24 Dekabr 2024, Çərşənbə axşamı

Amerikalı jurnalist və tədqiqatçı Peter Tase Naxçıvan Muxtar Respublikasının tarixi, abidələri, mədəniyyəti ilə bağlı dünyanın nüfuzlu mətbuat orqanlarında yazılarla çıxış edir. Peter Tase həm də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönündə səmərəli fəaliyyət göstərir.
Peter Tase Amerika Birləşmiş Ştatlarının Milvauki vilayətinin rəhbəri Chris Abeleyə “Azərbaycanda baş vermiş Qanlı Yanvar faciəsinin xatirəsinə” adlı müraciət məktubu göndərmişdir. Peter Tasenin bu müraciətini nəzərə alan ABŞ-ın Milvauki vilayətinin rəhbəri Qanlı Yanvar faciəsi ilə əlaqədar Hökumət Bəyannaməsi qəbul etmişdir.

Peter Tasenin “Azərbaycanda baş vermiş
Qanlı Yanvar faciəsinin xatirəsinə” adlı müraciət

M Ə K T U B U

19 yanvar 2016-cı ildə Azərbaycan Respublikası tarixinin faciəvi gününün 26-cı ildönümünü qeyd edəcək.
19-dan 20-nə keçən gecə 26 minlik sovet qoşunu Bakı və ətraf ərazilərə yeridildi. Növbəti günün sonunadək 130 nəfər dinc sakin öldürülmüş, 611 nəfər yaralanmış, 841 nəfər həbs olunmuş və 5 nəfər itkin düşmüşdür. Bu hadisə Azərbaycan vətəndaşları tərəfindən “Qanlı Yanvar” hadisəsi kimi xatırlanır. Bu faciəvi hadisə bütün vətəndaşların yaddaşında silinməz izlər buraxmışdır.

SSR Ali Sovetinin rəyasət heyəti və prezident Mixail Qorbaçovun imzası ilə fövqəladə vəziyyət elan edildikdən sonra sovet qoşunları Bakıya daxil oldu.
Azərbaycan xalqı arasında artan narazılıq fonunda güclü istinad nöqtəsi əldə etmiş Azərbaycan Milli Azadlıq Hərəkatı və ortaya çıxan demokratik qruplar qərara almışdılar ki, parlamenti ələ keçirsinlər. Sovet İttifaqının rəhbərliyi fikirləşirdi ki, asayişin bərpa edilməsi məqsədilə Bakıda qadınların, uşaqların da iştirak etdiyi dinc mitinqləri yatırmaq üçün heç nəyə fərq qoymadan atəş açmaqla qarşısın ala bilər. Etirazçılar Sovet İttifaqından müstəqillik və kommunist rəhbərlərinin uzaqlaşdırılmasını tələb edirdilər.
1990-cı ilin əvvəllərində Sovet İttifaqının işğal niyyəti artan azadlıq hərəkatını boğmağa yönəlmiş, lakin bu addım Azərbaycanda milli azadlığı daha da qızışdırmağa təhrik etmişdir. Sonunda Azərbaycanın Moskva yönümlü rəhbərliyi zəiflədi, ölkə xalqın qətiyyəti nəticəsində sovet idarəçiliyindən azad oldu və müstəqilliyini elan etdi.
30 avqust 1991-ci il tarixdə Azərbaycan Parlamenti Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası bəyannaməsini qəbul etmiş və 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Konstitusiya Aktı təsdiq olunmuşdur.
1991-ci ilin noyabr ayı Azərbaycanın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasının başlanğıcı kimi qeyd olunur. 1992-ci ilin mart ayında ABŞ Bakıda öz səfirliyini açmış, Azərbaycana demokratiyaya keçid və açıq bazar iqtisadiyyatının formalaşması üçün kömək etmişdir.
Bəzi tarixçi müşahidəçilər qeyd edirlər ki, Bakı əhalisinə qarşı törədilən zorakılıqlar digər sovet respublikalarında baş verə biləcək milli oyanışların qarşısının bu şəkildə alına biləcəyi haqqında bir mesaj idi. Bu dəhşətli aktın fonunda Azərbaycan xalqı demokratik prinsiplərə inam gücündən ilham alaraq, həmin dövrdə mövcud olan iqtisadi və sosial problemlərə baxmayaraq, artıq 25 ildir, öz müstəqilliyini davam etdirir.
Bu gün demokratik yolla seçilmiş prezidenti və parlamenti olan, enerji sektorunun üstünlük təşkil etdiyi azad bazar islahatları və ən əsası ərazisində digər dövlətlərə məxsus qoşunlar saxlamayan Azərbaycan ikirəqəmli artım ilə inkişaf edən ölkədir. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü xalqın böyük itkiləri nəticəsində əldə olunmuşdur.
Azərbaycan bu gün də inkişaf etməsinə baxmayaraq, 1990-cı il Qanlı Yanvar qurbanlarını daima xatırlayır və şəhidlərinə ehtiram olaraq demokratiya ideallarına sadiq qalır. Bu dəhşətli faciənin ildönümündə biz Azərbaycan xalqının və dünyada yaşayan azad insanların azadlıq ehkamları və demokratiya ümidləri uğrunda verdikləri şəhidlərini xatırlamalıyıq.
Qanlı Yanvar faciəsi Azərbaycan xalqının müstəqil respublika qurmaq üçün göstərdiyi vətənpərvərlik nümunəsidir.

Hökumət Bəyannaməsi  

1990-cı il yanvarın 19-da Azərbaycan xalqının tarixində 130 dinc sakinin qətlə yetirildiyi, 611 nəfərin yaralandığı, 841 nəfərin həbs olunduğu və 5 nəfərin isə itkin düşdüyü faciə baş vermişdir.
Bu bədbəxt hadisədə həlak olanların əksəriyyəti dinc nümayişçilər, qadınlar və uşaqlar idi.
“Qanlı Yanvar” kimi xatırlanan bu faciə Azərbaycan tarixinə silinməz izlər buraxmışdır.
Qanlı Yanvar Azərbaycanın qazandığı müstəqilliyə verilən ağrılı qiymətdir.
Bu faciə Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Növbəti il silsilə dəyişikliklər baş verdi. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası bəyannaməsi və Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.
Bu faciənin ildönümündə demokratiya və azadlıq uğrunda həlak olan sakinləri xatırlamaq uyğun olardı. Bu münasibətlə mən Milvauki vilayətinin rəhbəri CHRİS ABELE 19 yanvar 2016-cı ildə 26-cı ildönümü qeyd ediləcək

Qanlı Yanvar

faciəsini tanıyır, Milvauki vilayəti və Azərbaycan xalqını bu faciəni xatırlamağa və hər bir xalqın azad yaşama hüququnu dəstəkləməyə çağırıram.

 

Chris Abele
Milvauki vilayətinin rəhbəri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR