23 Dekabr 2024, Bazar ertəsi

Xəbər verdiyimiz kimi, dekabrın 3-də AMEA Naxçıvan Bölməsində “Naxçıvan müstəqillik illərində: Hədəflər, inkişaf, nəticələr” mövzusunda elmi konfrans öz işinə başlamışdır. İkigünlük konfrans “İqtisadiyyat”, “Tarix”, “Mədəniyyət”, “Təbiət, təbiəti mühafizə və ekologiya” mövzularında keçirilən bölmə iclasları ilə öz işini davam etdirmişdir.
“İqtisadiyyat” bölməsində iqtisadiyyatın inkişafı, muxtar respublikanın enerji təhlükəsizliyi və onun sosial-iqtisadi inkişafa təsir imkanları, müasir mərhələdə aqrar sahədə həyata keçirilən tədbirlər, aparılan iqtisadi islahatlar, xarici iqtisadi əlaqələrin inkişafı və digər məsələlər barədə elmi məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Ardını oxu...

Ulu öndərimiz Heydər Əliyevin çoxşaxəli möhtəşəm fəaliyyətində və mükəmməl nəzəri-ideoloji təlimində ədəbiyyat məsələləri də mühüm yer tutur. Bu baxımdan ümummilli liderimizin “Kitabi-Dədə Qorqud” dastanına münasibəti, bu qiymətli eposa göstərdiyi hərtərəfli diqqət böyük əhəmiyyət daşıyır. Bu da təsadüfi deyil. Çünki bəşər sivilizasiyasına misilsiz töhfələr bəxş etmiş Azərbaycanımızın ən möhtəşəm ədəbi abidələri sırasında “Kitabi-Dədə Qorqud”un xüsusi yeri vardır. Xalqımızın qədim adət-ənənələri, dünyagörüşü, yaşam tərzi, məişəti, zəngin mənəvi keyfiyyətləri, qəhrəmanlıq ruhu, mərdliyi, doğma torpağa bağlılığı, yurd sevgisi eposda mükəmməl şəkildə ifadə olunmuşdur. 

Ümummilli lider Heydər Əliyev hələ Azərbaycana birinci rəhbərliyi dövründə dastanın hərtərəfli şəkildə təbliği, tədqiqi məsələlərinə diqqət yetirmiş, bu sahədə əsaslı tədbirlərin həyata keçirilməsinin təşəbbüskarı və himayəçisi olmuşdur. 1975-ci ildə ikihissəli “Dədə Qorqud” bədii filminin çəkilməsi nəticəsində dastan xalq arasında çox böyük populyarlıq qazanmışdır. O illərdə bu möhtəşəm eposun araşdırılması sahəsində bir sıra mühüm əsərlər ortaya çıxmış, dastanın motivləri əsasında müxtəlif bədii nümunələr də yazılmışdır.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də “Kitabi-Dədə Qorqud”a böyük dəyər vermiş və ardıcıl diqqət göstərmişdir. Görkəmli dövlət xadiminin 20 aprel 1997-ci il tarixli Fərmanı əsasında “Kitabi-Dədə Qorqud”un 1300 illiyinin geniş şəkildə qeyd edilməsi üçün hərtərəfli tədbirlər həyata keçirilmiş, respublikamızda və bir sıra xarici ölkələrdə elmi konfranslar təşkil olunmuşdur. 1998-ci ildə YUNESKO-da beynəlxalq simpoziumun təşkili eposun dünya miqyasında təbliği işinə ciddi töhfə idi. 2000-ci ildə ikicildlik “Kitabi-Dədə Qorqud” ensiklopediyası”nın nəşri də bu baxımdan böyük önəm daşıyır. Elə həmin il dastanın 1300 illiyi ilə əlaqədar Bakıda möhtəşəm zirvə tədbiri keçirilmişdir. Folklorumuzun möhtəşəm abidəsinin müxtəlif aspektlərdə və yeni təfəkkür işığında öyrənilməsi sahəsində də ciddi araşdırmalar ortaya çıxmışdır. Ümumiyyətlə, “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin qeyd olunması barədə fərman eposun təbliği və tədqiqi baxımından son dərəcə böyük əhəmiyyətə malikdir. Ulu öndər Heydər Əliyev bu barədə demişdir: “Fərmanın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, o, “Kitabi-Dədə Qorqud” dastanının ən azı 1300 il yaşı olduğunu dünyaya nümayiş etdirdi. Bu fərmanla biz bildirdik ki, “Kitabi-Dədə Qorqud” dastanı bütün Türk dünyasına məxsusdur, onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir”.

Ardını oxu...

Sosial-iqtisadi inkişafının yeni mərhələsini yaşayan, günbəgün müasirləşən, Şərqin qapısında mayak kimi parlayan Naxçıvanın tarixinə daha bir əlamətdar və yaddaqalan gün yazıldı. Doğma diyarımızın sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya gəlişini yüksək ovqatla, əsl bayram sevinci ilə qarşıladılar və bir neçə gündür ki, həmin səfərin təəssüratları ilə yaşamaqdadırlar. Azərbaycan Prezidenti ənənəvi olaraq, yenə də bir neçə obyektin açılışında iştirak etdi. Dövlət başçısı bu qədim diyarda həyata keçirilən tədbirləri yüksək qiymətləndirdi. Muxtar respublika ziyalıları, istifadəyə verilən müəssisələrin nümayəndələri dövlət başçısının Naxçıvana səfərinin xoş təəssüratlarını bizimlə bölüşdü.

Vəli BAXŞƏLİYEV – AMEA-nın müxbir üzvü:
– Muxtar respublikamızın əsl yüksəlişi ulu öndər Heydər Əliyevin adı və siyasi kursu ilə bağlıdır. Ümummilli liderimiz siyasi fəaliyyətinin həm birinci, həm də ikinci dövründə Azərbaycanın, o cümlədən Naxçıvanın inkişafı üçün fundamental tədbirlər həyata keçirmişdır. Ulu öndərin siyasi kursunu bu gün uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev öz fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu artıq sübuta yetirmişdir. Müntəzəm olaraq ölkəmizin digər regionları ilə yanaşı, qədim diyarımıza da səfərlər edən, bu səfərlərdə görülən işləri yüksək dəyərləndirən dövlət başçısının muxtar respublikaya dekabr ayının 1-dəki səfəri də tarixə düşdü. Cənab Prezidentin muxtar respublikaya səfərinə həmişə sevinirik. Onunla hər bir görüş muxtar respublika sakinlərinin qurub-yaratmaq əzmini yüksəldir. Belə səfərlər mütləq bir neçə yeni obyektin açılışı, yeni obyektlərin yaradılmasına başlanılması ilə xarakterizə edilir.
Dövlət başçısının budəfəki səfəri də muxtar respublika üçün çox mühüm obyektlərin açılışı ilə yadda qaldı. Naxçıvan Muxtar Respublika Xəstəxanası əhalinin sağlamlığının qorunmasına, Günəş Elektrik Stansiyası enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu əhalinin rahatlığına, məktəblər təhsilin və mədəniyyətin inkişafına, sənaye kompleksi muxtar respublika əhalisinin yerli məhsullarla təminatına öz töhfəsini verəcək. Naxçıvan hazırda elə böyük inkişaf dövrünü yaşayır ki, muxtar respublikanın hər bir şəhəri, qəsəbəsi və kəndi daim yeniləşir, gözəlləşir, abadlaşır. Böyük dövlət qayğısını əhali hər gün, hər an hiss edir.

Ardını oxu...

Dekabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində “Naxçıvan müstəqillik illərində: Hədəflər, inkişaf, nəticələr” mövzusunda ikigünlük elmi konfrans öz işinə başlamışdır.
Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirmişdir ki, müstəqillik illərində muxtar respublikada böyük quruculuq pro­qramı gerçəkləşdirilmiş, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur. Bu dövrdə muxtar respublikada aparılan genişmiqyaslı quruculuq tədbirləri, regionun hərtərəfli inkişafı beşminillik şəhər mədəniyyəti tarixinə malik Naxçıvanda heyrətamiz bir inkişaf dövrü kimi yaddaşlarda yaşayacaqdır.
“Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsində” mövzusunda məruzə ilə çıxış edən iqtisadiyyat və sənaye naziri Famil Seyid­ov qeyd etmişdir ki, müstəqillik illərində həyata keçirilmiş iqtisadi islahatlar qısa dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermişdir. Ümumi daxili məhsulun həcmi 54,7 dəfə artaraq 2 milyard 391 milyon manat təşkil etmişdir. Hər bir nəfərə düşən ÜDM-in həc­mi 41,4 dəfə artaraq 5465 manat olmuşdur.

Ardını oxu...

Ulu öndərimiz Heydər Əliyevə sıx bağlılığı, dərin sədaqəti ilə seçilən naxçıvanlılar dahi şəxsiyyətin yolunu uğurla davam etdirən, müasir Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərən, ölkəmizi dünyanın aparıcı dövlətləri səviyyəsinə yüksəldən dövlət başçımızı həmişə böyük sevgi ilə, rəğbətlə qarşılayır, bununla həm də onun həyata keçirdiyi daxili və xarici siyasəti yekdilliklə dəstəklədiklərini ifadə edirlər. Buna görə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına hər səfəri muxtar respublikamızda bayram əhval-ruhiyyəsi yaradır, əlamətdar hadisələrlə yadda qalır. Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının bariz nümunəsi olan mühüm əhəmiyyətə malik obyektlərin açılışı olur, ölkə rəhbəri­nin tövsiyə və tapşırıqlarına əsasən, yeni layihələrə start verilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qeyd etdiyi kimi: “Muxtar respublikada həyata keçirilən bütün quruculuq tədbirlərinin himayəçisi olan cənab Prezident 2004-cü ildən ötən müddət ərzində muxtar respublikaya səfərləri zamanı elm, təhsil və mədəniyyət, idman, səhiyyə və sosial təminat, energetika, meliorasiya, yol tikintisi, sahibkarlıq, eləcə də hərbi quruculuq sahələrini əhatə edən 120-dən çox obyektin açılışında iştirak etmiş, Naxçıvan Muxtar Respublikasının 80, 85 və 90 illik yubileyləri keçirilmişdir”.
Prezident İlham Əliyevin dekabrın 1-də 11 il ərzində 12-ci dəfə Naxçıvan Muxtar Respublikasına səfəri də əlamətdar hadisələrlə yadda qaldı.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunub.
Noyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksini ziyarət ediblər.
Məlumat verilib ki, görkəmli şair-dramaturq Hüseyn Cavidin ev-muzeyi ədibin anadan olmasının 100 illiyi ilə əlaqədar 1982-ci ildə onun yaşadığı evdə yaradılıb. Muzeyin fondunda 9 mindən yuxarı eksponat qorunub saxlanılır ki, hazır­da bu eksponatların 500-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərlər, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və pro­qramları, müxtəlif xatirə və ev əşyaları, şairin oğlu Ərtoğrol Cavidin və qızı Turan xanımın əsərləri, Hüseyn Cavid haqqında müxtəlif dövrlərdə nəşr olunmuş kitablar görkəmli ədibin həyat və yaradıcılığı barədə dolğun təəssürat yaradır.

Ardını oxu...

Noyabrın 30-da Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən “Əmək miqrasiyası və qaçqın məsələləri”nə dair təlim keçirilib. Aidiyyəti dövlət orqanları əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov bildirib ki, Azərbaycan dövlətinin inkişafının yeni mərhələsində bütün sahələr kimi, miqrasiya sahəsində də köklü keyfiyyət dəyişikliyi baş verib. Ölkəmizin regionda və dünyada inkişafın lideri mövqeyinin beynəlxalq miqyasda qəbul edilməsi, dövlət başçısı tərəfindən təmin edilən investisiya cəlbediciliyinin, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, siyasi sabitliyin bərqərar olunması respublikamızı həm də miqrantlar üçün cəlb­edici məkana çevirib.
Ölkəmizdə, eləcə də muxtar respublikamızda əmək miqrasiyasının vəziyyətinə diqqəti çəkən Elnur Məmmədov siyasi və iqtisadi böhran prosesləri səbəbindən əksər ölkələrdə iqtisadi fəallığın və investisiya qoyuluşlarının azaldığını, belə şəraitdə çoxsaylı iş yerlərinin ixtisar edildiyini bildirərək deyib ki, əksinə, Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında iqtisadi artım və iqtisadiyyata investisiyaların yatırılması prosesi davam edir. Bu isə əmək bazarında xarici işçi qüvvəsinin çoxalması ilə müşahidə olunur.

Ardını oxu...

“Son illər Naxçıvan xanlığı ilə bağlı aparılan tədqiqatlar Naxçıvan xanlığına aid bayraqlar, rəmzlər haqqında maraqlı faktların əldə edilməsinə səbəb olmuşdur”. Bu fikir noyabrın 30-da Naxçıvan şəhərindəki “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində “Dövlətçilik tariximiz və atributlar: Naxçıvan xanlığının bayraqları” mövzusunda keçirilən konfransda səsləndirilmişdir.
Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova Naxçıvan xanlığına aid bayraqlar haqqında məlumat vermişdir.
Qeyd edilmişdir ki, Naxçıvan xanlığının bayraqları Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, bayraqşünas Pərvin Gözəlov tərəfindən Sankt-Peterburq şəhərinin Ermitaj Muzeyinin bayraq fondunda və arxivində aparılan elmi tədqiqatlar nəticəsində aşkarlanmışdır. Naxçıvan xanlığının bizədək gəlib çatan bayraqlarından biri 1812-ci ilin 19-20 oktyabrında Aslandüz döyüşündə general-mayor Pyotr Kotlyarevski tərəfindən qənimət kimi götürülmüş döyüş bayrağıdır. Dövlət bayrağı isə 1827-ci ildə xanlığın işğalı zamanı general Paskeviç tərəfindən qənimət kimi əldə edilmiş bayraqdır. Dövlət bayrağı bu günə qədər müxtəlif xarici muzeylərin fondlarında “XVIII-XIX əsr müsəlman bayrağı” kimi saxlanılmışdır.

Ardını oxu...

“Sədərək” sözünün xalqımızın düşüncəsinə həkk olunmuş bir mənası var. Bu məna özündə qəhrəman, əyilməz, düşmənlə üz-üzə mərdanə dayanan bir Vətən torpağı simvolunu xarakterizə edir. Sədərək Azərbaycanın istər ərazi bütövlüyünün, istərsə də tarixi, siyasi, coğrafi mövqeyinin qorunmasında çox böyük rola malikdir. Ölkəmizin cənub-qərb sərhədlərində üç dövlətlə həmsərhəd olan, Azərbaycanı ümumi Türk dünyası ilə bağlayan Sədərək rayonu ötən əsrin sonlarında mənfur düşmənlə döyüşdə xeyli şəhid versə də, üzərinə bombalar yağdırılsa da, bu ölüm və ya qalım mübarizəsində ikinci yolu seçərək birincilərdən olmağı şərəflə bacarıb.
1990-1993-cü illərdə mənfur ermənilər Sədərəyə 14 dəfə genişmiqyaslı hücum planı həyata keçirməyə çalışıblar. Ancaq hər dəfə də güclü müqavimətlə qarşılaşıblar. Bu qeyri-bərabər döyüşlərdə 108 nəfər şəhid olub, 500-ə yaxın insan yaralanıb. Şəhid olanlardan 58 nəfəri rayonun öz yetirmələri olub. 20-25 il bundan əvvəl ərazisi döyüş poliqonuna çevrilən, inzibati və yaşayış binaları top mərmiləri nəticəsində dağıdılan Sədərək rayonu bütün çətinliklərə mərdliklə sinə gərərək ən yaxın tariximizə adını qızıl hərflərlə yazdırıb. Ötən 20 ildə isə böyük bir inkişaf yolu keçərək hərtərəfli tərəqqi yoluna qədəm qoyub. Sərhəd bölgəsi Sədərək bu gün yağı düşmənlə üz-üzə inkişafın, sabitliyin, mətinliyin əyani mənzərəsini özündə əks etdirməklə həm də müqəddəs sərhədlərimizin müdafiəsinə öz töhfəsini verməkdədir. Məhz buna görə də Vətən həm də Sədərəkdən başlayır...

Ardını oxu...

Muxtar respublikamızda diqqət mərkəzində saxlanılan məsələlərdən biri də ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsidir. Bu məqsədlə həyata keçirilən iməciliklər artıq bir ənənə şəklini alıb.
Noyabrın 28-də keçirilən növbəti iməciliklərdə yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib, belə sahələr ağac və gül kollarının əkini ilə genişləndirilib. Belə ki, Naxçıvan şəhər sakinləri Sement Zavodunun yaxınlığında 2,5 hektarlıq ərazidə 1800 ədəd meyvə, Şıxmahmud kəndi yaxınlığında 100 ədəd meşə və 300 ədəd həmişəyaşıl, Böyükdüz kəndi yolunda 400 ədəd meyvə ağacı əkiblər.
Şərur rayonunun Yuxarı Daşarx, Gümüşlü və Dizə kəndlərində, ümumilikdə, 1300 ədəd meşə ağacı əkilib.
Babəklilər rayonun Nehrəm kəndi yolunun kənarlarında 650 ədəd, Babək qəsəbəsində 350 ədəd həmişəyaşıl ağac, Nehrəm kəndində 250 ədəd meşə ağacı əkiblər.

Ardını oxu...

2015-ci ilin noyabr ayı ərzində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir. Belə ki, “Naxçıvan Muxtar Respublikasında sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 noyabr tarixli qərarı qəbul edilmişdir.
Qəbul edilmiş qərarda qeyd olunur ki, bu Qaydalar Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan şəxslərə sosial müavinətlərin, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması məsələlərini tənzimləyir.

Ardını oxu...

“Bayrağımız qürur mənbəyimizdir” mövzusunda Şahbuz şəhərində yeni istifadəyə verilmiş Bayraq Meydanında tədbir keçirilib.
50 nəfərdən çox gəncin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin rəisi Vüqar Muradov istifadəyə verilmiş Bayraq Meydanı haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Rauf Bağırov Azərbaycanın dövlətçilik tarixi, dövlət atributları haqqında gəncləri məlumatlandırıb. Sonda gənclərin Bayraq Meydanı ərazisində gəzintisi olub.
Qeyd edək ki, tədbir Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil edilmişdi.

Xəbərlər şöbəsi

Yüksək texnologiyalar dövrü adlandırılan XXI əsrdə postsənaye ölkələrinin iqtisadiyyat və infrastrukturunun səviyyəsinin universal ölçüsünün informasiya-kommunikasiya texnologiyalarının (İKT) təşkil etməsi birmənalı amillərdən hesab edilir. Çünki dünya sivilizasiyasının sürətli inkişafında informasiya texnologiyaları böyük əhəmiyyətə malikdir. Bu səbəbdən hər bir xalqın inkişafında, zamanla ayaqlaşmasında İKT-nin rolu barədə geniş danışmaq olar. Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. Bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır.

Son dövrlərdə sosial media getdikcə daha da genişlənir. Və bu yolla İKT-nin həyatımızdakı rolu artır. Demək olar ki, hər birimiz gündəlik həyatımızda xəbər saytlarından istifadə edirik. Bunlar elə saytlardır ki, istifadəçilər həm oxuya, həm də münasibət bildirə bilirlər. İnformasiyanı bölüşmək və müzakirəyə çıxarmaq üçün də internet alətləri mövcuddur. Bu cür xəbər oxumaq isə hər yerdə mümkündür. Evdə, avtobusda, səyahətdə və sair.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə görüş keçirilib. Görüşü giriş sözü ilə xidmətin əməkdaşı Rahib Kərimov açaraq keçirilən tədbirin mahiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Əkbər Novruzov “Azərbaycan xalqının adət-ənənələri və bayramları” mövzusunda çıxış edərək bildirib ki, hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələridir. Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr, onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir.
Qeyd olunub ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı da özünün zəngin milli, əxlaqi dəyərləri ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Təsadüfi deyil ki, adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolu yüksək qiymətləndirən Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev demişdir: “Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən vergi orqanlarına işə qəbul olunmaq istəyən vətəndaşlar üçün bu ilin oktyabr ayında elan olunan müsabiqənin test imtahanlarına start verildi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilən test imtahanlarında namizədlərə vergi qanunvericiliyi üzrə 90, məntiqi təfəkkürlə bağlı 10 sual təqdim olunmuşdu.
Komissiyanın əməkdaşı Samiq Salayevlə söhbətimizdə dedi ki, 3 seansda olmaqla, iki gün davam edəcək test imtahanlarının ədalətli, şəffaf və operativ keçirilməsinin təmin olunması üçün hər cür şərait yaradılıb.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin aparat rəhbəri Əli Şabanov isə müsabiqəni müvəffəqiyyətlə keçmiş namizədlərə vergi orqanlarında 34 sayda vakant yer üzrə iş təklif ediləcəyini dedi. Qeyd olundu ki, müsabiqədə iştirak etmək üçün 80 nəfər sənəd təqdim edib.
Müsabiqənin müsahibə mərhələsində namizədlərin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlı­lığı müəyyən olunacaq.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Universitetində görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun anadan olmasının 160 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilmişdir.
Konfransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Səməd bəy Mehmandarovun anadan olmasının 160 illiyinin dövlət səviyyəsində qeyd olunması şanlı hərb tariximizin öyrənilməsi, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Naxçıvan” Universiteti tələbələrinin iştirakı ilə “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda açıq dərs keçilib.
Muzeyin bələdçisi Hicran Bədəl­ova açıq dərsdə bildirib ki, ulu öndər Heydər Əliyevin bütün həyat və fəaliyyəti Azərbaycanla bağlı olub. Mənalı ömrünü xalqımızın nicatına həsr etmiş dahi şəxsiyyət Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsaslarını yaradıb, ölkəmizin müstəqilliyinin əldə olunması, qorunması və inkişaf etdirilməsində misilsiz xidmətlər göstərib. Respublikamıza rəhbərliyinin hər iki dövründə Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas edərək inkişaf yoluna çıxarıb. Buna görə də müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir.
Qeyd olunub ki, ötən əsrin sonlarında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, bu müstəqilliyimiz xeyli çətinliklərlə qarşılaşıb.

Ardını oxu...

Avqustun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədən irəli gələn vəzifələrin icrası istiqamətində Ordubad rayonunda da lazımi tədbirlər həyata keçirilib. 

Rayon üzrə bu ilin payız-qış mövsümündə yeni tikililərlə birlikdə 91 müasirtipli istilik sistemi fəaliyyət göstərir. Onlardan 72-si qazanxanatipli, 19-u isə kombitipli istilik sistemləridir. Kommunal Müəssisələri Kombinatı tərəfindən 9 qazanxana vasitəsilə 15 binada 414 mənzil istiliklə təmin olunur. Təhsil sahəsi üzrə 26 qazanxana, mədəniyyət sahəsi üzrə 6, digər təşkilatlar üzrə isə 59 müasir istilik sistemi fəaliyyət göstərir. Bu barədə məlumat qəzetimizə Ordubad Rayon İcra Hakimiyyətindən verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi, Heydər Əliyev adına Hərbi Lisey tərəfindən kursantların vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə hazırlanmış tədbirlər planına uyğun olaraq, Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində hərbi liseyin kursantları üçün vətənpərvərlik mövzusunda film nümayiş etdirilib. Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbud­ovun həyatına və döyüşlərdə göstərdiyi qəhrəmanlığa həsr olunan filmdə onun döyüş yoldaşları və ailə üzvlərinin söylədikləri xatirələr əsas yer tutur.
Xocalı faciəsindən sonra Səfiyar Behbudov Bərdə özünümüdafiə batalyonuna daxil olub. Qısa müddətdə o, komandir təyin edilib, Ağdam cəbhəsinə vuruşmağa göndərilib. 1992-ci il mart ayının 11-də erməni faşistlərinin Əsgəran yaxınlığındakı postumuza hücumu zamanı Səfiyar Behbudov döyüşə girir. O, burada döyüşçülərimizi xilas edir, özü isə Əsgəran istiqamətində irəliləyir. Qaraqaya deyilən ərazidə Səfiyar Behbudov erməni quldurlarının böyük bir qüvvəsinə rast gəlir. Lakin o, geri çəkilmir, bir müddət irəlilədikdən sonra ermənilər tərəfindən vurulur. Yaralı olduğundan onu əsir tutmaq ermənilər üçün çətin olmur. On gün əsirlikdə qalan Səfiyar Behbudov heç bir sirr vermədiyi üçün onun ayaqlarına məftil bağlayaraq üzərinə neft töküb yandırırlar. Gənc zabitin yanmış cəsədini 21 mart 1992-ci ildə çətinliklə almaq mümkün olur.

*  *  *

Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şirin Mirzəyevə həsr olunmuş “Diqqət, mən 301-əm!” adlı sənədli film nümayiş etdirilib.
33 dəqiqəlik sənədli filmdə Şirin Mirzəyevlə çiyin-çiyinə döyüşmüş zabitlərin və əsgərlərin xatirələri yer alıb. Nadir xroniki kadrların istifadə olunduğu filmin ssenari müəllifi Şirin Mirzəyevin əsgəri olmuş Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu, rejissoru İlham Tumasdır. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 80-dən çox şagird iştirak edib.

Ceyhun Məmmədov

2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilmiş müşavirədə Ali Məclisin Sədri tərəfindən aidiyyəti qurumlara müvafiq xidmətlərin səyyar qaydada göstərilməsinin təmin edilməsi ilə bağlı verilən tapşırıqlar vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsində mühüm rol oynamış və oynamaqdadır.
Bu istiqamətdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən də məqsədyönlü tədbirlər həyata keçirilir. Belə tədbirlər sırasında səyyar xidmətin təşkili də var. Bu məqsədlə komitəyə “NAZ-Lifan – 6401” markalı minik avtomobili alınmış və müvafiq avadanlıqlarla təchiz edilərək mobil ofis halına gətirilmişdir. Səyyar xidmətin göstərilməsi üçün komitənin mərkəzi aparatından və rayon idarələrindən mütəxəssislər cəlb edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin VI-VII təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün bu il avqustun 6-da elan edilmiş müsabiqəyə 36 dövlət orqanında 299 vakant vəzifə çıxarılmışdı. Həmin vəzifələrin tutulması üçün 445 nəfər sənəd təqdim etmişdi.

Komissiyanın test mərkəzində 16-29 sentyabr 2015-ci il tarixlərdə keçirilən və 404 namizədin iştirak etdiyi müsabiqənin test imtahanları mərhələsində namizədlərə qanunvericilik üzrə 40, dünyagörüşü üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla, 100 sual təqdim edilmiş, namizədlərdən 161-i müvafiq keçid balını toplaya bilmişdir. Həmin namizədlərdən 135-i müsahibə mərhələsində iştirak etmək üçün sənəd təqdim etmişdir.

Ardını oxu...

Noyabrın 22-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız meydana gətirilib.
Sonra gənc əsgərlər vətən qarşısında öz borclarını layiqincə yerinə yetirəcəklərinə and içiblər.
Andiçmə başa çatdıqdan sonra Mülki Müdafiə Alayının komandiri, polkovnik İspəndiyar Əhmədov çıxış edərək hərbi andın əhəmiyyətindən danışıb. Qeyd olunub ki, hərbi and içən əsgər Azərbaycan Respublikasının mənafe­yini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qoruyacağını, bundan ötrü qanını və canını əsirgəməyəcəyini təntənəli surətdə vəd edir. Bu müqəddəs anda sadiq qalmaq hər bir əsgər üçün şərəf, namus və vicdan məsələsidir.
Mərasimdə çıxış edən baş leytenant Röyal Quliyev, leytenant Teymur Əsgər­ov, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfər­ov, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Elşən Rəfiyev gənc əsgərləri bu əhəmiyyətli gün münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Valideynlər adından çıxış edən Çingiz Mustafayev bu günün hər bir valideyndə qürur hissi doğurduğunu deyib, bütün valideynlərin vətənin müdafiəçiləri olan övladları ilə fəxr etdiyini bildirib.
Gənc əsgərlər adından çıxış edən İlkin Mustafayev və Orxan Əlizadə nümunəvi xidmətləri ilə hərbi hissənin adını daim yüksək tutacaqlarını, baş verə biləcək fövqəladə hallar zamanı əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov Mülki Müdafiə Alayında xidmət üçün yaradılan hərtərəfli şəraitdən danışıb, gənc əsgərlərin qarşıdakı dövrdə Vətənə sədaqətlə və böyük ruh yüksəkliyi ilə xidmət edəcəklərinə əminliyini bildirib.
Sonda alayın şəxsi heyəti hərbi marşın müşayiəti ilə tribuna önündən keçib.

Xəbərlər şöbəsi

Ulu öndər Heydər Əliyеv: Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır, Аzərbaycanın sabahının partiyasıdır, ХХI əsrin partiyasıdır, 3-cü minilliyin partiyasıdır.


Yeni Azərbaycan Partiyası XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə cərəyan edən mürəkkəb ictimai-siyasi şəraitdə siyasi səhnəyə qədəm qoymuşdur. Müstəqilliyin ilk illərində xalqımızın yekdil inamını qazanaraq, ölkəni düşdüyü dərin siyasi böhrandan, fəlakət həddinə çatmış sosial-iqtisadi geriləmədən, uğursuz xarici siyasətin nəticəsi olan beynəlxalq aləmdə təklənməkdən və torpaqlarımızın işğalı təhlükəsindən xilas edəcək yeni bir siyasi qüvvəyə ciddi ehtiyac duyulurdu. O zaman müdrik xalqımız bu siyasi qüvvənin yalnız ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaranacağına şübhə etmirdi.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında partiyanın yaradılmasının 23 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov açaraq məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmışdır. Ölkə­mizin uçuruma sürükləndiyi, müstəqilliyimizi itirmək təhlükəsi ilə üz-üzə qaldığımız, iqtisadiyyatın tamamilə dağıldığı, aclığın, səfalətin hökm sürdüyü zaman xalqın son ümidinin, inamının ifadəsi kimi belə bir partiyanın yaranması və tarix səhnəsində öz sözünü deməsi zəruri idi. Məhz bu inam uğrunda mübarizənin nəticəsi kimi 1992-ci ilin 21 noyabrında muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərində Azərbaycanın hər yerindən gələn 550 nəfər nümayəndənin iştirak etdiyi təsis konfransında Yeni Azərbaycan Partiyası yaradılmışdır.

Ardını oxu...

Noyabrın 20-də Culfa rayon Camaldın kənd sakini, müharibə veteranı Abbasəli Əli­yevin 95 yaşının tamam olması münasibətilə keçirilən görüşdə iştirak edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova yubilyarı 95 yaşı münasibətilə təbrik ediblər.
Bildirilib ki, 1941-1945-ci illər müharibəsi veteranlarına dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Onların sosial müdafiəsi ilbəil gücləndirilir. Müharibə veteranlarına hər ay Prezident təqaüdünün ödənilməsi, onların tibbi və sosial reabilitasiyası istiqamətində tədbirlərin görülməsi göstərilən qayğının bariz nümunəsidir.
Abbasəli Əliyev ona göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda yubilyara hədiyyə təqdim olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 mart 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”nın icrası ilə bağlı 14 nəfər müharibə veteranının yubileyləri keçirilib. Onlardan 2 nəfəri Naxçıvan şəhərindən, 3 nəfəri Şərur rayonundan, 1 nəfəri Babək rayonundan, 3 nəfəri Ordubad rayonundan, 3 nəfəri Culfa rayonundan, 1 nəfəri Kəngərli rayonundan, 1 nəfəri isə Şahbuz rayonundandır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində Naxçıvan Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alan IV kurs tələbələri ilə görüş keçirilib.
Tələbələr nazirliyin ayrı-ayrı xidmət sahələrində, o cümlədən Pasport-Qeydiyyat və Miqrasiya, İnformasiya-Kommunikasiya, İstintaq və Təhqiqat şöbələrində, Dövlət Yol Polisi, Təşkilat İnspeksiya idarələrində, Kriminalistik Tədqiqatlar Bölməsində olublar. Tələbələrə əl-barmaq izlərinin götürülməsi, texniki baxışın keçirilməsi, “Təhlükəsiz şəhər” monitor kabinəsinin fəaliyyəti, ümumvətəndaşlıq pasportlarının və sürücülük vəsiqələrinin verilməsi, məlumat portalında aparılan əməliyyatlar, elektron sənəd dövriyyəsinin təşkili və digər mövzularda ətraflı məlumatlar verilib.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada muxtar respublika Fövqəladə Hallar Nazirliyində VI-VII təsnifata uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunan müsabiqənin test mərhələsi keçirilib.
Komissiyadan aldığımız məlumata görə, test imtahanında 13 nəfər iştirak edib, namizədlərə qanunvericilik üzrə 40, dünyagörüşü üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla, 100 sual təqdim olunub. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydaları inzibati vəzifələrin təsnifatı nəzərə alınmaqla komissiya tərəfindən müəyyən edilib. İmtahanın nəticələri haqqında məlumat komissiyanın rəsmi internet saytında yerləşdiriləcək. Test imtahanında mümkün olan baldan inzibati vəzifələrin VI-VII təsnifatlarına uyğun olan vəzifələr üzrə ən azı 75 faizini toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir. Test imtahanından müvəffəqiyyətlə keçənlər sənədləri 10 iş günü ərzində komissiyaya təqdim edəcək və müsahibə mərhələsinə buraxılacaqlar. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçiriləcək.
Məlumatda o da bildirilib ki, qanunvericiliklə başqa qayda nəzərdə tutulmadıqda, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədləri seçərək bir il müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant vəzifəyə təyin etməlidir. Dövlət orqanının rəhbəri namizədlərin təqdim olunduğu gündən 10 iş günü müddətində qəbul etdiyi müvafiq qərar barədə müvafiq orqana məlumat verməlidir.

Xəbərlər şöbəsi

Azərbaycanın ən yeni tarixinə əlamətdar hadisə kimi daxil olmuş 2015-ci ilin 1 noyabr seçkiləri ölkəni dinamik inkişaf yoluna çıxaran, müstəqilliyimizin qarantı olan Heydər Əliyev siyasi kursunun alternativsizliyini bir daha sübuta yetirmişdir. Tamamilə azad, demokratik və şəffaf şəraitdə, yüksək seçici fəallığı ilə keçirilmiş parlament seçkiləri uğurla başa çatmışdır. Noyabrın 1-də həm də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər keçirilmişdir. 45 seçki dairəsi üzrə keçirilən seçkilərdə seçici siyahılarına daxil edilmiş 268 min 463 nəfərdən 205 min 166 nəfəri, yəni seçicilərin 76,4 faizi iştirak etmişdir. Seçkilərin keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı qanun pozuntularına yol verilməmiş, aşkarlıq təmin edilmişdir.

Ardını oxu...

Noyabrın 19-da Yeni Azərbaycan Partiyası (YAP) Şərur Rayon Təşkilatında partiyanın yaradılmasının ildönümü ilə əlaqədar keçirilən yığıncaqda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev məruzə edərək Yeni Azərbaycan Partiyasının ölkə­mizin sosial-iqtisadi, ictimai-siyasi həyatındakı rolundan danışmışdır.
Bildirilmişdir ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ilk günlərdən özünü milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı kimi göstərməklə xalqın dərin inamını qazanmışdır. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizi fəlakətlər girdabından xilas etmiş, Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmişdir. Məhz bu inkişaf strategiyası nəticəsində Azərbaycan artıq dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir.
Vurğulanmışdır ki, Heydər Əliyev dühasının Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 23 ildə bütün istiqamətlərdə dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənmişdir. YAP-ın cəmiyyətdə ölkəni idarə etməyə qadir alternativsiz siyasi qüvvə kimi qəbul olunması da məhz partiyanın Heydər Əliyev ideyalarına söykənməsi ilə bağlıdır.

Ardını oxu...

Ordubad rayonunun Gənzə kəndində yaşayan müharibə veteranı Nuru Süleymanovun 90 yaşının tamam olması münasibətilə onunla görüş keçirilib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək yubilyarı 90 yaşı münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, muxtar respublikada 1941-1945-ci illər müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq, müharibə veteranlarının yubileylərinin keçirilməsi onlara göstərilən hörmət və ehtiramın ifadəsidir. Müharibə veteranlarının sosial rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlərin həyata keçirilməsi, onların minik avtomobilləri, həmçinin texniki-bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təmin olunmaları, sanatoriya və pansionatlara müalicəyə göndərilmələri, hər ay veteranlara sosial müavinətlə yanaşı, Prezident təqaüdünün ödənilməsi bu qəbildən olan insanlar tərəfindən yüksək dəyərləndirilir.
Nuru Süleymanov ona göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda yubilyara hədiyyə təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən tədbirlərə yekun vurulub.
Noyabrın 17-də Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışların qaliblərinin mükafatlandırılması mərasimi olub.
Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilən tədbirdə ilk olaraq Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə bağlı məlumat verilib.
Sonra ötən həftə ərzində keçirilən yarış, müsabiqə və oyunların qaliblərinə mükafatlar təqdim edilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi tələbələrinin ifasında mahnılar səsləndirilib.
Qeyd edək ki, Beynəlxalq Tələbə-Gənclər Həftəsində badminton, şahmat idman növləri üzrə yarışlar, həmçinin şən və hazırcavablar klubları arasında müsabiqə və “Nuh yurdu” intellektual oyunu təşkil olunub.

Xəbərlər şöbəsi

17 noyabr – Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə qadınlar arasında keçirilən “Milli dəyərimiz – vətənpərvərlik” mövzusunda III muxtar respublika rəsm və əl işləri müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva və Naxçıvan Qızlar Liseyinin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Allahverdiyeva müsabiqə qaliblərini və tədbir iştirakçılarını 17 noyabr – Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təbrik etmişlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası inkişaf etdikcə, maliyyə resursları artdıqca burada yeni və mütərəqqi layihələr hazırlanır, onun gerçəkləşdirilməsi üçün sürətli və keyfiyyətli işlər görülür. Naxçıvanımızın indi hər yerində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, sənayenin, aqrar sahənin, elmin, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına xüsusi qayğı göstərilir.

Ardını oxu...

Şərqin qapısında vüqarla, əzəmətlə, məğrurluqla dayanan Naxçıvan! Beşminillik şəhər mədəniyyətinə malik olan ulu yurd yerim. Sənin dünəninə boylanıram, bu gününə baxıram, sabahını görürəm. Şanlı tarix yaşamısan. Bu gün o tarix böyük sevgi və ehtiramla yad edilərək yaşadılır. Bu tarixin bir-birindən zəngin səhifələri qəhrəmanlıqlarla doludur. Həmin səhifələrdə babalarımızın yenilməz ruhu yaşayır. Dünəndən bu günə boylanıb bizə bu günümüzün qədrini bilməyi, bu torpağı beləcə saxlamağı tövsiyə edir.
Azərbaycan dövlətçiliyinin intişar tapdığı bu qədim diyar son illərdə keçdiyi sürətli inkişaf yolu ilə, doğrudan da, dövlətçiliyin beşiyi olduğunu sübut edib. Ölkəmizin müstəqilliyi üçün taleyüklü məsələlərin bu diyarda öz həllini tapması bu gün çoxlarına asan görünə bilər. Ancaq Azərbaycanın uçuruma sürüklənmək ərəfəsində olduğu bir vaxtda həmin məsələlərin həll edilməsi cəsarət tələb edirdi. Bu gün qədim diyarımız Naxçıvanda hər bir naxçıvanlı müstəqillik kimi böyük bir nemətin daha da əbədi olması prinsipi ilə yaşayır. Bu prinsip naxçıvanlıların həyat idealına çevrilib. Fərqi yoxdur, istər yüksək postda duranlar, istərsə də sıravi insanlar üçün dövlətçilik, dövlətçiliyə sədaqət ən ali vəzifədir. Hamı bu vəzifəni yerinə yetirməyi özünün vətəndaşlıq borcu sayır. Bu borc uşaq bağçasından tutmuş ali məktəblərədək təlqin olunur. Belə vətəndaşlıq borcunun layiqincə yerinə yetirilməsi dövlətçiliyin, müstəqilliyin sabahına ən böyük zəmanətdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən, hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Dövlətçilik ənənələri hələ qədim dövrlərdə mövcud olmuş etnik-siyasi özünütəşkil mədəniyyətinə söykənən xalqımızın bu gün müstəqil bayrağa malik olması onun mənəvi haqqıdır. Bayrağımızı hər bir azərbaycanlının qürur mənbəyinə çevirən də bu müqəddəs rəmzin xalqımızın mübarizlik ruhunun simvolu olmasıdır. Bu ruh Azərbaycan xalqının yenilməz mənəviyyatının ən canlı və ən şanlı təcəssümüdür. Məhz mübarizlik və yenilməzlik ruhu sayəsində tarixin bütün dönəmlərində həm də qədim Naxçıvanın timsalında Azərbaycan dövlətçiliyi öz kökləri ilə keçmişinə bağlı olmuş, tarixi ilə birgə yaşamağı, keçmişi ilə bu gününün vəhdətini yaratmağı bacarmışdır. Ona görə də dövlətçiliyimiz milli siyasət və ideologiyanın ən mühüm simvolu olan tarixi bayraq ənənəsində də özünün maddi, mənəvi və siyasi mədəniyyətinin əsas özəlliklərini, başlıcası isə ölməz milli ruhunu daim yaşatmaqdadır. Qürurla deyə bilərik ki, tarixin bir çox dönəmlərində Naxçıvan milli-ideoloji məsələlərdə Azərbaycan dövlətçiliyinin dayağı olmuş, dövlətçiliyimizin əsas atributlarından biri olan üçrəngli, aylı-ulduzlu bayrağımız tarixdə ikinci dəfə məhz Naxçıvanda yüksəldilmişdir.

Ardını oxu...

Noyabrın 16-da Heydər Əliyev Muzeyində “Ümummilli lider Heydər Əliyev və Azərbaycan bayrağı” adlı elmi-praktik konfrans keçirilmişdir. Konfransı muzeyin direktoru Ramil Orucəliyev açaraq “Naxçıvanda ucaldılan Dövlət Bayrağı” mövzusunda məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, XX əsrin 90-cı illərində Azərbaycanda demokratik proseslərin önündə gedən Naxçıvan doğma Azərbaycanımızın gələcəkdə müstəqil, azad bir dövlət kimi yaşaması üçün öz qəti iradəsini göstərərək müstəqillik tariximizdə əvəzsiz rol oynamışdır. Dövlət müstəqilliyimizin bərpasına məhz 17 noyabr 1990-cı ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanmışdır. Xüsusi idarəçilik və təşkilatçılıq qabiliyyətinə, böyük dövlətçilik təcrübəsinə malik olan, dünya siyasətçiləri içərisində öz dəst-xətti ilə seçilən ümummilli lider Heydər Əliyevin 22 iyul 1990-cı ildə Naxçıvana tarixi qayıdışı xalq tərəfindən böyük sevinclə qarşılanmışdır. 1990-cı il sentyabrın 30-da keçirilən seçkilərdə Onun Azərbaycan və Naxçıvan Ali Sovetinə Xalq deputatı seçilməsi xalqın Heydər Əliyev dühasına olan inamının təzahürü idi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsində 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirilib.
Muxtar respublikada fəaliyyət göstərən dini icma sədrlərinin və din xadimlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə idarənin rəisi Vüqar Babayev açaraq günün əhəmiyyətindən danışıb.
Qeyd edilib ki, 16 noyabr 1995-ci il tarixdə YUNESKO-ya üzv dövlətlər tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul ediblər. 1996-cı ildən BMT-yə üzv ölkələr bu günü Beynəlxalq Tolerantlıq Günü kimi qeyd edirlər. Tolerantlıq insan azadlıqları və hüquqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Onun üçün həm də irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizmin qəbul edilməməsi xarakterikdir. Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Heç vaxt ölkəmizdə milli, yaxud dini zəmində ayrı-seçkilik olmayıb, yoxdur və olmayacaq.

Ardını oxu...

Bunu müasir yaşayış məntəqəsinə çevrilən Yuxarı Yaycı kəndinin timsalında da görmək olar

Ruzi-bərəkət fəsli olan qızılı payız yenə yurdumuza qədəm qoyub. Havalar soyumaqda, təbiət yaşıl donunu dəyişməkdədir. Qədim diyarımızda digər fəsillər kimi, payızın da özünəməxsus özəllikləri var. Məhz bu özəlliklər payızın gözəlliklərinə yeni çalarlar qatır. Belə günlərin birində yolumuz Şərur rayonunun Yuxarı Yaycı kəndinədir.
Yol boyu müasirliyə qovuşmuş kəndlər bir-birini əvəz edir. Gördüyümüz mənzərələr insan qəlbində isti duyğular yaradır. Bu gün muxtar diyarımızın hansı guşəsinə üz tutsaq, belə təəssüratları yaşaya, sevinc hisləri keçirə bilərik. Ona görə ki, ötən dövr ərzində bu yaşayış məntəqələrində həyata keçirilən quruculuq işləri, yaşıllaşdırma tədbirləri insanların yaşam tərzini kökündən dəyişib, evlərə firavanlıq gətirib. Yuxarı Yaycı da belə kəndlərimizdən biridir.

Kənd adamları minnətdarlıq edirlər

Kəndə çatmamışdan gözüm bu yaşayış məntəqəsini əhatəyə alan dağlara sataşır. Möhtəşəmlik, əzəmət rəmzi olan bu dağlar Yuxarı Yaycıya bir gözəllik bəxş edib. Bəysal, Kölgəli, Cənnətqayası, Qızılçəvirmə dağları sanki kəndin keşiyində dayanıblar.
Kəndə daxil oluram. Budur, yeni tikililərdən birinin – kənd mərkəzinin qarşısındayıq. Kəndə müasir qəsəbə görkəmi verən bu və digər obyektlər muxtar respublikada bərqərar olmuş sabitliyin, inkişaf və tərəqqinin nəticəsidir. Bunun belə olduğunu bir qədər sonra görüşüb söhbət edəcəyimiz kənd sakinləri də təsdiqləyəcəklər.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm rol oynayıb və müstəqil dövlətə xas olan atributlar təsis edilib. Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında qərara əsasən, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq Dövlət Bayrağı kimi qəbul edilib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə həmin bayraq üçrəngli – mavi, qırmızı və yaşıl zolaqdan ibarət olan bayraqla əvəzlənib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üçrəngli Dövlət Bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilib. Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində taleyüklü məsələlərin müzakirə edildiyi həmin sessiyada “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərar qəbul olunub.

Ardını oxu...

 Bu gün Azərbaycanda gənclərlə iş dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazir­liyinin aparat rəhbəri Canməmməd Canməmmədov deyir ki, dövlət gənc­lər siyasəti gənclərin cəmiyyətdə layiqli yer tutmalarına hesablanıb. Gənc­lər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilib.
Dövlət başçısının gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı da gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. Dövlət pro­qramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin problemlərinin həllinə nail olmaqdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə görüş keçirilib.
Görüşü giriş sözü ilə xidmətin əməkdaşı Rahib Kərimov açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin müəllimi Xəzər Hüseynov Azərbaycanın dövlətçilik tarixi haqda görüş iştirakçılarına məlumat verib.
Bildirilib ki, XX yüzilliyin sonunda öz tarixi torpaqlarının bir hissəsində yenidən müstəqilliyə qovuşmuş Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Fəal xarici siyasət yeridən ən qədim Azərbaycan dövlətləri öz torpaqlarını xarici təcavüzlərdən uğurla qoruyurdular.
Zaman keçdikcə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da yüksəlib, ölkə ərazisində daha təkmil və geniş əraziləri əhatə edən yeni dövlətlər yaranıb. Eramızdan əvvəl I minillikdə, bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi dövlətlər mövcud olub. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəlməsində, ölkənin iqtisadi-mədəni, etnik-siyasi tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayıblar. Ənənəvi Azərbaycan dövlətçiliyinin davamı olan və eramızdan əvvəl I minilliyin əvvəllərində meydana gələn Manna dövləti Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olub.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyev ölkəmiz, xalqımız qarşısındakı xidmətlərinə görə hələ sağlığında qəlblərdə özünün əbədiyaşar heykə­lini ucaltmışdı.
Bu fikirlər Naxçıvan Dövlət Texniki Kolleci tələbələrinin iştirakı ilə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda keçilən növbəti açıq dərsdə səsləndirilib.
Muzeyin direktoru Ramil Oruc­əliyev bildirib ki, tarixdə elə şəxsiy­yətlər olur ki, onların həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyənləşdirir. İllər keçdikcə böyük şəxsiyyətlər dövrünün fövqünə yüksələrək layiq olduqları yeri tuturlar. Lakin bəzi şəxsiyyətlərin tarixdə yerini müəyyənləşdirmək üçün zamana ehtiyac qalmır. Bu cür fenomenal insanlar, bütövlükdə, xalqın, millətin adını özündə ehtiva edirlər. Belə nadir şəxsiyyətlərdən biri də ötən əsrin və yeni minilliyin görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevdir. Bu böyük dühanın siyasət aləmi bitib-tükənməyən, sahilləri görünməyən ümmana bənzəyir. Ulu öndər, sözün əsl mənasında, Azərbaycan dövlətinin yaradıcısı, qurucusu, dövlətçiliyimizin qarantı oldu. Ölkəmizə bir qərinədən artıq rəhbərliyi dövründə respublikamız hərtərəfli inkişafa, tərəqqiyə qovuşdu. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadiyyatı, elmi, təhsi­li dünya standartları səviyyəsinə yüksəldildi.

Ardını oxu...

Keçmişə qısa ekskurs

Ulu Tanrının bəxş etdiyi füsunkar gözəlliklər qədim yurd yerlərindən biri olan Şahbuz rayonunu da ağuşuna alıb. Kiçik Qafqazın Dərələyəz silsiləsinin cənubuna, Zəngəzur silsiləsinin qərb yamaclarına sığınan bu ərazidəki təbiət abidələri Şahbuza bir məğrurluq və əzəmət bəxş edib. Şəninə nəğmələr qoşulan Salvartı dağı, Şapur qalası, Üçqardaş, Qonaqgörməz, Ağdaban dağları min illərdir, bu diyarı dövrəsinə alıb. Batabat yaylağındakı “Üzən ada” təbiətin ən böyük möcüzələrindən biridir. Sovet dönəmində “Üzən ada”nı ləğv etmək üçün buraya texnikalar gətirilsə də, rayonun yurd təəssüblü insanları bu təbiət möcüzəsini qoruyub saxlaya biliblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında VI-VII təsnifata uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin müsahibə mərhələsinə start verilib.
6 avqust 2015-ci il tarixdə elan edilmiş müsabiqənin noyabrın 10-da start verilən müsahibə mərhələsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabe təşkilatlarında işləmək istəyən namizədlər iştirak ediblər. Noyabrın 11-də muxtar respublika Dövlət Statistika Komitəsində, Rabitə və Yeni Texnologiyalar Nazirliyində, noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Maliyyə, İqtisadiyyat və Sənaye, Təhsil, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərində vakant vəzifələrin tutulması üçün müsahibələr keçirilib. Bundan başqa, müsahibələrdə Dövlət Sosial Müdafiə Fondunda, Auksion Mərkəzində, Sahibkarlığa Kömək Fondunda vakant vəzifələri tutmaq istəyənlər iştirak ediblər.

Ardını oxu...

 Ötən ayın inkişaf, quruculuq mənzərəsi də belə deməyə əsas verir

Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi inkişafın, tərəqqinin özünəməxsus, mütərəqqi modelini formalaşdırıb. İnkişafın Naxçıvan modeli sayəsində muxtar respublikamız 24 ildir, blokada vəziyyətində yaşamağına baxmayaraq, gündən-günə daha sürətlə inkişaf edən bir diyara çevrilib. Qazanılan uğurların miqyasının davamlı olaraq genişləndirilməsi isə muxtar respublikamızı daha böyük nailiyyətlərə doğru aparır. Oktyabr ayında biz bunun bir daha şahidi olduq.

Ardını oxu...

Bu gün ölkəmizin sosial-iqtisadi həyatında nail olunmuş yüksək inkişaf və tərəqqi, bu istiqamətdə reallaşdırılan məqsədyönlü tədbirlər əhaliyə müxtəlif sahələrdə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsinə imkan verib. Blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikamızda da insanların rahat yaşaması, onların rifah halının daha da yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Həyata keçirilən belə tədbirlər içərisində ilin bütün fəsillərində əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Qarşıdan qış mövsümü gəlir. Muxtar respublikanın quru kontinental iqlimə malik olması bu mövsümə daha ciddi hazırlaşmağı zəruri edir. Buna görə də hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilir, müşavirədə görülən işlər təhlil olunur, qarşıda duran vəzifələr müəyyənləşdirilir, aidiyyəti qurumlara payız-qış mövsümünü mütəşəkkil surətdə başa vurmaq üçün tapşırıqlar verilir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının təşəbbüsü ilə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illiyi münasibətilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan konstitusionalizmi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli açıb.
Heydər Əliyev adına tam orta məktəbin müəllimi, partiya ərazi ilk təşkilatının sədri Könül Mirzəyeva “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası” mövzusunda çıxış edib.
“Naxçıvan Muxtar Respublikasının Konstitusiya təcrübəsi tarixi” mövzusunda çıxış edən Elman Cəfərli unitar Azərbaycan dövlətinin ayrılmaz tərkib hissəsi olan Naxçıvan muxtariyyətinin XX əsrdə idarə olunmasının hüquqi bazasının 1924-cü ildə qəbul edilmiş “Naxçıvan SSR haqqında Əsasnamə”nin, 1926, 1937 və 1978-ci illərdə qəbul edilmiş üç Konstitusiyanın təşkil etdiyini bildirib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 31 avqust tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər təyin edilmişdir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 2015-ci il 1 noyabr tarixdə keçirilən seçkilər başa çatdıqdan sonra seçkilər üzrə yaradılmış 45 seçki dairəsi və 316 seçki məntəqəsi tərəfindən tərtib edilmiş səsvermənin nəticələrinin müəyyən edilməsi haqqında protokollar Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasında yoxlanılmışdır. Yoxlama nəticəsində protokolların seçki komissiyaları üzvlərinin hamısı tərəfindən imzalandığı, heç bir xüsusi rəy olmadığı, seçkilərin qanunauyğun keçirildiyi müəyyən edilmişdir.
Dairə və məntəqə seçki komissiyalarından Mərkəzi Seçki Komissiyasına daxil olmuş protokollara əsasən seçici siyahılarında qeydə alınmış 268463 seçicidən 205166 nəfəri, yəni 76,4 faizi seçkilərdə iştirak etmiş, seçki qutularında olan seçki bülletenlərinin 203991 ədədi, yəni 99,4 faizi etibarlı sayılmış, 1174 bülleten, yəni 0,6 faizi etibarsız sayılmış, bülletenlərdən 9-u seçicilər tərəfindən korlanmış, 63288 bülleten isə istifadə edilmədiyi üçün ləğv edilmişdir.

Ardını oxu...

Ulu öndər Heydər Əliyеv: Bu gün biz Azərbaycanın bu günü, gələcəyi üçün çox mühüm bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq. Bizim Konstitusiya layihəsinin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, xalqımızın, respublikamızın tarixində bu, ilk, tamamilə sərbəst, müstəqil şəkildə yaranmış Konstitusiyadır. Konstitusiya layihəsi indiyə qədər olan bütün konstitusiyaların, qanunların hamısından fərqlənir. Ona görə fərqlənir ki, bu, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır.

Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması və qəbulu ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən biridir. Ölkəmizdə sivil, hüquqi və demokratik dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin formalaşmasının təməlində məhz Azərbaycan Respublikasının Konstitusiyası dayanır.
Ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda siyasi sabitlik bərqərar olundu və ölkə həyatının bütün sahələrində irimiqyaslı islahatların həyata keçirilməsi üçün real şərait yarandı. Xalqımızın böyük oğlu ölkənin hüquq sistemində mövcud olan qeyri-müəyyənliyin aradan qaldırılmasında, Azərbaycan Respublikasının daxili və xarici siyasi prioritetlərinin müəyyənləşdirilməsində müstəsna əhəmiyyət kəsb edən Konstitusiyanın qəbulunu zəruri məsələlər sırasına çəkdi, 1995-ci ildə Konstitusiya Komissiyası yaradıldı. Ölkənin təcrübəli hüquqşünaslarının, alimlərinin toplaşdığı komissiyanın ilk iclasında ulu öndər Əsas Qanunumuzu son dərəcə mükəmməl, gələcəyə hesablanmış, sanballı bir sənəd kimi hazır­lamağı tövsiyə edərək demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”.

Ardını oxu...

Noyabrın 10-da Konstitusiya Gününə və Milli Fəaliyyət Proqramının 2015-ci ildə icra vəziyyətinə həsr olunmuş konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova açaraq məruzə etmişdir.
Bildirilmişdir ki, Konstitusiyada yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər, fundamental hüquq və azadlıqlar çox geniş şəkildə öz əksini tapmış, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilmişdir. Konstitusiyanın qəbulu ölkədə hüquqi islahatların keyfiyyətcə yeni mərhələsinin başlamasına təkan vermişdir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində qəbul edilmiş normativ sənədlər sırasında ümummilli lider Heydər Əliyevin 22 fevral 1998-ci il tarixli “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanını və 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı xüsusilə qeyd etmək lazımdır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR