23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tədbirlər planı hazır­lanıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndələrinin həmin sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı muxtar respublikada fəaliyyət göstərən ali məktəblərin hamiliyə götürülmüş pedaqoji profilli ixtisaslarında təhsil alan tələbələrlə görüşləri təşkil olunur.

Növbəti görüş Naxçıvan Müəllimlər İnstitutunun İbtidai sinif müəllimliyi və Riyaziyyat-informatika ixtisasları üzrə II və IV kurslarda təhsil alan tələbələr ilə keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Məmməd Qəribov, nazirliyin şöbə müdiri Firudin Zamanov keçirilən görüşlərin məqsəd və mahiyyətindən danışıblar. Qeyd olunub ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi sərəncamda qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işləri davam etdirir. Yeni tədris ilində ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi, Təhsil Nazirliyinə hamiliyə verilən ixtisaslar üzrə təhsil alan tələbələr ilə ardıcıl işlərin aparılması diqqət mərkəzindədir.
Görülən işlər çərçivəsində müasir təhsil sistemində pedaqoji yeniliklərin, fənn kurikulumlarının və yeni təlim texnologiyalarının tətbiqi ilə aparılan tədris prosesinin üstünlüklərinin tələbələrə aşılanması təmin ediləcəkdir. Tələbələrə pedaqoji təcrübə zamanı məktəblilərə müasir yanaşma formaları, müəllim-şagird-valideyn əlaqələrinin yaradılması, şagirdlərlə psixoloji işin aparılması yolları, ümumilikdə, təhsil sahəsində mövcud olan bütün yeniliklərin çatdırılması həyata keçirilir.
Görüş zamanı yeni təlim metodu olan kurikuluma aid metodik vəsaitlər, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ümumtəhsil məktəbləri haqqında yazılı məlumatlar tələbələrə paylanılıb.
Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR