənin əməkdaşı Mirzə Rəhimov açıq elan edib.
Sonra Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Naxçıvan şəhər təşkilatının sədr müavini Sultan İsmayılovun, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatı Naxçıvan şəhər şöbəsinin sədri Zahid Cəfərovun çıxışları olub.
Bildirilib ki, Azərbaycan dövləti inkişaf etdikcə, qüdrətləndikcə ordumuz da güclənir. Güclü ordu isə düşməni hər an yerində oturtmağa qadir bir komanda deməkdir. Bu gün bizim ordumuzun yüksək əhval-ruhiyyəli əsgərlərinin, güclü maddi-texniki bazasının olması düşmənə gözdağıdır.

Ardını oxu...

Rayon prokurorluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə rayon prokuroru, I dərəcəli hüquqşünas Tural İbrahimov “Vətəndaşların seçki hüquqları və bu hüquqların pozulmasına görə məsuliyyət” mövzusunda məruzə etmişdir.
Bildirilmişdir ki, vətəndaşların seçki hüquqlarının qanunvericilik bazasının əsası Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilir. Konstitusiyada göstərilir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Vətəndaşlar ölkənin idarə olunmasında, ilk növbədə, seçkilər vasitəsilə iştirak edirlər. Seçkilər günü 18 yaşı tamam olan və ya yaşı 18-dən çox olan fəaliyyət qabiliyyətli vətəndaşların hamısı seçki hüququna malikdir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 3-cü maddəsinə əsasən, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək hüququ vardır. Vətəndaşlar seçkilərdə bərabər əsaslarla iştirak edirlər. Səsvermə zamanı hər bir vətəndaşın bir səsi vardır. Vətəndaşlar seçkilərdə namizədin lehinə və ya əleyhinə şəxsən səs verirlər. Başqa şəxslərin yerinə səs vermək qadağandır. Başqalarının əvəzinə səs verən və ya bunun üçün şərait yaradan vətəndaşlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə cəlb olunurlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 95-ci il­dönümü münasibətilə tədbir keçirilib. Nazirliyin kollektivi əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin akt zalında davam etdirilən tədbiri maliyyə naziri Xalid İsgəndərov açaraq bildirib ki, Naxçıvan İnqilab Komitəsinin 10 oktyabr 1920-ci il tarixli qərarı ilə yaradılan Maliyyə Şöbəsi 1924-cü ilə qədər həmin ad altında fəaliyyət göstərib, Naxçıvan SSR Mərkəzi İcraiyyə Komitəsinin 18 yanvar 1924-cü il tarixli qərarı ilə Xalq Maliyyə Komissarlığına çevrilib. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 30 mart 1946-cı il tarixli Fərmanı ilə Naxçıvan MSSR Maliyyə Komissarlığı Naxçıvan MSSR Maliyyə Nazirliyi adlandırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 1998-ci il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin bazasında Naxçıvan Muxtar Respublikası Maliyyə-İqtisadiyyat Nazirliyi yaradılıb. Bu nazirlik Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1 may 2001-ci il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə çevrilib.

Ardını oxu...

Naxçıvanda dövlət torpaq idarəçiliyinin yaradılmasının 95 illiyi qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olublar.
Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində keçirilən tədbirdə çıxış edən komitə sədri Müslüm Cabbarzadə bildirmişdir ki, 95 il əvvəl, Naxçıvan İnqilab Komitəsinin 1920-ci il 10 oktyabr tarixli qərarı ilə İnqilab Komitəsinin nəzdində ilk Torpaq Şöbəsi yaradılmışdır. 1924-cü il yanvarın 18-də Naxçıvan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Torpaq Komissarlığı fəaliyyətə başlamışdır. 1946-cı il mayın 28-də isə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Xalq Torpaq Komissarlığı Naxçıvan MSSR Kənd Təsərrüfatı Nazirliyi adlandırılmış və Kənd Təsərrüfatı Nazirliyinin Torpaq Şöbəsi yaradılmışdır.
Müslüm Cabbarzadə qeyd etmişdir ki, 1991-ci ildə ölkəmizin müstəqillik əldə etməsindən sonra qarşıda duran həllivacib məsələlərdən biri də yeni torpaq siyasətinin həyata keçirilməsi, torpaq islahatlarının aparılması idi. Kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edən torpaq islahatının əsası 1992-ci ildə, ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulmuşdur. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə Culfa rayonunun Şurud və Gal kəndlərində torpaq islahatı keçirilmişdir.

Ardını oxu...

“Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. 

Oktyabrın 12-də keçirilən mərasimi Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov açıq elan edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra xidmətin rəisi bildirib ki, ölkəmizdə ordu quruculuğuna göstərilən dövlət qayğısı Silahlı Qüvvələrimizin hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu sahədə görülən işlərin nəticəsidir ki, hazırda ölkəmizin təhlükəsizliyini etibarlı təmin edən müasir və güclü ordusu vardır. Ordumuz istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Son illərdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Silahlı Qüvvələrin Naxçıvan Muxtar Respublikasında yerləşən hissələrinin də inkişafına hərtərəfli şərait yaradıb, maddi-texniki təminat gücləndirilib, şəxsi heyətin mənəvi-psixoloji hazır­lığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb. Bütün bunlar çağırışyaşlı gənclərin hərbi hissələrdə nümunəvi xidmətinə imkan verib.

Ardını oxu...

Naxçıvan şəhərinin Qaraçuq kəndində torpaq üzərində mülkiyyət hüququ ilə bağlı keçirilən hüquqi maarifləndirmə tədbirini Naxçıvan Şəhər Prokurorluğu təşkil etmişdi.
Qaraçuq Kənd Mərkəzində keçirilən və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsma­yıl Gülməmməd­ov açmışdır.
Naxçıvan şəhər prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Ramin Tağıyev çıxış edərək bildirmişdir ki, respublikamızda torpaq islahatlarının aparılmasının hüquqi əsasları və qaydaları 16 iyul 1996-cı il tarixdə qəbul olunan “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Həmin qanunda göstərilir ki, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarilə xalqımızın maddi rifahını yüksəltməkdən ibarətdir.

Ardını oxu...

Cənubi Qafqaz respublikaları ilə Тürkiyə arasında bağlanmış Qars müqaviləsindən 94 il keçir. Qars müqaviləsi ilə Тürkiyə və Cənubi Qafqaz respublikaları arasında ərazi-sərhəd məsələləri həll оlundu. Bu müqavilənin əsas müddəaları Mоskva müqaviləsinin müvafiq maddələri ilə üst-üstə düşürdü. Qars müqaviləsi Moskva müqaviləsi ilə müəyyənləşdirilmiş müddəaların təsdiq edilməsi idi.

Qars müqaviləsində öz ədalətli həllini tapan bir sıra məsələlər əvvəlki müqavilələrdə – Gümrü (Aleksandropol) və Moskva müqavilələrində də ya müzakirə olunmuş, ya da imzalanmışdı. “Böyük Ermənistan” yaratmaq üçün bir sıra torpaqlara iddialı olan ermənilər bu torpaqları əldə etmək üçün siyasi və hərbi vasitələrdən istifadə edirdi. Bu yolda onlara iri kapitalist dövlətləri kömək edirdi. Konkret olaraq Azərbaycanın bir sıra ərazilərini, xüsusilə Naxçıvan ərazisini ABŞ, İngiltərə və Rusiya çox cidd-cəhdlə Ermənistana vermək istəyirdi. Ermənilər “böyük Ermənistan” uğrunda Türkiyə və Azərbaycanla müharibə aparırdı. Türk ordusu 24 sen­tyabr 1920-ci ildə ermənilərin hücumlarının qarşısını almaq üçün onlarla müharibə aparmalı oldu və həmin il noyabr ayının 18-də daşnakları məğlub etdi. Dekabrın 2-də Ermənistanın daşnak hökuməti ilə Türkiyə arasında Gümrü müqaviləsi bağlandı. Daşnaklar xəyallarında qurduqları “böyük Ermənistan”ın ərazisinin İrəvan və Göyçə gölü rayonu ilə məhdudlaşdığını etiraf etdilər. Gümrü müqaviləsinin 2-ci maddəsində tərəflər Naxçıvan bölgəsi ilə bağlı aşağıdakı razılığa gəlmişdilər: Ermənistan Kükü dağı, Həməsür dağı, Qurdqulaq kəndi, Sayat dağı, Arpaçay evləri, Qəmərli dağı, Saray bulaq dağları, Ararat stansiyası, Araz çayı yaxınlığındakı Aşağı Qarasuyun töküldüyü yerdən keçən zolağın cənubundakı (Naxçıvan, Şahtaxtı, Şərur) əraziyə daha sonra referendumla təyin olunacaq idarə formasına və bu idarənin əhatə edəcəyi torpaqlara qarışmayacaq, indiki ərazidə hələlik Türkiyənin himayəsində yerli idarə yaradılacaqdır.

Ardını oxu...

2002-ci il oktyabr ayının 5-də ümummilli liderimiz Heydər Əliyev  oktyabr ayının 10-nun “Yanğınsöndürənlərin peşə bayramı günü” kimi qeyd olunması haqqında Sərəncam imzalamışdır. Həmin tarixdən etibarən yanğınsöndürənlər hər il oktyabrın 10-da peşə bayramlarını qeyd edirlər.

1969-1982-ci illərdə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, yanğın təhlükəsizliyi orqanlarında da problemlər öz həllini tapmışdır. “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”, – deyən ümummilli liderimiz ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra isə yanğın təhlükəsizliyi sisteminin davamlı inkişafını təmin edən ardıcıl tədbirlər görülmüşdür. Yanğından mühafizə xidmətinin maddi-texniki və normativ-hüquqi bazasının təkmilləşdirilməsi, kadr ehtiyatının yaradılması, şəxsi heyətin döyüş və peşə hazırlığının artırılması kimi vacib məsələlər öz həllini tapmışdır. 1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsaslarını və prinsiplərini müəyyən etmişdir. Sonrakı illərdə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində yanğından mühafizə sistemi daha da təkmilləşdirilmiş, şəxsi heyətin sosial-məişət şəraiti yüksəlmiş, təminat və təchizat məsələləri öz uğurlu həllini tapmışdır.

Ardını oxu...

2014-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı cari ilin fevral ayının 9-da keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən aidiyyəti qurumlara əhaliyə müvafiq xidmətlərin səyyar qaydada həyata keçirilməsinin təmin edilməsi haqda verilən tapşırıq doğma diyarımızda dövlət-vətəndaş münasibətlərində yeni mərhələnin başlanğıcını qoyub. Bu addım muxtar respublika sakinləri tərəfindən dövlətimizin öz vətəndaşına, bütövlükdə, insan amilinə verdiyi dəyərin təzahürü kimi qiymətləndirilir. Tapşırıqdan sonrakı müddətdə müvafiq tədbirlər həyata keçirilib, maddi-texniki baza yaradılıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə “Hyundai” markalı avtomobil verilib. Avtomobil səyyar xidmətin göstərilməsi üçün avadanlıqlarla təchiz edilib.

Ardını oxu...

 1 noyabr 2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər günüdür

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər muxtar respublikada 7 seçki dairəsi üzrə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər isə 45 seçki dairəsi üzrə keçiriləcəkdir. 

Seçkiqabağı təşviqat
vətəndaşların və siyasi partiyaların seçiciləri
seçkilərdə iştiraka, bu və ya digər namizədlərin lehinə səs verməyə (səs verməməyə) çağıran və ya çağırmaq məqsədi daşıyan fəaliyyətidir.

* * *

Seçkiqabağı təşviqat aparmaq hüququna
aşağıdakılar malikdirlər:

Ardını oxu...

Oktyabrın 8-də Heydər Əliyev Muzeyində “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda Naxçıvan Dövlət Texniki Kolleci tələbələri üçün açıq dərs keçilib.
Açıq dərsdə muzeyin direktoru Ramil Orucəliyev bildirib ki, ölkəmizin müstəqil dövlətçilik tarixinin təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyanı iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs yerinə yetirə bilərdi. XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə lider görkəmli dövlət xadimi Heydər Əliyev idi. Uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış xalqımızın özünəqayıdış və özünütəsdiqində ümummilli lider Heydər Əliyevin əməli fəaliyyətinin və ideya-siyasi baxışlarının çox böyük rolu olub.

Ardını oxu...

“Bu rayonun yaradılması ilə bölgədə bir çox məsələlər həll olunmuşdur. Artıq rayonun öz büdcəsi var, yeni yaradılmış idarələrdə mindən çox iş yeri açılmışdır. Beləliklə, bu rayonda yaşayan əksər ailələrin heç olmasa bir üzvü işlə təmin edilmişdir. Onların işlə təmin edilməsi ailədə də sabitliyin yaranması deməkdir. Yeni rayonun yaradılması bu bölgənin iqtisadiyyatına, gələcəkdə onun daha da möhkəmlənməsinə, ailələrin məskunlaşmasına kömək edəcəkdir. Tarixi bir adı özündə yaşadan Kəngərli rayonu qısa bir müddət ərzində muxtar respublikanın digər rayonlarının səviyyəsinə çatacaqdır”.

Bu sözləri 2006-cı ilin iyul ayında Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasının açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir. 11 il bundan əvvəl əsası qoyulan Kəngərli rayonu ölkəmizin, eləcə də muxtar respublikamızın ən gənc rayonlarından hesab olunur. Ancaq bu “gənclik” rayonun inzibati vahid kimi statusundan qaynaqlanır, əslində, ərazinin tarixi çox qədimlərə gedib çıxır. Qarabağlar, Yurdçu, Şahtaxtı, Çalxanqala kimi kənd yaşayış məntəqələrində qədim tarix və mədəniyyətin mövcudluğunu göstərən dövrlərdən bizi min illər ayırır.

Ardını oxu...

İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Xadim Ərəbbağinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına ikigünlük səfəri çərçivəsində muxtar respublikanın sənaye və mədəniyyət müəssisələri ilə tanış olub.
İlk olaraq Naxçıvan Sement Zavodunda olan qonaqlara məlumat verilib ki, bu müəssisə 2011-ci ildən fəaliyyət göstərir. Gündəlik istehsal gücü 1200 ton olan zavodda müasir texnologiya əsasında ən yeni avadanlıqlar quraşdırılıb. Yerli xammal hesabına işləyən Naxçıvan Sement Zavodunda 250 nəfər işlə təmin edilib. Bu, bir istehsal müəssisəsinin timsalında çox yaxşı göstəricidir. Zavodda yeni texnoloji avadanlıqlar tətbiq olunduğundan burada çalışan mühəndis-texniki işçilərin əksəriyyəti də bu sahə üzrə məzun olmuş ali təhsilli gənclərdir. Yüksək temperatur, təzyiq şəraitində həyata keçirilən istehsal prosesinə nəzarət üçün Yaponiyadan alınmış avadanlıqdan istifadə olunur. Almaniyadan alınıb gətirilmiş qaz analizatoru avadanlığı vasitəsilə istehsal prosesində təbii qaza tam avtomatik nəzarət etməklə təhlükəsizlik təmin olunur və enerjiyə qənaət edilir. Qeyd edilib ki, Naxçıvan sementi ən yüksək texniki göstərici olan 42,5 indeksli marka ilə istehsal olunur və satış üçün Bakı şəhərinə, habelə Gürcüstan Respublikasına göndərilir.

Ardını oxu...

İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Xadim Ərəbbaği “Şərq qapısı” qəzetinə müsahibə verib, Naxçıvanla bağlı təəssüratlarını bölüşüb.
Naxçıvanda çox böyük qonaqpərvərliklə qarşılandıqlarını bildirən Möhsün Xadim Ərəbbaği deyib: “Bizim burada səmimi görüşlərimiz oldu, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı qarşılıqlı əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Xüsusilə iqtisadi sahədə əməkdaşlığın hazırkı vəziyyətini müzakirə etdik. Mən əvvəllər də Naxçıvana gəlmişəm. Müqayisə edəndə görürük ki, indi Naxçıvan xeyli dəyişib, burada çox böyük işlər görülüb, yeni sənaye müəssisələri yaradılıb. Qeyd edim ki, biz buraya böyük qrupla gəlmişik. Bu səfərimizdə iranlı sahibkarlar, iş adamları iştirak edir. Hər birimiz bizə göstərilən səmimiyyətdən çox razıyıq. Naxçıvanın inkişafı bizi çox sevindirir, çünki Naxçıvanla bütün zamanlarda bizim əlaqələrimiz olub”.
Dünyanın bir çox ölkələrində sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı ilə tanış olduğunu deyən qonaq Naxçıvandakı istehsal müəssisələrində çox keyfiyyətli məhsullar istehsal edildiyini bildirdi.

Ardını oxu...

 Səbir edin, ay xal-xallılar

Babək rayonundakı Xal-xal kənd sakinlərinin bizə çatdırmaq istədikləri ərz-gileylərini oxuduq. Onu deyək ki, bütün sözlərində haqlıdırlar. Kənd sakini Aslan Hüseynov deyir ki, neçə illərdir, çalışırıq Naxçıvan çayının kənd ərazisində olan hissəsinə körpü salınmasına nail ola bilmirik ki, bilmirik. Muxtar respublikanın rəhbər təşkilatlarına, Babək rayonunun başçılarına gileyimizi çatdırsaq da, şikayətlərimiz kitabdan-kitaba salınaraq ildən-ilə keçirilir. Nəticəsi isə göz qabağındadır. Adamlar çətinlik çəkir, giley-güzar dolu ərizələr isə laqeyd rəhbərlərin qovluğunda yatır. Belə ki, gedir, deyəsən, hələ çox çəkəcək bu iş. Çünki niyə? Deyəcəklər ki, blokadadayıq. Material gəlmir. İndi qalır sizli-bizli soruşmaq: “Guya material olanda sözümüzü eşitmisiniz ki, qala indiki vaxt”.

Ardını oxu...

Amerika Birləşmiş Ştatlarının Visconsin Ştatının Miluaukee dairəsi 1834-cü ildə yaradılmışdır. Bu dairə Amerika Birləşmiş Ştatlarının ən çox tanınan 45-ci dairəsidir. Hazırda dairədə 1 milyona yaxın əhali yaşayır. Amerikalı jurnalist və tədqiqatçı Peter Tasenin müraciətinə əsasən Miluaukee dairəsinin rəhbəri Çris Abele “Şərq qapısı” qəzetinin 94-cü ildönümü münasibətilə hökumət bəyannaməsi qəbul etmişdir.
Bəyannamədə qeyd olunur ki, 2015-ci il noyabrın 9-da Azərbaycan Respublikasının tərkibində olan Naxçıvan Muxtar Respublikasının ilk nəşri olan “Şərq qapısı” qəzetinin 94-cü ildönümü qeyd olunacaq. 1921-ci il noyabrın 9-da “Şərq qapısı” qəzetinin əsası qoyulmuş, 1969-cu ildən qəzetin gündəlik və böyük formada nəşri təmin edilmişdir. 1990-cı ildə “Şərq qapısı” qəzeti üçün yeni dövr başlamışdır. Qəzet Azərbaycanın müstəqillik ideyalarının və Amerika Birləşmiş Ştatları ilə əlaqələrinin genişləndirilməsinə tərəfdar olmuşdur.
2000-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri mətbuat azadlığı və azad nitq fəaliyyətini dəstəkləmək məqsədi ilə mətbuat orqanının maddi-texniki bazasının yaxşılaşdırılması barədə Sərəncam imzalamışdır. 2010-cu il iyulun 22-də milli mətbuatın yaradılmasının 135-ci ildönümü günündə böyük dövlət qayğısının bariz ifadəsi kimi “Şərq qapısı” qəzeti üçün yeni bina istifadəyə verilmiş, qəzetin rəngli nəşrinə başlanmış və hazırda qəzet həftədə beş dəfə nəşr edilir.

Dünən Babək Rayon İcra Hakimiyyətində icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əbdül­hüseyn Zamanov açmışdır.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Faiq Səfərov “Torpaq üzərində mülkiyyət hüququnun pozulmasına görə məsuliyyət” mövzusunda çıxış edərək bildirmişdir ki, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Bu orqanların torpaqlardan istifadə və onların mühafizəsi üzrə səlahiyyətləri dairəsində göstərişləri bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir. Torpaq qanunvericiliyinə əsasən, müəyyən kateqoriyaya aid edilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız onun təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Torpaqların kateqoriyalarının qanunsuz dəyişdirilməsi İnzibati Xətalar Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.
Qeyd olunmuşdur ki, torpaqların özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması, torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi, torpaqların çirkləndirilməsi, torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsi, tikilməsi və istismara verilməsi, mülkiyyətdə və istifadədə olan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsi, torpaqların dövlət uçotundan və qeydiyyatından gizlədilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada cinayət və inzibati məsuliyyətə səbəb olur.

Ardını oxu...

Oktyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət etmişlər. 

Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında davam etdirilən tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov açmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi işçilərinin təltif edilməsi haqqında” 2015-ci il 2 oktyabr tarixli Sərəncamını oxumuş, 90 illik yubiley münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunduğunu bildirmişdir.

Ardını oxu...

2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində müşavirə keçirilib. 

Müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq nazirlik tərəfindən payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla bağlı artıq bir neçə ildir, qazanılan təcrübə qışa hazırlığı vaxtında yerinə yetirməyə, mövsümü təhlükəsiz şəkildə başa vurmağa imkan yaradır. Nazirliyin balansında olan inzibati binaların qızdırılması üçün məhkəmələr üzrə 10, tabe qurumlar üzrə 9 qazanxana, 2 kombi sistemi quraşdırılıb. Bütövlükdə, quraşdırılan 19 qazanxana və 2 kombi istilik sistemi yenidir. Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində su qızdırıcıları yenilənib və relyefə dözümlü avadanlıqlarla əvəz olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə görüş keçirilib.
Görüşdə xidmətin əməkdaşı Rahib Kərimov iştirakçılara əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti, onların hüquq və azadlıqları, əməkçi miqrantların hüquqları, onların vəzifələri və məsuliyyəti haqda məlumat verib. O deyib ki, Azərbaycan Respublikası ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Kon­stitusiyası və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq şəxsi toxunulmazlıq və mənzil toxunulmazlığı hüquqları vardır. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada tutulmuş, yaxud həbs olunmuş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu hərəkətlərə səbəb olan hallar və onların hüquqları haqqında dərhal məlumat verilməlidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisində hərəkət edə və yaşayış yeri seçə bilərlər.

Ardını oxu...

1 noyabr 2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər günüdür

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər muxtar respublikada 7 seçki dairəsi üzrə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər isə 45 seçki dairəsi üzrə keçiriləcəkdir.

Qeydə alınmış namizədlərin bərabərliyi
Qeydə alınmış bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər vəzifələr daşıyırlar.

Dövlət orqanlarında işləyən və ya bələdiyyə qulluğunda olan, həmçinin kütləvi informasiya vasitələrində əmək və mülki hüquq müqaviləsi əsasında işləyən qeydə alınmış namizədlər seçki kampaniyasında iştirak etdikləri müddətdə xidməti vəzifələrini yerinə yetirməkdən azad olunurlar (bu qayda Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına şamil edilmir), müvafiq əmrin (sərəncamın) təsdiq edilmiş surətini qeydiyyat günündən ən geci 3 gün ərzində onları qeydə almış seçki komissiyasına təqdim edirlər.

Ardını oxu...

Oktyabrın 2-də Naxçıvan Dövlət Universitetində Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun Azərbaycan və rus dillərində çapdan çıxmış “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq deyib ki, müəllif dünya siyasətində gedən proseslərin fonunda Asiya ölkələrini siyasi-iqtisadi, eləcə də diplomatik və mədəni əlaqələr baxımından təhlil etmiş, həmin ölkələrin Azərbaycanla ikitərəfli və çoxşaxəli əməkdaşlıq məsələlərini geniş araşdırmaya cəlb etmişdir. Bu mənada “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri, tədqiqatçılar, politoloqlar üçün sanballı elmi ədəbiyyat və dərs vəsaitidir. Kitabın böyük elmi maraq doğurması, rus dilinə tərcümə və nəşri bunu bir daha təsdiq edir.

Ardını oxu...

Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun 2015-ci ildə “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı olduqca aktual bir mövzuya həsr olunmuşdur. Kitabda Asiya ölkələrinin dünya siyasətində və beynəlxalq münasibətlər sistemindəki əhəmiyyəti, yeri və mövqeyi araşdırılmışdır.

Kitab Asiya ölkələrinin beynəlxalq siyasətdəki yerinin müəyyənləşdirilməsi baxımından bu sahədə mövcud boşluğu aradan qaldıran əhəmiyyətli tədqiqat materialıdır. Əsər bir çox cəhətdən aktual və əhəmiyyətlidir. Hər şeydən əvvəl ona görə ki, dünya əhalisinin yarıdan çoxunun Asiyada cəmləşməsi bu qitənin cazibə qüvvəsini artırmışdır. Artıq Asiya ölkələri beynəlxalq münasibətlərin ön sırasında çıxış edən ciddi və əhəmiyyətli dövlətlərdir. Asiya qitəsini, Asiya ölkələrini öyrənmək müasir dünya siyasətini, beynəlxalq münasibətlərin yeni mənzərəsini dolğun, əhatəli və obyektiv şəkildə təsəvvür etməkdə mühüm əhəmiyyətə malikdir. Məhz bu baxımdan Rza Talıbovun əsəri Asiya ölkələrinin beynəlxalq siyasətdə oynadığı rolun müəyyən­ləşdirilməsində alim və tədqiqatçılara işıq tutan dəyərli elmi mənbədir.
Kitab 6 fəsildən ibarətdir. Üç yarımfəsildən ibarət olan birinci fəsildə Çin Xalq Respublikasının beynəlxalq münasibətlər sistemində oynadığı rol, tutduğu mövqe və nüfuzu araşdırılmışdır. Müəllif bu fəsildə çox incə məqamlara xüsusi diqqət çəkmiş, ölkənin keçmişi və bu günü haqda oxucuda dolğun təəssürat yarada bilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlhаm Əliyеv: Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuş, bir sıra mühüm siyasi və iqtisadi islahatlara başlanmışdır.


1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevi Prezident seçməklə dövlət müstəqilliyimizin qorunub saxlanmasına, sabitliyə və davamlı inkişafa səs vermişdir.

“Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın bu ağır vəziyyətdən çıxması üçün çox iş görülməlidir. Bundan ötrü isə Azərbaycanın daxilində ictimai-siyasi sabitlik, bütün qüvvələrin, bütün təbəqələrin, bütün vətəndaşların milli birliyi, həmrəyliyi lazımdır”, – deyən ulu öndər Heydər Əliyev ölkə rəhbəri seçildikdən sonra Azərbaycanda özbaşınalığa, anarxiyaya, xaosa son qoymaqla sosial sabitlik strategiyasını həyata keçirmiş, müstəqil respublikamızı zəiflədən bütün amillərin aradan qaldırılmasına nail olmuşdur. Beləliklə, uçuruma yuvarlanan, yox olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan 1969-cu ildən başlanan quruculuq, inkişaf, yüksəliş xəttinə qayıtmışdır.
Ümummilli liderimizin Azərbaycana rəhbərliyinin 1969-1982-ci illərini əhatə edən birinci mərhələsi tarixdə sosial-iqtisadi tərəqqi dövrü kimi qalmışdır. Həmin illərdə Azərbaycanda sənaye komplekslərinin yaradılması, kənd təsərrüfatının, elmin, mədəniyyətin, incəsənətin inkişafı istiqamətində qətiyyətli addımlar atılmışdır. Azərbaycan sovet məkanında bütün sahələrdə qabaqcıl yer tutmuş, respublikamızın şöhrəti yüksəlmişdir. Görkəm­li dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə milli ruhun oyanışına təkan verilmiş, dilimizin, xalqımızın unudulmaqda olan adət-ənənələrinin, milli dəyərlərinin qorunub yaşadılması sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. Bir sözlə, Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsinə əsaslı zəmin yaradılmışdır.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin iştirakı ilə “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda açıq dərs keçilib.
Muzeyin direktoru Ramil Oruc­əliyev açıq dərsdə bildirib ki, müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir. Bütün mənalı ömrünü xalqımızın nicatına həsr etmiş bu dahi şəxsiyyət Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsaslarını yaradıb, ölkəmizin müstəqilliyinin əldə olunması, qorunması və inkişaf etdirilməsində misilsiz xidmətlər göstərib. Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas edib, respublikamızı inkişaf yoluna çıxarıb.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin prinsipiallığı, cəsarəti, milli ideyalara bağlılığı nəticəsində hələ sovet dövründə gələcəyin müstəqil Azərbaycanı naminə cəsarətli addımlar atılaraq Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edilib, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin inkişafında ciddi nailiyyətlər əldə olunub.

Ardını oxu...

Ordubad şəhəri haqqında indiyədək çox deyilib, çox yazılıb. Zəngəzur dağlarının ətəyində yerləşən bu qədim yurd təkcə Qafqazın deyil, bütövlükdə Şərqin və Avrasiyanın köksündə özünə əbədi yuva qurmuş müasir Azərbaycan şəhəridir.

Ordubad elə bir şəhərdir ki, əsrlərboyu bura yolu düşən səyyahların, coğrafiyaşünasların marağına səbəb olub, haqqında xatirələr yazılıb, şəninə təriflər deyilib. Mənə görə indiyədək Ordubad haqqında yazılmış hər bir xoş kəlmə, sadəcə, tərif deyil, bu yerin xüsusiyyətlərini özündə birləşdirən real təsvirdir. Məsələn, ötən əsrin məşhur səyyahı Hacı Zeynalabdin Şirvani “Bustanüs-səyahə” kitabında yazır: “Ordubad ürəkaçan gözəl bir şəhərdir. Ora adama fərəh verən yerdir. Onun möhkəm qalası, bol suyu və çoxlu bağları vardır. Meyvəsi bol və dadlıdır. Havası insana sağlıq verir. Adamları surətcə gözəldir”. Və yaxud XX əsrin əvvəllərində buranı ziyarət etmiş Nefodov adlı səyyah yazıb: “Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir. Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir”. XIX əsrdə polyak tədqiqatçısı A.Petzold, fransız yazıçısı A.Düma, XVII əsrdə türk səyyahı Övliya Çələbi və başqaları öz yazılarında bu gözəlliyi vəsf edib, Ordubad çinarlarının möhtəşəm vüqarına heyran qaldıqlarını bildiriblər. Ordubad həm də elə bir unikal yerdir ki, haqqında bəhs edərkən onun tarixi keçmişinə toxunmaya bilmirsən. Çünki bu keçmişə, özünəməxsusluğa sadiqlik Ordubadın müasir vizit kartının əsasını təşkil edir. Buna görə də müasir Ordubad şəhərinin inkişafına keçmişin səhifələrini vərəqləməklə nəzər salaq.

Ardını oxu...

2015-ci ilin sentyabr ayı ərzində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
Belə ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə götürülən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 2 sentyabr tarixli 77 nömrəli qərarında dəyişikliklər edilməsi ilə əlaqədar 2015-ci il may ayının 1-dən fiziki və hüquqi şəxslər tərəfindən “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan “suvarma sistemləri dəstinin və avadanlığının” ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların dəyərinə 40 faiz həcmində güzəşt tətbiq edilir.
Qəbul edilən normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestri vasitəsilə (www.huququaktlar.nakhchivan.az) tanış olmaq olar.

“Böyük Ermənistan” xülyası ilə yaşayan xəstə təfəkkürlü ermənilər bu fikirlərini regiondakı dövlətlərin torpaqları hesabına reallaşdırmağa çalışırlar. Vaxtilə havadarlarının köməyi ilə Qərbi Azərbaycan torpaqları üzərində erməni dövləti qurmağa nail olan bədnam qonşularımız digər ərazilərimizi də ələ keçirmək məqsədilə 1988-ci ildən bu tərəfə bütün vasitələrə əl atmışlar. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə onun gücsüzlüyündən istifadə edən düşmən Dağlıq Qarabağı və ətrafdakı 7 rayonu işğal etmişdir. Bunlar arasında Xocavənd rayonu da var.

Ermənistan işğal siyasətini insanlığa sığmayan bir şəkildə həyata keçirmişdir. 1992-ci ilin fevral ayında Xocalı şəhərində ermənilər tərəfindən azərbaycanlılara qarşı misli görünmə­miş soyqırımı törədilmişdir. Dünya ermənilərinin, muzdluların, keçmiş sovet ordusunun, xüsusilə Xankəndidə yerləşən 366-cı alayın birbaşa və ya bilavasitə köməyi ilə şəhərlərimiz, kəndlərimiz işğal olunur, yandırılaraq talan edilirdi. Dağlıq Qarabağın digər yaşayış məntəqələri kimi, Xocavənd rayonu da ermənilərin hücumuna məruz qalmışdır. Erməni qəsbkarları və muzdlu döyüşçülərlə gedən qeyri-bərabər döyüşlərdə rayonun kəndləri qarış-qarış, addım-addım itirilmişdir. 30 oktyabr 1991-ci ildə rayonun qədim Tuğ və Salakətin kəndləri, 1991-ci ilin 15 noyabrında Xətai, 19 noyabr 1991-ci il tarixdə Xocavənd, 1992-ci il yanvar ayının 9-da Haxullu kənd­ləri işğal edilmişdir.

Ardını oxu...

Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyenin Naxçıvan Muxtar Respublikasına səfərinin ikinci günü maraqlı tanışlıqlarla yadda qaldı.
Dünən fransalı səfirin ilk baş çəkdiyi ünvan Naxçıvan Biznes Mərkəzi oldu. Burada səfirə məlumat verildi ki, Biznes Mərkəzi muxtar respublikanın biznes mühitinin və imkanlarının nümayişi, təbliği baxımından mühüm rola malikdir. Burada qurulan pavilyonlarda müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri haqqında məlumat alan fransalı səfir daha çox yüngül və ağır sənaye, kənd təsərrüfatı, qida, tekstil, dağ-mədən, metallurgiya, avtomobil sənayesi, rabitə, balıqçılıq və digər sahələrin məhsulları ilə maraqlandı.
Qeyd edildi ki, bu məhsullar yüksək keyfiyyəti ilə seçilir. Bu, ilk növbədə, məhsulların hazırlandığı müəssisələrin ən müasir avadanlıqlarla təchiz edilməsi ilə bağlıdır. Təsadüfi deyildir ki, indi muxtar respublikada bir çox sahələrdə istehsal olunan məhsullara dünya bazarında böyük tələbat vardır. Naxçıvanda istehsal sahələrinin çoxşaxəli olması blokada şəraitində yaşayan muxtar respublikanı qida, sənaye və digər məhsullarla tam təmin edir, idxaldan asılılığı minimuma endirir.

Ardını oxu...

 Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən, hər il oktyabrın 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.

Ölkəmizdə prokurorluq orqanlarının əsası 1918-ci il oktyabrın 1-də qoyulsa da, onun müstəqil dövlət orqanı kimi fəaliyyəti və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunmuş, qanunun aliliyi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi milli dəyərlər və beynəlxalq prinsiplər əsasında təmin edilmişdir. Bu tədbirlərin tərkib hissəsi olaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır.
Bu dövrdən başlayaraq ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq, prokurorluq orqanlarında köklü islahatlara başlanılmışdır. Prokurorluq orqanlarının qanunçuluğun təmin edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində nüfuzlu təsisata çevrilməsi, fəaliyyətini dövrün tələbləri səviyyəsində qurması məhz ümummilli liderin rəhbərliyi altında həyata keçirilmiş mütərəqqi islahatlar nəticəsində mümkün olmuşdur. “Prokurorluq işi yüksək intellekt tələb edən işdir, yüksək peşəkarlıq tələb edən işdir, yüksək hüquqi bilik, hüquqi təhsil tələb edən işdir”, – deyən ulu öndərin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkar­lığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur. Qarşıda duran bu və digər məqsədlərin həyata keçirilməsi baxımından 1999-cu il 7 dekabr tarixdə qəbul olunmuş “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu müstəsna əhəmiyyət daşıyır. Bu qanun prokurorluğun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması üçün hüquqi zəmin formalaşdırmış, prokurorluğun fəaliyyət istiqamətlərini müəyyən etmişdir. Sonralar “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin və digər normativ-hüquqi aktların təsdiq edilməsi isə prokurorluq orqanlarının fəaliyyətində hüquqi tənzimlənmə prosesini yeni mərhələyə yüksəltmişdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin “Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda 199-cu məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ulu öndərin hakimiyyətə qayıdışından əvvəl ölkəmizin üzləşdiyi acınacaqlı vəziyyətdən, dahi rəhbərin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra həyata keçirdiyi xilaskarlıq missiyasından danışıb.
Rektor qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyev milli dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını, inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Dahi şəxsiyyət deyirdi ki, milli dəyərləri qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyini qorumaq əzmində olacaqdır. Saleh Məhərrəmov dövlətimiz tərəfindən hər zaman milli-mənəvi dəyərlərimizə yüksək qayğı və diqqət göstərildiyini nəzərə çatdırıb.

Ardını oxu...

Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub.
Səfər çərçivəsində fransalı diplomat, ilk olaraq, ulu öndərin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Dövlət Universitetinə gələn səfirə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu təhsil müəssisəsinin strukturu, buradakı elektron təhsil şəbəkəsi və müasir texnologiyalardan istifadə, tədris olunan ixtisaslar barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 80-dən çox universitetlə tərəfdaşlıq edən, bir sıra beynəlxalq layihələrin iştirakçısı olan bu ali məktəbin Fransanın ali təhsil ocaqları ilə də sıx əlaqəsi var. Hər il ali məktəbdə ənənəvi Frankofoniya bayramı vasitəsilə tələbələrdə fransız dilinə, tarixinə və mədəniyyətinə maraq aşılanır. Rektor Fransanın Azərbaycandakı səfirliyinin ali məktəblər arasındakı əməkdaşlığın genişləndirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirərək müxtəlif vaxtlarda muxtar respublikanın fransız dili müəllimləri üçün “Village français” (Fransız şəhərciyi) adlanan pedaqoji stajın, tələbələr arasında müxtəlif müsabiqələrin təşkilindən söz açıb.

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin təşkilatçılığı ilə gənclərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə “Girdab” bədii filmi nümayiş olunub. Tədbirdə muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin üzvləri iştirak ediblər.
Qeyd edək ki, bu səpkidə filmlərin qarşıdakı aylarda da nümayiş etdirilməsi nəzərdə tutulub.

Xəbərlər şöbəsi

Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Bəhruz Kəngərli Muzeyində olmuşlar.
Məlumat verilmişdir ki, Bəhruz Kəngərli realist portret və mənzərə rəsm yaradıcılığının, eləcə də Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla bədii sənət xəzinəsinə dəyərli nümunələr bəxş etmişdir. Dövrünün reallıqlarını əsərlərində böyük şövqlə təsvir edən Bəhruz Kəngərli xalqımız qarşısında mühüm xidmətlər göstərmişdir. O, Azərbaycanın tarixi keçmişini və dövrün ictimai-siyasi hadisələrini yaradıcılığında dolğun əks etdirən bir sənətkar kimi yüksək qiymətə layiqdir.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə Bəhruz Kəngərli Muzeyi yaradılmışdır. 2013-cü ildə yenidənqurmadan sonra açılışı olan muzey yeni eksponatlarla daha da zənginləşdirilmişdir. Rəssamın Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan 200-ə yaxın əsərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə gətirilmişdir. Bütün varlığı ilə sevdiyi Vətəninin gözəlliklərini kağıza köçürən rəssamın əsərləri dəyərli eksponatlardır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tədbirlər planı hazır­lanıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndələrinin həmin sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı muxtar respublikada fəaliyyət göstərən ali məktəblərin hamiliyə götürülmüş pedaqoji profilli ixtisaslarında təhsil alan tələbələrlə görüşləri təşkil olunur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 36 dövlət orqanında inzibati vəzifələrin VI-VII təsnifatına uyğun 299 vakant vəzifənin tutulması üçün elan edilən müsabiqənin test imtahanlarına bu gün yekun vurulacaq. Sonuncu test imtahanında yerli icra hakimiyyəti və məhkəmə orqanlarında işləmək istəyənlər imtahan verəcəklər.

Komissiyadan aldığımız məlumata görə, test imtahanlarında bu günədək 406 iştirakçıdan 35 nəfəri bu və ya digər səbəblərdən iştirak etməyib. Yüksək nəticə göstərən namizədlərin sayı isə 65 nəfərdir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən imtahanlarda namizədlərə qanunvericilikdən 40, məntiqi təfəkkür barədə 30, kompüter bilikləri ilə bağlı 15, ümumi dünyagörüşü üzrə 15 olmaqla, ümumilikdə, 100 test tapşırığı təqdim olunub.
İmtahanlarda namizədlərin biliklərini sərbəst şəkildə nümayiş etdirmələri üçün hərtərəfli şərait yaradılıb. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə imtahan gedişinin video və audio yazısı qeydə alınıb. İmtahandan dərhal sonra namizədlərə cavab kartı və nəticə barədə arayış verilib. Nəticələr komissiyanın internet saytında yerləşdirilib.
Məlumat üçün bildirək ki, bu ilin avqust ayının 6-da elan edilən müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər mərhələli şəkildə bu günədək test imtahanlarına qatılıblar. İmtahanda müvafiq keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanırlar.

Xəbərlər şöbəsi

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun Azərbaycan və rus dillərində çapdan çıxmış “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabının təqdimat mərasimi keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə fakültənin dekanı, professor Zeynal Həsənalıyev altı bölmə, 27 yarımfəsildən ibarət olan 312 səhifəlik kitabın əhəmiyyətindən danışıb, onu ali məktəb tələbələri üçün faydalı dərslik kimi təqdim edib. Bildirilib ki, Asiya ölkələrinin dünya siyasətində və beynəlxalq münasibətlər sistemindəki yeri, mövqeyi və əhəmiyyəti təqdim olunan kitabda, eyni zamanda beynəlxalq münasibətlərin üzvi tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Asiya ölkələri ilə çoxsahəli əlaqələrinə də geniş yer ayrılıb.

Ardını oxu...

“Milli-mənəvi dəyərlərimizin yaşadılmasına daim əhəmiyyət verən ümummilli liderimiz Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının öyrənilməsi, təbliği və dünyada tanıdılması sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirib. 1975-ci ildə məhz ulu öndərin tapşırığı ilə Azərbaycanın tanınmış sənət adamlarının iştirak etdiyi “Dədə Qorqud” bədii filmi çəkilib. 2000-ci ildə yenə də ulu öndərin fərmanı ilə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi dünya türkoloqlarının və türkdilli ölkə başçılarının iştirakı ilə yüksək səviyyədə qeyd edilib”.
Bu fikirlər sentyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın 67-ci məşğələsində səsləndirilib.
Məşğələni giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ulu öndər Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycanda milli dəyərlərin inkişaf etdirilməsi və beynəlxalq arenada təbliği sahəsində gördüyü genişmiqyaslı işlərdən ətraflı söhbət açıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov məruzə ilə çıxış edib. Bildirilib ki, 28 avqust 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə meşə fondu ərazilərində qurumuş ağacların təmizlənməsi, yeni yaşıllıqların salınması, bitki və heyvanat aləminin qış aylarında qorunması üçün vaxtında müvafiq işlərin görülməsi sahəsində tapşırıqlar verilib.
Qeyd olunub ki, bu ilin payız mövsümündə həyata keçiriləcək əkin və əkin-bərpa, yaşıllaşdırma işlərinin mütəşəkkil keçirilməsi üçün sentyabr, oktyabr aylarında əkin aparılacaq ərazilərin sxem-planları hazırlanıb, ting ehtiyatı yaradılıb, torpaq hazırlığı işləri aparılıb, texnika, maşın və mexanizmlər saz vəziyyətə gətirilib.

Ardını oxu...

1 noyabr 2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan 

Muxtar Respublikasının Ali Məclisinə seçkilər günüdür

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər muxtar respublikada 7 seçki dairəsi üzrə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər isə 45 seçki dairəsi üzrə keçiriləcəkdir

Namizədin qeydə alınması

Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 7 gün, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə isə 10 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyev sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifələrindən biri kimi müəyyənləşdirmişdir. Ulu öndərin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Muxtar respublikada gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakı təmin edilir, gənc istedadlara dövlət qayğısı günbəgün artırılır. Xüsusilə onların yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda və vətənpərvər böyüdülməsi diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu 2015-ci ildə fəaliyyətini bu istiqamətdə qurmuş, gənclərin intellektual inkişafı və asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılmış, aidiyyəti qurumlarla birlikdə müxtəlif tədbirlər həyata keçirmişdir. Hər il olduğu kimi, bu il də fevralın 2-də Gənclər Günü münasibətilə gənclərlə ənənəvi görüş keçirilmişdir. Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 400-ə yaxın fəal gənc iştirak etmiş, geniş konsert proqramı təşkil olunmuş, təhsildə, dövlət qulluğunda, ictimai işlərdə və digər sahələrdə fərqlənən 85 gənc mükafatlandırılmışdır. Həmçinin iyulun 14-də Gənc­lər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi ilə birlikdə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərlə növbəti görüş keçirilmiş, 82 fəal gənc mükafatlandırılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin yaradılmasının 23-cü ildönümü münasibətilə sentyabrın 19-da Milli Təhlükəsizlik Nazirliyində tədbir keçirilmişdir. 

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin nazirliyin inzibati binasındakı barelyefi önünə gül dəstəsi qoyaraq Onun əziz xatirəsini ehtiramla yad etmiş, sonra nazirlikdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyinə baxmışlar.
Daha sonra tədbir nazirliyin akt zalında davam etdirilmişdir. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərov şəxsi heyəti nazirliyin yaradılmasının 23-cü ildönümü münasibətilə təbrik etmiş, onlara ölkəmizin milli maraqlarının və təhlükəsizliyinin qorunması naminə xidməti fəaliyyətlərində uğurlar arzulamışdır.

Ardını oxu...

Muxtar respublikamızda əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə, təbii qaza və istiliyə olan tələbatının ödənilməsinə, infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyətinin təmin olunmasına xüsusi diqqət yetirilir. Hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələrdə bu məsələlərin həlli yolları müəyyənləşdirilir və qarşıya qoyulmuş vəzifələr aidiyyəti qurumlar tərəfindən icra edilir. 

Avqust ayının 28-də keçirilmiş analoji müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə verilmiş tapşırıqlar standarta uyğun olmayan qızdırıcı elektrik və qaz cihazlarının, sənaye üsulu ilə hazırlanmayan digər texniki avadanlıqların muxtar respublikaya gətirilməsinə və istismarına yol verilməməsindən, eləcə də bu barədə istehlakçıların və sahibkarların əvvəlcədən məlumatlandırılmasından ibarətdir.

Ardını oxu...

Ulu öndər Heydər Əliyеv: Milli Təhlükəsizlik Nazirliyində işləmək, dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir.


Azərbaycan Respublikasında milli təhlükəsizlik orqanlarının inkişafı, bu sahədə fəaliyyətin xalqımızın milli maraqlarına uyğun qurulması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin ötən əsrin 60-cı illərində Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində rəhbərliyə gəlməsi bu qurumun tarixində milli prioritetlərin müəyyənləşməsi kimi xarakterizə edilən yeni dövrün başlanğıcı kimi qəbul olunur. Böyük şəxsiyyətin Azərbaycan xüsusi xidmət orqanlarına rəhbərliyi illərində kadr potensialının formalaşdırılması, təhlükəsizliyin təminatında xalqımızın milli maraqlarının ön plana çəkilməsi və qorunması məqsədilə mühüm tədbirlər həyata keçirilmişdir. Ulu öndər xalqımızın mənafelərini, milli-mədəni irsini, milli dəyərlərini sovet rejiminin amansız təhdidlərindən qorumaq naminə böyük iradə və dəyanət nümayiş etdirmişdir.
Müstəqilliyin ilk illərində ölkəmizdə baş verən hərc-mərclik, silahlı birləşmələrin mərkəzi hakimiyyətə tabe olmaması, separatçılıq meyillərinin güclənməsi, digər tərəfdən Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti və o dövrdəki ölkə rəhbərlərinin səriştəsizliyi Azərbaycanın milli təhlükəsizliyinə qarşı ciddi təhdidlər yaratmışdı. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında siyasi, sosial-iqtisadi, hərbi sahələrdə yaşanan böhran vəziyyəti daha da ağırlaşdırmışdı. Bu ağır və məşəqqətli dövrdə ulu öndər Heydər Əliyevin öz doğma yurdu Naxçıvana qayıtması və siyasi fəaliyyətə başlaması xalqın itən inamını özünə qaytardı. Həmin dövrdə Ermənistan tərəfdən işğal təhlükəsi ilə üzləşən, blokadaya alınan muxtar respublikanın siyasi-iqtisadi tənəzzüldən çıxarılması, hərbi təhdidlərdən xilas edilməsi yalnız ulu öndərin Vətən sevgisi, həyata keçirdiyi çevik və uğurlu siyasət nəticəsində mümkün olmuşdu.

Ardını oxu...

Sülh bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdəndir. Çünki sülh olmazsa, əmin-amanlıqdan, bərabərlikdən, sosial, iqtisadi, mədəni inkişafdan da söhbət gedə bilməz. Təəssüflər olsun ki, dünya inkişaf etdikcə münaqişələrin də sayı artmaqda davam edir. Bu münaqişələrin nəticəsində onlarla, yüzlərlə, bəzən isə daha çox insan terror və müharibələrin qurbanına çevrilir. Bütün bunların qarşısının alınmasında isə sülhün böyük rolu var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sülh amilini yüksək qiymətləndirərək demişdir: “XXI əsr barış əsri, sülh əsri olmalıdır. Bütün münaqişələr, müharibələr aradan götürülməlidir. Artıq dünya sülh yolu ilə, tərəqqi yolu ilə getməlidir, inkişaf etməlidir”. 

Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusu bütün tarixboyu bəşəriyyəti düşündürmüşdür. Bu mənada, əslində, sülhün günü olmur, çünki o, insanlığa hər gün lazımdır. Birləşmiş Millətlər Təşkilatı 1981-ci ildə 21 sentyabrın “Beynəlxalq Sülh Günü” kimi qeyd olunması barədə Qərar qəbul etmişdir. Həmin tarixdən etibarən 21 sentyabr bütün dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR