24 Dekabr 2024, Çərşənbə axşamı

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı şurasının fevralın 4-də keçirilmiş iclasında təşkilatın 2015-ci ildəki fəaliyyətindən və qarşıda duran vəzifələrdən geniş söhbət açılıb.
Tədbiri Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli açaraq hesabat məruzəsi ilə çıxış edib.
Qeyd olunub ki, ötən il Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatında 4 şura yığıncağı, İdarə Heyətinin 12 iclası olub. İl ərzində 13 siyasi-ideoloji tədbir keçirilib ki, bunların 10-u elmi-praktik konfranslar olub.
Partiya təşkilatı ötən il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilmiş seçkilərdə fəal iştirak edib, üzvlərdən 2-si Milli Məclisə, 21 nəfəri isə Ali Məclisə deputat seçilib.
Bildirilib ki, təşkilatda partiya sıralarının genişləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Bu zaman keyfiyyət prinsipi əsas götürülüb. 2015-ci ildə müxtəlif ilk təşkilatlardan partiyaya qəbul olunmaq üçün müraciət edən 469 nəfərdən 336 nəfər partiyaya üzv qəbul edilib, 133 nəfərin siyasi hazırlıq səviyyəsi qane­edici olmadığından onların partiyaya üzvlüyündən imtina olunub. Yeni qəbul olunan üzvlərin 328 nəfəri gənclər, 196 nəfəri qadınlardır. Ümumiyyətlə, hazır­da partiyanın şəhər təşkilatı 187 ərazi ilk təşkilatında öz sıralarında 15 min 767 nəfəri birləşdirir ki, onların da 8 min 790 nəfərini gənclər, 8164 nəfərini qadınlar təşkil edir.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Qadınlar Şurası ötən il fəaliyyətlərini uğurla quraraq təşkilatın ümumi işində fəallıq göstəriblər.
“Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı İdarə Heyətinin bu il yanvarın 28-də keçirilən iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov partiyanın rayon və şəhər təşkilatları qarşısında mühüm vəzifələr qoyub və 2016-cı ili “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan edib”, – deyən Elman Cəfərli vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının cari ildəki fəaliyyətində həmin vəzifələrin həyata keçirilməsi prioritet olacaq.
Şura iclasında Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yazgül Rzayeva, şura üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədr müavini Ramil Orucəliyev çıxış ediblər.
Sonra təşkilatın 2016-cı il üçün iş planına yenidən baxılması, partiyaya üzvlərin qəbul olunmasında keyfiyyətin artırılması üçün işçi qrupun yaradılması və yeni üzvlərin qəbulu ilə bağlı məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR