23 Dekabr 2024, Bazar ertəsi

“Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Oktyabrın 14-də keçirilən mərasimi idarənin əməkdaşı Mirzə Rəhimov açıq elan edib.
Sonra Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Naxçıvan şəhər təşkilatının sədr müavini Sultan İsmayılovun, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatı Naxçıvan şəhər şöbəsinin sədri Zahid Cəfərovun çıxışları olub.
Bildirilib ki, Azərbaycan dövləti inkişaf etdikcə, qüdrətləndikcə ordumuz da güclənir. Güclü ordu isə düşməni hər an yerində oturtmağa qadir bir komanda deməkdir. Bu gün bizim ordumuzun yüksək əhval-ruhiyyəli əsgərlərinin, güclü maddi-texniki bazasının olması düşmənə gözdağıdır.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahov çağırışçılara öz xidmətlərində uğurlar diləyib.
Valideyn Həsən Tarverdiyev ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdıraraq deyib: “Mən böyük qürur hissi keçirirəm ki, övladım Azərbaycan Ordusunda xidmətə yola düşür”.
Çağırışçılar adından çıxış edən Əli Eyvazov Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını can-başla yerinə yetirəcəklərinə söz verib.
Sonda Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik Elxan Əliyev çıxış edərək muxtar respublikada hərbi hissələrə göstərilən dövlət qayğısından danışıb.
Bildirilib ki, bu gün Azərbaycan torpaqlarının bir qismi işğal altındadır. Azərbaycan əsgərinin üzərinə düşən ən böyük vəzifə torpaqlarımızın bütövlüyü uğrunda şərəflə xidmət etməkdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Həmin gün Babək rayonunda da gənclər hərbi xidmətə yola salınıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR