24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə görüş keçirilib.
Görüşü giriş sözü ilə xidmətin əməkdaşı Rahib Kərimov açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin müəllimi Xəzər Hüseynov Azərbaycanın dövlətçilik tarixi haqda görüş iştirakçılarına məlumat verib.
Bildirilib ki, XX yüzilliyin sonunda öz tarixi torpaqlarının bir hissəsində yenidən müstəqilliyə qovuşmuş Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Fəal xarici siyasət yeridən ən qədim Azərbaycan dövlətləri öz torpaqlarını xarici təcavüzlərdən uğurla qoruyurdular.
Zaman keçdikcə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da yüksəlib, ölkə ərazisində daha təkmil və geniş əraziləri əhatə edən yeni dövlətlər yaranıb. Eramızdan əvvəl I minillikdə, bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi dövlətlər mövcud olub. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəlməsində, ölkənin iqtisadi-mədəni, etnik-siyasi tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayıblar. Ənənəvi Azərbaycan dövlətçiliyinin davamı olan və eramızdan əvvəl I minilliyin əvvəllərində meydana gələn Manna dövləti Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olub.

Sonrakı dövrlərdə Azərbaycan ərazisində yaranan dövlətlər haqda da iştirakçılara məlumat verən Xəzər Hüseynov çıxışında dahi dövlət xadimi Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılması və möhkəmləndirilməsi sahəsindəki tarixi xidmətlərindən danışıb, Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlətə çevrilməsində, dövlətçilik ənənələrinin formalaşmasında ümummilli liderimizin gördüyü misilsiz işlərdən söhbət açıb.
Azərbaycan dövlətçiliyi ilə bağlı tarixi həqiqətlərin slaydlar vasitəsilə iştirakçıların diqqətinə çatdırıldığı tədbirdə o da qeyd edilib ki, bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Ölkəmiz bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanıb.
Sonra görüş iştirakçılarına “Naxçıvan 2003-2013 : hədəflər, inkişaf, nəticələr” kitabı paylanıb.
Sonda görüş iştirakçıları Naxçıvan Dövlət Tarix Muzeyini ziyarət ediblər.

Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR