24 Dekabr 2024, Çərşənbə axşamı

Ordubad rayonunun Gənzə kəndində yaşayan müharibə veteranı Nuru Süleymanovun 90 yaşının tamam olması münasibətilə onunla görüş keçirilib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək yubilyarı 90 yaşı münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, muxtar respublikada 1941-1945-ci illər müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq, müharibə veteranlarının yubileylərinin keçirilməsi onlara göstərilən hörmət və ehtiramın ifadəsidir. Müharibə veteranlarının sosial rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlərin həyata keçirilməsi, onların minik avtomobilləri, həmçinin texniki-bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təmin olunmaları, sanatoriya və pansionatlara müalicəyə göndərilmələri, hər ay veteranlara sosial müavinətlə yanaşı, Prezident təqaüdünün ödənilməsi bu qəbildən olan insanlar tərəfindən yüksək dəyərləndirilir.
Nuru Süleymanov ona göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda yubilyara hədiyyə təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR