2015-ci ilin sentyabr ayı ərzində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.
Belə ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə götürülən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 2 sentyabr tarixli 77 nömrəli qərarında dəyişikliklər edilməsi ilə əlaqədar 2015-ci il may ayının 1-dən fiziki və hüquqi şəxslər tərəfindən “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan “suvarma sistemləri dəstinin və avadanlığının” ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların dəyərinə 40 faiz həcmində güzəşt tətbiq edilir.
Qəbul edilən normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestri vasitəsilə (www.huququaktlar.nakhchivan.az) tanış olmaq olar.