23 Dekabr 2024, Bazar ertəsi

Dalğın baxışları ilə gözlərini şəhid oğlunun məzarına zilləmiş ağsaçlı bir ananı bir qədər kənardan seyr edirəm. Ana başını qaldırıb ətrafa baxır. Onunla çoxdankı tanış kimi başımla salamlaşıram. O da salamıma elə o tərzdə cavab verir. Gözlərinin dərinliklərində bir nisgil, intizar görürəm. Bir anda bu mənzərəni qürurla baxan gözlər əvəz edir. Ana belə oğul böyütdüyünü sanki indi xatırlayır. Yəqin ki, onu doğma torpaq uğrunda ölüm-dirim müharibəsinə göndərdiyi gün yadına düşür. 

Baxışlarımız toqquşur. Bu baxışlar qəhrəman oğlu ilə şərəf duyan ananın baxışlarıdır. Gecələri başının üstündə laylay dediyi, doğma torpağı sevməyi öyrətdiyi, vətənə layiq gənc kimi böyütdüyü oğlunun həyat yolu gözü onündən keçir, – deyə düşünürəm. Onu yaşadığı hisslərdən ayırmamaq üçün bir kənara çəkilirəm. Ana tək deyil. Yanındakı qadın şəhid bacısıdır.
...Şəhidlər xiyabanından bir yerdə çıxırıq. Zemfira müəllimə Şəhidlər xiyabanının çıxışında geri dönərək bir qədər dayanır. Oğlunun və onunla birlikdə uyuyan şəhidlərin ziyarətindən sonra ona təskinlik vermək istəsəm də, buna gücüm çatmır. Zemfira müəllimə qəddini dikəldir, söhbətə başlayır:

Ardını oxu...

Batumidə Naxçıvana gəlmək istəyənlər az deyil 

(Reportaj)

Yerli əhali və turistlər çox vaxt buranı “mirvari şəhər” adlandırırlar. Yaşıl palmaları, maraqlı heykəlləri, müxtəlif memarlıq tərzinə malik tarixi və müasir tikililəri ilə diqqətçəkən bu liman şəhəri həm də Qafqazın turizm mərkəzi kimi tanınır. Bu şəhər ötən əsrin əvvəllərində Zaqafqaziyada baş verən hadisələrlə bağlı aparılan müzakirələrə, mühüm qərarların verildiyi konfrans və toplantılara, imzalanan tarixi müqavilələrə şahidlik edib. Sovetlər Birliyi dövründə müəyyən inkişaf dövrü keçsə də, əsl əhəmiyyətini və inkişafını ölkəsinin müstəqillik əldə etməsindən sonra göstərə bilib. Hazırda isə həm yerləşdiyi strateji bölgəyə, həm də müasir inkişafına görə qonşu Gürcüstan Respublikasının, eləcə də Cənubi Qafqazın sayılıb-seçilən şəhərlərindən birinə çevrilib. Söhbət Qara dəniz sahilində yerləşən Batumi şəhərindən gedir.

Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhəri Naxçıvandan 620 kilometrlik bir məsafədə yerləşir. İki dost ölkənin eyni statusa malik regionları arasında əlaqələr 2012-ci ildə daha da genişləndirilib. Həmin ilin yanvar və iyun aylarında hər iki tərəfdən rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri olub, “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və Əməkdaşlığa dair Memorandum” imzalanıb. Hər iki tərəfin səyləri nəticəsində əlaqələr ilbəil genişlənir. Bu günlərdə isə Naxçıvan-Batumi-Naxçıvan avtobus marşrutunun fəaliyyətə başlaması əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi üçün əsaslı zəmin yaradır. Bu mar­şrut xəttinin ilk sərnişini olduq və bu qısa səfərlə bağlı aldığımız təəssüratları oxucularımızla bölüşmək istəyirik.

Ardını oxu...

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində keçirilən konfransda ilk olaraq Xocalıda və Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. O bildirib ki, Xocalı faciəsi XX əsrin ən qanlı faciələrindən biridir və bu, bir millətə qarşı törədilmiş soyqırımıdır. Bu cinayətin arxasında ermənilərin azərbaycanlılara qarşı əsrlər boyu apardığı amansız siyasət planı dayanır. Bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsi məhz həmin siyasətin növbəti təzahürü idi.
Konfransda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Xocalı faciəsinə gedən yol”, institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Xocalı faciəsi ermənilərin azərbaycanlılara qarşı yeritdiyi soyqırımı siyasətinin tərkib hissəsi kimi”, institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyeva “Xocalı qəhrəmanları”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Xocalı faciəsinin Azərbaycan ədəbiyyatında əksi” mövzularında məruzələrlə çıxış ediblər.

Ardını oxu...

Ermənilər müntəzəm olaraq soyqırımına məruz qaldıqlarını iddia etməkdə və hər il aprel ayının 24-də bu məsələni bütün dünya ölkələrinin, xüsusilə də böyük dövlətlərin parlamentlərinin gündəminə gətirməkdədirlər. Burada diqqətçəkən əsas məqam ondan ibarətdir ki, ermənilər 1915-ci il hadisələrində ölən insanların sayını mübaliğəli olaraq 1,5 milyon nəfər göstərirlər. Halbuki o vaxt Osmanlı imperiyasının sərhədləri daxilində bu qədər erməni yaşamırdı.
Tanınmış türk tarixçisi Kamuran Gürün qeyd edir ki, ermənilər tərəfindən göstərilən ölü sayı 1915-ci ildə 300 mindən başlamış, 1980-ci illərdə 2 milyona çatdırılmışdır. İllər keçdikcə bir millətin əhalisinin artması normal bir hadisədir, lakin müəyyən bir tarixdə ölmüş insanların zaman keçdikcə sayının artması çox qəribə bir icaddır.
Tarixi faktlar sübut edir ki, ermənilər soyqırımına məruz qalmamış, əksinə, onlar soyqırımı törətmişlər. XX əsrin əvvəllərində olduğu kimi, sonlarında da törədilən cinayətlərin pərdəarxası məqamlarını “böyük Ermənistan” ideologiyasında və onun tərkib hissəsi olan hai-taht doktrinasında axtarmaq lazımdır. Erməni daşnaklarının milli psixologiyasına görə, əgər terrordan daha şiddətli bir metod olsa, ermənilər ona da baş vurmalıdırlar. Bu vəziyyət ermənilər arasındakı nifrətin və terroru qidalandıran ana damarın nə qədər güclü bir məqama çatdığını ortaya qoyur. Məhz həmin psixologiyanın təsiridir ki, ermənilər Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağı və ətraf rayonları işğal etmiş, Azərbaycan türklərinə qarşı Qaradağlı, Xocalı faciələri kimi qanlı cinayətlər törətmişlər. Bu cinayətlər XX əsrdə mülki əhaliyə qarşı törədilən terrorizmin ən dəhşətli nümunələrindəndir.

Ardını oxu...

Muxtar respublika gömrük orqanları sıralarına yeni qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.
Gömrük andını sınaq müddəti bitmiş və ilk xüsusi rütbələr verilmiş 30 gömrükçü qəbul edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov and içən gömrükçüləri təbrik edərək onlara işlərində uğurlar arzulayıb. Bildirilib ki, əsl gömrükçü olmaq üçün onlar bu peşənin sirlərinə dərindən yiyələnməli, işdə məsuliyyətli olmalı, qanunvericiliyin tələblərinə riayət etməli, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində mütəşəkkillik göstərməlidirlər.
Vurğulanıb ki, hər bir gömrükçü dünya təcrübəsinin öyrənilməsi və müsbət ənənələrin tətbiqi üçün təkliflərlə çıxış etməli, muxtar respublikada gömrük işini daha da irəli aparmaq üçün vicdanla çalışmalı, öz sahəsini mükəmməl öyrənməklə yanaşı, elmi biliklərini daim artırmalı, ulu öndər Heydər Əliyevin ideyaları, Azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməlidir.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Andiçmə mərasimi gömrükçülərin təntənə ilə oxuduqları “Gömrükçü marşı” ilə başa ­çatıb.

Xəbərlər şöbəsi

 Və ya sağlamlığa təhlükə, dinimizə, milli dəyərlərimizə zidd olan tatuaj kimə və nəyə lazımdır?

Qloballaşan dünyada zaman durmadan dəyişir, obyektiv informasiyaların yayılması, cəmiyyətdə sağlam düşüncənin formalaşması ilə bərabər zərərli, dağıdıcı ideologiyaların təbliğatı üçün də zəmin yaranır. Belə bir şəraitdə bu gün dünyada mövcud olan müxtəlif missionerlik hərəkatları gəncləri milli-mənəvi dəyərlərdən uzaqlaşdırmaq üçün bütün şeytani vasitələrə əl atırlar. Silah və ordudan da təhlükəli olan bu addımlar zaman keçdikcə ölkələri xaosa sürükləyir və ya müstəmləkəyə çevrilməsinə şərait yaradır. 

Vətən torpaqlarının sərhədlərini düşmən təcavüzündən qorumaq nə qədər vacibdirsə, mənəviyyatımızın sərhədlərini də yad və zərərli ideologiyalardan qorumaq bir o qədər zəruridir. Deməli, güclü ordu, siyasi iradə və iqtisadi inkişafla yanaşı, Azərbaycan dövlətçiliyinin, onun milli təhlükəsizliyinin dayaqlarından biri də sağlam milli mənəviyyat amilidir. Milli mənəviyyata, milli dəyərlərə malik olan şəxs ölkəsinin fəal vətəndaşı olur, milli dövlətçilik məsuliyyətini daşıyır, dini inancından, ictimai-siyasi mövqeyindən, həyata baxış və maraqlarından asılı olmayaraq, dövlətinə və xalqına hər zaman sadiqlik nümayiş etdirir, dilimizə, mədəniyyətimizə, adət-ənənələrimizə, ailə və məişət dəyərlərimizə, milli əxlaqımıza, ölkəmizin müstəqillik və inkişaf siyasətinə bağlı olur, milli-sosial həmrəyliyin güclənməsi prosesinə zərər vuran və belə bir təhlükə potensialını daşıyan hər cür hərəkətlərə qarşı mübarizə aparır. Bir sıra ekspertlərin də qeyd etdiyi kimi, sağlam milli mənəviyyata malik olmaq dövlətin təkcə siyasi hakimiyyət və ya milli ordu səviyyəsində deyil, həm də ümumxalq səviyyəsində, onun ən dərin qatlarından başlamış siyasi elitanın zirvəsinə qədər bütün səviyyələrdə qorunması deməkdir. Buna görə də cəmiyyətin xaricdən ölkə­mizə ixrac olunan milli, dini, irqi, məzhəbçilik, təfriqəçilik kimi ekstremist ideoloji təxribatlara qarşı immuniteti daim möhkəmləndirilməlidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən “Gənclik” Mərkəzində “Azərbaycanlıların soyqırımı” adlı sənədli film nümayiş etdirilib. Filmin nümayiş olunmasında məqsəd Xocalı soyqırımının yad edilməsi, gənclərə vətənpərvərlik hisslərinin aşılanması  idi. Filmə, ümumilikdə, 410 nəfər olmaqla, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları baxıblar.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın test mərkəzində Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üçün elan edilmiş müsabiqənin test imtahanı keçirilib.
Müsabiqəyə sənəd təqdim etmiş 24 namizəddən 19-u test imtahanında iştirak edib. Əvvəlcə namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. İmtahanda namizədlərə ixtisas üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla, 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün 3 saat vaxt ayrılıb. Test imtahanında obyektivliyin və şəfafflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. İmtahan bitdikdən sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilib. Test imtahanında Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin əməkdaşları müşahidəçi kimi iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasından aldığımız məlumata görə, 50 və ya ondan yuxarı bal toplayan namizədlər ikinci mərhələyə keçəcəklər. Bu mərhələdə müvəffəqiyyət qazanan namizədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 20 günlük icbari təlimə göndəriləcəklər. Hər üç mərhələni keçmiş namizədlərin Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına üzvlük məsələsi kollegiyanın Rəyasət Heyətində müzakirə olunaraq müvafiq qərar veriləcəkdir.

Xəbərlər şöbəsi

Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə keçirilən “Əsrin faciəsi” adlı tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Yığıncaqda çıxış edən təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev Xocalı soyqırımından, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən danışıb. 

Vurğulanıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni daşnaklarının terrorçu qrupu o zaman Xankəndidə yerləşən keçmiş sovet imperiyasının 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini yerlə yeksan edib. O gecə erməni qaniçənləri tərəfindən 613 nəfər qətlə yetirilib ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar olub. Yaralanan 487 nəfərdən 76 nəfəri uşaqlar idi. Faciə zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Bu qanlı aksiya zamanı şəhərdə yaşayan əhalinin 1275 nəfəri erməni faşistləri tərəfindən əsir götürülüb. 150 nəfər Xocalı sakinindən bu günə kimi xəbər yoxdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı istiqamətində həyata keçirilən tədbirlər bütün sahələri əhatə edir. Bunun nəticəsidir ki, muxtar respublikada nəqliyyat infra­strukturu da özünün yeni inkişaf mərhələsinə qədəm qoyub, avtomobil yolları yenidən qurulub, sərnişin və yük daşınması sahəsində uğurlu nəticələrə nail olunub. Belə uğurlardan biri də Naxçıvan-Batumi-Naxçıvan beynəlxalq avtobus marşrutunun fəaliyyətə başlamasıdır.

Ardını oxu...

Bu münasibətlə keçirilən tədbiri Müvəkkil Ülkər Bayramova açmışdır. Qeyd edilmişdir ki, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən ilk milli Konstitusiyamız Azərbaycan Respublikasında demokratik hüquqi islahatların keçirilməsində əsas hüquqi baza olmuşdur. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil etmiş, dövrün tələblərinə cavab verən bir sıra yeni qanunvericilik aktları hazırlanaraq qəbul edilmişdir. 

Bildirilmişdir ki, hüquqi, demokratik dövlət quruculuğunun ən mühüm amili olan insan hüquq və azadlıqlarının müdafiəsinin təminatı ilə bağlı ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da davam etdirilməkdədir. İnsan hüquqları və azadlıqlarının təminatı və etibarlı müdafiəsi istiqamətində görülən ən mühüm işlərdən biri də muxtar respublikada insan hüquqlarının müdafiəsi üzrə orqanlar sistemində yeni və səmərəli müdafiə mexanizmi olan Müvəkkil təsisatının yaradılması olmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 57 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda seminar keçirilib.
Seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən, inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilməlidir. Komissiya qeyd olunan normanın Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədilə “Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib. Qaydalara əsasən dövlət qulluqçusunun yanvar ayının 1-dən dekabr ayının 31-dək olan xidməti fəaliyyət dövrü təqvim ilinin sonunda qiymətləndirilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun tabe olduğu rəhbər tərəfindən həyata keçirilir. Dövlət orqanı üzrə qiymətləndirilmənin nəticələrinə görə yekun hesabat mart ayının 1-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilir.

Ardını oxu...

XIX əsrə qədər türklərin torpaqlarında, türklərin himayəsində təhlükəsiz və firavan yaşamış erməni millətçilərinin “böyük Ermənistan” xülyası və terrorizmi təkcə Azərbaycan türklərini hədəfləməyib. Bu gün məzlum millət obrazı yaradaraq dünyanın hegemon dövlətlərinin himayəsinə sığınan ermənilər hələ XI əsrdə elə eyni tərzdə səlcuqlu türklərinə sığınmışdılar. İnkar­edilməz faktdır ki, ermənilərin müxtəlif xarici dövlətlərin, din və məzhəblərin təzyiq və zorakılığından qurtulmaları, özləri müstəqil bir dövlət olmasa da, müstəqil və güclü bir dövlətin daxilində bərabərhüquqlu təbəə kimi yaşamaları məhz türk-səlcuqlar dövründən başlamışdır.

Erməni millətçiləri 1914-1915-ci illərdə Şərqi Anadolu vilayətlərində türklərlə yanaşı, kürdləri və lazları, 1918-ci ildə Azərbaycan türkləri ilə yanaşı, Qubada ləzgiləri və yəhudiləri, Lənkəranda və ətraf rayonlarda talışları soyqırımına məruz qoymuşlar. Qubadakı soyqırımı faktlarını aşkara çıxaran kütləvi məzarlıqlar, Lənkəranda və ətraf rayonlarda isə bu gün də qalmaqda olan qəbirlər və xalqın yaddaşında tarixləşən hadisələr bunu bir daha sübut edir.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Qadınlar Şurası Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirmişdir. Əvvəlcə faciə qurbanlarının xatirəsi yad edilmişdir.
Tədbiri giriş sözü ilə YAP Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev açmışdır. Bildirilmişdir ki, Azərbaycan xalqının şüuruna dərin iz salaraq onu daim mübarizə ruhunda kökləyən elə faciəli hadisələr var ki, onlar heç zaman qan yaddaşımızdan silinməyəcəkdir. Erməni faşizminin xislətini, gerçək mahiyyətini açan Xocalı soyqırımı da belə dəhşətli hadisələrdəndir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Xocalı qətliamı, əslində, yüz illərdən bəri ermənilərin öz havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasətinin məntiqi davamı idi.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Xocalı soyqırımının 24-cü il­dönümünə həsr edilmiş tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı ilə birgə keçirilən tədbirdən öncə ali məktəbin Təsviri incəsənət müəllimliyi ixtisasının müəllim və tələbələrinin əl işlərindən ibarət Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinin açılışı olub.

Ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov əsrlər boyu xalqın başına gətirilən soyqırımı və qətliamların, Azərbaycan xalqının öz azadlığı və ərazi bütövlüyü uğrunda apardığı şərəfli mübarizənin, qəhrəmanlıq tariximizin təsviri sənətdə inikas olunmasının əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, sərgidə müxtəlif üslub və janrlarda nümayiş olunan əsərlər müəlliflərin milli qürur, vətənpərvərlik hisslərindən yoğrulmuş, gələcək nəslə Vətən sevgisi, tarixi keçmişimizə, şəhidlərimizə hörmət və ehtiram aşılayan dəyərli sənət nümunələridir.
Sonra sərgi ilə tanışlıq olub.

Ardını oxu...

2016-cı il fevralın 12-də Parisdə Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin Monitorinq Komitəsinin iclası keçirilmişdir. Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin sədri Jan Klod Frekonun dəvəti əsasında Azərbaycan milli nümayəndə heyətinin rəhbəri Anar İbrahimov iclasda iştirak etmişdir. Bununla bağlı komitənin gündəliyinə “Azərbaycandakı vəziyyətlə bağlı fikir mübadiləsi” adlı məsələ salınmışdır.
Məsələ ilə əlaqədar komitənin iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri “Azərbaycanda yerli və regional demokratiyanın vəziyyəti haqqında” çıxış edərək son 2 ildə ölkədə bu sahədə aparılan siyasət, onun nəticələri, Avropa Şurası qarşısında öhdəliklərin yerinə yetirilməsi məsələsi ilə bağlı məlumat vermişdir. Həmçinin son zamanlar ayrı-ayrı Avropa Şurası qurumlarının ölkəmizə qarşı insan hüquqlarının pozulması bəhanəsi ilə təzyiq cəhdlərinə, konqresin Varşavada keçirilmiş Monitorinq Komitəsinin və qurumun 29-cu sessiyasında açıq hiss edilən yanlış mövqeyinə etiraz bildirilərək nümayəndə heyətinin qatılmaması və etirazın mahiyyəti haqqında müzakirələrin gedişində iclas iştirakçıları məlumatlandırılmışlar.

Ardını oxu...

Dünən...

Dahi filosoflardan biri zamanı dünən, bu gün, sabah olmaqla üç mərhələyə ayırır. Dünən keçmiş, bu gün yaşadığımız dövr, sabah gələcəkdir. Böyük zamanla müqayisədə, bəlkə də, belə bölgü çox kiçik görünə bilər. Ancaq bir qədər dərindən düşünsək, bu bölgü ilə razılaşarıq. Məsələ ondadır ki, böyük zaman üçün belə kiçik zaman kəsiklərində insanın, cəmiyyətin nail olduqlarının mahiyyətinə vara biləsən.

Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Səttar Əhmədovla Şərur şəhərindəki Heydər Əliyev prospektini gəzirik. Müsahibim, elə bil ki, ürəyimdən keçənləri duyub. Bir qədər dayanır, fikrini əsaslandırır:
– Bütün ömrüm bu şəhərdə, bu rayonda keçib. Sovet dönəmini də görmüşəm, bu günümü də görürəm. Yəni dünən Şərur necə idi? Bu gün dünənki Şərurdan əsər-əlamət qalıbmı? Muxtar respublikanın ən böyük rayonu, münbit torpaqları, zəhmətkeş insanları olan bu bölgə o illərdə tipik əyalət timsalında idi. Beşilliklər dövrünün ən böyük mükafatlarından biri olan qırmızı bayraqların sayı getdikcə artırdı. Əmək cəbhəsində yüksək nəticələrə nail olan torpaq adamları da mükafatsız qalmırdılar. Ancaq o illərdə belə böyük bölgədə bir beşillikdə bir obyekt tikilib istifadəyə veriləndə elə bilirdik ki, dünyanı bizə bağışlayıblar.

Ardını oxu...

Muxtar respublikada müasir xidmət növlərinin yaradılması diqqət mərkəzində saxlanılır, dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə xidmətlərin göstərilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Belə tədbirlərin davamı kimi 2015-ci il martın 7-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yeni yaradılan səyyar xidmət üçün nazirliyə “Hundai” markalı avtomobil alınıb. Avtomobil xidmət sahələrinə uyğun olaraq, səyyar xidmətin göstərilməsi üçün kompüter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilib.
Səyyar xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara ümumvətəndaş pasportlarının və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, ov silahlarının qeydiyyata alınması üzrə hüquqi xidmətlər göstərilir. Xidmət avtomobilində quraşdırılan müasir avadanlıqlar ümumvətəndaş pasportlarının, şəxsiyyət və sürücülük vəsiqələrinin yerlərdə vətəndaşlara təqdim olunmasına imkan verir.

Ardını oxu...

Qıvraq qəsəbəsində “Multikulturalizm və din münasibətləri” mövzusunda maarifləndirici tədbir olub. Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini, Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyanın sədri Hacırəddin Mehbalıyev din və mədəniyyətlərarası münasibətlərdən danışıb. 

Komissiyanın sədri bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi iradəsi ilə Azərbaycanın tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələri hüquqi və siyasi müstəvidə yenidən bərpa edilərək keyfiyyətcə yeni mərhələyə yüksəldilib. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti ölkəmizi çoxmillətli diyara, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib. Bu, Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılması, multikulturalizmin Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olduğunu göstərir. Dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunub.

Ardını oxu...

Təəssüf ki, aramızda hələ də ətraf mühitin qorunmasına və təmizliyinə biganə yanaşanlar var

Bu günlərdə muxtar respublikamızın dəmiryol nəqliyyatı haqqında bir yazı hazırlamaq üçün uzun illərdən bəri istifadə etmədiyim sərnişin qatarına minməli oldum. Məqsədim bir zamanlar naxçıvanlıların uzaq yol səfərləri zamanı istifadə etdiyi, indi isə çoxlarının yaddaşında nostalji xatirələrə çevrilmiş qatarların sərnişini olmaq duyğularını yenidən yaşamaq, muxtar respublikamızın cənub sərhədləri boyunca bir neçə saatlıq olsa da, yenidən o xatirələri təzələmək idi. Səfərimiz uğurlu oldu, yəni düşündüklərimizi reallaşdıra bildik, eyni zamanda bir daha onun fərqinə vardıq ki, muxtar respublika blokada vəziyyətinə salınsa da, nə yaxşı ki burada dəmir yolu nəqliyyatının fəaliyyətinə son verilmədi. Əksinə, yerli imkanlar hesabına, fədakar insanların səyi nəticəsində bu nəqliyyat infrastrukturunda mümkün olan hər bir şey edildi ki, vaqonlarımız hərəkətsiz, sərnişinlərimiz qatarsız qalmasın.

Bu nəqliyyat növü çoxlarının ­gündəlik, həftədəbir və yaxud yolu düşdükcə istifadə etdiyi ən ucuz sərnişindaşıma vasitəsidir. Qeyd etdiyimiz kimi, biz də bir neçə saatlıq bu qatarların sərnişini olduq: həm Naxçıvan-Ordubad, həm də Naxçıvan-Şərur istiqamətində. Sərnişinlərlə, qatar bələdçiləri ilə söhbətləşmək imkanımız oldu və növbəti yazılarımızın birində bunu oxucularımızla da bölüşəcəyik.

Ardını oxu...

Naxçıvanın tarixinin, ədəbiyyatının, arxeologiya və etnoqrafiyasının, folklorunun və adət-ənənələrinin, bu ərazidə formalaşan milli dəyərlər sisteminin elmi faktlar əsasında öyrənilməsi qarşıda duran əsas vəzifədir. Ümummilli liderimiz Heydər Əliyev bu zərurəti nəzərə alaraq deyirdi: “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Bizim əsas məqsədimiz Naxçıvanın tarixini hərtərəfli öyrənmək, tədqiq etmək, onları elmi və populyar kitablarda dərc etmək, təbliğat materiallarında istifadə etməkdir”. 

Ulu öndərin tapşırıq və tövsiyələri əsas götürülərək Naxçıvan Muxtar Respublikasında tariximizə, dilimizə, ədəbiyyatımıza, folklorumuza, arxeologiya və etnoqrafiyamıza dair araşdırmaların əhatə dairəsi genişləndirilmişdir. 1996-cı ildə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan”, eləcə də sonrakı dövrdə keçirilən 50-dən artıq beynəlxalq simpozium və konfransda sanballı elmi nəticələr əldə edilmişdir. Həmçinin muxtar respublika ərazisində aparılmış arxeoloji tədqiqatlar zamanı mühüm tarixi əhəmiyyət kəsb edən maddi-mədəniyyət nümunələri, elmi materiallar aşkar edilmiş, tarix və mədəniyyət abidələri pasportlaşdırılaraq dövrü və tipoloji mənsubiyyəti müəyyənləşdirilmiş, çoxlu sayda tarixi abidə bərpa olunmuş, tarix və mədəniyyət abidələrinin mühafizəsi təmin edilmişdir.

Ardını oxu...

Onunla indiyədək əyani tanışlığım yox idi. Sadəcə, mətbuatdan tanıyırdım. Mədəniyyətimizi, milli dəyərlərimizi təbliğ edən bu şəxsi kütləvi informasiya vasitələrində, ölkəmizdən kənarda keçirilən müxtəlif səviyyəli tədbirlərdə tez-tez görmək mümkündür. Vətəndaş cəmiyyəti quruculuğunda öz fikirləri və fəaliyyəti ilə tanınan həmsöhbətimizlə müqəddəs bir məkanda – Əshabi-Kəhf ziyarətgahında rastlaşdıq. Əyani tanışlıqdan sonra Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti Rasim Məmmədov muxtar respublika ilə bağlı təəssüratlarını bizimlə bölüşdü:

– Əshabi-Kəhf ziyarətgahı, həqiqətən, çox unikal məkanlardan biridir. Mən hər dəfə Naxçıvana yolum düşəndə bura ziyarətə gəlirəm və etiraf edim ki, ziyarətdən sonra mənən çox yüngülləşirəm. Çünki buradakı ab-hava mənim mənəvi tələbatımı ödəyir.

Ardını oxu...

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri iqtisadi tənəzzül, siyasi böhran, anarxiya, xaos, özbaşınalıq dövrü kimi tarixə düşüb. Naxçıvan şəhərini ayrı-ayrı məhəllələr üzrə nüfuz dairəsinə bölən insanlar peyda olmuşdu. Belələri vaxtaşırı olaraq şəhərin müxtəlif yerlərində onları tanımayan və ya tanıyıb itaət etməyənlərlə tanışlıq xarakterli “profilaktik tədbirlər” həyata keçirir, insanların həyatı üçün təhlükə yaradan şoular göstərirdilər. Dəmiryol vağzalına gedən yolda avtomobilləri saxladıb sürücüləri incidirdilər. Çörək zavoduna gedərkən dəfələrlə belə mənzərənin şahidi olmuşuq. Bu qoluzorluların əlindən qurtarandan sonra çörək almaq üçün saatlarla növbədə durmaq məcburiyyətində qalırdıq.

Qışın 35-40 dərəcə şaxtasında belə, bu vəziyyətə dözürdük. Ta ki 3 çörəyi gözlərini əlimizə və qapıya dikən körpə uşaqlara çatdıraq. Uzun-uzadı növbədə dayanmağın əzab-əziyyəti bir tərəfə, burada yaranan xoşagəlməz hadisələr də insanları mənən sarsıdırdı. Qolları və sinəsi əcaib şəkillərlə bəzədilmiş “xüsusi imtiyazlı şəxslər” növbəsiz-filansız zavoda girir, istədikləri qədər çörək alırdılar. Heç yadımdan çıxmır, onların bu hərəkətlərinə etiraz edən bir gənci vurub sərdilər yerə. Axşamdan yağan yağışın yaratdığı gölməçədə təpiklədilər. Gənc isə təpik zərbələrinin ağrısına dözür, aldığı 3 çörəyi qucağında bərk-bərk sıxmışdı ki, palçığa batmasın. Heç olmasa həmin günü ailəsi na­ümid qalmasın. Bəlkə də deyim ki, insanları 3 çörəklə çəkilən imtahandan daha çox bu haqsızlıq, özbaşınalıq əzirdi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində işəgötürənlərin iştirakı ilə “Elektron xidmətlərin yenilik və müasir texnologiyalar əsasında səmərəli təşkili və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə xidmətin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı şöbəsinin rəisi Aysel Əliyeva çıxış edərək Dövlət Miqrasiya Xidməti tərəfindən elektron xidmətlərin göstərilməsinin səmərəli təşkili və mövcud sistemlər üzərində yeniliklərin tətbiqi, “Naxtel”in toplu SMS xidmətindən istifadənin təkmilləşdirilməsi haqda iştirakçılara məlumat verib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə göstərilən diqqət və qayğının nəticəsində fəaliyyət göstərdikləri yeni inzibati binada müasir standartlara cavab verən texniki avadanlıqlar quraşdırılıb. Həmin avadanlıqlar elektron xidmətlərin göstərilməsi məqsədilə mərkəzi server sisteminə qoşularaq “Elektron hökumət portalı”na inteqrasiya olunub, əhaliyə, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlər müasirləşdirilib, bu sahədə elektron xidmətlərin tətbiqinə şərait yaradılıb. Demək olar ki, Dövlət Miqrasiya Xidməti üçün nəzərdə tutulmuş bütün xidmət növü üzrə sahələr avtomatlaşdırılıb.

Ardını oxu...

 Bütün yaşayış məntəqələri abadlaşdırılan rayonda ötən il də uğurlu nəticələr əldə edilib

Muxtar respublikamızda aparılan davamlı quruculuq işləri paytaxt Naxçıvan şəhəri də daxil olmaqla bütün bölgələrin simasını dəyişib, insanların rahat yaşayış şəraiti təmin edilib. Bu yaxınlarda yolumuzu Kəngərli rayonuna salanda, biz burada da əhalinin firavanlığı üçün görülmüş kompleks işlərin şahidi olduq. Bölgədə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin, reallaşdırılan iqtisadi layihələrin rayona gətirdiyi yenilikləri gördük, zəhmətkeş kəngərlilərin günbəgün yaxşılaşan həyat səviyyəsi ilə yaxından tanış olduq.

 

Ölkəmizin inzibati-siyasi xəritəsində kiçik bir yer tutan Kəngərli bölgəsi binayi-qədimdən özünün maddi-mədəniyyət nümunələri, əvəzsiz tarixi-memarlıq abidələri, vətəninə sədaqətli elm, mədəniyyət, hərb xadimləri ilə daim seçilib. Bu gün bölgənin bütün yaşayış məntəqələri abadlaşıb. Yeni tikililər qədim Kəngərliyə yeni görkəm gətirib. Böyük dövlət qayğısı bu rayonu abad və füsunkar bir yurd yerinə çevirib.

Ardını oxu...

Tədbirdə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin aparat rəhbəri Anar Babayev çıxış edib.
Bildirilib ki, muxtar respublikamızda digər sahələrlə yanaşı, avtomobil nəqliyyatı sahəsində də əsaslı islahatlar aparılıb və müsbət nəticələr əldə edilib. Bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınıb, rayon mərkəzlərində yeni avtovağzallar tikilib istifadəyə verilib. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, bu sahədə həyata keçirilən müxtəlif tədbirlər avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarının müasir tələblər səviyyəsində qurulmasına əlverişli şərait yaradıb. Mövcud imkanlardan səmərəli istifadə olunması da diqqət mərkəzində saxlanılıb, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını yerinə yetirən sürücülərin intizam qaydalarına necə əməl etmələrini yoxlamaq məqsədilə bir sıra reydlər keçirilib, qanun pozuntusuna yol verən sürücülər saxlanılaraq cəzalandırılıblar. Vergi borcunu ödəməyən, qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qeyri-qanuni sərnişindaşıma ilə məşğul olmamaq haqqında xəbərdarlıqlar edilib, tabe olmayan sürücülər Dövlət Yol Polisi əməkdaşları ilə birlikdə keçirilən reydlərdə saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Ardını oxu...

1979-cu il fevralın 11-də İran xalqı öz müqəddəratını təyin etmiş, İran İslam Respublikası yaranmışdır. Həmin tarixdən başlayaraq hər il fevralın 11-i İran İslam Respublikasında Milli Bayram – İslam İnqilabı Günü kimi qeyd olunur.

Ardını oxu...

Nizam-intizam həmişə bütün uğurların başlanğıcı hesab edilib. Hərtərəfli inkişafa da nizam-intizam olan yerdə nail olmaq mümkündür. Harada nizam-intizam varsa, mütləq orada ağıl və düşüncə, vəzifə və vətəndaşlıq borcuna məsuliyyət hissi var. Odur ki, insanda intizam qaydalarına əməl etmək kimi müsbət bir keyfiyyətin formalaşması həmişə onu xoşbəxtliyə aparıb. Bu gün də belədir, sabah da belə olacağı şəksizdir. İntizamı vərdişə çevirməyin əsas yollarından biri isə insan əməyini düzgün tənzimləyən iş rejimidir. Lakin iş rejimi dedikdə heç də insanların sadəcə olaraq işə vaxtında gəlib-getməkləri nəzərdə tutulmamalıdır. Çünki işə kimin əvvəlcə başlaması şərt deyil, onu kimin necə başa çatdırması önəmlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Nizam-intizam sadəcə olaraq vaxtında işə gəlib-getmək deyil. Bu, görülən işə görə məsuliyyəti və öz fəaliyyətinə şüurlu yanaşmanı nəzərdə tutan geniş anlayışdır”.
Nizam-intizam hər bir kəsin tutduğu vəzifədən, çalışdığı sahədən asılı olmayaraq, daşıdığı məsuliyyət hissinin əsas göstəricisidir. Hər kəs gördüyü işin əhəmiyyətini, onun dövlətə və xalqa verəcəyi faydanı yaxşı dərk etməli, vicdanla, canla-başla işləməli və əlbəttə ki, gördüyü işdən mənəvi zövq almalıdır.

Ardını oxu...

İnsanın yaşadığı ev və digər daşınmaz əmlakı onun həyatı üçün mühüm tələbatlardan biridir. Məhz normal ev şəraiti hər bir ailənin yaxşı yaşaması üçün əsas şərtdir. Vətəndaşlara məxsus evlərin və digər daşınmaz əmlakın gözlənilməz bədbəxt hadisələrin zərərlərindən qorunması isə müasir sığortanın qarşısında duran əsas vəzifələrdəndir. Çünki daşınmaz əmlakın dəyəri artdıqca gözlənilməz hadisələr zamanı ona dəymiş zərərlərin vətəndaşın öz imkanları hesabına aradan qaldırılması da çətinləşir.
Vətəndaşlara məxsus daşınmaz əmlaka gözlənilməz hadisələr nəticəsində müxtəlif zərər dəyə bilər. Bir çoxları yalnız yanğın və zəlzələ nəticəsində daşınmaz əmlaka zərər dəydiyini düşünsələr də, elə gözlənilməz hadisələr vardır ki, onların nə zaman baş verə biləcəyini demək çətindir. Belə ki, yanğın və zəlzələdən başqa, insanların sahib olduğu daşınmaz əmlak sıxışmış qaz və buxar partlayışından, elektrik naqillərində yaranan qısaqapanmadan, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzasından, digər tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən daxil olan su nəticəsində subasmadan zərər görə bilər. Bunlardan başqa, baş verə biləcək güclü külək, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və habelə üçüncü şəxslərin hərəkətləri nəticəsində daşınmaz əmlak məhv ola bilər, yaxud hər hansı digər formada zərər görə bilər.

Ardını oxu...

Almaniya ordusunun 1 sentyabr 1939-cu ildə Polşaya hücumu ilə başlanan İkinci Dünya müharibəsi qısa müddətdə çox böyük miqyas alaraq bir sıra dövlətləri əhatə etmişdi. Azərbaycan xalqının bu müharibədə göstərdiyi  əzmkarlıq və qəhrəmanlıqların öyrənilməsi ciddi elmi əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev xalqımızın bu müharibədəki xidmətləri haqqında demişdir: “Tarix bu gün bilməlidir ki, İkinci Dünya müharibəsində Azərbaycan Respublikasının xidmətləri, fəaliyyəti, rolu çox böyük olmuşdur”. Bəşəriyyət tarixində çox ağır və dağıdıcı olan İkinci Dünya müharibəsi illərində naxçıvanlılar da döyüşdə və arxa cəbhədə böyük fədakarlıqlar göstərmişlər. Bu istiqamətdə aparılmış tədqiqatlar fonunda Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Fəxrəddin Cəfərovun “Naxçıvan İkinci Dünya müharibəsi illərində” kitabını uğurlu nəşrlərdən hesab etmək olar.

2015-ci ildə nəşr olunmuş bu monoqrafiyanın elmi redaktoru və ön sözün müəllifi AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, rəyçisi AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlidir.
Əhatəli müqəddimə ilə başlayan əsər səkkiz fəsildən, 1941-1945-ci illər müharibəsində itkin düşən və həlak olanların adlı siyahısından və istifadə olunmuş mənbə və ədəbiyyatlardan ibarətdir.

Ardını oxu...

Culfa Rayon Prokurorluğunun təşkilatçılığı ilə Xanəgah Kənd Mərkəzində torpaq qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan cinayət və inzibati məsuliyyət növləri haqqında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Culfa rayon prokuroru, baş ədliyyə müşaviri Əli Adıgözəlov “Torpaq üzərində mülkiyyət hüququnun pozulmasına görə cinayət məsuliyyəti” mövzusunda çıxış edib.
Qeyd olunub ki, 30 sentyabr 2015-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərin torpaq sahələrinin qorunmasında xüsusi yeri vardır. Belə ki, qeyd edilən qanun qüvvəyə minənədək Cinayət Məcəlləsinin 188-ci maddəsi “Torpaq üzərində mülkiyyət hüququnu pozma” adlanırdı və maddəyə əsasən, torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə cinayət məsuliyyətinə səbəb olurdu. Cinayət Məcəlləsinə dəyişiklik edilərək 188-ci maddə yeni redaksiyada verilib və həmin maddə “Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma” adlandırılıb.

Ardını oxu...

Amerikalı jurnalist və tədqiqatçı Peter Tase Naxçıvan Muxtar Respublikasının tarixi, abidələri, mədəniyyəti ilə bağlı dünyanın nüfuzlu mətbuat orqanlarında yazılarla çıxış edir. Peter Tase həm də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönündə səmərəli fəaliyyət göstərir.
Peter Tase Amerika Birləşmiş Ştatlarının Milvauki vilayətinin rəhbəri Chris Abeleyə “Azərbaycanda baş vermiş Qanlı Yanvar faciəsinin xatirəsinə” adlı müraciət məktubu göndərmişdir. Peter Tasenin bu müraciətini nəzərə alan ABŞ-ın Milvauki vilayətinin rəhbəri Qanlı Yanvar faciəsi ilə əlaqədar Hökumət Bəyannaməsi qəbul etmişdir.

Peter Tasenin “Azərbaycanda baş vermiş
Qanlı Yanvar faciəsinin xatirəsinə” adlı müraciət

M Ə K T U B U

19 yanvar 2016-cı ildə Azərbaycan Respublikası tarixinin faciəvi gününün 26-cı ildönümünü qeyd edəcək.
19-dan 20-nə keçən gecə 26 minlik sovet qoşunu Bakı və ətraf ərazilərə yeridildi. Növbəti günün sonunadək 130 nəfər dinc sakin öldürülmüş, 611 nəfər yaralanmış, 841 nəfər həbs olunmuş və 5 nəfər itkin düşmüşdür. Bu hadisə Azərbaycan vətəndaşları tərəfindən “Qanlı Yanvar” hadisəsi kimi xatırlanır. Bu faciəvi hadisə bütün vətəndaşların yaddaşında silinməz izlər buraxmışdır.

Ardını oxu...

Ulu öndər Heydər Əliyеv: Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən ən böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq.


Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası geosiyasi mövqeyi baxımından bütün Türk dünyasını bir-birinə bağlayan körpüdür. Məhz bu səbəbdən XX əsrin əvvəllərində regionda marağı olan böyük dövlətlər ermənilərə hərtərəfli hərbi və maddi yardım göstərərək bölgədəki türk izlərini silməyə çalışırdılar. İnkar­edilməz faktdır ki, tarixən hər bir böyük dövlət öz siyasətini həyata keçirərkən müxtəlif bəhanələrdən və amillərdən istifadə etmişdir. XX əsrin əvvəllərində Rusiyanın, İngiltərənin və ABŞ-ın Cənubi Qafqazda öz geosiyasi maraqlarını həyata keçirməsində başlıca amillərdən biri ermənilər idi. Qeyd etmək lazımdır ki, ermənilər bu dövlətlərin geosiyasi maraqlarının icraçısına çevrilsələr də, öz növbəsində, dünyanın bu böyük güclərindən gələcəkdə qurulması planlaşdırılan “Ermənistan dövləti” üçün öhdəliklər də əldə etmişdilər. Müxtəlif dövrlərdə ermənilərdən faydalanaraq qarşılıqlı əməkdaşlıq çərçivəsində formalaşan böyük güclərin siyasətləri Qafqazdakı Azərbaycan türkləri, o cümlədən naxçıvanlılar üçün fəlakət mənbəyi olaraq qalmış, minlərlə azərbaycanlının ermənilər tərəfindən soyqırımına səbəb olmuşdur. Lakin xalqın müqaviməti sayəsində torpaqlarımızın, eləcə də Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısı alınmışdır.

Ardını oxu...

XX əsrin 90-cı illərində qədim Naxçıvan diyarının muxtariyyətinin qorunub saxlanılması, bilavasitə, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Muxtariyyət statusunun beynəlxalq hüquqa əsaslanması Naxçıvanı həm də erməni təcavüzündən qoruyub.
Bu fikirlər fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası: tarix və müasirlik” mövzusunda Naxçıvanın muxtariyyət qazanmasının 92-ci ildönümünə həsr olunan elmi konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tərəfindən səsləndirilib.
Akademik bildirib ki, qədim diyara muxtariyyət statusunun verilməsi zəruri tarixi-siyasi, coğrafi amillərdən irəli gəlib. Naxçıvanın muxtariyyət qazanması onun Azərbaycanın tərkibində qalmasına, inkişaf etməsinə əhəmiyyətli hüquqi-siyasi zəmin yaradıb. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda respublikamızın tərkibində qalmasını şərtləndirən Moskva və Qars müqavilələri imzalanıb. Beynəlxalq Moskva və Qars müqavilələri mühüm geostrateji əhəmiyyətə malik Naxçıvanın ərazisinin toxunulmazlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edib. Həmin sənədlər əsasında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının təşkil olunması ilə birlikdə qədim diyarın təhlükəsizliyi və gələcək inkişafı da təmin olunub.

Ardını oxu...

Müasir dövrdə dayanıqlı inkişafı təmin etmək üçün məqsəd və hədəflərin düzgün müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir, uğurlu nəticələrə yol açır. Gələcəyimiz isə yalnız ötən illərdə qazanılan uğurların üzərində qurula bilər. Ötən il ərzində görülən işlərin hesabatının verildiyi və qarşıda duran vəzifələrin müəyyənləşdirildiyi yanvar ayı bu mənada muxtar respublikamızın həyatında mühüm hadisələrlə yadda qalıb. 

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın test mərkəzində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin icra xidmətində vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanı keçirilib.
Müsabiqədə iştirak etmək üçün sənəd təqdim edən 13 namizəddən 11 namizəd test imtahanında iştirak edib. İmtahan başlamazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan qaydaları və test suallarının cavablandırılması haqqında məlumat verilib. İmtahanda namizədlərə ixtisas üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla, 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün 3 saat vaxt verilib. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə cavab kartı və imtahanın nəticəsinə dair arayış təqdim edilib. Test imtahanında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin əməkdaşları müşahidəçi kimi iştirak ediblər. İmtahanda keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıblar.

 Səbuhi Hüseynov

Dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən “Əbədi ezamiyyət” sənədli filminin təqdimat mərasimi olub.
Təqdimat mərasimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi­nin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Gənc­lər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi aparatının rəhbəri Canməmməd Canməmmədov çıxış edərək bildirib ki, bu gün muxtar respublikada ilk dəfə olaraq Heydər Əliyev Fondunun dəstəyi, layihə rəhbəri Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Əbədi ezamiyyət” sənədli filminin nümayişi olacaqdır.
Vurğulanıb ki, bugünkü tədbirin iştirakçıları arasında filmin yaradıcı heyətindən ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Fariz Əhmədov, quruluşçu operatoru Rəşad Nuriyev və filmin məsləhətçisi, həmçinin baş rolun ifaçısı Tahir Əliyev də vardır.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı şurasının fevralın 4-də keçirilmiş iclasında təşkilatın 2015-ci ildəki fəaliyyətindən və qarşıda duran vəzifələrdən geniş söhbət açılıb.
Tədbiri Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli açaraq hesabat məruzəsi ilə çıxış edib.
Qeyd olunub ki, ötən il Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatında 4 şura yığıncağı, İdarə Heyətinin 12 iclası olub. İl ərzində 13 siyasi-ideoloji tədbir keçirilib ki, bunların 10-u elmi-praktik konfranslar olub.
Partiya təşkilatı ötən il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilmiş seçkilərdə fəal iştirak edib, üzvlərdən 2-si Milli Məclisə, 21 nəfəri isə Ali Məclisə deputat seçilib.
Bildirilib ki, təşkilatda partiya sıralarının genişləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Bu zaman keyfiyyət prinsipi əsas götürülüb. 2015-ci ildə müxtəlif ilk təşkilatlardan partiyaya qəbul olunmaq üçün müraciət edən 469 nəfərdən 336 nəfər partiyaya üzv qəbul edilib, 133 nəfərin siyasi hazırlıq səviyyəsi qane­edici olmadığından onların partiyaya üzvlüyündən imtina olunub. Yeni qəbul olunan üzvlərin 328 nəfəri gənclər, 196 nəfəri qadınlardır. Ümumiyyətlə, hazır­da partiyanın şəhər təşkilatı 187 ərazi ilk təşkilatında öz sıralarında 15 min 767 nəfəri birləşdirir ki, onların da 8 min 790 nəfərini gənclər, 8164 nəfərini qadınlar təşkil edir.

Ardını oxu...

Tarixin yaxın keçmişinə nəzər salsaq görərik ki, Dağlıq Qarabağ müharibəsi zamanı – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ən azı 613 azərbaycanlıya qarşı Ermənistan ordusu tərəfindən ən böyük soyqırımı törədilmişdir. Soyqırımı nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i yaşlı insan olmaqla, dinc sakinlər qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq valideynlərinin hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirmiş, 657 nəfər əlil olmuş, 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi barədə bu günə qədər heç bir məlumat yoxdur.

Bu münaqişə müasir tarixdə ən uzun sürən münaqişələrdən biridir. Dağlıq Qarabağ və ətraf rayonlar daxil olmaqla ermənilər tərəfindən işğal olunmuş Azərbaycanın suveren ərazilərində Ermənistan ordusu hərbi təlimlər və daimi təxribatlar aparır. Bundan başqa, Ermənistan hökumətinin Prezident İlham Əliyevin demokratik yolla seçilən hökumətinə qarşı apardığı təxribat nəticəsində 20 ildir ki, münaqişənin həlli uzadılır.

Ardını oxu...

Azərbaycan Respublikası və İran İslam Respublikası gömrük xidmətlərinin yüksəkvəzifəli şəxsləri arasında ikitərəfli görüşlər keçirilib.
Tərəflər İranın Culfa və Azərbaycanın Naxçıvan şəhərində bir araya gəliblər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, İran tərəfdən isə İran İslam Respublikası Gömrük İdarəsinin Beynəlxalq münasibətlər idarəsinin rəisi Əhəd Pərahan və digər rəsmilərin iştirak etdiyi görüşdə əməkdaşlığın genişləndirilməsinin sərhəd-keçid məntəqələrində gömrük xidmətinin keyfiyyətinin artırılması baxımından xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb.
Müzakirələr zamanı Culfa sərhəd-keçid məntəqəsinin yük xəttinin cümə günləri də fəaliyyət göstərməsi ilə hər iki ölkə ərazisindən tranzit daşımaların və yük dövriyyəsinin xeyli artdığı, İran İslam Respublikasının Poldəşt gömrüyündə yeni infrastrukturun istifadəyə verilməsilə isə ticarət əlaqələrinin daha da artacağı önə çəkilib.

Ardını oxu...

Blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikamızda insanların rahat yaşaması, onların rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Belə tədbirlər içərisində ilin bütün fəsillərində əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunmasını xüsusi qeyd etmək lazımdır. Qış fəslində elektrik enerjisinə və təbii qaza tələbat bir qədər də artır. Üstəlik də muxtar respublikanın quru kontinental iqlimə malik olması bu mövsümə daha ciddi hazırlaşmağı zəruri edir. Buna görə də hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilir, müşavirədə görülən işlər təhlil olunur, qarşıda duran vəzifələr müəyyənləşdirilir, aidiyyəti qurumlara payız-qış mövsümünü mütəşəkkil surətdə başa vurmaq üçün tapşırıqlar verilir.
Ötən il avqust ayının 28-də keçirilən müşavirədə də qış mövsümünü mütəşəkkil keçirmək üçün görülən işlər müzakirə edilib, görüləcək işlər müəyyənləşdirilib. Qeyd olunub ki, muxtar respublikanın bütün yaşayış məntəqələrinin elektrik enerjisi və təbii qazla tam təchiz olunması əvvəlki illərdə üzləşilən çətinlikləri aradan qaldırıb. Bu da imkan verib ki, qış aylarında mənzillər, inzibati binalar, təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin fəaliyyətində fasilələr yaranmasın.

Ardını oxu...

Muxtar respublikamızın sоsiаl-iqtisаdi inkişаfının nəticəsi оlаrаq аvtоmоbillərin sаyı ildən-ilə аrtmаqdаdır. Təbii ki, аvtоmоbillərin sаyının аrtmаsı yоllаrdаkı hərəkətin intеnsivliyinə də öz təsirini göstərir. Bu isə, öz növbəsində, dövlət yоl pоlisi əməkdаşlаrının qаyğılаrını аrtırır. Bəs hərəkətin tənzimlənməsi üçün hаnsı tədbirlər görülür? Bu və yа digər suаllаrа аydınlıq gətirmək üçün Nахçıvаn Muхtаr Rеspublikаsı Dövlət Yоl Pоlisi İdаrəsinin rəisi, pоlis polkovnik-leytenantı Aydın Ağayevlə həmsöhbət оlduq.

– Aydın müəllim, avtomobil yollarında hərəkətin intensivliyinin və təhlükəsizliyinin təmin olunması üçün hansı profilaktik tədbirlər həyata keçirilir?
– Avtоmоbillərin sаyının аrtmаsı yоllаrdа hərəkətin intеnsivliyinin təmin еdilməsi üçün əlаvə tədbirlərin görülməsi zərurətini yаrаdır. Bu məqsədlə Nахçıvаn şəhərinin Hеydər Əliyеv prоspеktində, Əziz Əliyеv, Аtаtürk, İslаm Səfərli, Cəlil Məmmədquluzаdə, İdris Məmmədоv, Sаbir, “İstiqlаl” küçələrində və “Çənlibеl”, “Qоçüstü”, Хətаi məhəllələrində, Nахçıvаn Bеynəlхаlq Hаvа Limаnınа və dəmiryоl vаğzаlınа gеdən аvtоmоbil yоllаrındа, ümumilikdə, 19 ədəd işıqfоr qurаşdırılmışdır. Еyni zаmаndа аyrı-аyrı ünvаnlаrdа 20 ədəd kamera qurаşdırılmışdır ki, bu dа yоl hərəkəti qаydаlаrını pоzаn sürücülərə mütəmаdi оlаrаq nəzаrət еtmək imkаnı yаrаdır.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin yaradılmasının 90 illik yubileyi münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ulu­ öndəri­mizin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin binasında davam etdirilən tədbiri giriş sözü ilə məhkəmənin sədri Hicran Muradov açaraq məruzə edib. Bildirib ki, Naxçıvan MSSR Xalq Komissarları Soveti yanında Müvəqqəti Arbitraj Komissiyası Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 2 fevral 1926-cı il tarixli qərarı ilə yaradılıb. Bu Arbitraj Komissiyasının təsis edilməsi və səlahiyyətinə daxil olan məsələlərin dairəsi onu Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin sələfi kimi qiymətləndirməyə və beləliklə, İnzibati-İqtisadi Məhkəmənin yaranma tarixi olaraq məhz 1926-cı il 2 fevral tarixini qəbul etməyə əsas verir. “Azərbaycan Respublikasının Arbitraj Məhkəməsi haqqında” 25 fevral 1992-ci il tarixli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 12 avqust 1994-cü il tarixli Qərarına əsasən, Naxçıvan Muxtar Respublikasının Arbitraj Məhkəməsi yaradılıb. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarına, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 17 iyun 1999-cu il tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının Arbitraj Məhkəməsi İqtisad Məhkəməsi adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli Fərmanının 1.5-ci bəndinə əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsinin əsasında Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi yaradılıb.

Ardını oxu...

 “Kənd təsərrüfatı ili” Babək rayonunda yüksək nəticələrlə yadda qalıb

  Bu gün muxtar respublikamızda inzibati ərazi vahidliyindən asılı olmayaraq, istənilən yaşayış məntəqəsinin inkişafı onun ümumi mənzərəsindən bəlli olur. Fərqi yoxdur, bu ərazi kənd, qəsəbə və ya şəhər olsun. Yaxud əhalisinin sayı çox və ya az olsun. Muxtar respublikamızın ildən-ilə inkişaf edən bölgələrinin fonunda müasir inkişafın bütün sahələri əhatə etdiyini görmək mümkündür. Belə abad bölgələrdən biri də xalqımızın qəhrəman oğlunun adını daşıyan Babək rayonudur.

Babək rayonu ümummilli lider Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə 1978-ci ildə yaradılıb. Ulu öndərin Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə Babək rayonu hərtərəfli inkişaf yolu keçib. Son 20 ildə rayon özünün yeni inkişaf yoluna qədəm qoyub, xeyli sayda kənd yaşayış məntəqələri abadlaşdırılıb, yerli istehsal müəssisələrinin sayı artırılıb, kənd təsərrüfatı inkişaf etdirilib, rayon mərkəzi olan Babək qəsəbəsi öz simasını tamamilə dəyişib. Yola saldığımız 2015-ci il isə Babək rayonu üçün, sözün həqiqi mənasında, uğurlu il olub. “Kənd təsərrüfatı ili”ndə istər aqrar sahədə, istərsə də digər sahələrdə hərtərəfli uğurların qazanılmasına nail olunub, bölgədə muxtar respublika əhəmiyyətli mühüm layihələr həyata keçirilib.
Ötən yazılarımızın birində belə bir ifadə işlətmişdik ki, harada tikinti varsa, orada inkişaf var. Bunu belə qəbul etmək olar ki, tikinti-qurucu­luq tədbirlərinin aparılması istənilən ölkədə sosial və iqtisadi inkişafın əsas göstəricisidir. Fərqi yoxdur, tikilən obyekt hər hansı inzibati bina, yaşayış kompleksi, istehsal müəssisəsi və ya avtomobil yolu olsun. Məhz bu baxımdan həyata keçirilən tikinti-quruculuq, abadlıq tədbirləri böyük əhəmiyyət daşıyır. Babək rayonu da ötən il bu sahədə görülən işlərin həcmi ilə fərqlənir.

Ardını oxu...

1997-ci il fevralın 1-də ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Gənc­lərin I Forumunun keçirildiyi gün – fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edilmişdir.
Hər bir ölkənin gələcəyini bilmək üçün onun gəncliyinə nəzər salmaq lazımdır. Çünki gənclik davamlı inkişafın qarantıdır. Bu mənada, gənc­liyin inkişafı, dünya birliyinə inte­qrasiyası Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Bu gün özünün yüksək inkişaf mərhələsini yaşayan dövlət gənclər siyasəti ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlam düşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlamışdır. “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”, – deyən dahi rəhbərin təşəbbüsü ilə hələ Sovetlər Birliyi dövründə Azərbaycan gəncliyinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, milli dəyərlərə və tarixi-mədəni irsə bağlı gənc nəslin formalaşdırılmasına başlanılmışdır. O dövrdə gənclərin təhsili sahəsində həyata keçirilən tədbirlər, onların ixtisaslı kadr kimi yetişdirilməsi, xüsusilə milli hərbçi kadrların hazırlanması ölkəmizin gələcək müstəqilliyinə hesablanmışdı. Məhz ötən əsrin 70-ci illərində ulu öndərin diqqət və qayğısı nəticəsində yetişən gənclik ölkəmizin müstəqilliyinin qorunmasında və inkişafında yaxından iştirak etmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələri yerinə yetirmək məqsədilə muxtar respublikada mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, müxtəlif idarə, müəssisə və təşkilatların əməkdaşları muzeylərə gedir, tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olurlar.
Yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Nax­çıvan Muxtar Respublikası Ali Məclisinin “Naxçıvanşünaslıq” Mərkəzinin əməkdaşları Heydər Əliyev Muzeyində olmuşlar.
Məlumat verilmişdir ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılmış, 10 may 1999-cu ildə fəaliyyətə başlamışdır. Ümummilli liderimiz Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək muzeyin ekspozisiyası ilə tanış olmuşdur. Ulu öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotolar bu gün muzeyin ekspozisiyasında nümayiş etdirilir. Hazırda muzeydə 4588 eksponat vardır. Muzeydə nümayiş etdirilən eksponatlar ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi də Heydər Əliyev Muzeyini ziyarət etmişdir.

“Şərq qapısı”

İclasda görülmüş işlərdən və qarşıda duran vəzifələrdən geniş söhbət açılıb.
Tədbiri Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov giriş sözü ilə açaraq hesabat məruzəsi ilə çıxış edib.
Qeyd olunub ki, ötən il Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında 6 şura yığıncağı, İdarə Heyətinin 12 iclası olub, partiya fəalları ilə 6 yığıncaq keçirilib. Yığıncaqlarda Yeni Azərbaycan Partiyasının V Qurultayının və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının V Konfransının qərarlarının yerinə yetirilməsi vəziyyəti diqqət mərkəzində saxlanılıb. Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilmiş seçkilərlə bağlı məsələlər də müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
Bildirilib ki, təşkilatda partiya sıralarının genişləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilib. 2015-ci ildə rayondakı 112 ilk partiya təşkilatlarından hər birində partiya sıralarına yeni üzvlər qəbul olunub. Ümumi sayı 122 nəfər olan yeni üzvlərin 88 nəfəri gənclər, 75-i isə qadınlardır. Təşkilatın üzvlərinin ümumi sayı 6 min 675 nəfərdir. Bunlardan 2 min 744 nəfərini qadınlar, 3 min 557 nəfərini isə gənclər təşkil edir.

Ardını oxu...

Fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Duzdağ” otelində 2 fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən gənclər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açıb.
Bildirilib ki, müstəqil Azərbaycan Respublikasının uğurlu gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlətin apardığı gənclər siyasəti keyfiyyətcə yeni mərhələdə davam etdirilir. Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti nəticəsində gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevrilib. Son illər bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsində bu gün Azərbaycan gəncləri öz intellektual səviyyələri, bilik və bacarıqları ilə nəinki regionda, ümumiyyətlə, dünyada tanınır və qəbul olunurlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Şahbuz şəhərində “Bələdiyyə torpaqlarının idarə olunmasının xüsusiyyətləri” mövzusunda seminar-müşavirə keçirilib. Bələdiyyə sədrlərinin iştirak etdiyi tədbiri Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı İmran Məmişov açıb.
Sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin baş məsləhətçisi, ədliyyə müşaviri Səttar Zamanov çıxış edərək “Torpaq sahəsi üzərində bələdiyyələrin mülkiyyət hüquqları” mövzusunda danışıb. Qeyd edilib ki, aparılan araşdırmaların nəticələrinə əsasən demək olar ki, bu gün də torpaqlardan istifadə və onların idarə olunmasında bəzi nöqsanlara yol verilir. Bələdiyyə üzvlərinin hüquqi biliklərinin az olması, qanunvericiliyin düzgün mənimsənilməməsi və işə laqeyd münasibət nəticəsində bələdiyyə torpaqlarının zəbt olunması, orada qanunsuz tikinti aparılması, torpaqların kateqoriyalarının qanunsuz dəyişdirilməsi faktlarına rast gəlinir.
Məlumdur ki, torpaqlardan istifadə qanunvericiliklə tənzimlənir. Başqa sözlə desək, heç kəs torpaqlardan qanunsuz istifadə edə, qeydə alınmış torpaq sahəsindən kənara çıxa, ümumi istifadədə olan yolu zəbt edə bilməz.
Sonra nazirliyin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı qanunvericiliyin tələbləri və məsuliyyət” mövzusunda çıxış edib.
Sonda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçılara “Bələdiyyələrin statusu: hüquq və vəzifələr” adlı kitab paylanılıb.

Şəhla NƏBİYEVA

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə xidmətin əməkdaşlarından Rahib Kərimovun və Samir Sadiqovun çıxışları olub. Çıxışlarda iştirakçılara əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti, onların hüquqi vəziyyətinin əsasları, Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaları və müvəqqəti olmaları ilə bağlı qanunvericiliyin tələbləri, hüquqları, azadlıqları və vəzifələri haqda ətraflı məlumat verilib.
Bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edirlər və bütün vəzifələri yerinə yetirirlər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının və digər qanunvericilik aktlarının tələblərinə riayət etməli, Azərbaycan xalqının adət və ənənələrinə hörmətlə yanaşmalıdırlar. Xarici dövlət onun ərazisində Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının həyata keçirilməsinə məhdudiyyət qoyduqda Azərbaycan Respublikasının qanunu ilə ölkə ərazisində eyni məhdudiyyətlər həmin dövlətin vətəndaşları üçün müəyyən edilə bilər. Belə qanun onun qəbul edilməsinə əsas olan hallar aradan qaldırıldıqda ləğv olunur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növü və xarakterindən və digər hallardan asılı olmayaraq, Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR