Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən “Gənclik” Mərkəzində “Azərbaycanlıların soyqırımı” adlı sənədli film nümayiş etdirilib. Filmin nümayiş olunmasında məqsəd Xocalı soyqırımının yad edilməsi, gənclərə vətənpərvərlik hisslərinin aşılanması idi. Filmə, ümumilikdə, 410 nəfər olmaqla, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları baxıblar.
Ceyhun Məmmədov